Məhkəmə qərarları › İş №2(005)-1564/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1564/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1564/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 nümayəndəsi və vəkili X1, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh “X14 BOKT” MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh2 ASC-yə və “X14 BOKT” MMC-yə qarşı “pul tələbi, əşyaların qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3 İddiaçı4, İddiaçı5 cavabdehlər "xxxx" ASC-yə və “X14 BOKT” MMC-yə qarşı “pul tələbi, əşyaların qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən pul və buzovların dəyəri olaraq İddiaçı1 6323,26 manat, İddiaçı2 9608,87 manat, İddiaçı3 7824,15 manat, İddiaçı4 2550 manat, İddiaçı5 8433,23 manat pulun ödənilnəsi, cavabdeh “X14 BOKT” QSC-dən 5 ədəd süd sağım aparatının 1 ədəd yem doğrayan aparatın, 1 ədəd yem paylayan aparatın, 6 ədəd sərinkeşin (ventilyator) bizə qaytarılması və ya 9470 manat dəyərinin bərabər qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh “Aqrolizinq" ASC-dən alınaraq İddiaçı1 8000 manat və 3 baş buzovun dəyəri (3 baş x 800 manat = 2400 manat) cəmi- 10.400 manat, İddiaçı2 8000 manat və 5 baş buzovun dəyəri (5 baş x 800 manat = 4000 manat) cəmi 12.000 manat, İddiaçı3 8000 manat və 3 baş buzovun dəyəri (3 baş x 800 manat = 2400 manat) cəmi- 10.400 manat, İddiaçı4 8000 manat və 3 baş buzovun dəyəri (3 baş x 800 manat = 2400 manat) cəmi- 10.400 manat və İddiaçı5 8000 manat və 5 baş buzovun dəyəri (5 baş x 800 manat = 4000 manat) cəmi- 12.000 manat ödənilməsi və cavabdeh “X14 BOKT” QSC-yə təhvil verilmiş 3500 manat dəyərində olan 5 ədəd süd sağım aparatının (farmtex), 2000 manat dəyərində olan 1 ədəd ətdoğrayan aparatın, 3000 manat dəyərində olan 1 ədəd yempaylayan aparatın, 720 manat dəyərində olan 6 ədəd sərinkeşin (ventelyator-havalandırma üçün) iddiaçılara geri qaytarılmasının və ya dəyərinin (cəmi-9220 manat) bərabər şəkildə iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar dövlət hesabına idxal edilmiş damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 2016-cı ilin fevral ayında "xxxx" ASC ilə müqavilə bağlamaqla hər biri 10 baş olmaqla “Simmental" cinsli inəkləri (qaramal) lizinqə götürmüşlər. Məqsəd yaxın qohumlar olaraq icma şəklində birləşməklə, həm yem ehtiyatlarından birgə istifadə etmək, həm də digər xərclərin azaldılmasına nail olmaqla ətlik-südlük istiqamətli təsərrüfat yaratmaq idi. Hər biri ilə bağlanmış eyni tipli müqavilənin 1.1-ci bəndinə əsasən həmin damazlıq heyvanların güzəştli satış dəyəri lizinq ödəniş qrafikinə uyğun olaraq “lizinq alan" tərəfindən tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra “lizinq alan"ın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) ilə lizinqə verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 8.000 (səkkiz min) manat məbləği əvvəlcədən lizinq verənə ödəməli, 300 manat məbləğində üstəlik xərcləri müqavilə bağlandığı gündən etibarən 3 ay müddətində, qalan məbləğ isə hər biri üçün fərqli olmaqla müqavilədə göstərilmiş ödəniş qrafikinə uyğun olaraq 2016-2018-ci illər ərzində ödənilməli idi. Müqavilənin 3.5-ci bəndində göstərilmişdir ki, bu müqaviləyə uyğun olaraq damazlıq heyvanların istifadəsi nəticəsində əldə edilmiş mal və mənfəət Lizinq alanın mülkiyyəti hesab edilir. Heyvanların güzəştli satış dəyərindən 8.000 manat məbləğinin əvvəlcədən ödənilməsi və zəruri olan yem bazasının yaradılması, yem doğrayan, yem paylayan, süd sağım aparatlarının (farmtex) və süd qablarının alınması üçün “Aqrolizinq" ASC-nin məsləhəti ilə əvvəlcədən “X14 Bank Olmayan Kredit Təşkilatı" QSC ilə 09 sentyabr 2015-ci il tarixdə 48 ay müddətinə, aylıq 0,633 faizlə hər birinə 25.000 manat kredit xəttinin açılması barədə müqavilə bağlamışlar. Məqsəd ondan ibarət olmuşdur ki, damazlıq heyvanlar Respublikaya gətirilənədək tövlə, yem bazası və digər zəruri olan avadanlıq və texnika hazır olsun ki, heyvanlar onlara təhvil veriləndə birbaşa həmin tövləyə yerləşdirsinlər. Tövlə tikintisinə görə hər birinə ayrılmış vəsaiti birləşdirərək, təsdiq edilmiş biznes plana uyğun olaraq inəklər üçün dəyəri 30.000 manat olmaqla 50 baş heyvan tutumu olan 36 m x 13 m ölçüdə və buzovlar üçün 26 m x 12 m ölçüdə müasir tövlə və 16 m x 6 m ölçüdə ot-yem anbarı inşa etmiş, hər birinin dəyəri 750 manat olan 5 ədəd süd sağım aparatı (cəmi- 3750 manat), 1 ədəd yem doğrayan (qiyməti 2000 manat), 1 ədəd yem paylayan aparat (qiyməti- 3000 manat), tövlənin havalandırılması üçün hər birinin qiyməti 120 manat olmaqla 6 ədəd sərinkeşcəmi-720 manat (ümumi dəyəri- 9470 manat) və 9 ədəd süd flyaqası almışlar. 2016-cı ilin fevral ayının 18-də “Aqrolizinq" ASC ilə bağlanmış 74-LD/16 saylı müqaviləyə və 084814 saylı qaiməfakturaya əsasən İddiaçı1 15869,31 manat dəyərində, 75-LD/16 saylı müqaviləyə və 084813 saylı qaimə-fakturaya əsasən İddiaçı2 15618,89 manat dəyərində, 72-LD/16 saylı müqaviləyə və 084818 saylı qaimə-fakturaya əsasən İddiaçı4 15521,01 manat dəyərində, 73- LD/16 saylı müqaviləyə və 084815 saylı qaimə-fakturaya əsasən İddiaçı3 15964,30 manat dəyərində, 71-LD/16 saylı müqaviləyə və 084819 saylı qaimə-fakturaya əsasən İddiaçı5 15446,16 manat dəyərində damazlıq heyvanlar verildi və hər birimiz güzəştli satış dəyərinin 8000 manat Lizinq verənin hesabına ödəmişlər. Həmin heyvanların hər biri 7-8 ayıq boğaz olmalı və onların bala verməsi ən geci 2016-cı ilin aprel ayında başa çatmalı idi ki, onlar İİ rübdən etibarən süd istehsalına başlasınlar və bu hesaba lizinq və kredit ödənişini həyata keçirə bilmişlər. Lakin heyvanların bala verməsi əsasən 2016-cı ilin iyun-avqust aylarında olduğundan onlar ll-lll rüblər üzrə nə lizinq ödənişini, nə də kredit ödənişini həyata keçirə bilməmiş və gecikmənin səbəbi barədə “Aqrolizinq" ASC-nin müvafiq qurumlarına məlumat vermişlər. Ödənişlərdə möhlət vermək əvəzinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin damazlıq heyvanların tədarükü, satışı və lizinq şöbəsinin baş mütəxəssisi Fəxrat Eminov, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı kreditləri və layihəsi ilə iş üzrə dövlət xidmətinin layihəsi ilə iş şöbəsinin baş məsləhətçisi Ülvi Mustafayev, "X14 BOKT" QSC-nin mütəxəssisi Məcnun Namazov lizinq və kredit borcunu ödəmədiyimizə görə damazlıq heyvanları və onların balalarının geri alınmasını tələb etmişlər. Onlar heyvanların bir şərtlə geri alınmasına razılıq verəcəklərini bildirmişlər ki, 7-8 ay müddətində heyvanların saxlanmasına görə çəkdikləri xərcin və onlara dəymiş zərərin ödənilməsi və heyvanlar üçün alınmış avadanlıqların, tikililərin, ana heyvanların və balaların (buzovların) qiymətləndirilib götürülməsi təmin edilsin. Lakin adları yuxarıda qeyd edilən mütəxəssislər avadanlıqların, tikililərin, ana heyvanların və balaların (buzovların) qiymətləndirilməsini təmin etmədən, yalnız inəklərin və buzovların baş sayı, habelə tikililərin ölçüsü və avadanlıqların sayı barədə digər şəxslərin və onların iştirakı ilə 01 sentyabr 2016-cı il tarixdə akt tərtib etmişlər. Həmin tarixdə heyvanların geri verilməməsi barədə yuxarıda qeyd edilən şəxslərin imzası ilə və onların hər birinin qeydləri göstərilməklə ayrı-ayrılıqda əlavə aktlar da tərtib edilmişdir. İmişli rayon məhkəməsinin 21 noyabr 2016-cı il tarixli qəradadlarına əsasən damazlıq heyvanların, buzovların, süd sağım aparatlarının, tikili və avadanlıqların üzərinə həbs qoyularaq, İmişli rayon İcra şöbəsinin icra məmuru İlqar Quliyevin, “Aqrolizinq" ASC-nin damazlıq heyvanların tədarükü, satışı və lizinq şöbəsinin aparıcı mütəxəssisi Rövşən Bağırovun, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı kreditləri və layihəsi ilə iş üzrə dövlət xidmətinin layihəsi ilə iş şöbəsinin baş məsləhətçisi Ülvi Mustafayevin, “X14 BOKT” QSC-nin mütəxəssisi Məcnun Namazovun, İmişli rayon “Proqress" heyvandarlıq, südçülük koperativinin sədri Zəfər Məhərrəmovun, İmişli rayon Baytarlıq İdarəsinin rəis müavinin Rövşən Məmmədovun və bizim hər birimizin iştirakımızla ayrı- ayrılıqda akt tərtib edilməklə damazlıq heyvanlar və buzovlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-yə, süd sağım aparatları, süd flyaqaları, yem doğrayan və yem paylayan aparatlar, sərinkeşlər (havalandırma üçün) “X14 BOKT” QSC-nin nümayəndəsinə təhvil verilmişdir. Məhkəmə qərardadlarının icrası ilə əlaqədar tərtib olunmş aktlara əsasən: 1) İddiaçı1 8 baş damazlıq heyvanı, 3 baş buzovu, 1 ədəd süd sağım aparatını, 1 ədəd yem doğrayan aparatı (Rusiya istehsalı), 1 ədəd yem paylayan aparatı, 9 ədəd süd qabını (30 litrlik), 6 ədəd sərinkeşi (havalandırma üçün) yuxarıda qeyd edilən şəxslərə təhvil vermiş, sahəsi 468 kv.m (35m x 13m) olan inəklər üçün ferma və sahəsi 312 kv.m (26m x 12m) olan buzovlar üçün ferma isə üzərinə həbs qoyularaq, saxlanc üçün onun özünə təhvil verilmişdir. 2) İddiaçı2 birka nömrələri göstərilməklə 7 baş damazlıq heyvanı, 5 baş buzovu, 1 ədəd süd sağım aparatını; 3) İddiaçı3 birka nömrələri göstərilməklə 8 baş damazlıq heyvanı, 3 baş buzovu, 1 ədəd süd sağım aparatını; 4) İddiaçı4 birka nömrələri göstərilməklə 6 baş damazlıq heyvanı, 3 baş buzovu, 1 ədəd süd sağım aparatını; 5) İddiaçı5 birka nömrələri göstərilməklə 8 baş damazlıq heyvanı, 5 baş buzov "xxxx" ASC-nin, 1 ədəd süd sağım aparatı “X14 BOKT” QSC- nin nümayəndələrinə təhvil vermişdir. Geri təhvil alınmış heyvanlar və buzovlar "xxxx" ASC tərəfindən yenidən başqa şəxslərə lizinqə verilmişdir. Heyvanlar və avadanlıqlar "xxxx" ASC-nin və "X14 BOKT" QSC-nin nümayəndələri tərəfindən geri alındıqdan sonra "xxxx" ASC-nin müraciəti əsasında- Sabunçu rayon məhkəməsinin 24.04.2017-ci il tarixli, 2(008)-1184/2017 saylı qətnaməsi ilə İddiaçı1 1430 manat əsas borc, 300 manat damazlıq heyvanların üstəlik xərci. 952 manat sığorta haqqı, tələf olmuş damazlıq heyvanın qalıq dəyəri 1514,57 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 4226.74 manatın; Sabunçu Rayon Məhkəməsinin 23.01.2017-ci il tarixli, 2(008)-725/2017 saylı qətnaməsi ilə İddiaçı2 1384 manat əsas borc, 300 manat damazlıq heyvanların saxlanma xərci. 937,13 manat sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2641,13 manatın; Sabunçu Rayon Məhkəməsinin 16.03.2017-ci il tarixli, 2(008)- 1183/2017 saylı qətnaməsi ilə İddiaçı3 odlundan 1448 manat əsas borc, 300 manat damazlıq heyvanların saxlanma xərci, 957,85 manat sığorta haqqı və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2725,85 manatın; Sabunçu Rayon Məhkəməsinin 18.08.2017-ci il tarixli, 2(008)- 6976/2017 saylı qətnaməsi ilə İddiaçı4 1366 manat əsas borc, 300 manat damazlıq heyvanların saxlanma xərci, 937,13 manat sığorta haqqı, 6370,18 manat damazlıq heyvanların qalıq dəyəri və 30 manat ödənilmiş dövlət rüsurrunun əvəzi, cəmi 8997,45 manatın; İddiaçı5 1352 manat əsas borc, 300 manat damazlıq heyvanların saxlanma xərci. 926,77 manat sığorta haqqı, 1208 manat damazlıq heyvanların qalıq dəyəri və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 3816.77 manatın alınaraq "Aqrolizinq” ASC-və ödənilməsi qət edilmişdir. "X14 BOKT” QSC-nin müraciəti əsasında İmisli Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli 2(036)3961/2017 saylı qətnaməsi ilə İddiaçı1 25.000 manat əsas borc, 1648.48 manat faiz borcu, cəmi 26648,48 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın; İmişli Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli 2(036)-3963/2017 saylı qətnaməsi ilə İddiaçı2 Dadas oğlundan 25.000 manat əsas borc. 1648,48 manat faiz borcu, cəmi 26648,48 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın; İmişli rayon məhkəməsinin 12 may 2017-ci il tarixli 2(036)3962/2017 saylı qətnaməsi ilə İddiaçı3 25.000 manat əsas borc, 1648,48 manat faiz borcu, cəmi 26648,48 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın; İmişli Rayon Məhkəməsinin 05 mav 2017-ci il tarixi i 2(036)3964/2017 saylı qətnaməsi ilə İddiaçı4 25.000 manat əsas borc, 1648,48 manat faiz borcu, cəmi 26648,48 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın; İmişli rayon məhkəməsinin 05 may 2017-ci il tarixli 2(036)3965/2017 saylı qətnaməsi ilə İddiaçı5 Dadas qızından 25.000 nanat əsas borc, 1648,48 manat faiz borcu, cəmi 26648,48 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulub iddiaçı "X14 BOKT” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq verənin lizinqə verdiyi heyvanların müqavilədə nəzərdə tutulan vaxtda doğmaması və buna görə lizinq ödənişlərini vaxtında ödəyə bilmədiyindən Lizinq verən tərəfindən müqavilə ləğv edilməklə lizinq əmlakı geri alındığından belə hesab edirik ki, hər biri tərəfindən damazlıq heyvanların satış dəyərindən ödənilmiş 8000 (səkkiz min) manatdan Sabunçu rayon məhkəməsinin yuxarıda göstərilən qətnamələri ilə müəyyən edilmiş məbləğlər çıxılmaqla qalan hissəsi və həmin dövrdə hər birinin bazar qiymətinin təxminən 800-900 manat olan buzovların dəyəri "xxxx" ASC tərəfindən onlara ödənilməlidir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnamələri ilə müəyyən edilmiş məbləğlər çıxıldıqdan sonra "xxxx" ASC-dən alınaraq 1.İddiaçı1 3773,26 manat (8000 manat - 4226,74 manat = 3773,26 manat) və 3 baş buzovun dəyəri (3 baş x 850 manat =2550 manat), cəmi- 6323,26 manat, 2.İddiaçı2 5358,87 manat (8000 manat - 2641,13 manat = 5358,87 manat) və 5 baş buzovun dəyəri, (5 baş x 850 manat =4250 manat), cəmi- 9608,87 manat, 3.İddiaçı3 5274,15 manat (8000 manat -2725,85 manat = 5274,15 manat) və 3 baş buzovun dəyəri (3 baş x 850 manat =2550 manat), cəmi- 7824,15 manat, 4.İddiaçı4 3 baş buzovun dəyəri- 3 baş x 850 manat =2550 manat, 5.İddiaçı5 4183,23 manat (8000 manat -3816,77 manat = 4183,23 manat) və 5 baş buzovun dəyəri (5 baş x 850 manat =4250 manat), cəmi- 8433,23 manat ödənilməlidir. Eyni zamanda belə hesab edilir ki, “X14 BOKT" QSC-nin verdiyi kredit hesabına aldığı 5 ədəd süd sağım aparatı (farmtex), 1 ədəd yem doğrayan aparatı (Rusiya istehsalı), 1 ədəd yem paylayan aparatı (Rusiya istehsalı), 6 ədəd sərinkeş (ventelyator-havalandırma üçün), 9 ədəd süd qabı (flyaqa) İmişli rayon məhkəməsinin qərardadlarına əsasən "X14 BOKT" QSC-nin əməkdaşına təhvil verilməklə “X14 BOKT" QSC-nin əsassız varlanmasına səbəb olduğundan onlara geri qaytarılmalıdır və ya dəyəri bərabər şəkildə onlara ödənilməlidir. Daha sonra iddiaçıların vəkili və nümayəndəsi X5 ərizə verərək, cavabdeh "xxxx" ASC-nin adının "xxxx" ASC kimi göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 nümayəndəsi və vəkili X5 iddia ərizəsini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X14 BOKT” MMC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Eyni zamanda Cavabdeh2 ASC iddia ərizəsinə etiraz təqdim edərək etirazında göstərmişdir ki, hazırkı iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Aqrolizinq ASC qarşısında müqavilə şərtlərinə əsasən yaranmış borc öhdəliyi ilə bağlı hər birinə ayrılıqda məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin müqafiq qətnamələri ilə Cəmiyyətin iddia tələbi tam təmin edilmişdir. Həmin qətnamələr hal-hazırda qanuni qüvvəsini almış və icra tədbirləri davam etdirilir. Hesab edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 pul tələbinə dair iddiasına artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə münasibət bildirildiyindən yenidən məhkəmədə baxıla bilməz. Bundan əlavə bildirilmişdir ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 5.2-ci bəndinə əsasən müqavilənin şərtlərinə əməl edilmədikdə, o cümlədən qrafik üzrə ardıcıl iki dəfə ödənişi vaxtında yerinə yetirilmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, damazlıq heyvanları, balalarını və onun yerləşdiyi tövləni kommunikasiyalarla birlikdə sağlam vəziyyətdə təhvil götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Hesab edir ki, iddiaçılar iddia ərizəsində ilkin ödəniş kiimi edilmiş 8000 manat pul vəsaitindən qətnamə üzrə yaranmış borcun çıxıldıqdan sonra qalan məbləğin və buzovlara görə yaranmış məbləğin onlara ödənilməsini xahiş etsələr də, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 5.2ci bəndi üzrə heyvanları və balalarının geri qaytarılması barədə öhdəlik götürdüklərindən iddia üzrə Aqrolizinq ASC-dən damazlıq heyvanların balalarına və ilkin ödənişə əsasən pul tələbi qeyrimümkündür. Həmçinin qeyd edilir ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 1.2-ci bəndinə əsasən damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. Həmçinin iddia müddətinin tətbiqinə dair ərizə verərək, bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri üzrə verilmiş icra vərəqələrindən də görünür ki, ddiaçılar qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) illik müddəti ötürərək məhkəməyə müraciət olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 25.11.2016-cı il tarixli aktdan görünür ki, İmişli rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli (İş № 2(036)8124/2016) Qərardadına əsasən cavabdeh İddiaçı1 tərəfindən tərəfindən "xxxx" ASC-dən 18 fevral 2016-cı il tarixli, 74-LD/16 lizinq müqaviləsinə əsasən alınmış 10 (cn) baş simmental cinsli heyvanlardan, birka nömrələri AT 056781828, AT 132853628, AT ********* (xəstə), AT 169015928, AT AT 224565328, AT 248585828, AT 251776528, AT 439806422, (ölüb) olan 8 baş damazlıq heyvanlar, birka nömrələri AZE 214647, AZE 214652, AZE 214009 olan 3 baş buzov üzərinə həbs qoyularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-yə təhvil verilmişdir. Heyvanları təhvil verərkən onların köklük dərəcəsi orta, ortadan aşağı və aşağı səviyyədə olmuşdur. 1 ədəd süd sağım aparatı (Farmlcx) yararsız vəziyyətdə, 1 ədəd yem doğrayan aparat (Rusiya istehsalı), 1 ədəd yem paylayan aparat (kustar üsulla hazırlanmış), 9 ədəd süd qabı (30 litr), 6 ədəd sərinkeş (havalandırma üçün) üzərinə həbs qoyularaq “X17” QSC BOKT-in nümayəndəsi X10 tərəfindən qəbul edilib, o həmin əmlakları saxlanma üçün İmişli rayon “Proqress” heyvandarlıq, südçülük kooperativinin sədri X3, və sahəsi 468 kv/m (36m x 13m) olan inəklər üçün ferma və sahəsi 312 kv/m (26m x 12m) olan buzovlar üçün ferma isə üzərinə həbs qoyularaq, saxlanc üçün cavabdeh İddiaçı1 təhvil verilmişdir. İş materiallarında olan 01.09.2016-cı il tarixli aktdan görünür ki, aktı imza edənlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin baş mütəxəssisi X12, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı kreditləri və lahiyyəsi ilə iş üzrə dövlət xidmətinin lahiyyəsi ilə iş şöbəsinin baş məsləhətçisi X6, imişli rayon Kənd Təsərrüfat idarəsinin baş məsləhətçisi X11, “X17” QSC BOKT-n mütəxəssisi X10, imişli rayon “Proqress” heyvandarlıq, südçülük kooperativinin sədri X7, İmişli rayon Polis şöbəsinin Ağamallar və Məmmədli kənd ərazi inzibati idarəsi üzrə sahə inspektoru polis kapitanı X2, müasir kəndli fermer təsərrüfatının başçısı İddiaçı1 bu aktı onda ötrü tərtib etmişlər ki, ailə kəndli təsərrüfatının başçısı lizinq yolu ilə almış olduğu 10 baş simmental cinsli damazlıq heyvanların lizinq və kredit borcunu ödəmədiyinə görə təsərrüfatda olan mal qaranın geri alınmasını tələb etdik. İddiaçı1 dəfələrlə damazlıq heyvanların və onların balalarının geri alınması iiə bağlı xəbərdarlıq etməyimizə baxmayaraq damazlıq heyvanları verməkdən imtina etdi və bu məsələnin məhkəmə yolu ilə həll olunmasını bildirdi. İş materiallarında olan lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı1 arasında bağlanmış 18.02.2016-cı il tarixli, 74LD/16 №-li dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi haqqında müqavilədən görünür ki, lizinq verən 10 ədəd Simmental cinsli qara malı 3 il müddətinə lizinq alanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 8000 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, 300 manat məbləğində üstəlik xərcləri müqavilə bağlandığı gündən etibarən 3 ay müddətinə və satış dəyərindən qalan 7869,31 manat məbləği isə müqavilədə göstərilən ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı1 arasında bağlanmış 18.02.2016-cı il tarixli, sığorta haqqının ödənilməsi haqqında müqavilədən görünür ki, lizinq verən 10 ədəd Simmental cinsli qara malı 3 il müddətinə lizinq alanın mülkiyyətinə müqavilədə göstərilən qaydada sığortalayaraq vermişdir. Lizinq alan 952,17 manat məbləğində sığorta haqqını müqavilə bağlandığı gündən etibarən 3 ay müddətinə lizinq verənə tam həcmdə ödəməlidir. Sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır. Sığorta hadisəsi baş verdiyi halda sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır. "xxxx" ASC-nin 19.02.2016-cı il tarixli, 725/ü №-li əmrindən görünür ki, İmişli şəhəri, M.Əsədov küçəsi, ev 9 ünvanında yaşayan İddiaçı1 2016-cı il 18 fevral tarixli s/-78 nömrəli sifarişinə, 2016-cı il 18 fevral tarixli 4-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən siyahıda göstərilən 10 ədəd Simmental cinsli qara malın lizinqə verilməsi, lizinq alanın damazlıq heyvanların satış dəyərindən 8000 manat ödədiyinin nəzərə alınması qərara alınmışdır. “X14 BOKT” MMC ilə İddiaçı1 arasında bağlanmış 09.09.2015-ci il tarixli, İMİŞLİ/07 №-li kredit müqaviləsindən görünür ki, İddiaçı1 aylıq 0,833% olmaqla 25000 manatlıq kredit xətti açılmışdır. 01.09.2016-cı il tarixli AKTdan görünür ki, aktı tərtib edənlər imzaları ilə təsdiq etmişlər ki, 48 baş orta köklükdə Simmental cinsli inək, 29 baş Simmental cinsli buzov, inəklər üçün ferma 36m x 13m, buzovlar üçün ferma 26m x 12m, ot-yem anbarı 16m x6m, malların gəzinti yerləri, süd sağım aparatları 5 ədəd (2 ədədi yararsız), yem doğrayan aparat 1 ədəd, yem paylayan aparat 1 ədəd, ventelyator 6 ədəd, süd flyaqaları 9 ədəd aşkar edilmişdir. İş materiallarında olan 25.11.2016-cı il tarixli aktdan görünür ki, İmişli rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli (İş № 2(036)8128/2016) Qərardadına əsasən cavabdeh İddiaçı2 tərəfindən tərəfindən '‘Aqrolizinq” ASC-dən 18 fevral 2016-cı il tarixli, 75-LD/16 lizinq müqaviləsinə əsasən alınmış olan 10 baş simmental cinsli, birka nömrələri AT 6********. AT 6********. AT 651541322, AT 654746722, AT 679600422, AT 717600522, AT ********* olan 7 baş damazlıc heyvanlar, birka nömrələri AZE 214006, AZE 214012, AZE 214008, AZE 214010, AZE 214023, olan 5 baş buzov üzərinə həbs qoyularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-yə təhvil verildi. . Heyvanları təhvil verərkən onların köklük dərəcəsi orta, ortadan aşağı və aşağı səviyyədə olmuşdur. 1 ədəd süd sağım aparatı (farmtex) üzərinə həbs qoyularaq X17” QSC BOKT-un nümayəndəsi X10 tərəfindən qəbul edilib, o həmin əmlakları saxlanma üçün İmişli rayon “Proqress” heyvandarlıq, südçülük kooperativinin sədri X3 təhvil verdi. İş materiallarında olan 01.09.2016-cı il tarixli aktdan görünür ki, aktı imza edənlər Azərbaycan Respublikası Koııd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin baş mütəxəssisi X12, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı kreditləri və lahiyyəsi ilə iş üzrə dövlət xidmətinin lahiyyəsi ilə iş şöbəsinin baş məsləhətçisi X6, İmişli rayon Kənd Təsərrüfat idarəsinin baş məsləhətçisi X11, “X17” QSC BOKT-un mütəxəssisi X10, İmişli rayon “Proqress” heyvandarlıq, südçüliik kooperativinin sədri X7, İmişli rayon Polis şöbəsinin Ağamallar və Məmmədli kənd ərazi inzibati idarəsi üzrə sahə inspektoru polis kapitanı X2, müasir kəndli fermer təsərrüfatının başçısı İddiaçı2 bu aktı tərtib edirik onca ötəri ki, ailə kəndli təsərrüfatının başçısı lizinq yolu ilə almış olduğu 10 baş simmental cinsli damazlıq heyvanların borcunu lizinq və kredit borcunu ödəmədiyinə görə təsərrüfatda olan mal qaranın geri alınmasını tdəb etdik. İddiaçı2 dəfələrlə damazlıq heyvanların və onların balalarının geri alınması ilə bağlı xəbərdarlıq etməyimizə baxmayaraq damazlıq heyvanları verməkdən imtina etdi və bu məsələnin məhkəmə yolu ilə həll olunmasını bildirdi. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 23.01.2017-ci il tarixli 2(008)-725/1017 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilərək, İddiaçı2 1384 manat əsas borc, 300 manat damazlıq heyvanların saxlanma xərci, 937,13 manat sığorta haqqı vo 30 manat dövlət rüsumu, cəmi 2641,13 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, "xxxx" ASC-nin mülkiyyətində olan damazlıq heyvanları sağlam vəziyyətdə İddiaçı2 sahibliyindən alınaraq "xxxx" ASC-yə qaytarılması qət edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 05.05.2017-ci il tarixli, 2(036)-3963/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı2 25.000 manat əsas borc, 1648,48 manat faiz borcu, cəmi 26.648,48 ( iyirmi altı min altı yiiz qırx səkkiz.) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı «X14 BOKT» QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı2 arasında bağlanmış 18.02.2016-cı il tarixli, 74LD/16 №-li dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi haqqında müqavilədən görünür ki, lizinq verən 10 ədəd Simmental cinsli qara malı 3 il müddətinə lizinq alanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 8000 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, 300 manat məbləğində üstəlik xərcləri müqavilə bağlandığı gündən etibarən 3 ay müddətinə və satış dəyərindən qalan 7618,89 manat məbləği isə müqavilədə göstərilən ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı2 arasında bağlanmış 18.02.2016-cı il tarixli, sığorta haqqının ödənilməsi haqqında müqavilədən görünür ki, lizinq verən 10 ədəd Simmental cinsli qara malı 3 il müddətinə lizinq alanın mülkiyyətinə müqavilədə göstərilən qaydada sığortalayaraq vermişdir. Lizinq alan 937,13 manat məbləğində sığorta haqqını müqavilə bağlandığı gündən etibarən 3 ay müddətinə lizinq verənə tam həcmdə ödəməlidir. Sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır. Sığorta hadisəsi baş verdiyi halda sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır. İş materiallarında olan "xxxx" ASC-nin 22.02.2016-cı il tarixli, 768/ü №-li əmrindən görünür ki, İmişli şəhəri, M.Əsədov küçəsi, ev 9 ünvanında yaşayan İddiaçı2 2016-cı il 18 fevral tarixli s/-75 nömrəli sifarişinə, 2016-cı il 18 fevral tarixli 75-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən siyahıda göstərilən 10 ədəd Simmental cinsli qara malın lizinqə verilməsi, lizinq alanın damazlıq heyvanların satış dəyərindən 8000 manat ödədiyinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan “X14 BOKT” MMC ilə İddiaçı2 arasında bağlanmış 09.09.2015-ci il tarixli, İMİŞLİ/11 №-li kredit müqaviləsindən görünür ki, İddiaçı2 aylıq 0,833% olmaqla, 48 ay müddətinə 25000 manatlıq kredit xətti açılmışdır. İş materiallarında olan 25.11.2016-cı il tarixli aktdan görünür ki, İmişli rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli (İş № 2(036)8126/2016) Qərardadına əsasən cavabdeh İddiaçı3 tərəfindən "xxxx" ASC-dən 18 fevral 2016-cı il tarixli, 73-LD/15 lizinq müqaviləsinə əsasən alınmış olan 10 baş simmental cinsli, birka nömrələri AT 721842622, AT 730018622, AT 753331522, AT ********* (xəstə), AT 802252422, AT 804633922, AT ********* (ağır xəstə), AT 81-551222 olan 8 baş damazlıq heyvanlar, birka nömrələri A7.K 214010, AZE 214005 və AZE 214011 olan 3 baş buzovlar üzərinə həbs qoyularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-yə təhvil verildi.. Heyvanları təhvil verərkən onların köklük dərəcəsi orta, ortadan aşağı və aşağı səviyyədə olmuşdur. 1 ədəd süd sağım aparatı (farmtex) üzərinə həbs qoyularaq X17” QSC BOKT-in nümayəndəsi X10 tərəfindən qəbul edilib, o həmin əmlakları saxlanma üçün İmişli rayon “Proqress” heyvandarlıq, südçülük kooperativinin sədri X3 təhvil verilmişdir. İş materiallarında olan 01.09.2016-cı il tarixli aktdan görünür ki, aktı imza edənlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC- nin damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin baş mütəxəssisi X12, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı kreditləri və lahiyyəsi ilə iş üzrə dövlət xidmətinin lahiyyəsi ilə iş şöbəsinin baş məsləhətçisi X6, İmişli rayon Kənd Təsərrüfat idarəsinin baş məsləhətçisi X11, “X17” QSC BOKT-n mütəxəssisi X10, İmişli rayon “Proqress” heyvandarlıq, südçülük kooperativinin sədri X7, İmişli rayon Polis şöbəsinin Ağamallar və Məmmədli kənd ərazi inzibati idarəsi üzrə sahə inspektoru polis kapitanı X2, müasir kəndli fermer təsərrüfatının başçısı İddiaçı3 bu aktı tərtib edirik onda ötəri ki, ailə kəndli təsərrüfatının başçısı lizinq yolu ilə almış olduğu 10 baş simmental cinsli damazlıq heyvanların borcunu lizinq və kredit borcunu ödəmədiyinə görə təsərrüfatda olan mal qanının geri alınmasını tələb etdik. İddiaçı3 dəfələrlə damazlıq heyvanların və onların balalarının geri alınması ilə bağlı xəbərdarlıq etməyimizə baxmayaraq damazlıq heyvanları verməkdən imtina etdi və bu məsələnin məhkəmə yolu ilə həll olunmasını bildirdi. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 16.03.2017-ci il tarixli 2(008)-1183/1017 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilərək, Aqrolizinq ASC ilə cavabdeh İddiaçı3 arasında bağlanmış 18 fevral 2016-cı il tarixli 73-ED/16 nömrəli damazlıq heyvanların lizinqə verilməsinə dair müqaviləyə xitam verilməsi, 10 baş Simmental cinsli damazlıq heyvanları İddiaçı3 alınaraq, "xxxx" ASC-nə verilməsi, cavabdeh İddiaçı3 lizinq obyektindən istifadəyə görə yaranmış əsas borc üzrə 1448 (min dörd yüz, qırx səkkiz) manat əsas borc, 300 (üç yüz) manat damazlıq heyvanların saxlanma xərci, 957,85 (doqquz, yüz əlli yeddi manat səksər beş qəpik) manat sığorta haqqı və 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 2725,85 (iki min yeddi yüz iyirmi beş manat səksən beş qəpik) manat tutulanıq iddiaçı “Aqrolizinq“ ASC-nə ödənilməsi qət edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 12.05.2017-ci il tarixli, 2(036)-3963/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı3 25.000 manat əsas borc, 1648.48 manat faiz borcu, cəmi 26.648.48 ( iyirmi altı min altı yüz qırx səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı «X14 BOKT» QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı3 arasında bağlanmış 18.02.2016-cı il tarixli, 73LD/16 №-li dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi haqqında müqavilədən görünür ki, lizinq verən 10 ədəd Simmental cinsli qara malı 3 il müddətinə lizinq alanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 8000 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, 300 manat məbləğində üstəlik xərcləri müqavilə bağlandığı gündən etibarən 3 ay müddətinə və satış dəyərindən qalan 7964,30 manat məbləği isə müqavilədə göstərilən ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı3 arasında bağlanmış 18.02.2016-cı il tarixli, sığorta haqqının ödənilməsi haqqında müqavilədən görünür ki, lizinq verən 10 ədəd Simmental cinsli qara malı 3 il müddətinə lizinq alanın mülkiyyətinə müqavilədə göstərilən qaydada sığortalayaraq vermişdir. Lizinq alan 957,85 manat məbləğində sığorta haqqını müqavilə bağlandığı gündən etibarən 3 ay müddətinə lizinq verənə tam həcmdə ödəməlidir. Sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır. Sığorta hadisəsi baş verdiyi halda sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır. "xxxx" ASC-nin 19.02.2016-cı il tarixli, 724/ü №-li əmrindən görünür ki, İmişli şəhəri, M.Əsədov küçəsi, ev 9 ünvanında yaşayan İddiaçı3 2016-cı il 18 fevral tarixli s/-77 nömrəli sifarişinə, 2016-cı il 18 fevral tarixli 73-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən siyahıda gstərilən 10 ədəd Simmental cinsli qara malın lizinqə verilməsi, lizinq alanın damazlıq heyvanların satış dəyərindən 8000 manat ödədiyinin nəzərə alınması qərara alınmışdır. “X14 BOKT” MMC ilə İddiaçı3 arasında bağlanmış 09.09.2015-ci il tarixli, İMİŞLİ/12 №-li kredit müqaviləsindən görünür ki, İddiaçı3 aylıq 0,833% olmaqla, 48 ay müddətinə 25000 manatlıq kredit xətti açılmışdır. İş materiallarında olan 25.11.2016-cı il tarixli aktdan görünür ki, İmişli rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli (İş № 2(036)8130/2016) Qərardadına əsasən cavabdeh İddiaçı4 tərəfindən "xxxx" ASC-dən 18 fevral 2016-cı il tarixli, 72-LD/16 lizinq müqaviləsinə əsasən alınmış olan 10 baş simmental cinsli, 8 baş damazlıq heyvanlar, 3 baş buzovlar üzərinə həbs qoyularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-yə təhvil verilmişdir. Heyvanları təhvil verərkən onların köklük dərəcəsi orta, ortadan aşağı və aşağı səviyyədə olmuşdur. 1 ədəd süd sağım aparatı (farmtex) üzərinə həbs qoyularaq X17” QSC BOKT-in nümayəndəsi X10 tərəfindən qəbul edilib, o həmin əmlakları saxlanma üçün İmişli rayon “Proqress” heyvandarlıq, südçülük kooperativinin sədri X3 təhvil verilmişdir. İş materiallarında olan 01.09.2016-cı il tarixli aktdan görünür ki, aktı imza edənlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC- nin damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin baş mütəxəssisi X12, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı kreditləri və lahiyyəsi ilə iş üzrə dövlət xidmətinin lahiyyəsi ilə iş şöbəsinin baş məsləhətçisi X6, İmişli rayon Kənd Təsərrüfat idarəsinin baş məsləhətçisi X11, “X17” QSC BOKT-n mütəxəssisi X10, İmişli rayon “Proqress” heyvandarlıq, südçülük kooperativinin sədri X7, İmişli rayon Polis şöbəsinin Ağamallar və Məmmədli kənd ərazi inzibati idarəsi üzrə sahə inspektoru polis kapitanı X2, müasir kəndli fermer təsərrüfatının başçısı İddiaçı4 bu aktı tərtib edirik onda ötəri ki, ailə kəndli təsərrüfatının başçısı lizinq yolu ilə almış olduğu 10 baş simmental cinsli damazlıq heyvanların borcunu lizinq və kredit borcunu ödəmədiyinə görə təsərrüfatda olan mal qanının geri alınmasını tələb etdik. İddiaçı4 dəfələrlə damazlıq heyvanların və onların balalarının geri alınması ilə bağlı xəbərdarlıq etməyimizə baxmayaraq damazlıq heyvanları verməkdən imtina etmiş və bu məsələnin məhkəmə yolu ilə həll olunmasını bildirmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 18.08.2017-ci il tarixli 2(008)-6976/1017 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilərək, İddiaçı4 1366 manat əsas borc, 300 manat damazlıq heyvanlarının saxlanma xərci, 6370,18 manat damazlıq heyvanların qalıq dəyəri, 937,13 manat sığorta haqqı və 30 manat dövlət rüsumu, cəmi 8997,45 manat tutularaq Aqrolizinq ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 05.05.2017-ci il tarixli, 2(036)-3964/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı4 25.000 manat əsas borc, 1648.48 manat faiz borcu, cəmi 26.648.48 ( iyirmi altı min altı yüz qırx səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı «X14 BOKT» QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı4 arasında bağlanmış 18.02.2016-cı il tarixli, 72-LD/16 №-li dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi haqqında müqavilədən görünür ki, lizinq verən 10 ədəd Simmental cinsli qara malı 3 il müddətinə lizinq alanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 8000 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, 300 manat məbləğində üstəlik xərcləri müqavilə bağlandığı gündən etibarən 3 ay müddətinə və satış dəyərindən qalan 7521,01 manat məbləği isə müqavilədə göstərilən ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı4 arasında bağlanmış 18.02.2016-cı il tarixli, sığorta haqqının ödənilməsi haqqında müqavilədən görünür ki, lizinq verən 10 ədəd Simmental cinsli qara malı 3 il müddətinə lizinq alanın mülkiyyətinə müqavilədə göstərilən qaydada sığortalayaraq vermişdir. Lizinq alan 931,27 manat məbləğində sığorta haqqını müqavilə bağlandığı gündən etibarən 3 ay müddətinə lizinq verənə tam həcmdə ödəməlidir. Sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır. Sığorta hadisəsi baş verdiyi halda sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır. "xxxx" ASC-nin 19.02.2016-cı il tarixli, 721/ü №-li əmrindən görünür ki, İmişli şəhəri, M.Əsədov küçəsi, ev 9 ünvanında yaşayan İddiaçı4 2016-cı il 18 fevral tarixli s/-80 nömrəli sifarişinə, 2016-cı il 18 fevral tarixli 72-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən siyahıda gstərilən 10 ədəd Simmental cinsli qara malın lizinqə verilməsi, lizinq alanın damazlıq heyvanların satış dəyərindən 8000 manat ödədiyinin nəzərə alınması qərara alınmışdır. “X14 BOKT” MMC ilə İddiaçı4 arasında bağlanmış 09.09.2015-ci il tarixli, İMİŞLİ/13 №-li kredit müqaviləsindən görünür ki, İddiaçı4 aylıq 0,833% olmaqla, 48 ay müddətinə 25000 manatlıq kredit xətti açılmışdır. İş materiallarında olan 25.11.2016-cı il tarixli aktdan görünür ki, İmişli rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli (İş № 2(036)8118/2016) Qərardadına əsasən cavabdeh İddiaçı5 tərəfindən "xxxx" ASC-dən 18 fevral 2016-cı il tarixli, 72-LD/16 lizinq müqaviləsinə əsasən alınmış olan 10 baş simmental cinsli, 8 baş damazlıq heyvanlar, 3 baş buzovlar üzərinə həbs qoyularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-yə təhvil verilmişdir. Heyvanları təhvil verərkən onların köklük dərəcəsi orta, ortadan aşağı və aşağı səviyyədə olmuşdur. 1 ədəd süd sağım aparatı (farmtex) üzərinə həbs qoyularaq X17” QSC BOKT-in nümayəndəsi X10 tərəfindən qəbul edilib, o həmin əmlakları saxlanma üçün İmişli rayon “Proqress” heyvandarlıq, südçülük kooperativinin sədri X3 təhvil verilmişdir. İş materiallarında olan 01.09.2016-cı il tarixli aktdan görünür ki, aktı imza edənlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin baş mütəxəssisi X12, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı kreditləri və lahiyyəsi ilə iş üzrə dövlət xidmətinin lahiyyəsi ilə iş şöbəsinin baş məsləhətçisi X6, İmişli rayon Kənd Təsərrüfat idarəsinin baş məsləhətçisi X11, “X17” QSC BOKT-n mütəxəssisi X10, İmişli rayon “Proqress” heyvandarlıq, südçülük kooperativinin sədri X7, İmişli rayon Polis şöbəsinin Ağamallar və Məmmədli kənd ərazi inzibati idarəsi üzrə sahə inspektoru polis kapitanı X2, müasir kəndli fermer təsərrüfatının başçısı İddiaçı5 bu aktı tərtib edirik onda ötəri ki, ailə kəndli təsərrüfatının başçısı lizinq yolu ilə almış olduğu 10 baş simmental cinsli damazlıq heyvanların borcunu lizinq və kredit borcunu ödəmədiyinə görə təsərrüfatda olan mal qanının geri alınmasını tələb etdik. İddiaçı5 dəfələrlə damazlıq heyvanların və onların balalarının geri alınması ilə bağlı xəbərdarlıq etməyimizə baxmayaraq damazlıq heyvanları verməkdən imtina etmiş və bu məsələnin məhkəmə yolu ilə həll olunmasını bildirmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 05.05.2017-ci il tarixli, 2(036)-3965/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı5 25.000 manat əsas borc, 1648.48 manat faiz borcu, cəmi 26.648.48 ( iyirmi altı min altı yüz qırx səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı «X14 BOKT» QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı5 arasında bağlanmış 18.02.2016-cı il tarixli, 71-LD/16 №-li dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi haqqında müqavilədən görünür ki, lizinq verən 10 ədəd Simmental cinsli qara malı 3 il müddətinə lizinq alanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 8000 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, 300 manat məbləğində üstəlik xərcləri müqavilə bağlandığı gündən etibarən 3 ay müddətinə və satış dəyərindən qalan 7446,16 manat məbləği isə müqavilədə göstərilən ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan lizinq verən "xxxx" ASC ilə lizinq alan Xalidə arasında bağlanmış 18.02.2016-cı il tarixli, sığorta haqqının ödənilməsi haqqında müqavilədən görünür ki, lizinq verən 10 ədəd Simmental cinsli qara malı 3 il müddətinə lizinq alanın mülkiyyətinə müqavilədə göstərilən qaydada sığortalayaraq vermişdir. Lizinq alan 931,27 manat məbləğində sığorta haqqını müqavilə bağlandığı gündən etibarən 3 ay müddətinə lizinq verənə tam həcmdə ödəməlidir. Sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır. Sığorta hadisəsi baş verdiyi halda sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır. İş materiallarında olan "xxxx" ASC-nin 19.02.2016-cı il tarixli, 721/ü №-li əmrindən görünür ki, İmişli şəhəri, M.Əsədov küçəsi, ev 9 ünvanında yaşayan İddiaçı4 2016-cı il 18 fevral tarixli s/-80 nömrəli sifarişinə, 2016-cı il 18 fevral tarixli 72-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən siyahıda gstərilən 10 ədəd Simmental cinsli qara malın lizinqə verilməsi, lizinq alanın damazlıq heyvanların satış dəyərindən 8000 manat ödədiyinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan “X14 BOKT” MMC ilə İddiaçı4 arasında bağlanmış 09.09.2015-ci il tarixli, İMİŞLİ/13 №-li kredit müqaviləsindən görünür ki, İddiaçı4 aylıq 0,833% olmaqla, 48 ay müddətinə 25000 manatlıq kredit xətti açılmışdır. "xxxx" MMC-nin 26.07.2021-ci il tarixli, ƏEM/A 18-784/21 nömrəli ekspert rəyindən görünür ki, damazlıq heyvanların birinin dəyəri 1750 manat, buzovlardan birinin dəyəri 800 manat, 1 ədəd ot doğrayan aparatın dəyəri 2000 manat, 5 ədəd süd sağım aparatının dəyəri biri 700 manat olmaqla 3500 manat, 6 ədəd sərinkeş biri 120 manat olmaqla 720 manat, 1 ədəd yempaylayan və qarışdıran 3000 manat təşkil edir. Beləliklə göründüyü kimi Aqrolizinq ASC ilə iddiaçıların hər birinin arasında ayrı-ayrılıqda lizinq müqavilələri bağlanmışdır. Bu müqavilələrə əsasən lizinq verən 10 ədəd Simmental cinsli qara malı 3 il müddətinə lizinq alanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 8000 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, 300 manat məbləğində üstəlik xərcləri müqavilə bağlandığı gündən etibarən 3 ay müddətinə və satış dəyərindən qalan məbləği isə müqavilədə göstərilən ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşlər. Bundan başqa “X14 BOKT” MMC ilə İddiaçı4 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçılara ayrılıqda 0,833% olmaqla, 48 ay müddətinə 25000 manatlıq kredit xətti açılmışdır. Müqavilə öhdəlikləri vaxtı-vaxtında ödənilmədiyindən tərəflər arasında məhkəmə çəkişmələri olmuş və iddiaçılardan lizinq və kredit müqavilələri üzrə ödənilməmiş qalan məbləğ tutulmuşdur. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, buzovların və texnikanın dəyərinin onlara ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.2-ci maddəsinə əsasən Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi müqavilələr üzrə əvvəlcədən ödənilmiş güzəştli satış dəyərinin və buzovların dəyərinin geri qaytarılması hissəsində əsassızdır. Belə ki, mülki işin mübahisəz halları ilə müəyyən edilmişdir ki, Aqrolizinq ASC ilə iddiaçıların hər birinin arasında ayrıayrılıqda lizinq müqavilələri bağlanmış və hər iki tərəf üzərinə müqavilə üzrə öhdəliklər götürmüşdür. Daha sonra iddiaçılar tərəfindən müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən tərəflər arasında məhkəmə mübahisələri olmuş və lizinq müqavilələrinə xitam verilərək lizinq obyekləri, həmçinin lizinq obyektindən istifadəyə görə yaranmış borcun Aqrolizinq ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbinin qeyd edilən hissəsi ilə aşağıdakı səbəblərə görə razılaşmır: Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 8000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir. Damazlıq heyvanlar Lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.2.17-ci bəndinə əsasən müqavilənin şərtlərinə əməl edilmədikdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq iki dəfə ödənişi vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə damazlıq heyvanları və balalarını sağlam vəziyyətdə və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyalar ilə birlikdə ona istifadə üçün təhvil verir və bu Müqavilənin 5.3-5.4-cü bəndlərində göstərilən şərtlərin yerinə yetirilməsini öhdəsinə götürür; Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən lizinq alan tərəfindən damazlıq heyvanlar qəbul edildikdən sonra ödənilmiş məbləğlərin geri qaytarılması müqavilə ilə nəzərdə tutulmamışdır. Eyni zamanda, müqavilədə lizinq alan tərəfindən müqavilə üzrə ödənişlərin ardıcıl iki dəfə gecikdirilməsi halında damazlıq heyvanların balaları və onların yerləşdiyi tikili ilə birlikdə lizinq alana qaytarılması nəzərdə tutulmuşdur. Belə olan halda buzovların dəyərinin və iddiaçılar tərəfindən ödənilmiş 8000 manat pulun cavabdehdən iddiaçıların xeyrinə tutulması müqavilə ilə tərəflər arasında razılaşdırılmış şərtlərin pozulmasına və lizinq verənin hüquqlarının pozulmasına səbəb olar. Məhkəmə “texniki vasitələrin və ya onların dəyərinin iddiaçılara qaytarılması” hissəsində iddia tələbini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə digər cavabdeh “X14 BOKT” QSC ilə iddiaçılar arasında kredit müqavilələri bağlanmış və iddiaçıların hər birinə 48 ay müddətinə, aylıq 0,833 faizlə 25000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit əsasında iddiaçılar tərəfindən fermər təsərrüfatının qurulması üçün lazım olan texniki avadanlıqlar satın alınmışdır. Bunlar: 3500 manat dəyərində olan 5 ədəd süd sağım aparatının (farmtex), 2000 manat dəyərində olan 1 ədəd ətdoğrayan aparatın, 3000 manat dəyərində olan 1 ədəd yempaylayan aparatın, 720 manat dəyərində olan 6 ədəd sərinkeşin (ventelyator-havalandırma üçün). Lakin müqavilə üzrə ödənişlər vaxtı-vaxtında ödənilmədiyindən iddiaçılar QSC-yə olan borclarını vaxtında ödəyə bilməmiş, nəticədə məhkəmə qətnamələri əsasında onlardan müqavilə üzrə əsas və faiz borclarının tutulması qət edilmişdir. Göründüyü kimi iddiaçılardan kreditor qarşısında icra etmədikləri öhdəliklərinə görə məhkəmə qətnaməsi ilə borclu olduqları məbləğin tutulması qət edilmişdir. Belə olan halda, 3500 manat dəyərində olan 5 ədəd süd sağım aparatının (farmtex), 2000 manat dəyərində olan 1 ədəd ətdoğrayan aparatın, 3000 manat dəyərində olan 1 ədəd yempaylayan aparatın, 720 manat dəyərində olan 6 ədəd sərinkeşin (ventelyator-havalandırma üçün) “X14 BOKT” QSC-də qalması onun əsassız varlanmasına səbəb olur. Bu səbədən məhkəmə hesab edir ki, 3500 manat dəyərində olan 5 ədəd süd sağım aparatı (farmtex), 2000 manat dəyərində olan 1 ədəd ətdoğrayan aparat, 3000 manat dəyərində olan 1 ədəd yempaylayan aparatın, 720 manat dəyərində olan 6 ədəd sərinkeşin (ventelyator-havalandırma üçün), ümumilikdə -9220 manat dəyərində texniki avadanlıq və ya onların dəyəri iddiaçılar arasında bərabər bölünməklə “X14 BOKT” QSC tərəfindən onlara ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ekspertiza xərci olan 200 manat məbləğində pul cavabdeh “X14 BOKT” QSC-dən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 3500 manat dəyərində olan 5 ədəd süd sağım aparatı (farmtex), 2000 manat dəyərində olan 1 ədəd ətdoğrayan aparat, 3000 manat dəyərində olan 1 ədəd yempaylayan aparat, 720 manat dəyərində olan 6 ədəd sərinkeş, ümumilikdə 9220 manat dəyərində texniki avadanlıq “X14 BOKT” QSC-də alınaraq iddiaçılara geri qaytarılsın, bu mümkün olmadıqda isə onların dəyəri iddiaçılar arasında bərabər bölünməklə “X14 BOKT” QSC tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu və ekspertiza xərci olan 200 manat məbləğində pul cavabdeh “X14 BOKT” QSC-yə aid edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar