Məhkəmə qərarları › İş №2(005)-1566/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1566/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1566/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-1763 saylı “daxili lizinq” müqaviləsi ləğv edilsin, Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630124 ban nömrəli, göy rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın və Cavabdeh xx xxxxxx 2019cu il tarixli MAS-1763 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2021-ci il tarixə 2093.26 manat gecikdirilmiş əsas, 454.88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 701.99 manat dəbbə pulu, ümumilikdə 3250.13 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-1763 saylı "Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630124 ban nömrəli, göy rəngli avtomobil 10800 manat məbləğinə “İddiaçı" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X2 illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu "İddiaçı” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2020-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-1763 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2021-ci il tarixə 2093.26 manat gecikdirilmiş əsas, 454.88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 701.99 manat dəbbə pulu, ümumilikdə 3250.13 manat borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq iddiaçı hesab edirik ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, 1-ci C.Hacıbəyli dön, ev.28 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, 1-ci C.Hacıbəyli dön,ev.28 ünvanında qeydiyyatdadır. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 1801 nömrəli xəbərdarlıqdan (pretenziya məktubu) görünür ki, İddiaçı MMC ilə Cavabdehla qızı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-1763 saylı “daxili lizinq” müqaviləsinə əsasən “Khazar LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, göy rəngli avtomobil cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh “daxili lizinq” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün xx xxxxxx 2020-ci il tarixə İddiaçı MMC-yə MAS-1763 saylı “daxili lizinq” müqaviləsinə əsasən ümumilikdə 2112.45 manat borcu yaranmışdır. xx.xx.2019-cu il MAS-1763 nömrəli daxili lizinq müqaviləsinin 1.1-ci bəndindən görünür ki, bu müqvilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan T saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu lizinq müqaviləsinin əsas məbləğini 10.800 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 17% həcimində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyriiş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabqa olan son iş günündə edilməldir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq 36 ay müddətinə hər ay 385.05 (üç yüz səksən beş manat sıfır beş qəpik) manat məbləğində ödəniş etməldir. AD № 677370 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99PD064 qeydiyyat nişanlı, KHAZAR LX MİNİK markalı, buraxlış ili 2019-cu il, Ban NVABA1HHFLF630124, göy rəngli nəqliyyat vasitəsinin sahibi İddiaçıdir. İddiaçı xx xxxx 2021-ci il tarixli, 491 nömrəli arayışından görünür ki, borclu Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-1763 saylı “daxili lizinq” müqaviləsi üzrə xx xxxxxx 2021-ci il tarixə əsas borcu, mükafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış dəbbə pulu əsas borc 2093.26 (iki min doxsan üç manat iyirmi altı qəpik) manat, mükafat borcu 454.88 (dörd yüz əlli dörd manat səksən səkkiz qəpik) manat, cərimə borcu 701.99 manat (yeddi yüz bir manat doxsan doqquz qəpik) manat, cəmi məbləğ 3250.13 (üç min iki yüz əlli manat on üç qəpik) manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 400 (dörd yüz) manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən Lizinq verənin Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli daxili lizinq müqaviləsinə əsasən sonuncuya 17% illik olmaqla 36 ay müddətinə 13.862 (on üç min səkkiz yüz altmış iki) manat dəyərində “KHAZAR LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinqə verilmişdir. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində və faiz borcunun tutulması hissəsində əsaslı cərimə hissəsində isə qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə hazırda Cavabdeh İddiaçı MMC-yə əsas borcu 2093,26 manat məbləğində, faiz borcu 454,88 manat və cərimə (dəbbə) borcu 701.99 manat məbləğində müəyyən olumuşdur. Qeyd olunanalara əsasən cavabdehdən də məhz həmin məbləğ, əsas borca görə 2093,26 manat, faiz borcuna görə 454,88 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 701,99 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 100 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2093,26 (iki min doxsan üç manat iyirmi altı qəpik) manat əsas borc, 454,88 (dörd yüz əlli dörd manat səksən səkkiz) manat faiz borcu və 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 2648,14 (iki min altı yüz qırx səkkiz manat on dörd qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş 2019-cu il buraxlışlı, “KHAZAR LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı NVABA1HHFLF630124 ban nömrəli, göy rəngli miniki avtomobili cavabdehdən alınaraq İddiaçı MMC-yə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-1763 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 2093,26 (iki min doxsan üç manat iyirmi altı qəpik) manat əsas, 454,88 (dörd yüz əlli dörd manat, 88 qəpik) manat faiz, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 2648,14 (iki min altı yüz qırx səkkiz manat 14 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh tərəfindən lizinq obyekti olan 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630124 ban nömrəli, göy rəngli avtomobil İddiaçı MMC-yə qaytarlsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar