Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1567/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinin 126.3-cü km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 12 metr aralı məsafədə, Nərimanov rayonu, PYUA 10/38 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və yardımçı tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinin 126.3-cü km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 12 metr aralı məsafədə, Nərimanov rayonu, PYUA 10/38 ünvanında Cavabdeh tərəfindən içərisində yaşayış olan evin girişində, 2 metr enində, 2.5 metr uzunluğunda və 3.5 metr hündürlüyündə quraşdırılmış dəhliz, inşa olunmuş fərdi yaşayış evi və evin qarşısında yeni tikili faktları aşkar olunmuşdur. Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 12.30-da 13-14 saylı postların ərazisində (Nərimanov rayonu PYUA 10/38) Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinin 126.3-cü km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 12 metr aralı məsafədə, vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin girişində, köhnədən 2 metr enində, 2.5 metr uzunluğunda və 3.5 metr hündürlüyündə quraşdırılmış dəhlizin ev sahibi tərəfindən sökülərək yenidən kərpiclərlə inşa edilməsi aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu ev sahibinə izah edilərək sökülməsi tələb edilmiş, lakin o, sökməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair ona yazılı şəkildə xəbərdarlıq təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli, 10/4584 saylı ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Bakı şəhəri Nərimanov rayonu PYUA 10/38 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi ilə “Şirvan-Böyükşor” Dş 500 mm-lik neft kəmərinin 126.3-cü kilometrliyində kəmər arasında olan məsafə 14 m, həmin neft kəməri ilə evə bitişik inşa edilmiş digər tikili arasında olan məsafə isə 8 m təşkil edir. Bakı şəhəri Nərimanov rayonu PYUA 10/38 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi ilə “Şirvan- Böyükşor” Dş 500 mm-lik neft kəmərinin 126.3-cü kilometrliyində kəmər arasında olan məsafənin 14 m, həmin neft kəməri ilə evə bitişik inşa edilmiş digər tikili arasında olan məsafənin isə 8 m olduğunu nəzərə aldıqda, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.3-cü bəndinə əsasən qeyd olunan həyətyanı sahədə inşa edilmiş fərdi yaşayış evi ilə evə bitişik olan digər tikili bütövlükdə olmaqla həmin neft kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına əsasən yuxarıda sadalanan maddələrdə göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərinin həyata keçirilməsi dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 160 nömrəli 04 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunmalı və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmalıdır. Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 9.26-cı bəndinə əsasən sənaye müəssisələrinin və anbarların təchizatı üçün tez alışan və yanar-maye, həmçinin maye qaz nəql edən boru kəmərlərinin məskunlaşma ərazilərindən çəkilməsinə yol verilmir. Magistral boru kəmərləri qüvvədə olan normativ sənədə (SNiP 2.05.06) müvafiq olaraq, məskənlərin ərazi sərhədlərindən kənarda çəkilməlidir. Məskənin ərazisindən neft məhsulları kəmərləri çəkilərkən, qüvvədə olan normativ sənədin (SNiP 2. 05.3) tələbləri nəzərə alınmalıdır. Yanğın əleyhinə tələblərin (Əlavə 1) 3-cü bəndinə əsasən yaşayış və ictimai binalardan neft və neft məhsulları saxlanılan İ qrup anbarlaradək məsafə qüvvədə olan normativ sənədin (SNiP İİ-106-79) tələblərinə, ictimai və yaşayış binalarına xidmət göstərən qazanxanaların, dizel elektrik stansiyaları və digər enerji obyektlərinin tərkibində nəzərdə tutulan maye yanacaq saxlanan İİ qrup anbarlarına qədər isə məsafə cədvəl 2-də göstərilənlərdən az olmayaraq qəbul edilməlidir. 2951 nömrəli “03” yanvar 2003-cü il tarixli “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, Bakı şəhəri Nərimanov rayonu PYUA 10/38 ünvanında Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 126.3-cü km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 12 metr aralı məsafədə Cavabdeh tərəfindən qanunsuz tikili inşa olunmuşdur. 17 oktyabr 2021-ci il tarixdə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh məxsus tikili Nərimanov rayonu, PYUA 10/38 ünvanında Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 126.3-cü km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 12 metr aralı məsafədə inşa edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli, 10/4584 saylı ekspert rəyindən də görünür ki, Bakı şəhəri Nərimanov rayonu PYUA 10/38 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi ilə “Şirvan- Böyükşor” Dş 500 mm-lik neft kəmərinin 126.3-cü kilometrliyində kəmər arasında olan məsafə 14 m, həmin neft kəməri ilə evə bitişik inşa edilmiş digər tikili arasında olan məsafə isə 8 mtəşkil edir. Bakı şəhəri Nərimanov rayonu PYUA 10/38 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi ilə “Şirvan-Böyükşor” Dş 500 mm-lik neft kəmərinin 126.3-cü kilometrliyində kəmər arasında olan məsafənin 14 m, həmin neft kəməri ilə evə bitişik inşa edilmiş digər tikili arasında olan məsafənin isə 8 m olduğunu nəzərə aldıqda, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.3-cü bəndinə əsasən qeyd olunan həyətyanı sahədə inşa edilmiş fərdi yaşayış evi ilə evə bitişik olan digər tikili bütövlükdə olmaqla həmin neft kəmərinin mühafizə zonasında yerləşir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinin 126.3-cü km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 12 metr aralı məsafədə, Nərimanov rayonu, PYUA 10/38 ünvanında inşa edilmiş fərdi yaşayış evi, hasar və yardımçı tikili cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən 100 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı, ekspertiza tədqiqatının dəyəri 102 manat isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Nərimanov rayonu, PYUA 10/38 ünvanında Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinin 126.3-cü km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 12 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və yardımçı tikili cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutulsun, VÖEN: **********, Hesab №: AZ33AİİB********************, Bank: Kapital Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD: 200071, SWİFT BİK: AİİBAZ2XXXX ARDNŞ İddiaçı hesabına keçirilsin. Mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat Cavabdeh tutulsun, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1567/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1567/2022
04.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver