Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1571/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank VTB (Azərbaycan)” X14 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Xammal və X21 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra və Probasiya Şöbəsinə və “Bank VTB (Azərbaycan)” X12rşı “hərrac protokolunun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X21 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra və Probasiya Şöbəsinə və “Bank VTB (Azərbaycan)” X12rşı “hərrac protokolunun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Xammal və X21 Mərkəzi CavabdehAbşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 12-ci dalanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin açıq hərracda satılması barədə xx xxxxxx 2019-cu il tarixli 68/02 nömrəli hərracın keçirilməsi barədə protokolunun və xx xxxxxx 2020-ci il tarixli 03.02 nömrəli hərracın keçirilməsi barədə protokolun etibarsız sayılması barədəqətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “Bank VTB (Azərbaycan)” X18 Abşeron Rayon Məhkəməsinə cavabdehlər Əyyub Taciddin oğluna, X13, X5, X8 və Eyyubova Şəlalə Rövşən qızına qarşı 42.698,90 (qırx iki min altı yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində əsas borcu, 6.042,85 (altı min qırx iki manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 182,94 (bir yüz səksən iki manat doxsan dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 48.924,69 (qırx səkkiz min doqquz yüz iyirmi dörd manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq iddiaçı “Bank VTB (Azərbaycan)” X16 ödənilməsi, tələbin İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, dalan 12 ünvanda yerləşən 0,01605 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üç otaqlı, ümumi sahəsi 133 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzildə qeydiyyatda olan cavabdehlərin və onların ailə üzvlərinin evdən çıxarılmaları, tutmanın evə yönəldilməsi, həmin mənzilin məcburi qaydada boşaldılaraq ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən məbləğlərin banka ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(012)-5483/2016 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, 42.698,90 (qırx iki min altı yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində əsas borc, 6.042,85 (altı min qırx iki manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 182,94 (bir yüz səksən iki manat doxsan dörd qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 48.924,69 (qırx səkkiz min doqquz yüz iyirmi dörd manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı “Bank VTB (Azərbaycan)” X16 ödənilməsi, tələbin cavabdeh İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, dalan 12 ünvanda yerləşən 0,01605 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üç otaqlı, ümumi sahəsi 133 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən məbləğlərin banka ödənilməsi, pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən iş icra edilməsi üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icrası zamanı ona məxsus hərracın keçirilməsi üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsi əmlak üzərində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ümimi sahəsi 66,93 kv.metr, yaşayış sahəsi 46,96 kv.metr və yardımçı sahəsi 19,97 kv.metr olan 15 nömrəli evin 56 nömrəli mənzil hərraca çıxarılmış, son nəticədə xx xxxxxx 2019-ci il tarixdə 51.000 manat müqabilində 40/02 nömrəli hərracın yekunları barədə protokol və müqavilə əsasında xx xxxxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Respublika Xammal və Əmtəə Birjası Cavabdehnə göndərilmişdir. Lakin Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdə və xx xxxxxx 2020-ci il tarixində hərrac təşkil edilmiş və bu barədə protokol tərtib edilmişdir. Belə ki, həmin tarixdə keçirilmiş hərracla bağlı xəbərdar edilməmiş və hər hansı məlumatlandırma olmamışdır. Eləcə də, bilərəkdən onun iştirakı təmin edilməmiş və evin qiyməti həddindən artıq aşağı salınaraq tələbkarın özünə satılması üçün təklif məktubu göndərilmişdir. Mübahisələndirdiyi hərracın keçirilməsi ilə bağlı ona rəsmi məlumat (bildiriş) verilməmiş, hərrac prosesinin gedişindən yalnız yaxın vaxtlarda müvafiq icra şöbəsində olarkən xəbərdar olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx xxxxxxxx 2020-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, onların iştirakları olmadan mülki işə baxılmasə və müvafiq qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank VTB (Azərbaycan)” X14 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı tələbinin əsası əsasən hərrac barədə ona məlumat verilməməsi arqumentindən ibarətdir. Çünki, onun digər arqumenti əmlaka qoyulmuş qiymətin əsassız olaraq aşağı salınaraq satılması ilə bağlıdır ki, bu əsasla irəli sürülmüş tələb üzrə qiymət qətnamə ilə müəyyən olunub və hərracın keçirilməsidə qanunla müəyyən olunmuş qaydada həyata keçirildiyindən onun bu arqumenti əsassızdır. İlkin arqument ilə bağlı isə qeyd edilməlidir ki, İddiaçı tələbi hərracın keçirilməsi barədə protokolun etibarsız sayılmasıdır ki, bu da onun istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinin təsir dairəsinə düşmür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsi hərracda bağlanılmış müqavilənin etibarsızlığını nəzərdə tutur ki, hərracın keçirilməsi barədə protokol anlayışı isə ümumiyyətlə mövcud deyildir. Həm qanunvericilikdə, həm də İddiaçı iş materiallarına əlavə edərək verdiyi sənədlər hərracın keçirilməsi barədə“protokol” deyil,bildirişdir.Hərracın keçirilməsi barədə bildiriş isə hərracı udmuş şəxslə bağlanan müqavilə sayılmadığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinin müəyyən etdiyi hüquqi nəticəni doğurmur və iddia tələbinin təmin edilməsi üçün əsas deyildir. Digər tərəfdən iddiaçı Əyyubov X11 Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(012)-5483/2016 nömrəli qətnaməsinin qanuni qüvvəsini aldığını bilirdi və iddiaçı şəxs Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 29-cu maddəsinə əsasən icra icraatının gedişatı ilə maraqlanmaqla digər hüquqlarından isifadə etmək imkanına malik olmuşdur. Həmçinin, hərracın keçirilməsi zamanı məhkəmə qətnaməsi üzrə iddiaçı şəxsə “Açıq hərracın keçirilməsinə dair bildiriş”lər göndərilmiş və eyni zamanda hərracın təşkili haqqında məlumat əldə etmək üçün elan verilmişdir. Bu arada o da qeyd edilməlidir ki, açıq hərracın keçirilməsinə dair İddiaçı kifayət qədər vaxtı olmuşdur ki, icra icraatı ilə maraqlansın və mübahisəli əmlakı hərracdan satın alsın. Hətta, İddiaçı hərracın keçirilməsindən “məlumatsız” olduğunu bildirsə də, hazırda məlumatlı şəxs kimi mübahisəli əmlakı vaxt baxımından əldə etmək imkanı vardır və o bu imkandan istifadə etməməklə məqsədinin icra hərəkətlərinə mane olmaq olduğunu göstərir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı hərracın nəticəsi barədə müqavilə bağlanacaq tarixə kimi borcunu bağlayaraq, ipoteka predmetinin girovdan azad edilməsinə nail olmaq kimi imkanının olmasına baxmayaraq, kredit borcunu ödəməmiş və mübahisəli əmlakı satın almağa çalışmamışdır. Bu isə İddiaçı “hüququnun pozulduğu”na dair iddia tələbindəki məqsədinin hüququn bərpa edilməsi deyil, əksinə icraatının əsassız olaraq uzanmasına nail olmaqdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinin dispozisiyası imperativ deyil və hərracın yekunları barədə protokolun mütləq etibarsız hesab olunmasını nəzərdə tutmur. Digər tərəfdən, məhkəmə qətnaməsinin icrası ilə bağlı icra icraatının əsassız olaraq, sonsuzadək davam etməsi nəticəsində bankın hüququnun bərpası təmin olunmayacaqdır. Bundan başqa onu da qeyd etmək yerinə düşərdi ki, bank hərracın təşkilatçısı olmadığından ona aid prosedurlara nəzarət etmək vəzifəsi yoxdur, eləcə də hərrac təşkilatı rabitə, yəni poçt xidmətini göstərən qurum deyil və onun poçtla əlaqəli vəzifəsi sadəcə hərracın keçirilməsi barədə bildirişin göndərilməsindən ibarətdir ki, bu da hərrac təşkilatçısı tərəfindən yerinə yetirilmişdir. Beləliklə, aparılan araşdırmalar zamanı İddiaçı bildirdikləri öz təsdiqini tapmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Xammal və X21 Mərkəzi Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Xammal və X21 Mərkəzi Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(012)-5483/2016 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı “Bank VTB (Azərbaycan)” X14 cavabdehlər İddiaçı, X13, X5, X8 və Eyyubova Şəlalə Rövşən qızına qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı 42.698,90 (qırx iki min altı yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində əsas borc, 6.042,85 (altı min qırx iki manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 182,94 (bir yüz səksən iki manat doxsan dörd qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 48.924,69 (qırx səkkiz min doqquz yüz iyirmi dörd manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı “Bank VTB (Azərbaycan)” X14 xeyrinə tutulması, borcun cavabdeh İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsində dalan 12 ünvanında 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “Bank VTB (Azərbaycan)” X16 ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat məbləğində müəyyən edilməsi, iddiaçı “Bank VTB (Azərbaycan)” X16 ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması və iddianın qalan hissəsinin təmin edilməməsi qəl edilmişdir; Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(105)- 70/2018 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı “Bank VTB (Azərbaycan)” X14 və cavabdeh şəxslərin birgə verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(012)-5483/2016 nömrəli qətnaməsi – “İddiaçı 42.698,90 (qırx iki min altı yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində əsas borc məbləğinin “Bank VTB (Azərbaycan)” X14 xeyrinə tutulsun” hissəsində dəyişdirilərək, əsas borcun 41.740,94 (qırx bir min yeddi yüz qırx manat doxsan dörd qəpik) manat məbləğində müəyyən edilməsi, qətnamənin “İddiaçı 6.042,85 (altı min qırx iki manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 182,94 (bir yüz səksən iki manat doxsan dörd qəpik) manat məbləğində cərimə borcu və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” X14 xeyrinə tutulsun, borc cavabdeh İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, əmlak açıq hərracda satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğləri “Bank VTB (Azərbaycan)” X16 ödənilsin, ipoteka predmetinin ilk satış qiyməti 100.000 (bir yüz min) manat məbləğndə müəyyən edilsin, “Bank VTB (Azərbaycan)” X16 ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi İddiaçı qaytarılsın və iddianın qalan hissəsi təmin edilməsin” hissələrində dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı, X9, X2, X6 və Eyyubova Şəlalə Rövşən qızından müştərək qavdada alınıb dövlət nəfinə keçirilməsi qət edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 68/02 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinin hərracdakı ilkin satış qiymətindən 15% aşağı qiymətlə-85.000 (səksən beş min) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən təkrar hərrac barədə elanın dərc olunacağı və tərəflərə bildiriş göndəriləcəyi qərara alınmışdır; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli 01 nömrəli və xx xxxxxx 2019-cu il tarixli 01/2 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evini 100.000 (bir yüz min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin 29 noyabr-xx xxxxxx 2019-cu il tarixli 195 nömrəli və 13-xx xxxxxx 2019-cu il tarixli 197 nömrəli buraxılışlarının surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evini 100.000 (bir yüz min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir; FM Express məktub və bağlama xidmətinin poçt qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək hərracın vaxtı və yeri barədə xx xxxxxx 2019-cu il tarixdə məlumatlandırılmışdır; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 02 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evini 100.000 (bir yüz min) manat - 15% = 85.000 (səksən beş min) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin 10-xx xxxxxx 2020-ci il tarixli 200 nömrəli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evini 85.000 (səksən beş min) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir; FM Express məktub və bağlama xidmətinin poçt qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 hərracın vaxtı və yeri barədə məlumat verən bildiriş müvafiq ünvanda qapı bağlı olduğundan xx xxxxxx 2020-ci il tarixdə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 03/02 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətlə-63.750 (altmış üç min yeddi yüz əlli) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” X16 təklif olunacağı qərara alınmışdır; “Birja yenilikləri” qəzetinin 24-xx xxxxxx 2020-ci il tarixli 2020 nömrəli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinin 63.750 (altmış üç min yeddi yüz əlli) manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən “Bank VTB (Azərbaycan)” X16 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli təklif məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020ci il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 63.750 (altmış üç min yeddi yüz əlli) manat qiymətə tələbkara təklif edilmişdir; “Bank VTB (Azərbaycan)” X14 Abşeron Rayon İcra və Probasiya Şöbəsinə və Respublika Xammal və Əmtəə Birjası Cavabdehnə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 5483/2016 nömrəli, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin məhkəməyə qaytarılması xahiş olunmuşdur; Abşeron Rayon İcra və Probasiya Şöbəsinin Respublika Xammal və Əmtəə Birjası Cavabdehnə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq icra sənədinin tələbkarın ərizəsi əsasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarıldığından hərracın dayandırılması xahiş olunmuşdur; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq icra vərəqəsi üzrə verilmiş sifariş məktubunun icrasının dayandırılaraq sənədlərin icra olunmadan geri qaytarılması müəyyən edilmişdir; ASAN-Sumqayıt tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1965ci il tarixdə Qazax rayonu, Fərəhli kəndində anadan olmuş Əyyubov X11 rayonu, Xırdalan qəsəbəsi, məhəllə 25 ünvanında qeydiyyatdadır; Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə X15 müvafiq çıxarışının surətindən görünür ki, xx xxxxxx 2002-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyata alınmış Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 7A nömrəli evdir; xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(012)-5483/2016 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı ümumilikdə 48.924,69 (qırx səkkiz min doqquz yüz iyirmi dörd manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı “Bank VTB (Azərbaycan)” X14 xeyrinə tutulması, borcun cavabdeh İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsində dalan 12 ünvanında 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “Bank VTB (Azərbaycan)” X16 ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat məbləğində müəyyən edilməsi, iddiaçı “Bank VTB (Azərbaycan)” X16 ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması və iddianın qalan hissəsinin təmin edilməməsi qəl edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(105)-70/2018 nömrəli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)” X14 və cavabdeh şəxslərin birgə verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(012)-5483/2016 nömrəli qətnaməsi – “İddiaçı 42.698,90 (qırx iki min altı yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində əsas borc məbləğinin “Bank VTB (Azərbaycan)” X14 xeyrinə tutulsun” hissəsində dəyişdirilərək, əsas borcun 41.740,94 (qırx bir min yeddi yüz qırx manat doxsan dörd qəpik) manat məbləğində müəyyən edilməsi, qətnamənin “İddiaçı 6.042,85 (altı min qırx iki manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 182,94 (bir yüz səksən iki manat doxsan dörd qəpik) manat məbləğində cərimə borcu və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” X14 xeyrinə tutulsun, borc cavabdeh İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, əmlak açıq hərracda satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğləri “Bank VTB (Azərbaycan)” X16 ödənilsin, ipoteka predmetinin ilk satış qiyməti 100.000 (bir yüz min) manat məbləğndə müəyyən edilsin, “Bank VTB (Azərbaycan)” X16 ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi İddiaçı qaytarılsın və iddianın qalan hissəsi təmin edilməsin” hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki,Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə satılması barədə İddiaçı məlumatlı olmuş, bu barədə “Birja yenilikləri” qəzetində müvafiq elanlar dərc edilmiş və tərəflərə bildirişlər göndərilmişdir. Hərrac mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 68/02 nömrəli protokolu ilə müvafiq fərdi yaşayış evinin hərracdakı ilkin satış qiymətindən 15% aşağı qiymətlə-85.000 (səksən beş min) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən təkrar hərrac barədə elanın dərc olunacağı və tərəflərə bildiriş göndəriləcəyi qərara alınmışdır. Eyni zamanda, hərrac mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 03/02 nömrəli protokolu ilə müvafiq fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətlə- 63.750 (altmış üç min yeddi yüz əlli) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” X16 təklif olunacağı qərara alınmışdır. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən “Bank VTB (Azərbaycan)” X16 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli təklif məktubu ilə İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda 0,01605 ha torpaq sahəsinlə yerləşən bir mərtəbəli binada yerləşən üç otaqlı, 68,7 kv.metr yardımçı, 64,3 kv.metr yaşayış, 133 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 63.750 (altmış üç min yeddi yüz əlli) manat qiymətə tələbkara təklif edilmişdir. Tələbkar hərrac mərkəzinə xx xxxxxx 2020-ci il tarixli müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5483/2016 nömrəli, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsi xx xxxxxx 2020-ci il tarixli məktubla hərrac mərkəzinə müraciət edərək, müvafiq icra sənədinin tələbkarın ərizəsi əsasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarıldığından hərracın dayandırılmasını xahiş etmişdir. Hərrac mərkəzi xx xxxxxx 2020-ci il tarixli məktubla müvafiq icra şöbəsinə müraciət edərək, qeyd edilən icra vərəqəsi üzrə verilmiş sifariş məktubunun icrasının dayandırılaraq sənədlərin icra olunmadan geri qaytarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh Azərbaycan Xammal və X21 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra və Probasiya Şöbəsinə və “Bank VTB (Azərbaycan)” X12rşı “hərracın nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Xammal və X21 Mərkəzi CavabdehAbşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, 12-ci dalanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin açıq hərracda satılması barədə xx xxxxxx 2019-cu il tarixli 68/02 nömrəli hərracın keçirilməsi barədə protokolunun və xx xxxxxx 2020-ci il tarixli 03.02 nömrəli hərracın keçirilməsi barədə protokolun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Xammal və X21 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra və Probasiya Şöbəsinə və “Bank VTB (Azərbaycan)” X12rşı “hərrac protokolunun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçı şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X21 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra və Probasiya Şöbəsinə və “Bank VTB (Azərbaycan)” X12rşı “hərrac protokolunun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1571/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1571/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver