Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1573/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, "xxxx" QSC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hərracın yekunları haqqında protokolun və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X9” MMC-nin hərracın yekunları barədə 25/5 saylı xx.xx.2019-cu il tarixli protokolun və bu protokol əsasında ünvan 2-ya dair “Access Bank" ASC-nin adına verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin real bazar qiymətinə uyğun qiymətləndirilməklə yenidən hərrac yolu ilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" QSC ilə Qayıbov Hilal Fəxrəddin oğlu arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Qayıbov Hilal Fəxrəddin oğluna 120 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bank ilə Qayıbov Hilal Fəxrəddin oğlu arasında xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.83 faiz olmaqla 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci ıl tarixli kredit razılaşmaları ilə həm kredit müqaviləsinə, həm də ödəniş qrafikınə dəyişikliklər edilmişdir Bu kredit müqaviləsinin təminatı kimi iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi girov götürülmüşdür. Qayıbov Hilal Fəxrəddin oğlu bank qarşısında olan öhdəliklərini yerinə yetirmədiyi üçün bank ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Qobustan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilərək Qayıbov Hilal Fəxrəddin oğlu və digər cavabdehlərdən 26483 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanına yönəldilməsi qət edilmişdir. Bu qətnamədən apellyasıya şikayəti verilmiş və Sumqayıt Apellyasıya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək cavabdehlərdən 20826 ABŞ dolları məbləğində borcun tutulması qət edilmişdir. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-202/2018 saylı icra vərəqəsinə əsasən icraya yönəlmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar Qobustan rayon İcra və Probasıya şöbəsinin əməkdaşları tərəfindən ipoteka predmeti olan mənzilin hərracda satılması ilə əlaqədar “X9” MMC-yə müvafiq sənədlər göndərilmiş və həmin şirkət tərəfindən iddiaçının mülkiyyətində olan mənzilin hərrac yolu ilə satılması həyata keçirilmişdir. Hərracın yekunları haqqında protokoldan görünür ki, ipoteka predmeti olan 4 otaqlı 87.9 kv m yaşayış. 48 1 kv.m köməkçi sahədən və 0 06 ha həyətyanı torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi 41000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır. Sonradan bır neçə dəfə hərrac keçirilmiş və yekun olaraq bu fərdi yaşayış evi 26137 manat məbləğində bank tərəfindən əldə edilmişdir. Mülki işin sənədlərindən də görünür ki, ipoteka predmeti olan mənzil 2014-cü ildə bank tərəfindən qiymətləndirilərək girov götürülmüşdür. Lakin həmin vaxtdan hərracın keçirilməsinə qədər 5 ildən çox müddət keçmişdir. Bu müddət ərzində bu fərdi yaşayış evində bu mənzilin bazar dəyərini artıran əsaslı tikinti işləri və həmçinin təmir yenidənqurma işləri aparılmışdır. Hal-hazırda həmin fərdi yaşayış evinin minimum bazar qiyməti 110 000 manat məbləğindədir.. İpoteka predmeti olan mənzilin hərracda satılması həm AR Mülki Məcəlləsinin 415, 416-cı maddələrinin, həm də "Qiymətləndirmə fəaliyyəti haqqında" AR Qanununun, “İpoteka haqqında” AR Qanununun 43-cü maddəsinin “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricinın hazırlanması” Qaydalarının tələblərinin pozulması ilə keçirilmişdir. Qanunvericilik normalarına görə qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə zamanı qiymətləndirmə normalarına əməl edilməli və mövcud bazar qiymətlərinə uyğun qiymət qoyulmalıdır. Lakin mülki işin sənədlərindən də görünür ki, cavabdehlər tərəfindən ipoteka predmetinın real bazar dəyəri müəyyən edilməmiş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnən hərrac keçirilmişdir. Onun bu hərracda iştirakı təmin edilməmiş və ipoteka predmetinin alınması mənə təklif edilməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X13 müddətin ötürülməsi ilə bağlı yazılı ərizə təqdim edərək, bildirmişdir ki, İddiaçı hərrac keçirilərkən bildirşlər göndərilmiş, hərracların keçirilməsindən xəbərdar olmuşdur və hətta hərracın kçirildiyini bilərək, dəfələrlə banka müraciətlər etmiş, razlığa gəlmək üçün cəhdlər etsəsə nəticə olmamışdır. İddiaçı hərracı mübahisələdnirmiş və bu mübahisə ilə bağlı 2(005)-1573/2022 saylı iş üzrə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Baxmayaraq ki, 3 ildən çox zaman keçmişdir. Mülki Məcəlləsinin qeyd edilən normasına əsasən, İddiaçı (iddia qaldırmaq üçün) müəyyən olunmuş müddəti ötürdüyü açıq-aşkar məlumdur və protokolun etibarsizlığı məhkəmə aidiyyatına, əsasən İnzibati məhkəməyə edilməlidir ki, aidiyyatı iddiaçı pozmuşdur. İddia tələbi əsassız olmaqla yanaşı həm də iddia müddəti tətbiq olunmaqla iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Bütün bunlardan görünür ki, verilən bu iddia ərizəsi tam əsassız olduğu iddiaçıya da aydındır, iddianı verməkdə məqsəd Bank qarşısında götürülmüş öhdəliklərdən yayınmaq, icra sənədinin icrasına mane olmaq və əlavə vaxt qazanmaqdır. Cavabdeh1 MMC elektron yazılı etiraz təqdim edərək, bildirmişdir ki, belə ki, iddiaçı əmlakın bazar dəyərindən aşağı qiymətə satıldığını, keçirilən hərracda iştirakının təmin olunmadığını qeyd etmişdir. İlk olaraq əmlak məhkəmə qətnaməsi ilə qiymətləndirilmiş və həmin vaxt mübahisələndirilməmişdir. Hərrac təşkilatının qiymətləndirmə kimi bir səlahiyyəti yoxdur. Həmçinin iddiaçı hərracda iştirakının təmin olunmadığını qeyd etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Hərrac təşkilatı qanunvericiliklə müəyyən olunmuş bütün öhdəliklərini yerinə yetirmiş, qanunla nəzərdə tutulan prosessual müddətlər nəzərə alınmaqla “Kaspi” qəzetində elanlar vermiş, bildirişlər göndərmiş və şəxsən İddiaçı tərəfindən imzalanaraq əldə edilmişdir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Qeyd olunan protokol və müqavilə xx.xx.2019-cu il tarixində imzalanmışdır, lakin iddiaçı protokol və müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 3 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin binasında keçirilməklə xx.xx.2022 il tarixinə təyin edilmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-(102)-4299/2018 nömrəli, 29 iyun 2018-ci il tarixli Qərarından görünür ki, Qobustan Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 QSC-nın cavabdehlər Qayıbov Hilal Fəxrəddin oğluna, X14, İddiaçı, X1 və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi, həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracda satılması, yaşayış evindən istifadə hüququnun itirilməsi, cavabdehlərin yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və evin boşaldılmasından sonra təhvil verilməsi tələbi qismən təmin edilərək Qayıbov Hilal Fəxrəddin oğlundan, İddiaçı və X10 əsas borca görə 20826,93 ABŞ dolları, faiz borcuna görə 3156,67 ABŞ dolları, cərimə borcuna görə 2500 ABŞ dolları, cəmi 26483,60 ABŞ dollarının, ödənilmiş dövlət rüsumunun məbləği olan 61 manatın alınıb Cavabdeh2 QSC-yə verilməsi, tələbin Qobustan şəhəri, Yeni Massivdə yerləşən İddiaçı mülkiyyətində olan bır mərtəbəli, dörd otaqlı 87,9 kvadrat metr yaşayış, 48.1 kvadrat metr köməkçi sahədən ibarət evə və 0.0613 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, evin və həyətyanı torpaq sahəsinin açıq hərracda satılması, əldə olunmuş pul vəsaiti hesabına Qayıbov Hilal Fəxrəddin oğlunun Cavabdeh2 QSC-yə olan 20826,93 ABŞ dolları əsas, 3156,67 ABŞ dolları faiz, 2500 ABŞ dolları cərimə, cəmi 26483,60 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun məbləği olan 61 manat məbləğində pulun alınıb Cavabdeh2 QSC-yə verilməsi, İddiaçı Qobustan şəhəri, Yeni Massivdə yerləşən evinin və həyətyanı torpaq sahəsinin ilkin satış qiymətinin 41000 manat müəyyən olunması, ev satıldıqdan bir ay sonra Qayıbov Hilal Fəxrəddin oğlu, İddiaçı, X4 və X7 tərəfindən boşaldılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsini kifayət etmədikdə qalan məbləğin müştərək qaydada Qayıbov Hilal Fəxrəddin oğlundan, İddiaçı və X10 alınıb Cavabdeh2 QSC-yə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-(102)-4299/2018 nömrəli, 29 iyun 2018-ci il tarixli Qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Qobustan Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli qətnaməsi cavabdeh F. Qayıbovun verdiyi apelyasiya şikayəti əsasında - «Qayıbov Hilal Fəxrəddin oğlundan, İddiaçı və X10 faiz borcuna görə 3156,67 ABŞ dolları və cərimə borcuna görə 2500 ABŞ dolları alınıb Cavabdeh2 QSC-yə verilməsi» hissələrində dəyişdirilmiş və faiz borcu 2945,56 ABŞ dolları və cərimə borcu 100 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə - «Qayıbov Hilal Fəxrəddin oğlundan, İddiaçı və X10 əsas borca görə 20826,93 ABŞ dolları, ödənilmiş dövlət rüsumunun məbləği olan 61 manat pulun alınıb Cavabdeh2 QSC-yə verilməsi, tələbin Qobustan şəhəri, Yeni Massivdə yerləşən İddiaçı mülkiyyətində olan bir mərtəbəli, dörd otaqlı 87,9 kvadrat metr yaşayış, 48.1 kvadrat metr köməkçi sahədən ibarət evə və 0.0613 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, ev və həyətyanı torpaq sahəsinin açıq hərracda satılması, eldə olunmuş pul vəsaiti hesabına Qayıbov Hilal Fəxrəddin oğlunun Cavabdeh2 QSC-yə olan borcu və ödənilmiş dövlət rüsumunun məbləği olan 61 manat məbləğində pul alınıb Cavabdeh2 QSC-yə verilməsi, Qobustan şəhəri, Yeni Massivdə yerləşən evinin və həyətyanı torpaq sahəsinin ilkin satış qiyməti 41000 manat müəyyən olunması, ev satıldıqdan bir ay sonra Qayıbov Hilal Fəxrəddin oğlu, İddiaçı, X5 və X8 tərəfindən boşaldılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsini kifayət etmədikdə qalan məbləğin müştərək qaydada Qayıbov Hilal Fəxrəddin oğlundan, İddiaçı və X10 alınıb Cavabdeh2 QSC-yə verilməsi və iddianın qalan hissədə rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4299/2018 nömrəli, 29 iyun 2018-ci il tarixli Qərarına əsasən cavabdeh Qayıbov Hilal Fəxrəddin oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 25/5 nömrəli protokolunun surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-202/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin va Qobustan Rayon İcra və Probasiya Şöbəsinin 168131/2018-32-4 saylı xx.xx.2018-ci il tarixli məktubunun icrasına əsasən satış qiyməti 41000 manat və 15% endirimlə qiyməti 34850 olan İddiaçı məxsus Qobustan səhəri, Yeni Massivdə yerləşən bir mərtəbəli, 4 otaqlı, 87.9 kv.m yaşayış, 48.1 kv.m köməkçi sahədən ibarət evə və 0.0613 ha həyətyanı torpaq sahəsi 26137,50 manata alıcı "xxxx" QSC-nin nümayəndəsi X13 əldə etmişdir; “X9” MMC-nin xx.xx.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Sabunçu rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli, 168131/2018-32-4 nömrəli sifariş məktubu daxil olmuş kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-202/2018 saylı icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Qobustan səhəri, Yeni Massivdə yerləşən bir mərtəbəli, 4 otaqlı, 87.9 kv.m yaşayış, 48.1 kv.m köməkçi sahədən ibarət evə və 0.0613 ha həyətyanı torpaq sahəsinin dəyəri 41.000 manat olmaqla xx.xx.2018-ci il tarixində, saat 11:00-da ünvan 3 ünvanında açıq hərracı keçiriləcəkdir. Bu barədə tərəflərə məlumat verilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 2050 manat təşkil edir; “X9” MMC-nin xx.xx.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Sabunçu rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli, 168131/2018-32-4 nömrəli sifariş məktubu daxil olmuş kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-202/2018 saylı icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Qobustan səhəri, Yeni Massivdə yerləşən bir mərtəbəli, 4 otaqlı, 87.9 kv.m yaşayış, 48.1 kv.m köməkçi sahədən ibarət evə və 0.0613 ha həyətyanı torpaq sahəsinin dəyəri 41.000 manat və 15% endirimlə qiyməti 34850 manat olmaqla xx.xx.2019-cu il tarixində, saat 11:00-da ünvan 3 ünvanında açıq hərracı keçiriləcəkdir. Bu barədə tərəflərə məlumat verilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 1742 manat təşkil edir; “Kaspi” Qəzetinin 2018-ci ilə aid olan 196, 222 nömrəli buraxılışlarında yerləşdirilmiş elanlara əsasən hərracın keçirilməsi barədə məlumatlar dərc edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsininin İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubun məzmununda “Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Qayıbov Hilal Fəxrəddin oğlundan, sizdən və X10 cəmi 23872.48 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 61 manat dövlət rüsumunun tutulub "xxxx" QSC-nə ödənilməsi və tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə sizə məxsus fərdi yaşayış evinə yönəldilmiş və “X9" MMC Hərrac təşkilatının Hərracın yekunları barədə protokolundan məlum olmuşdur ki, sizə məxsus Qobustan şəhər Yeni Massivdə yerləşən fərdi yaşayı evi "xxxx" QSC tərəfindən borc əvəzinə alınmışdır” qeyd olunmuşdur; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, açıq hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 25/5 nömrəli protokolunun surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-202/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin va Qobustan Rayon İcra və Probasiya Şöbəsinin 168131/2018-32-4 saylı xx.xx.2018-ci il tarixli məktubunun icrasına əsasən satış qiyməti 41000 manat və 15% endirimlə qiyməti 34850 olan İddiaçı məxsus Qobustan səhəri, Yeni Massivdə yerləşən bir mərtəbəli, 4 otaqlı, 87.9 kv.m yaşayış, 48.1 kv.m köməkçi sahədən ibarət evə və 0.0613 ha həyətyanı torpaq sahəsi 26137,50 manata alıcı "xxxx" QSC-nin nümayəndəsi X13 əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatının olmamasına istinad etmiş və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərrac keçirilən zaman onun prosesləri eşitməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmmiş qaydada baş tutmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə vurğulayır ki, hərrac bildirişlərinin göndərilməsi zamanı qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının arvadının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Digər tərəfdən, hazırda mübahisələndirilən hərrac artıq başa çatmış, əmlakın mülkiyyətçisi hazırda "xxxx" QSC-dir. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir. Beləliklə, Cavabdeh1 MMC (“X9” MMC) tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyi tələblərinə zidd hallar baş verməmiş, qanunvericiliyin tələblərinə uyğun baş tutmuşdur. İddia tələbində göstərilən hallar hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, "xxxx" QSC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hərracın yekunları haqqında protokolun və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, "xxxx" QSC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hərracın yekunları haqqında protokolun və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1573/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1573/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver