Məhkəmə qərarları › İş №2(005)-1584/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1584/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1584/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs “X9 Azərbaycan” QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, Bakı şəhəri Cavabdeh3, Bakı şəhəri Cavabdeh4nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və “X9 Azərbaycan” QSC cəlb edilməklə X4 protokolun etibarsız hesab edilməsi, qiymətləndirmə hesabatının ləğv edilməsi, hərrac prosedurunun başlamasına şərait yaradan qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, Bakı şəhəri Cavabdeh3, Bakı şəhəri Cavabdeh4nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə X4 protokolun etibarsız hesab edilməsi, qiymətləndirmə hesabatının ləğv edilməsi, hərrac prosedurunun başlamasına şərait yaradan qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda cavabdeh Bakı şəhəri Xətai royon İcra və Probasiya Şöbəsindən daxil olan xx.xx.2020-ci il tarixli xx/xx-77077 4K nömrəli Bildirişdən ona məlum olmuşdur ki, iştirakı təmin olunmayan məhkəmə prosesində çıxarılan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-416/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Bakı şəhəri Nəsimi royon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli №12012-85683/19-5-22 nömrəli qərarı (sifarişli məktubu) əsasında, kreditin (borcun) təminatı qismində tələb İpotela predmeti olan ona məxsus ünvan 2 mənzil 23 ünvanında yerləşən 2 iki otaqlı yeganə məzilimə yönəldilmişdir. Bundan başqa ona məlum olmuşdur ki, rəsmi qaydada xəbərdar edilmədiyi və hərracda iştirakı təmin olunmadığı halda xx.xx.2019-cu il tarixdə ünvan 1 (20 A) ünvanında “Daşınar Daşınmaz Əmlakların Şatışı üzrə Hərrac Mərkəzi MMC (VÖEN: **********) tərəfindən guya “Açıq hərrac” keçirilməklə X4 № 65/01 Protokol tərtib olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh4 xx.xx.2019-cu il tarixli №12012- 85683/19-5-22 nömrəli qərarı (sifarişli məktubundan) göründüyü kimi, məktubda adım sadalanmamaqla yanaşı hərrac təyin olunması barədə borclu (mülkiyyətçi) İddiaçı ünvanına heç-bir bildiriş ünvanlanmamışdır. Eyni zamanda “Daşınar Daşınmaz Əmlakların Şatışı üzrə Hərrac Mərkəzi MMC (VÖEN: **********) bu işdə maraqlı olduğundan, borclu (mülkiyyətçi) İddiaçı ünvanına hərracın keçirilməsi vaxtı və yeri barədə xəbər verilməmişdir, habelə yekun protokolun surət ünvanlanmamışdır. Bundan başqa hazırda ona bəlli olmuşdur ki, mənzilinin Qiymətləndirilməsi barədə xx.xx.2017-ci il tarixdə 296/1 saylı Hərrac Mərkəzinin digər qolu olan hüquqi şəxs, “Daşınar Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən mənzilimə baxış keçirilmədiyi təqdirdə (çöldən-çölə) çox aşağı 105.000 (bir yüz beş min) manat qiymət qoyulmuşdur. Hesab edir ki, cavabdeh orqanların bəzi əməkdaşları, dələduzluğun klassik formasım seçərək küll miqdarda dəyəri olan yeganə daşınmaz əmlakımı mənimsəmək və məni üç uşaqla heç bir öhəliyim olmayan bank qarşısında aslı (borclu) vəziyyətdə qoymaq niyyəti güdmüşlər. Qeyd olunanlara əsasən cavabdeh “Daşınar Daşınmaz Əmlakların Şatışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən ünvan 2 ünvanında yerləşən 23 saylı mənzilə dair xx.xx.2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında tərtib edilmiş X4 №65/01 protokolun etibarsız hesab olunmasına; cavabdeh “Daşınar Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin qiymətləndirici eksperti A.A.Eminov tərəfindən tərtib edilən № 296/1 xx.xx.2017-ci il tarixli Hesabatın ləğv edilməsi, Bakı şəhəri Cavabdeh4 tərəfindən ünvan 2 ünvanında yerləşən 23 saylı mənzilə dair hərrac prosedurlarının başlamasına şərait yaradan xx.xx.2019-cu il tarixli №12012-85683/19-5-22 nömrəli qərarın (sifarişli məktubun) etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında “X9 Azərbaycan” QSC yazılı ərizəsi əsasında müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs “X9 Azərbaycan” QSC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq onlar heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinn tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və üçüncü şəxs “X9 Azərbaycan” QSC-nin nümayəndəsinin izahatlarını dinləyərək, mülki iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* nömrəli çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 5, mənzil 23 xx.xx.2007-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan X4 xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 5, mənzil 23 ilkin satış qiyməti 105000 manat məbləğində müəyyən edilərək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarında olan X4 xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, X1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ev 28, mənzil 5 ilkin satış qiyməti 60000 manat məbləğində müəyyən edilərək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ev 28, mənzil 5 xx.xx.2020-ci il tarixdə “X9 Azərbaycan” QSC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 5, mənzil 23 xx.xx.2019-cu il tarixdə “X9 Azərbaycan” QSC-nin adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2019-ci il tarixli, 01 saylı, xx.xx.2019-cu il tarixli, 01/2 saylı və xx.xx.2019-ci il tarixli, 02 saylı bildirişlərin surətindən görünür ki, İddiaçı və X6 və X1 hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. Qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, Bakı şəhəri Cavabdeh3, Bakı şəhəri Cavabdeh4nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və “X9 Azərbaycan” QSC cəlb edilməklə X4 protokolun etibarsız hesab edilməsi, qiymətləndirmə hesabatının ləğv edilməsi, hərrac prosedurunun başlamasına şərait yaradan qərarın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, Bakı şəhəri Cavabdeh3, Bakı şəhəri Cavabdeh4nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və “X9 Azərbaycan” QSC cəlb edilməklə X4 protokolun etibarsız hesab edilməsi, qiymətləndirmə hesabatının ləğv edilməsi, hərrac prosedurunun başlamasına şərait yaradan qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar