Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1589/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə (X4 və Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “iddiaçıya məxsus əmlakların dəyərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə (X4 və Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “iddiaçıya məxsus əmlakların dəyərinin müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9317/2019 saylı və 2(103}-9337/2019 saylı qüvvəyə minmiş əv icraya yönəlmiş Qətnamələri üzrə borclu İddiaçı tələbkar N.İ.Kazımovun xeyrinə ümumilikdə cəmi 40.000 (qırx min) manat tutularaq sonuncuya ödənilməsi ilə bağlı xx.xx.2019 cu il tarixli və xx.xx.2019-cu ii tarixli icra sənədlərinə müvafiq Nərimanov rayon İcra və Probasiyə Şöbəsi icra hərəkətlərinə başlamış və davam etməkdədir. Qeyd olunan icra üzrə borcların tərəfindən tələbkara mütəmadi olaraq hissə-hissə ödənilməsinə baxmayaraq, ödənilməli pul məbləğinin qalıq hissəsinin- maliyyə imkansızlığından tam həcmdə və qısa müddətdə ödəməyə imkanı olmamışdır. Bununla bağlı, Nərimanov Rayon İcra və Probasiya Şöbəsi (hazırki iddia üzrə 3- cü şəxs) öz xx.xx.2021-ci il tarixli Qərarı ilə "İcra haqqında" AR Qanunun tələblərinə müvafiq, tələbkar N.İ.Kazımova olan borcunun qalıq hissəsinin iddiaçıdan tutulmasının təmini üsulu kimi daşınar əmlaklarının (mebellər, rəsm əsərləri, məişət və.s əşyaların) üzərinə həbs qoyaraq onların qiymətləndirilməsini "xxxx" MMC-nə həvalə və sifariş etmişdir. Bununla belə, adı keçən MMC-nin öz xx.xx.2021-ci il tarixli, 136 saylı Hesabatı ilə iddiaçının 75 (yetmiş beş) adda və çeşiddə olan və təxminən 300.000 (üç yüz min) manat dəyərində əmlaklarını cəmi 28.530 (iyirmi səkkiz min beş yüz otuz) manat dəyərində "qiymətləndirmişdir"'. Qeyd olunan-xx.xx.2021-ci il tarixli, 136 saylı Hesabat iddiaçı tərəfindən məhkəmə-iddia qaydasında Nərimanov Rayon Məhkəməsində mübahisələndirilməsinə baxmayaraq onun əsassız olmasına dair iddia tələbi həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(005)- 2926/21 saylı Qətnaməsi ilə rədd edilmişdir, belə ki Məhkəmə hesab etmişdir ki iddiaçı tərəf olaraq öz istinad etdiyi halları və dəlilləri təsdiqləyən sübutları Məhkəməyə təqdim etməmiş və onları sübut edə bilməmişdir. Təbii ki, bu Qətnamə qüvvəyə mindiyindən və preyudisiallıq daşıdığından iddiaçı hazırda 136 saylı Hesabatı mübahisələndirmir, baxmayaraq ki, adı keçən bu "Hesabat" üzrə belə "qiymətləndirmə"-nin obyektivliyinı real şübhələr var və o, nəticə etibarilə əmlaklarının həqiqi dəyərini əks etdirmir və bu səbəbdəndə üzərində olan borc öhdəliyinin onun tərəfindən tam həcmdə (məbləğdə) faktiki icra edilməsini, yaxud bu borcun iddiaçıdan məcburi tutulmasını mümkünsüz edir. Qeyd olunan halları nəzərə alaraq iddiaçı öz təşəbbüsü ilə və öz vəsaiti hesabına həmi -75 (yetmiş beş) adda və çeşiddə olan əmlaklarını yenidən qiymətləndirilməsini (buna 3-cü şəxslərin etirazının olmamasını da nəzərə alınaraq) hazırki iddia üzrə cavabdehə Respublika Xammal və Əmtəə Birjası nozdində "xxxx" MMC-nə sifariş və həvalə etmişdir. Baxmayaraq ki, cavabdeh qiymətləndirmə prosesində obyektiv, mötəbər qiymətləndirmə meyyarları, aidiyyatlı sənədlərə, fotolara əsaslanmışdır o, öz xx.xx.2023-cü il tarixli, 02 saylı "İddiaçı məxsus əmlakların dəyərinin müəyyən edilməsi barədə" olan Hesabatı üzrə bu əmlaklarının dəyərini yalnız 252.800 (iki yüz əlli iki min səkkiz yüz) manat məbləğində qiymətləndirmişdir. Halbuki, onların dəyəri qeyd etdiyi kimi, 300.000 (üç yüz min) manatdan az deyil və bunu məhkəmədə sübuta yetirməyə hazırdır. Əsaslı olaraq əmlakların dəyəri cavabdeh tərəfindən aşağı qiymətlərlə müəyyənləşdirildiyindən onların həqiq dəyəri onların bazar və digər qiymətlərinə uyğunlaşdırılmalıdır və belə vəzifə məhkəmə qaydasında cavabdehin üzərinə qoyulmalıdır. Məlum olduğu kimi, "Qiymətləndirmə fəaliyyəti haqqmda" AR Qanununun 8-ci maddəsinə görə qiymətləndirici Hesabatında qiymətləndirilən obyektin bazar və ya digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş Məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəaları nəzərə alaraq Məhkəmə qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Təkzibedilməz haldır ki, hazırki iddia üzrə mübahisə eyni tərəflər arasında deyil, onun əsası və predmeti isə tam fərqlidir, bu səbəbdən də qeyd edilən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2926/2021 saylı Qətnaməsinin təsiri altına düşmür. Hazırki iddia üzrə olar cavabdeh tərəfindən aparılmış sonuncu- xx.xx.2023-cü iitarixli, 02 saylı qiymətləndirmə Hesabatı qiymət formalaşdıran və müəyyənləşdirən sənədlərə, fotolara əsaslanmasına baxmayaraq əmlaklarının həqiqi dəyərini aşağı qiymətlərlə əks etdirmişdir. Odur ki, cavabdehin üzərinə Hesabatında göstərdiyi əmlakların həqiqi dəyərini bazar və digər qiymətlərə uyğunlaşdırması vəzifəsi qoyulmalıdır. Bu, mövcud "borc öhdəliyin"-in tam həcmdə, qısa bir müddətdə real və faktiki yerinə yetirilməsinə: o cümlədən-tələbkar N.İ.Kazımovun razılığı olduqda iddiaçının borcunun qalan hissəsini əmlakı ilə əvəz edilməsinə ona imkan verir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, əmlakını daha yüksək qiymətini reallaşdırmaq istəyir. Nurlan Kazımovu və eyni zamanda icranıda üçüncü şəxs qismində qoyub. Özləri şəxsən həmin qiymətləndirməyə müraciət ediblər və onu cavabdeh qismində cəlb ediblər ki, iddia tələbi təmin olunarsa həmin müraciət etdikləri qiymətləndirmənin qiyməti məhkəmə tərəfindən təsdiq olsunsun. Bu iş üzrə iki məhkəmə qətnaməsi var. Qətnamə qanuni qüvvəsini alandan sonra 17 ay icrada gecikdiyinə görə tələbkar mənzili təhvil götürmüş, 40.000 manat aid hissəsi cavabdehin aidiyyəti üzrə əmlakına yönəldi Nərimanov rayon İcra Şöbəsinə, sonradan həmin gecikməyə görə tərtib olunmuş akta əsasən yenidən məhkəməyə müraciət olundu və qətnamələr hər iki instansiya məhkəməsində qüvvədə qaldı və 170.000 manat borc oradan yaranıb. Həmin 170.000 manat ilə bağlı hər hansı bir ödəniş olmayıb. 28.000 manat əvəzində icraçı tərəfindən tələbkara təklif olunmuş əmlakları götürülmüşdür. İddiaçı müstəqil qiymətləndirməyə müraciət edib və məlum deyil ki, həmin qiymətləndirmə əmlakların rəal qiymətini qoyub ya yox. Qiymətlərdirmə şirkəti ilə bağlı tərəfin tam səlahiyyəti vardir ki, həmin şirkətin qərarından şikayət edə bilərdilər, ikincisi isə icra məmuruna müraciət etməli idilər ki, qiymətləndirmənin yenidən təşkil olunması və ya icra məmurunun hərətlərindən şikayət edə bilərdilər. Hətta iki dəfə qiymətləndirmə şirkətini cavabdeh qismində qoyublar. Hazırda iddiaçı bu iddia tələbi ilə müstəqil ekspert tərəfindən əmlakların dəyərinə dair verilmiş qiymətləndirmə rəyini mötəbər sübut olaraq hüquqi qiymət vermək niyyətindədir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və müstəqil tələb irəli sürməyən Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və müstəqil tələb irəli sürməyən Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, hazırki iddia tələbinin predmeti xx.xx.2023-cü il tarixli, 02 saylı "İddiaçı məxsus əmlakların dəyərinin müəyyən edilməsindən ibarətdir. Tələbin predmeti üzrə tərəflər arasında yaranmış mübahisənin iddiaçının həmin rəydə göstərilmiş əmlaklara dair müəyyən edilmiş qiymətlərlə razşılaşmaması halının, iddiaçının əsaslandırmasında göstərdiyi qətnamələr üzrə borclunun təyin edilmiş öhdəliklərinə hansı formada təsir etməsi müəyyən olunmur. Belə olan halda iddia tələbinə hüquqi qiymət verilən zaman iddiaçı tərəfindən cavabdehin üzərinə qoyulmasını tələb etdiyi öhdəliyin iddiaçının hansı hüquqlarını pozulmasına səbəb olması qeyri-müəyyəndir. Belə ki, hazırda cavabdeh təşkilat müstəqil qiymətləndirmə şirkəti olaraq fəaliyyət göstərir və iddiaçı tərəfindən ona verilmiş sifariş üzrə qeyd olunan əmlaklara dair qiymətləndirmə hərəkətlərini yerinə yetirmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixədək məxsus olmuş əmlakları 28.530 manat əvəzində icra sənədinin icrası məqsədi ilə tələbkar X3 təhvil verilmişdir. Belə olan halda hazırda iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ərizə üzrə qiymətləndirilməsi sifariş verilmiş həmin əmlaklar ona məxsus olmamışdır. Bundan başqa yuxarıda qeyd olunduğu kimi cavabdeh müstəqil qiymətləndirmə şirkəti olaraq fəaliyyət göstərdiyindən və onun həmin əmlaklar üzrə apardığı qiymətləndirmə hərəkətləri habelə müəyyən olunmuş dəyərlərin iddiaçının nəzərində tutduğu qiymətlə uyğun olmadığı üçün məhkəmə tərəfindən cavabdehin üzərinə bu formada öhdəlik qoyulması qanunvericliklə nəzərdə tutulmamışdır. Eyni zamanda qüvvədə olan qanunvericiliklə tənzimlənən hazırki münasibətlərdə cavabdeh qiymətləndirmə şirkətinin qəbul etdiyi sifarişlər üzrə sifarişçi tərəfindən əvvəldən müəyyən edilmiş dəyərləri müəyyən etməsi kimi bir vəzifə müəyyən edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən göstərilmiş iddia tələbinin verilməsinə dair əsaslandırması ilə razılaşmayaraq bildirir ki, hazırda cavabdehlə iddiaçı arasında mübahisənin olması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunduğu kimi qiymətləndirilmiş əmlaklar müvafiq sifariş verildiyi zaman iddiaçıya məxsus olmamış, məhkəmə qətnamələri ilə müəyyən edilmiş öhdəliklərin təmin edilməsi üçün icra məmurunun müvafiq qanuni hərəkətləri əsasında tələbkara təqdim edilmiş əmlaklardır. Belə olna halda həmin əmlaklara dair hər-hansı formada iddiaçı tərəfindən edilmiş müdaxilə qanunvericliklə yolverilməzdir. İddiaçı tələbin əsaslandırması zamanı hazırki qiymətləndirmənin nəticələrinə dair rəyin mübahisələndirməsini yuxarıda qeyd olunan məhkəmə qətnamələri üzrə müəyyən edilmiş hallara aid olmamasını göstərsə də məhkəmə araşdırması zamanı verilmiş sifarişin tarixi (xx.xx.2023-cu il), habelə həmin əmlakların tələbkara təqdim edilməsi tarixi (xx.xx.2021-ci il) iddiaçı tərəfindən eyni tərəflər arasında artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsinə yönəldiyi müəyyən edilir. Bundan başqa hazırda iddiaçının şifarişi ilə cavabdeh təşkilat tərəfindən aparılmış qiymətləndirmədə narazı qaldığı təqdirdə müstəqil qaydada ayrı qiymətləndirmə fəaliyyətini keçirdən təşkilata da müraciət edə bilər. Odurki hazırda müəyyən edilmiş hallara məcmu halında qiymət verən məhkəmə tərəflər arasında hər-hansı mübahisə olmaması səbəbindən hazırki iddia tələbinə məhkəmədə baxılmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, məhkəmə yuxarıda qeyd olunan bütün hallara məcmu halında qiymət verərək iddiaçı ilə cavabdeh arasında hazırda mübahisənin olmaması halını nəzərə alaraq İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə (X4 və Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “iddiaçıya məxsus əmlakların dəyərinin müəyyən edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə. QƏRARA ALDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə (X4 və Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “iddiaçıya məxsus əmlakların dəyərinin müəyyən edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1589/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1589/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver