Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-159/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli, AL-894 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, "Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, XWB5V219DEA592225 ban, 0139 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, cavabdeh X3 xx.xx.2017-ci il tarixli AL-894 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2021-ci il tarixə 1132,8 manat gecikdirilmiş əsas, 21,53 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 105,01 manat dəbbə pulu, cəmi 1259,34 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu Azevrolizinq” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinə dəqiqləşdirməyə dair ərizə verərək, "xxxx" ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli, AL-894 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2017-ci il tarixli, AL-894 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2021-ci il tarixə 2255,30 manat gecikdirilmiş əsas, 68,09 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 896,32 manat dəbbə pulu, lizinq obyektinin bərpa olunması üçün tələb olunan 2695 manat pulun, ümumilikdə 5914,71 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu Azevro LizinqASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AL-894 saylı “Daxili lizinq müqaviləsi"nə əsasən X1 ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA592225 ban, 0139 mühərrik nömrəli, ağ rəngli avtomobil 14800 manat məbləğinə AzevrolizinqMMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən X7 illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,70 manat, ümumilikdə isə 18705,48 manat məbləğində pulu ‘Azevrolizinq MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə X7, X4 və İddiaçı MMC arasında AL-894 (1) saylı “Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlamış və xx.xx.2017-ci il tarixli AL-894 saylı “Daxili Lizinq" müqaviləsi üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında LİZ-894 saylı “Öhdəliklərin ötürürülməsi müqaviləsi bağlamış və xx.xx.2017-ci il tarixli AL-894 saylı "Daxili Lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. “Daxili lizinq” müqaviləsi və Ödəniş cədvəli"nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən lizinq şirkətinə son ödəniş xx.xx.2021-ci il tarixdə 140 manat məbləğində olmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın əsassız olduğunu qeyd edərək, rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə borc məbləğini 1 ay müddətində ödəmək təklif edilmiş, əks təqdirdə daxili lizinq müqaviləsinin ləğvi və yaranmış borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-894 saylı Daxili Lizinq müqaviləsindən görünür ki, X2 müvəqqəti istifadəsinə ümumi məbləği 14800 manat təşkil edən lizinq predmeti verilmişdir. xx.xx.2018-ci il tarixdə X7, X5 və "xxxx" ASC arasında bağlanmış AL-894 (1) saylı “öhdəliklərin ötürürülməsi” barədə müqavilədən görünür ki, xx.xx.2017-ci il tarixli AL-894 saylı Daxili Lizinqmüqaviləsi üzrə X5 oğlu bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə X5, Cavabdeh və "xxxx" ASC arasında bağlanmış LİZ-894 saylı “öhdəliklərin ötürürülməsi” barədə müqavilədən görünür ki, xx.xx.2017-ci il tarixli AL-894 saylı Daxili Lizinqmüqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. "Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 12 % 14800 manat məbləğində pulu 48 ay müddətinə "xxxx" ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh lizinq predmeti olan “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil aldığını öz imzası ilə təsdiqləmişdir. "xxxx" MMC servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən "Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2695 manat ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh "Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadəyə yararsız vəziyyətdə təhvil vermişdir. xx.xx.2021-ci il tarixli "xxxx" ASC-nin arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, AL-894 saylı “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 2255,30 manat əsas borc, 68,09 manat mükafat borcu, 896,32 manat cərimə borcu, 2695 manat zərər olmaqla, cəmi 5914,71 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli, 30 nömrəli "xxxx" MMC-nin rəyindən görünür ki, iş materiallarında olan, “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararlı vəziyyətə gətirilməsi üçün 1685 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2017-ci il tarixli AL-894 saylı X13 Müqaviləsi ləğv edilməli və müqaviləyə əsasən "xxxx" ASC-nin xeyrinə əsas və mükafat borcu hissəsində təmin edilərək, əsas borca görə 2255,30 manat, mükafat borcuna görə 68,09 manat borc cavabdehdən iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddianın əsas borca hesablanmış 896,32 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının digər tələbi lizinq predmetinə dəymiş zərərin ödənilməsi ilə bağlıdır. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə dəymiş zərərlə bağlı pulun cavabdehdən tutulması hissəsində ekspert rəyini əsas götürürərək, qismən təmin edir və cavabdehdən dəymiş zərərə görə 1685 manat tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia qismət təmin edildiyi üçün, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 20,60 manat dövlət rüsumunun əvəzi cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli, AL-894 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, AL-894 saylı X6 əsasən 2255,30 manat əsas borc, 68,09 manat mükafat borcu, 50 manat cərimə borcu, 1685 manat dəymiş zərər olmaqla, cəmi 4058,39 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 20,60 manat dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-159/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-159/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver