Məhkəmə qərarları › İş №2(005)-1607/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1607/2024

12.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1607/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh2 Talib oğlunun adına verilmiş 27 iyul 2018-ci il tarixli, ******* saylı çıxarışın ləğv edilməsi və iddiaçıların həmin fərdi yaşayış evinə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi mərhum anaları X8 mülkiyyətində olmuşdur. Lakin anaları xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı2 Talib qızı, X11 illərdir sözügedən yaşayış evində pasport qeydiyyatında olmaqla yanaşı həmin fərdi yaşayış evində yaşamışlar. Ailədə 8 övlad olmuşlar. Böyük bacıları X14 19 yanvar 1990-cı il tarixdə vəfat etmişdir. Anaları vəfat etdikdən sonra doğma qardaşı Cavabdeh2 Talib oğlu iddiaçılara söz verdi ki, o, iddiaçıların bu evdə yaşamaqlarına, eyni zamanda qeydiyyatda olmaqları ilə bağlı gələcəkdə heç bir maneə yaratmayacaq. Bu əsasla iddiaçılar analarından miras qalmış fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnaməsinin Cavabdeh2 Talib oğluna verilməsinə razı oldular. Lakin cavabdeh iddiaçıların ona olan etibarından sui-istifadə edərək 27 iyul 2018-ci il tarixdə ******* saylı çıxarış əsasında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evini öz adına rəsmiləşdirmişdir. Hal-hazırda isə iddiaçılara qarşı zor tədbiq edərək iddiaçıları həmin evdən çıxararaq həmin evi kirayə verərək gəlir əldə etmək niyyətindədir. Hətta iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qeyd edilən yaşayış sahəsindən çıxarılmağı ilə bağlı iddia qaldırmışdır. Qeyd edilir ki, iddiaçılarda mərhumun qanun üzrə vərəsələridirlər. Bu günə qədər həmin evdə yaşamış birgə təsərrüfat aparmışlar. İddiaçıların da sözügedən fərdi yaşayış evinə məcburi pay hüququları var. İddiaçılar hesab edir ki, Cavabdeh2 Talib oğlunun bu hərəkətləri tamamilə qanunsuz və əsassızdır. Odur ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin yaşayış evinə dair çıxarışın ləğv edilərək mərhum analarından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə dair paylar yenidən müəyyən edilməlidir. Qeyd edirlər ki, İddiaçı1 Talib qızı tərəfindən miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Cavabdeh1na müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən notariat hərəkətlərin aparılmasından imtina edilmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli oldular. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh2 Talib oğlunun adına verilmiş 27 iyul 2018-ci il tarixli, ******* saylı çıxarışın ləğv edilməsi və iddiaçıların hər birinə ¼ pay miras pay hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçılar xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh qismində işə cəlb edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında mülki işə cavabdeh qismində cəlb edilmələri qərara alınmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ayrı-ayrılıqda izahat verərək, iddia tələbini qəbul etdiklərini bildirib, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və pay haqlarının tanınmasını xahiş etdilər. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1962-ci il tarixdə Ermənistan SSR-də anadan olmuşdur. X5, anası X10r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1967-ci il tarixdə Ermənistan SSR-də anadan olmuşdur. X5, anası X10r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1974-ci il tarixdə Ermənistan SSR-də anadan olmuşdur. X5, anası X10r. İş materiallarında olan İddiaçı1 tərəfindən Bakı şəhəri notariat ofisinə ünvanlanmış məktubda qeyd olunur ki, ərizəçinin anası xx.xx.2022-ci ildə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 424 №-li notarial hərəkətlərinin aparmaqdan imtina edilməsi barədə qərarından görünür ki, ərizəçi İddiaçı1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciətinə baxılmış, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İş materiallarında olan Cavabdeh4 tərəfindən Cavabdeh1na ünvanlanan ərizədən görünür ki, ərizəçi bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 Cavabdeh4, Cavabdeh2, İddiaçı3, İddiaçı2, İddiaçı1, Cavabdeh5 başqa vərəsələri yoxdur.Əgər gələcəkdə başqa vərəsələri çıxarsa, onların paylarını ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 20 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 notariusu R.Z.Sadıqov təsdiq etmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi – 1/14 hissə Cavabdeh4dur. Miras Əmlakın 13/14 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 13 iyul 2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 notariusu R.Z.Sadıqov təsdiq etmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi – 13/14 hissə Cavabdeh2dur. Miras Əmlakın 1/14 hissəsi açıq saxlanılmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən Cavabdeh1na ünvanlanan ərizədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş ünvan 4 ünvanda qeydiyyatda olmuş X8 ondan başqa vərəsələri qismində: Cavabdeh4, İddiaçı1, Cavabdeh5, İddiaçı3, X13, İddiaçı2 qeyd olunmuşdur. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh4 tərəfindən Cavabdeh1na ünvanlanan ərizədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş ünvan 4 ünvanda qeydiyyatda olmuş X8 ondan başqa vərəsələri qismində: Cavabdeh2, İddiaçı1, Cavabdeh5, İddiaçı3, X13, İddiaçı2 qeyd olunmuşdur. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan İddiaçı3 tərəfindən Cavabdeh1na ünvanlanan xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı3, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakdan Cavabdeh2 xeyrinə imtina etmiş, ona çatası payı qəbul etmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən Cavabdeh1na ünvanlanan xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh3, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakdan Cavabdeh2 xeyrinə imtina etmiş, ona çatası payı qəbul etmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı2 tərəfindən Cavabdeh1na ünvanlanan xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh3, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakdan Cavabdeh2 xeyrinə imtina etmiş, ona çatası payı qəbul etmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh1 təsdiq edilmiş 29 noyabr 2013-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 4-da qeydiyyatda olan X16 vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün daşınar-daşınmaz əmlakını Bakı şəhəri, Ş.Mustafyev küçəsi, ev 39-da qeydiyyatda olan oğlu - Cavabdeh2 vəsiyyət etməsi barədə sərəncam vermişdir. AR Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsinin FM 017688 seriya №-li qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Ş.Mustafayev küçəsindəki 5 otaq 79,9 kv.m yaşayış sahəsi, 118,8 kv.m ümumi sahəsi olan 39 saylı fərdi yaşayış evi 3 otaq – 50.3 kv.m, k/s 32.2 kv.m hissədə X8, 2 otaq – 29.6 kv.m, k/s 6.7 kv.m hissədə Cavabdeh5 adınadır. Bu barədə xx.xx.2002-ci il tarixdə 55 saylı reyestr kitabında 8368 səhifədə 30122101 nömrəli qeydiyyat aparılmışdır. AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 39 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.2002-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-4/441 reyestr nömrəli xx.xx.2002-ci il tarixli bağışlama müqaviləsinə əsasən A tikilisində 2 otağı (29.6 kv.m) və köməkçi sahəsi (6.7 kv.m) Cavabdeh2 Talib oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4Ə- 53 reyestr nömrəli xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsinə əsasən A tikilisində 2 otağı (29.6 kv.m) və köməkçi sahəsi (6.7 kv.m) Cavabdeh2 Talib oğluna məxsus hissə Cavabdeh5 Talib oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 2V- 201 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X8 vəfatından sonra evin 1/14 hissəsi (3 otaq-50.3 kv.m və köməkçi sahəsi) Cavabdeh4 Talib oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 2V-196 reyestr nömrəli xx.xx.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X8 vəfatından sonra evin 3/14 hissəsi (3 otaq-50.3 kv.m və köməkçi sahəsi) Cavabdeh2 Talib oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-844 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh4 Talib oğlu özünə məxsus hissəni X1. Hazırda sözügedən fərdi yaşayış evinin 2 otağı-29.6 kv.m, köməkçi sahəsi 6.7 kv.m Cavabdeh5 Talib oğlunun, 3 otaq (50.3 kv.m, köməkçi sahəsi 10.8 kv.m, anbar 5.7 kv.m)- dan 13/14 hissəsi Cavabdeh2 Talib cğlunun və 1/14 hissəsi X7 mülkiyyətlərindədir. Eyni zamanda bildiririk ki, Bakı şehe'i, Nərimanov rayonu. Şahin Mustafayev küçəsi 27, 39 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.2002-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şeheri 9 saylı DNK-nın 2V-1-21 reyestr nömrəli xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən həmin fərdi yaşayış evi X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 329998 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. 11 iyul 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Satıcı Cavabdeh4 tərəfindən ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evini paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsində (3 otaq, 50.3 kv.m, k/s – 10.8 kv.m və 5.7 kv.m anbar) X2 mülkiyyətinə verilmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya №-li Cavabdeh2 adına verilmiş çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi 2 otaq, 29.06 kv., k/s 6.7 kv.m hissədə Cavabdeh5, 3 otaq isə (50.3 kv.m, k/s 10.8 kv.m 5.7 kv.m anbar) 1/14 hissədə Cavabdeh4, 13/14 hissədə Cavabdeh2 mülkiyyətindədir. Bu barədə müvafiq olaraq xx.xx.2009-cu il tarixdə ********** №-li, xx.xx.2018-ci il tarixdə ********** №-li, xx.xx.2018-ci il tarixdə ********** №-li qeydiyyat aparılmışdır. 30 yanvar 2009-cu il tarixli Bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Talib oğlu, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 11/586 arayışa və Bakı şəhəri Tİ və MHQİ tərəfindən reyestr kitabı 55, səhifə 8368, qeydiyyat nömrəsi 30/22100, xx.xx.2002-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən mənə məxsus olan ünvan 2 ünvanda yerləşən, köməkçi sahəsi 6.7 kv.m, yaşayış sahəsi 29.6 kv.m olan, 2 (iki) otaqlı fərdi yaşayış evini qardaşı - Cavabdeh5 Talib oğluna bağışlamışdır. 05 sentyabr 2002-ci il tarixli müqavilənin surətindən görünür ki, X16 ona məxsus olan Bakı şəhər, Ş.Mustafayev küçəsi, ev 39-da yerləşən “A” tikintisində 2 yaşayış otağı, sahəsi 29,6 kv.m və köməkçi sahəsi 6,7 kv.m olan yaşayış evini Cavabdeh2 bağışlamışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 299 №-li sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 07.05.022-ci il tarixli protokoldan çıxarışdan görünür ki, Ermənistan Respublikasından qaçqın düşmüş X8 yaşadığı Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 39 №-li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 39 saylı fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Tərəflərin anası X16 xx.xx.2017-ci il tarixdə ölmüşdür. 13 iyul 2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi – 13/14 hissə Cavabdeh2dur. 20 iyul 2018ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi – 1/14 hissə Cavabdeh4dur. Vərəsələrdən İddiaçı2, İddiaçı2, İddiaçı3 və Cavabdeh3 ərizə ilə notariusa müraciət edərək miras əmlakdan imtina etdiklərini bildirmişlər. Cavabdeh5 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariusa müraciət etməmişlər, susmuş vərəsə kimi qeydə alınmışlar. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, Cavabdeh2 Talib oğlu iddiaçılara qarşı zor tədbiq edərək Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evindən iddiaçıları çıxararaq həmin evi kirayə verərək gəlir əldə etmək niyyətindədir. İddiaçı3 və İddiaçı2 bu günə qədər həmin evdə yaşamış birgə təsərrüfat aparmışlar. İddia edirlər ki, sözügedən fərdi yaşayış evinə məcburi pay hüquqları var. Belə ki, anaları vəfat etdikdən sonra Cavabdeh2 Talib oğlu iddiaçıların bu evdə yaşamaqlarına maneçilik etməyəcək. Bu səbəbdən də iddiaçılar analarından miras qalmış fərdi yaşayış evinə dair vərəsəlik hüquqlarından qardaşı Cavabdeh2 xeyrinə imtina barədə ərizə yazmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə huquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-ci maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1324-cü maddəsinə əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1269-cu maddəsinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Hüquqi təbiətinə görə vəsiyyət birtərəfli əqd olmaqla şəxsin (vəsiyyət edənin) iradəsini ifadə edir. Belə ki, vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi, məcburi pay almaq hüququndan məhrum etməsi onun öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Beləliklə, vəsiyyətnamə - yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir......müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Qeyd olunanlara əsalanaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbini irəli sürməkdə haqlı olmamışlar. Belə ki, iş materiallarından da göründüyü kimi mübahisəli miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi tərəflərin mərhum anası X8 mülkiyyətində olmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları daxildir. Mülki işə əlavə olunmuş sübutlardan göründüyü kimi, mərhum X16 qanunvericiliyin tələblərinə uyğun olaraq vəsiyyətnamə tərtib etmiş, 29 noyabr 2013-cü il tarixli vəsiyyətnaməyə əsasən ünvan 4-da qeydiyyatda olan X16 vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün daşınar-daşınmaz əmlakını Bakı şəhəri, Ş.Mustafyev küçəsi, ev 39-da qeydiyyatda olan oğlu - Cavabdeh2 vəsiyyət etmişdir. Bununla yanaşı İddiaçı3, və İddiaçı2 notariusa ünvanlanan xx.xx.2018-ci il tarixli ərizələrindən görünür ki, onlar anaları X6 miras qalmış əmlakdan Cavabdeh2 xeyrinə imtina etmiş, ona çatası payı qəbul etmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini bildirmişdlər. Beləliklə də məhkəmə araşdırması zamanı vəsiyyətnamənin etibarsızlığı üçün hər hansı əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli Plenum Qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi, vərəsələrdən İddiaçı2, İddiaçı3, Cavabdeh3 miras əmlakdan imtina etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və Cavabdeh3 mirasdan imtina etmələri barədə notariusa müraciət etmişlər. Göründüyü kimi, onların mirasdan imtinası qanunvericiliklə müəyyən edilmiş müddət ərzində olmuşdur. Məhkəmə qeyd edir ki, mirası qəbul etmək hüququnun məzmunu mümkün olan iki alternativ imkandan birini seçməkdən ibarətdir: mirası qəbul etmək imkanı; mirasdan imtina etmək imkanı. Mirasdan imtina xüsusi olaraq vərəsəlik hüququnun xitam olunması məqsədilə həyata keçirilən aktdır. Buna görə də həmin akt mülki-hüquqi əqddir. Özü də bu əqd yalnız bir tərəfin - mirasdan imtina edən vərəsənin iradəsini ifadə edir. Hüquqi nəticənin yaranması - vərəsəlik hüququna xitam verilməsi üçün təkcə, ancaq həmin vərəsənin öz iradəsini bildirməsi kifayət edir. Hüquqi nəticənin əmələ gəlməsi üçün hər hansı şəxsin cavab, qarşılıqlı iradə ifadəsi tələb olunmur. Buna görə də mirasdan imtina birtərəfli əqddir. Mirasdan imtina eyni miras üzrə vərəsəliyə çağırılan digər vərəsələrin razılığını da tələb etmir. O, həmin vərəsələrin iradə ifadəsindən asılı deyildir. Məhz bu baxımdan da mirasdan imtina birtərəfli aktdır. Bunun nəticəsində vərəsənin həmişəlik olaraq vərəsəliyinə (vərəsəlik hüququna) xitam verilir. Mirasdan imtina aktı vərəsənin miras əmlakı qəbul etməmək niyyətini ifadə edir. Mirasdan imtina dedikdə, birtərəfli elə mülkihüquqi əqd başa düşülür ki, bunun nəticəsində müəyyən mirası qəbul etməyə çağırılmış vərəsənin həmin miras üzrə vərəsəlik hüququ həmişəlik olaraq xitam edilir. Bundan başqa mirasdan imtina dönməz xarakterə malikdir. Bu o deməkdir ki, vərəsə mirasdan qəti və həmişəlik olaraq imtina edir. Mirasdan imtinanın dönməzliyi (qətiliyi) onu ifadə edir ki, əgər vərəsə artıq mirasdan imtina etmişsə, onu qəbul etmək olmaz. Həmçinin də mülki işdən görünür ki, Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, digər Cavabdeh4 isə həmin əmlakdan 1/14 hissədə məcburi pay verilmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 2V-201 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 39 saylı fərdi yaşayış evin 1/14 hissəsi Cavabdeh4 Talib oğlunun adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Hazırki mübahisəli işin hallarından göründüyü kimi, miras qoyan X16 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Belə olanda məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı hazırki mübahisəyə şamil olunmayacaqdır. Belə olanda İddiaçı1 və Cavabdeh5 (susmuş vərəsələrə) münasibətdə miras əmlakın faktiki qəbul edilib-edilməməsi araşdırılmalıdır. Göründüyü kimi, İddiaçı1 və Cavabdeh5 isə analarının ölümündən sonra mirasın qəbulu və onlara müvafiq şəhadətnamənin verilməsi ilə bağlı notariusa müraciət etmələri işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, Cavabdeh5 miras qoyanın vəfatından sonra notariusa müraciət etməmiş, həmin vaxt susmuş, hazırda isə məhkəməyə çağırılmasına baxmayaraq, məhkəmə iclaslarına da gəlməmiş, iddia tələbinə hər hansı münasibət bildirməmişdir. Belə olanda məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli miras əmlakına münasibətdə faktiki olaraq sahiblik edib-etməməsi məsələsini mübahisə etmir, həmçinin də buna dair sübut təqdim etmir. Buna görə də məhkəmə ona münasibətdə hüquqi qiymətləndirmənin edilməsinə zərurət görmür. Məhkəmə İddiaçı1 münasibətdə isə qeyd edir ki, onun miras əmlaka pay hüququ ilə bağlı tələbi olsa da, notariat işinə nəzər yetirərkən müəyyən edilir ki, o, miras əmlakın qəbulu ilə bağlı heç bir hərəkət etməmişdir. Həmçinin, məhkəmə iclaslarında verdiyi izahatlarında miras əmlakı faktiki olaraq qəbul etmədiyini, ailəsi ilə özünəməxsus başqa əmlakı olduğunu, hazırda isə bacılarına görə vərəsəlik payının tanınmasını tələb etdiyini qeyd etmişdir. Məhkəmə, iddia tələbləri əsas hissələrdə təmin olunmadığından, çıxarışın ləğv edilməsi tələbləri isə əsas tələbdən törəmə olduğundan, həmin hissədə iddia tələbinə əlavə qiymət bildirilməsinə zərurət olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar