Məhkəmə qərarları › İş №2(005)-1609/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1609/2021

01.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1609/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" Kompani MMC-yə və Ağayeva (Qəhrəmənova) Günay Elbrus qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Kompani MMC-yə və Ağayeva (Qəhrəmənova) Günay Elbrus qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 13/4 nömrəli 26 sentyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehlər arasında bağlanmış 13/4 nömrəli 26 sentyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Ağayeva (Qəhrəmənova) Günay Elbrus qızının adına verilmiş çıxarışın ləğv olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin direktoru X6 ilə onun arasında bağlanmış 208 nömrəli 04 oktyabr 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində tikinti sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 101 nömrəli mənzilinə dair X7 ilə bağlanmış müqavilə Elçinin öz razılığı ilə ləğv edilərək həmin mənzili 40600 manata almışdır. Mənzilin pulunu Elçin İsmayılova ödəmişdir. Pulu tam olaraq ödədiyinə görə 2-ci cavabdeh "xxxx" MMC tərəfindən ona 04 oktyabr 2012-ci il tarixli maliyyə arayışı verilmişdir. Müqaviləyə, maliyyə arayışına və Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən mənzil üzərində sahiblik, istifadə hüququ əldə etmişdir. Mənzildə yaşamağa hələ ki, ehtiyac olmadığından mənzilə köçə bilməmişdir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru X3 ilə Cavabdeh1 arasında bağlanmış 13/4 nömrəli 26 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC ilə X8 arasında bağlanmış 08 avqust 2008-ci il tarixli müqavilə ləğv olunaraq ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində tikinti sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 101 nömrəli ona məxsus mənzil Cavabdeh1 55825 manata qanunsuz dəyərinin Cavabdeh1 tərəfindən tam ödənilməsi, "xxxx" MMC-yə borcu olmaması barədə 26 sentyabr 2017-ci il tarixli maliyyə arayışı verilmişdir. Cavabdehlər arasında bağlanmış 13/4 nömrəli 26 sentyabr 2017-ci il tarixli müqavilə etibarsızdır aşağıdakılara əsasən: iddiaçı ilə bağlanmış müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə ilə müəyyən olunmuş müddətdə "Alıcı" pulu ödəmədikdə, yaşayış və ya qeyri-yaşayış sahəsindən imtina etdiyi halda "Satıcı" müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Mənzilin pulunu ödədiyi maliyyə arayışı ilə sübuta yetir. Borcunun olmadığı və mənzildən imtina etmədiyi halda "xxxx" MMC müqaviləni bir tərəfli qaydada ləğv edə və digər şəxslərlə müqavilə bağlaya bilməzdi. Cavabdeh sonradan bağladığı müqavilə barədə iddiaçını məlumatlandırmamışdır. Beləliklə sübuta yetir ki, cavabdehlərin öz aralarında bağladıqları 13/4 nömrəli 26 sentyabr 2017-ci il tarixli müqavilə Mülki Məcəllənin tələblərinin pozulması ilə bağlanmışdır, etibarsızdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclaslarında iştirak etmiş cavabdeh «Sahil-D" Kompani MMC-nin icraçı direktoru X3 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmiş, təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, iddia tələbə əsassızdır. Belə ki, 08.08.2018-ci il tarixli müqaviləyə görə Cavabdeh2 ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı 101 saylı mənzilə dair alıcı X8 ilə müqavilə bağlamışdır. Həmin mənzillə bağlı X8 Cavabdeh2 MMC ilə qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə də bağlamışdır. Cavabdeh2 MMC-nin 01.09.2018-ci il tarixli arayışında göstərilir, X8 ünvan 4 ünvanda Cavabdeh2 MMC tərəfindən inşa edilən 2 saylı binanın 23-cü mərtəbəsində, ümumi tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı 101 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır və həmin mənzil ona məxsusdur. X1 ozünə məxsus mənzili Cavabdeh2 ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı 101 saylı mənzili qızı Cavabdeh1 vermiş, bununla bağlı da müqavilə bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2-cı məhəllə, mənzil 101 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 36, M.23, m2) mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyata alınmışdır. Təqdim olunan sübutlarla müəyyən olunur ki, iddiaçının etibarsızlıqla bağlı tələbi əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04.10.2012-ci il tarixli 208 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı 101 saylı mənzili alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 40600 manat İddiaçı tərəfindən əvvəlki payçı X4 ödənilmişdir. Cavabdeh2 MMC-nin 04.10.2012-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda inşa edilən 2 saylı yaşayış binası Cavabdeh2 MMC-yə məxsusdur. Bu yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.m olan 2 otaqlı 101 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh2 MMC-yə borcu yoxdur. Bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh2 MMC-nin icraçı direktoru X9 şəxsində, (bundan sonra «Müəssisə») digər tərəfdən X8 01.12.2015-ci il tarixdə bağlanmış qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə ilə gələcəkdə «Sakin» adlandınlacaq X8 arasında bağlanmış 01.12.2015-ci il tarixli, 151 №-li müqavilənin surətindən görünür ki, «Müəssisə» «Sakin»ə 08.08.2008-ci il tarixli, 13/4 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 101.5 kv.m olan 101 saylı mənzili tikinti normalarına uyğun olaraq təhvil vermişdir; 08.08.2008-ci il tarixli 13/4 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı 101 saylı mənzili alıcı X5 təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 55825 manat təşkil edir; Cavabdeh2 MMC-nin 01.09.2018-ci il tarixli maliyyə arayışından görünür ki, X8 ünvan 4 ünvanda Cavabdeh2 MMC tərəfindən inşa edilən 2 saylı binanın 23-cü mərtəbəsində, ümumi tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı 101 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır və həmin mənzil ona məxsusdur; Cavabdeh2 MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda inşa edilən 2 saylı yaşayış binası Cavabdeh2 MMC-yə məxsusdur. Bu yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.m olan 2 otaqlı 101 saylı mənzilin pay dəyəri X8 tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh2 MMC-yə borcu yoxdur. 26.09.2017-ci il tarixli 13/4 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı 101 saylı mənzili alıcı Cavabdeh1 təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 55825 manat Cavabdeh1 tərəfindən əvvəlki payçı X5 ödənilmişdir. Cavabdeh2 MMC-nin 26.09.2017-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda inşa edilən 2 saylı yaşayış binası Cavabdeh2 MMC-yə məxsusdur. Bu yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.m olan 2 otaqlı 101 saylı mənzilin pay dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh2 MMC-yə borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə ünvan 2-cı məhəllə, mənzil 101 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 36, M.23, m2) mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyat nömrəsi ilə 18.08.2020ci il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi 29.07.2021-ci il tarixli AZ-İİ 199382 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10.06.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 03.02.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı 101 saylı mənzilə dair X8 ilə 08.08.2008-ci il tarixli 13/4 nömrəli müqavilə olmuş, buna dair maliyyə arayışı verilmiş, sonradan 26.09.2017-ci il tarixdə mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyat aparılmış və Cavabdeh1 adına 18.08.2020-ci il tarixdə çıxarış verilmişdir. Hazırda iddiaçı 04.10.2012-ci il tarixli 208 nömrəli müqaviyə istinad onunla Cavabdeh2 arasında ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı 101 saylı mənzilə dair müqavilənin olmasına əsaslanmaqla 13/4 nömrəli 26 sentyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri və Cavabdeh2 hazırkı direktorunun etirafı işin hər hansı halı ilə sübut olunmadığından əsassızdır. Cavabdeh2 iddianı etiraf etməsi və qəbul etməsi, Cavabdeh1nnı hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bundan başqa, məhkəmə iddiaçının onunla cavabdeh dair Cavabdeh2 ilə arasında bağlanmış 208 nömrəli 04 oktyabr 2012-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş mənzilin dəyərinin onun tərəfindən ödənilməsinə dair dəlillərini araşdıraraq, məhkəmə hesab edir ki, iddiaçının göstərilən dəlilləri də əsassızdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, mübahisəli mənzillə bağlı müqavilə bağlanarkən artıq həmin mənzilə dair X8 ilə 08.08.2008-ci il tarixli 13/4 nömrəli müqavilə olmuş, sonrdan bu müqavilə əsasənda mənzil Cavabdeh1 adına rəsmiləşdirilmişdir, həmin sənədləşmə zamanı qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Bundan başqa, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Belə olan halda, cavabdeh dair Cavabdeh2 direktorunun Cavabdeh1 ilə mənzilə dair müqavilə qüvvədə ola-ola və onlar arasında olan müqavilə ləğv edilmədiyi halda, mübahisəli mənzili İddiaçı ilə yenidən 208 nömrəli 04 oktyabr 2012-ci il tarixli il tarixli müqavilə bağlanılması qanunsuz və əsassız olmuşdur. Belə ki, Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Göründüyü kimi işin materiallarına əlavə edilmiş mübahisələndirilən müqavilənin məzmunu, onun formasına uyğundur və onlar bir-birini tamamlayır. Müqavilənin məzmunundan görünür ki, podratçının vəzifəsi tikdiyi mənzili sifarişçiyə təhvil verməkdən, sifarişçinin vəzifəsi isə həmin mənzilin dəyərini ödəməkdən ibarət olmuş və onlar bununla bağlı öz iradə ifadələrini müqavilə bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bundan əlavə məhkəmə iddiaçının mənzilə dair cavabdehin adına olan çıxarışın ləğv olunmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbindən törəndiyindən, iddia tələbi həmin hissədə rədd edilməli olduğundan, iddia tələbinin göstərilən hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilməli olduğundan, bununla da Ağayeva (Qəhrəmənova) Günay Elbrus qızının adına verilmiş çıxarışın ləğv olunması iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər "xxxx" Kompani MMC-yə və Ağayeva (Qəhrəmənova) Günay Elbrus qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" Kompani MMC-yə və Ağayeva (Qəhrəmənova) Günay Elbrus qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar