Məhkəmə qərarları › İş №2(005)-1610/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1610/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1610/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X2rşı “daşınar əmlakların mülkiyyətə keçirilməsi üçün əsas olmuş sənədlərin ona verilməsinin cavabdehlərə həvalə edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X2rşı “daşınar əmlakın mülkiyyətə keçirilməsi üçün əsas olmuş sənədlərin ona verilməsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 2008-ci il buraxılışlı, ağ rəngli “MAZ 642208” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük maşınının və 2008-ci il buraxılışlı, sarı rəngli “MAZ- 953000-(010)” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçı şəxsin mülkiyyətinə keçirilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (tərəf 1) X10 və İddiaçı (tərəf 2) arasında bağlanmış xx xxx 2011-ci il tarixli, L-028/08-02 nömrəli “Öhdəliklərin köçürülməsi haqqında” müqaviləyə əsasən tərəf 1 bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə öz öhdəliklərini bu müqavilə imzalandığı an mövcud olan həcmdə və şərtlərlə tərəf 2-yə verir. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyekti olan “MAZ 642208” markalı, qeydiyyat nişanı **-JG-***, tip-yəhərli dartıcı, mühərrik Y3M**********6896, buraxılış ili-2008, ağ rəngli yük maşını və “MAZ-953000-(010)” markalı, qeydiyyat nişanı **-ZF-***, ban:KAB.1024, tip-özüboşaldan, mühərrik Y3M**********0677, buraxılış ili-2008, sarı rəngli yarımqoşqunun qalıq dəyəri 45.775 (qırx beş min yeddi yüz yetmiş beş) manat məbləğində olmaqla lizinqin müddəti 36 (otuz altı) ay müəyyən edilmişdir. “Öhdəliklərin köçürülməsi haqqında” xx xxx 2011-ci il tarixli, L-028/08-02 nömrəli müqavilənin 2.5-ci maddəsində qeyd olunur ki, bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə bütün lizinq haqları (o cümlədən yaranmış cərimə faziləri, əgər varsa) lizinq verənə tam ödənildikdə lizinq obyektinə mülkiyyət hüququ tərəf 2-yə keçəcəkdir. Müqaviləyə əsasən yuxarıda qeyd olunan lizinq obyekti ona verildikdən sonra üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirmiş və müqavilə üzrə lizinq haqları cavabdeh təşkilata tam olaraq ödənilmişdir. Onun tərəfindən lizinq obyektinin dəyəri tam ödənilməsinə və dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh təşkilat öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, müxtəlif bəhanələrlə lizinq obyektini onun mülkiyyətinə keçirməkdən imtina etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2008ci il buraxılışlı, ağ rəngli “MAZ 642208” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük maşınının və 2008-ci il buraxılışlı, sarı rəngli “MAZ-953000-(010)” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçı şəxsin mülkiyyətinə keçirilməsinə əsas olan sənədlərin verilməsinin cavabdehlərə həvalə edilməsi, cavabdeh X3 42.000 (qırx iki min) manat məbləğində maddi və 10.000 (on min) manat məbləğində mənəvi ziyan olmaqla, cəmi 52.000 (əlli iki min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 bildirmişdir ki, müvafiq kredit şöbəsindən onlara verilmiş məlumata əsasən iddiaçı şəxsin qeyd edilən təşkilata bəhs olunan əmlakla bağlı heç bir borcu yoxdur, lakin buna baxmayaraq iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X1 müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh təşkilatın nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X14 Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən xx xxxx 2008-ci il tarixdə verilmiş AB seriyalı 261532 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MAZ-953000-(010) markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı, mühərriki Y3M**********0677 olan, 2008-ci il buraxılışlı, sarı rəngli yarımqoşqu “Azərdəmiryolbank” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur; Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-“Lizinq verən” ilə X10-“Tərəf 1” və İddiaçı-“Tərəf 2” arasında bağlanmış xx xxx 2011-ci il tarixli, L-028/08-02 nömrəli “Öhdəliklərin köçürülməsi haqqında” müqavilənin surətindən və məzmunundan görünür ki, tərəf-1, lizinq verən ilə bağladığı aşağıda göstərilən Daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklərini tərəf-2-yə köçürür, tərəf-2 isə bu öhdəlikləri tam həcmdə qəbul edir: xx xxxx 2008-ci il tarixli L-022/08 nömrəli daxili lizinq müqaviləsi (1.1-ci bənd); tərəf-1 bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə öz öhdəliklərini bu müqavilə imzalandığı an mövcud olan həcmdə və şərtlərlə tərəf-2-yə təhvil verir (1.2-ci bənd). Bu müqavilənin imzalandığı günə lizinq obyektinin qalıq dəyəri 45.775 (qırx beş min yeddi yüz yetmiş beş) manat məbləğində təşkil edir və lizinqin müddəti 36 (otuz altı) ay təyin edilir (1.3-cü bənd). Tərəf-1 bu müqavilə imzalandığı tarixdə öhdəliklərin köçürülməsi ilə bağlı Tərəf-2-yə aşağıdakıları təqdim edir: bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə “MAZ 642208” markalı, qeydiyyat nişanı **-JG-***, tip-yəhərli dartıcı, mühərrik: Y3M64220SS0006896, buraxılış ili-2008, ağ rəngli yük maşını və “MAZ-953000-(010) markalı, qeydiyyat nişanı **-ZF-***, ban: KAB. 10204, tip-özüboşaldan, mühərrik: Y3M**********0677, buraxılış ili-2008, sarı rəngli yarımqoşqu; bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə bütün lizinq obyektlərinə aid olan bütün qeydiyyat və texniki sənədlərin əsillərini; bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi və ona əlavələrin surətləri (2.1-ci bənd). Öhdəliklər üzrə ödənilməli olan qalıq lizinq haqqlarının ödəniş cədvəli, bu müqavilənin 1.1ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə yenidən hesablanaraq tərəf-2 ilə lizinq verən arasında imzalanacaqdır (2.2-ci bənd). Bu müqavilə imzalandığı andan tərəf-2 bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə tərəf-1-in öhdəliklərini tam həcmdə üzərinə götürür və qeyd olunan müqavilələr üzrə lizinq alan qismində çıxış edir (2.3-cü bənd). Bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə hazırki müqavilə imzalanan ana qədər tərəf-1 tərəfindən həyata keçirilmiş hər-hansı ödənişlərin kompensasiya edilməsi ilə bağlı tərəf-2 və tərəf-1 arasında əlavə saziş imzalanacaqdır. Lizinq verən həmin ödənişləri hər- İıansı formada tərəf-2 və ya tərəf-1-ə qaytarmayacaqdır (2.4-cü bənd). Bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə bütün lizinq haqları (o ümlədən yaranmış cərimə faizləri, əgər varsa) lizinq verənə tam ödənildikdə, lizinq obyektinə mülkiyyət hüququ tərəf-2-yə keçəcəkdir (2.5-ci bənd); İddiaçı adına açılmış hesab üzrə əməliyyatlar üzrə çıxarışın surətindən görünür ki, xx xxx 2011-ci il tarixli, L-028/08-02 nömrəli “Öhdəliklərin köçürülməsi haqqında” müqavilə üzrə qalıq borcu 45.775 (qırx beş min yeddi yüz yetmiş beş) manat məbləğində borcundan İddiaçı xx xxxx 2011-ci il tarixdə 1.884,75 (bir min səkkiz yüz səksən dörd manat yetmiş beş qəpik) manat (qalıq- 43.890,25 manat), xx xxxxxx 2011-ci il tarixdə 739,79 (yeddi yüz otuz doqquz manat yetmiş doqquz qəpik) manat (qalıq-43.150,46 manat), xx xxxxxx 2011-ci il tarixdə 756,31 (yeddi yüz əlli altı manat otuz bir qəpik) manat (qalıq-42.394,15 manat), xx xxxxxx 2011-ci il tarixdə 823,10 (səkkiz yüz iyirmi üç manat on qəpik) manat (qalıq-41.571,05 manat), xx xxxxxx 2012-ci il tarixdə 777,10 (yeddi yüz yetmiş yeddi manat on qəpik) manat (qalıq-40.793,95 manat), xx xxxxxx 2012ci il tarixdə 1.485,34 (bir min dörd yüz səksən beş manat otuz dörd qəpik) manat (qalıq-39.308,61 manat), xx xxxxxx 2012-ci il tarixdə 1.270,49 (bir min iki yüz yetmiş manat qırx doqquz qəpik) manat (qalıq-38.038,12 manat), xx xxxx 2012-ci il tarixdə 1.222,40 (bir min iki yüz iyirmi iki manat qırx qəpik) manat (qalıq-36.815,72 manat), xx xxxxx 2012-ci il tarixdə 1.338,48 (bir min üç yüz otuz səkkiz manat qırx səkkiz qəpik) manat (qalıq-35.477,24 manat), xx xxx 2012-ci il tarixdə 1.233,25 (bir min iki yüz otuz üç manat iyirmi beş qəpik) manat (qalıq-34.243,99 manat), xx xxxx 2012-ci il tarixdə 1.189,24 (bir min bir yüz səksən doqquz manat iyirmi dörd qəpik) manat (qalıq- 33.054,75 manat), xx xxxx 2012-ci il tarixdə 1.492,40 (bir min dörd yüz doxsan iki manat qırx qəpik) manat (qalıq-31.562,35 manat), xx xxxxxx 2012-ci il tarixdə 1.094,40 (bir min doxsan dörd manat qırx qəpik) manat (qalıq-30.467,95 manat), xx xxxxxxx 2012-ci il tarixdə 874,91 (səkkiz yüz yetmiş dörd manat doxsan bir qəpik) manat (qalıq-29.593,04 manat), xx xxxxxx 2012-ci il tarixdə 1.169,88 (bir min bir yüz altmış doqquz manat səksən səkkiz qəpik) manat (qalıq-28.423,16 manat), xx xxxxxx 2012-ci il tarixdə 1.255,20 (bir min iki yüz əlli beş manat iyirmi qəpik) manat (qalıq-27.167,96 manat), xx xxxxxx 2013-cü il tarixdə 1.331,28 (bir min üç yüz otuz bir manat iyirmi səkkiz qəpik) manat (qalıq-25.836,68 manat), xx xxxxxx 2013-cü il tarixdə 922,15 (doqquz yüz iyirmi iki manat on beş qəpik) manat (qalıq-24.914,53 manat), xx xxxx 2013-cü il tarixdə 1.442,80 (bir min dörd yüz qırx iki manat səksən qəpik) manat (qalıq-23.471,73 manat), xx xxxxx 2013-cü il tarixdə 205 (iki yüz beş) manat (qalıq-23.266,73 manat), xx xxx 2013-cü il tarixdə 2.629,90 (iki min altı yüz iyirmi doqquz manat doxsan qəpik) manat (qalıq-20.636,83 manat), xx xxxx 2013-cü il tarixdə 1.904,60 (bir min doqquz yüz dörd manat altmış qəpik) manat (qalıq- 18.732,23 manat), xx xxxx 2013-cü il tarixdə 1.369,08 (bir min üç yüz altmış doqquz manat səkkiz qəpik) manat (qalıq-17.363,15 manat), xx xxxxxxxx 2013-cü il tarixdə 823,51 (səkkiz yüz iyirmi üç manat əlli bir qəpik) manat (qalıq-16.539,64 manat), xx xxxxxxx 2013-cü il tarixdə 2.362,59 (iki min üç yüz altmış iki manat əlli doqquz qəpik) manat (qalıq-14.177,05 manat), xx xxxxxx 2013-cü il tarixdə 1.319,82 (bir min üç yüz on doqquz manat səksən iki qəpik) manat (qalıq-12.587,23 manat), xx xxxxxx 2013-cü il tarixdə 720,86 (yeddi yüz iyirmi manat səksən altı qəpik) manat (qalıq-12.136,37 manat), xx xxxx 2014-cü il tarixdə 1.950 (bir min doqquz yüz əlli qəpik) manat (qalıq-10.186,37 manat), xx xxxxx 2014-cü il tarixdə 2.000 (iki min) manat (qalıq-8.186,37 manat), xx xxx 2014-cü il tarixdə 1.600 (bir min altı yüz) manat (qalıq-6.586,37 manat), xx xxxx 2014-cü il tarixdə 4.500 (dörd min beş yüz) manat (qalıq-2.086,37 manat) və xx xxxx 2014-cü il tarixdə 2.086,37 (iki min səksən altı manat otuz yeddi qəpik) manat məbləğində ödəniş etməklə borc məbləğini tam olaraq bağlamışdır; Cəbrayıl Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(072)-31/2015 nömrəli qiyabi qətnamənin ləğv edilməsi haqqında qərardadının surətindən və məzmunundan görünür ki, müvafiq qərardadla iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(072)-31/2015 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə cavabdeh İddiaçı ərizəsi təmin edilərəl, Cəbrayıl Rayon Məhkəməsinin müvafiq qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, iş üzrə məhkəmə baxışı xx xxxxxx 2019-cu il tarixə saat 15:00-a təyin edilmiş və tərəflərə məlumat verilməsi qərara alınmışdır; Cəbrayıl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(072)-379/2019 nömrəli qərardadının surətindən və məzmunundan görünür ki, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır; Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X4 İddiaçı ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli müraciətə baxılması haqqında məktubunun məzmunundan görünür ki, sonuncunun müvafiq müraciəti Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X5 baxılmış, qeyd olunan məsələ ilə bağlı müvafiq sənədlərlə və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə X6 yaxınlaşmağı xahiş olunmuşdur; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (tərəf 1) X10 və İddiaçı (tərəf 2) arasında bağlanmış xx xxx 2011-ci il tarixli, L-028/08-02 nömrəli “Öhdəliklərin köçürülməsi haqqında” müqaviləyə əsasən tərəf-1 bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə öz öhdəliklərini bu müqavilə imzalandığı an mövcud olan həcmdə və şərtlərlə tərəf-2-yə verir. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyekti olan “MAZ 642208” markalı, qeydiyyat nişanı **-JG-***, tip-yəhərli dartıcı, mühərrik Y3M**********6896, buraxılış ili-2008, ağ rəngli yük maşını və “MAZ-953000-(010)” markalı, qeydiyyat nişanı **-ZF-***, ban:KAB.1024, tip-özüboşaldan, mühərrik Y3M**********0677, buraxılış ili-2008, sarı rəngli yarımqoşqunun qalıq dəyəri 45.775 (qırx beş min yeddi yüz yetmiş beş) manat məbləğində olmaqla lizinqin müddəti 36 (otuz altı) ay müəyyən edilmişdir. “Öhdəliklərin köçürülməsi haqqında” xx xxx 2011-ci il tarixli, L-028/08-02 nömrəli müqavilənin 2.5-ci maddəsində qeyd olunur ki, bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə bütün lizinq haqları (o cümlədən yaranmış cərimə faziləri, əgər varsa) lizinq verənə tam ödənildikdə lizinq obyektinə mülkiyyət hüququ tərəf 2-yə keçəcəkdir. İddiaçı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2008-ci il buraxılışlı, ağ rəngli “MAZ 642208” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük maşınının və 2008-ci il buraxılışlı, sarı rəngli “MAZ-953000-(010)” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçı şəxsin mülkiyyətinə keçirilməsinə əsas olan sənədlərin ona verilməsinin cavabdehlərə həvalə edilməsi, cavabdeh X3 42.000 (qırx iki min) manat məbləğində maddi və 10.000 (on min) manat məbləğində mənəvi ziyan olmaqla, cəmi 52.000 (əlli iki min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin “2008-ci il buraxılışlı, ağ rəngli “MAZ 642208” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük maşınının və 2008-ci il buraxılışlı, sarı rəngli “MAZ-953000-(010)” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçı şəxsin mülkiyyətinə keçirilməsinə əsas olan sənədlərin verilməsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair hissəsinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, müqaviləyə əsasən yuxarıda qeyd olunan lizinq obyekti iddiaçı şəxsə verildikdən sonra o, üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirmiş və müqavilə üzrə lizinq ödənişlərini cavabdeh təşkilata tam olaraq ödənilmişdir. İddiaçı şəxs tərəfindən lizinq obyektinin dəyəri tam ödənilməsinə və bununla bağlı müraciət edilməsinə baxmayaraq, cavabdeh təşkilat öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, lizinq obyektini onun mülkiyyətinə keçirməkdən imtina etmişdir. Halbuki, tərəflərin arasında bağlanmış “Öhdəliklərin köçürülməsi haqqında” xx xxx 2011-ci il tarixli, L-028/08-02 nömrəli müqavilənin 2.5-ci maddəsində qeyd olunur ki, bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan lizinq müqaviləsi üzrə bütün lizinq haqları (o cümlədən yaranmış cərimə faziləri, əgər varsa) lizinq verənə tam ödənildikdə lizinq obyektinə mülkiyyət hüququ tərəf 2-yə keçəcəkdir. Məhkəmə hesab edir ki, 2008-ci il buraxılışlı, ağ rəngli “MAZ 642208” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük maşını və 2008-ci il buraxılışlı, sarı rəngli “MAZ-953000-(010)” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən əmlaklara dair mülkiyyət hüququ ilə bağlı gözlənti hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin materiallarından da görünür ki, müvafiq əmlakların lizinqə verilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında müqavilə mövcuddur. İddiaçı cavabdeh tərəfi müqavilə üzrə dəyərini tam ödədiyi əmlakların mülkiyyətinə keçirilməsinə əsas olan sənədləri ona verməməkdə günahlandırır, cavabdeh təşkilatın nümayəndəsi isə məhkəmə iclasında iddiaçı şəxsin borcu olmadığını bildirsə də, heç bir hüquqi əsası olmadan iddia ərizəsini qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsi qeyd edilən hissədə əsaslıdır, iddiaçı həmin hissədə iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi həmin hissədə təmin edilməli, 2008-ci il buraxılışlı, ağ rəngli “MAZ 642208” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük maşınının və 2008-ci il buraxılışlı, sarı rəngli “MAZ-953000-(010)” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçı şəxsin mülkiyyətinə keçirilməsinə əsas olan sənədlərin ona verilməsi cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X6 həvalə edilməlidir. Məhkəmə iddia ərizəsinin “cavabdeh X3 42.000 (qırx iki min) manat məbləğində maddi ziyanın onun xeyrinə tutulması” ilə bağlı qeyd edir ki, həmin hissədə əsaslar müəyyən edilmədiyindən təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin “cavabdeh X3 10.000 (on min) manat məbləğində mənəvi ziyanın tutulması” hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X12 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X12 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və X12 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh təşkilatın qanunsuz hərəkətləri nəticəsində davamlı mənəvi sarsıntı və iztirab keçirdiyi barədə birmənalı qənaətə gəlmək mümkün olmadığı, o cümlədən maddi və mənəvi zərəri əsaslandıran dəlillər məhkəmə təqdim iddia tələbinin 10.000 (on min) manat məbləğində zərərin əvəzinin tutulması hissəsində rədd olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 2008-ci il buraxılışlı, ağ rəngli “MAZ 642208” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük maşınının və 2008-ci il buraxılışlı, sarı rəngli “MAZ- 953000-(010)” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçı şəxsin mülkiyyətinə keçirilməsinə əsas olan sənədlərin verilməsi cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X6 həvalə edilməli, iddia ərizəsi qalan hissədə isə heç bir hüquqi əsasa söykənmədiyindən rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2008-ci il buraxılışlı, ağ rəngli “MAZ 642208” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük maşınının və 2008-ci il buraxılışlı, sarı rəngli “MAZ-953000-(010)” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçı şəxsin mülkiyyətinə keçirilməsinə əsas olan sənədlərin iddiaçıya verilməsi cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X6 həvalə edilsin. İddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar