Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1614/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X6 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı1 ilə bağlanmış müqavilə üzrə Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi, 3123-cü məhəllə ev, mənzil 1008, korpus 2, giriş 2-də yerləşən mənzilə görə 13,543,29 (on üç min beş yüz qırx üç manat iyirmi doqquz qəpik) manat məbləğində artıq ödənilmiş pul vəsaitinin, eləcə də İddiaçı2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi, 3123-cü məhəllədə yerləşən, 1608 nömrəli mənzilə görə 13,926 (on üç min doqquz yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin ayrı-ayrılıqda olmaqla tutulub iddiaçı şəxslərə qaytarılması, ekspertiza keçirilməsi ilə bağlı ödənilmiş 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində pulun, eləcədə vəkilə görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pulun, habelə ödənimiş dövlət rüsumunun alınıb iddiaçılara ayrı ayrılıqda qaytarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və X6 iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 “Everest” Konustruktion” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 18 aprel 2017-ci il tarixli, M-1008 nömrəli müqavilə bağlayaraq, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi 3123-cü məhəllə ünvanında inşa etdiyi binada yerləşən bina Şimal Korpus, blok 2, mərtəbə 10, mənzil 1008, otaqların sayı 2, mənzilin ümumi sahəsi 98,5 kv.metr olan, 1 kv.metrin dəyəri 934,02 (doqquz yüz otuz dörd manat iki qəpik) manat olmaqla, ümumilikdə 92.000,97 (doxsan iki min manat doxsan yeddi qəpik) manat dəyərində almışdır. Bundan əlavə, digər İddiaçı2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 3123-cü məhəllə ünvanında inşa etdiyi binada yerləşən bina Şimal Korpus, blok 2, mərtəbə 16, mənzil 1608, otaqların sayı 2, mənzilin ümumi sahəsi 98,5 kv.metr, 1 kv.metrin dəyəri 944,16 (doqquz yüz qırx dörd manat on altı qəpik) manat olmaqla ümumilikdə, 93.000,55 (doxsan üç min əlli beş qəpik) manat dəyərində almışdır. Müvafiq mənzillərə çıxarış alarkən isə həmin mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan formada olmadığını müəyyən etmişlər. Belə ki, alınan çıxarışda qeyd edilən mənzilin ümumi sahəsi 88 kv.metrdir. Belə vəziyyətdə onlara məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən onlara müqavilə şərtlərindən daha aşağı ölçüdə mənzil verməsi ilə bağlı əsaslı şübhələr yaranmışdır. Buna görə də, onlar qanunverciliyin tələblərindən irəli gələrək ekspertiza idarəsinə müraciət etmiş və müvafiq rəy əldə etmişlər. Həmin rəy ilə də sübut edilmişdir ki, cavabdeh təşkilat müqavilədə göstərilən ölçüdən daha aşağı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-u maddəsinin 2-ci və 3-cü bəndlərinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarının 3.8-ci bəndinin tələblərinə müvafiq olaraq həmin mənzillərin ümumi sahəsi 84 kv.metr vəə 83,75 kv.metr təşkil etmişdir. Belə olan halda qanunverciliyə əsasən mənzilin ümumi sahəsinin necə müəyyən edilməsi və bununla bağlı qanunverciliyin tələblərini xüsusilə qeyd etmək lazımdır. Məhkəmə iclasında iddiaçı İddiaçı1, iddiaçılar X4 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X5 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı1 arasında bağlanmış 18 aprel 2017-ci il tarixli, M-1008 nömrəli alqı-satqı haqqında müqaviləsinin surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, müqavilə üzrə ümumi sahəsi 98,5 kv.metr olan, iki otaqdan ibarət, bir kv.metr dəyəri 934,02 (doqquz yüz otuz dörd manat iki qəpik) manat, ümumi dəyəri 92000,97 (doxsan iki min manat doxsan yeddi qəpik) manat olan 1008 nömrəli mənzili tam ödəniş edərək almışdır; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli 214 nömrəli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, mərtəbə 10, müqavilə üzrə ümumi sahəsi 98,5 kv.metr olan, 2 otaqdan ibarət olan 1008 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı1 tərəfindən tam ödənilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi, 3123-cü məhəllə yerləşən ev -, mənzil 1008, korpus -2, giriş-2, (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 143, M10, mənzil 4) İddiaçı1 adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 04.11.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi, 3123-cü məhəllə yerləşən ev -, mənzil 1608, (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 143, M16, mənzil 4) İddiaçı2 adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 18.09.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı2 arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli, M-1608 nömrəli alqı-satqı haqqında müqaviləsinin surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, müqavilə üzrə ümumi sahəsi 98,5 kv.metr olan, iki otaqdan ibarət, bir kv.metr dəyəri 944,163 (doqquz yüz qırx dörd manat yaz altmış üç qəpik) manat, ümumi dəyəri 93000,0555 manat olan 1608 nömrəli mənzili tam ödəniş edərək almışdır; - X1 14.01.2021-ci il tarixli, 09 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələblərinə müvafiq olaraq, Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi, 3123-cü məhəllədə yerləşən 1608 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, M16, m4) ümumi sahəsinin 83,75 m2 təşkil etdiyi müəyyən olunur. - X1 14.01.2021-ci il tarixli, 10 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələblərinə müvafiq olaraq, Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi, 3123-cü məhəllə, korpus-2, giriş-2-də yerləşən 1008 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 143, M10, m4) ümumi sahəsinin 84,0 m2 təşkil etdiyi müəyyən olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2021-ci il tarixli 10/1637 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 3123-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, iki otaqdan ibarət 1008 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu. Bakı-Qars küçəsi, 143, M10, mənzil 4) mənzilin ümumi sahəsinin 86,25m2 və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 3123-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, iki otaqdan ibarət 1608 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 143, M16, mənzil 4) mənzilin ümumi sahəsinin 86,m2 təşkil etdiyi müəyyən olunur. Baxış zamanı götürülmüş ölçülərə əsasən, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə mənzilin sahəsi hesablandıqda Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 3123-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, iki otaqdan ibarət 1008 mənzilin sahəsinin 98,73m2 və 1608 nömrəli mənzilin sahəsinin 98,25m2 təşkil etdiyi müəyyən olunur. - 22 yanvar 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı1 tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı1 arasında bağlanmış 18 aprel 2017-ci il tarixli, M-1008 nömrəli alqı-satqı haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, müqavilə üzrə ümumi sahəsi 98,5 kv.metr olan, iki otaqdan ibarət, bir kv.metr dəyəri 934,02 (doqquz yüz otuz dörd manat iki qəpik) manat, ümumi dəyəri 92000,97 (doxsan iki min manat doxsan yeddi qəpik) manat olan 1008 nömrəli mənzili tam ödəniş edərək almışdır. Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi, 3123-cü məhəllə yerləşən ev -, mənzil 1008, korpus -2, giriş-2, (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 143, M10, mənzil 4) İddiaçı1 adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 04.11.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Həmçinin digər İddiaçı2 ilə Everest Konstruktion” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 15 yanvar 2018-ci il tarixli, M-1608 nömrəli alqı-satqı haqqında bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, müqavilə üzrə ümumi sahəsi 98,5 kv.metr olan, iki otaqdan ibarət, bir kv.metr dəyəri 944,163 (doqquz yüz qırx dörd manat yaz altmış üç qəpik) manat, ümumi dəyəri 93000,0555 manat olan 1608 nömrəli mənzili tam ödəniş edərək almışdır. Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi, 3123-cü məhəllə yerləşən ev -, mənzil 1608, (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 143, M16, mənzil 4) İddiaçı2 adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 18.09.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2021-ci il tarixli 10/1637 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 3123-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, iki otaqdan ibarət 1008 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu. Bakı-Qars küçəsi, 143, M10, mənzil 4) mənzilin ümumi sahəsinin 86,25m2 və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 3123-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, iki otaqdan ibarət 1608 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 143, M16, mənzil 4) mənzilin ümumi sahəsinin 86,Om2 təşkil etdiyi müəyyən olunur. Baxış zamanı götürülmüş ölçülərə əsasən, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə mənzilin sahəsi hesablandıqda Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X9 küçəsi, 3123-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, iki otaqdan ibarət 1008 mənzilin sahəsinin 98,73m2 və 1608 nömrəli mənzilin sahəsinin 98,25m2 təşkil etdiyi müəyyən edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alıcı İddiaçı1 tərəfindən 18 aprel 2017-ci il tarixli, M-1008 nömrəli nömrəli alqı-satqı müqaviləsinə əsasən müqavilədə qeyd olunan 1008 nömrəli mənzil üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə artıq ödənilmiş 13543,29 manat məbləğində pul vəsaiti, alıcı İddiaçı2 tərəfindən isə 15 yanvar 2018-ci il tarixli, M-1608 nömrəli alqı-satqı müqaviləsinə əsasən müqavilədə qeyd olunan 1608 nömrəli mənzilə görə 13,926 (on üç min doqquz yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin ayrı-ayrılıqda olmaqla tutulub iddiaçı şəxslərə qaytarılması, ekspertiza keçirilməsi ilə bağlı ödənilmiş 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində pulun, eləcədə vəkilə görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pulun, habelə ödənimiş dövlət rüsumunun alınıb iddiaçılara ayrı ayrılıqda qaytarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı1 arasında bağlanmış 18 aprel 2017-ci il tarixli, M-1008 nömrəli mənzil müqaviləsi üzrə və İddiaçı2 arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli, M-1608 nömrəli mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müvafiq müqavilənin 6.4-cü maddəsinin tələbinə əsasən mənzilin ümumi sahəsinə bloka çıxan divarın tamamı, içəri divarların tam hissəsi (içəri divarların döşəmə ilə birləşdiyi hissədə tutduğu sahə) daxildir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, İddiaçı1 mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 98,5 kv.metr, İddiaçı2 mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 98,5 kv.metr müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı1 və İddiaçı2 hazırkı iddiası əsassızdır, iddiaçı şəxslərin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və X4 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçılara aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1614/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1614/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver