Məhkəmə qərarları › İş №2(005)-1614/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1614/2025

02.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1614/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Cavabdeh3 qarşı (Bakı şəhəri Xətai Rayon İcra şöbəsi və Bakı şəhəri 12 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: hərracın etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Cavabdeh3 qarşı (Bakı şəhəri Xətai Rayon İcra şöbəsi və Bakı şəhəri 12 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Cavabdeh3 qarşı (Bakı şəhəri Xətai Rayon İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılmasına dair “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqavilənin və həmin mənzilə dair Cavabdeh2 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 327/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Xətai rayon İcra və Probasiya şöbəsinin 17/74-19/20 saylı, 10 yanvar 2020-ci il tarixli icra sənədi üzrə ipotekaya qoyulan ünvan 2 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar birinci hərrac 17 fevral 2020-ci il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi 16 mart 2020-ci il tarixə təyin edilmişdir. Qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2 saylı evin 177 saylı mənzilinə dair hərrac təşkilatı tərəfindən ilkin hərrac xx.xx.2020-ci il tarixə, təkrar hərrac isə xx.xx.2020-ci il tarixə təyin edilsə də, sonradan bir daha həmin mənzilə dair xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə növbəti hərraclar təyin edilmiş, təkrar hərrac baş tutmadığından xx.xx.2020-ci il tarixdə Cavabdeh2 ASC-yə təklif olunmuşdur. Hərracı keçirmiş "xxxx" MMC xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracların pandemiya ilə əlaqədar keçirilmədiyini iddia etsə də, Cəmiyyətin qeyd olunan bu mövqeyi tamamilə əsassızdır. Belə ki, əvvəla onu qeyd edir ki, “COVİD-19” pandemiyası ilə bağlı ölkədə xüsusi karantin rejiminin və bununla bağlı məhdudiyyətlərin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd edir ki, xx.xx.2020-ci il tarixə və xx.xx.2020-cı ıl tanxə təyin edilmiş hərracların keçirilməsi barədə tərəfbrə bildiriş göndərilmiş və “Birja yenilikləri” qəzetində müvafiq elanlar verilmişdir. Sual olunur ki, əgər "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixə təyin olunmuş hərracın pandemiya səbəbindən keçirilməsi mümkünn olmamışdırsa, o zaman nəyə görə təkrar hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmçinin qeyd edir ki, xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracın pandemiya ilə əlaqədar olaraq keçirilməyəcəyi barədə ipoteka qoyana eləcə də digər şəxslərə bildiriş göndərilməmiş (təqdim edilməmiş) və bu barədə “Birja yenilikləri” qəzetində elan verilməmişdir. Bildirir ki, hərracın keçirilməsi yeri və vaxtı barədə ipoteka qoyana və digər şəxslərə qanunla müəyyən olunmuş müddət ərzində bildirişin təqdim edilməsi, eləcə də elan verilməsi imperativ qayda kimi nəzərdə tutulmuşsa, hərracın elan edilmiş vaxt keçirilməyəcəyinə dair müvafiq bildirişin elanın verilməsi də məcburi xarakter daşıyır. İpoteka qoyan kimi özü xx.xx.2020-ci il tarixdə şəxsən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-də olmuş və həmin tarixə təyin olunmuş hərracın keçirilməsi təmin olunmuşdur. Belə olan halda "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracların pandemiya ilə əlaqədar keçirilmədiyinə dair dəlilləri tamamilə əsassız olmaqla hər hansı bir sübuta istinad olunmadan yalnız formal mülahizələrə əsaslanmışdır. Həmçinin qeyd edir ki, mübahisəli əmlakla bağlı hərracı keçirən təşkilat "xxxx" MMC olduğundan, eləcədə hərracın keçirilməsi qaydası və proseduru (hərracın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi, bildirişin və elanın verilməsi, hərracın yekunlarına dair protokolun tərtib edilməsi və imzalanması) qanuna müvafiq şəkildə həmin Cəmiyyətin səlahiyyətinə aid olduğundan, hərracın qanunauyğun və ya qanunsuz keçirilməsinə dair iddia tələbinin həmin təşkilata qarşı qaldırılması tamamilə əsaslıdır. Eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrənin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Göründüyü kimi qeyd olunan qərarda hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd olması imperativ qaydada qeyd olunmuşdur. Həmçinin “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqavilə ilə həmin mənzil 60562,20 manat qiymətə Cavabdeh2 ASC tərəfindən alınmışdır. Bundan sonra Cavabdeh2 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bank həmin mənzili 90000 manata Cavabdeh3 satmışdır. Əlavə olaraq qeyd edir ki, hazırkı iddia tələbi ilə bağlı daha əvvəl Nərimanov rayon Məhkəməsində iddia qaldırılmış və iddia tələbi təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə (28-32 bəndləri) ilə iş üzrə yeni cavabdehlər cəlb edilməklə yenidən iddia qaldırmaq hüququ izah edilmişdir. II. Tərəflərin mövqeləri: Cavabdeh2 ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında daha əvvəllər də bir sıra məhkəmə mübahisələri olmuş və hazırkı iddia tələbinin əsasını təşkil edən hallara əvvəlki məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmişdir. Məhkəmədə işin faktiki halları barədə aydın təəssürat yaratmaq məqsədilə hesab edirik ki, aşağıdakı halların müvafiq ardıcıllıqla sadalanması və məhkəmə tərəfindən nəzərə alınması zəruridir: 1) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-327/2017 saylı qətnaməsinə əsasən, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, kredit müqaviləsi üzrə cəmi 38502.36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tutulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, qalan məbləğin hazırkı iş üzrə İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 3 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar birinci hərrac xx.xx.2020-ci il tarixə, ikinci hərrac isə xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin hərraclar pandemiya ilə əlaqədar keçirilməmişdir. Daha sonra xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə hərraclar təyin edilmiş və mübahisəli mənzilin həmin hərracda satılması baş tutmadığından xx.xx.2020-ci il tarixdə “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz a olmayan qiymətlə, yəni 60562.5 manat olmaqla Banka satılmış və mənzil üzərində Bankın mülkiyyət hüququ “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. Bundan sonra, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və "xxxx" MMC işə cəlb edilməklə Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1706/2020 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Sözügedən qətnamənin “təsviriəsaslandırıcı” hissəsinə nəzər yetirdikdə müəyyən olunur ki, İddiaçı həmin iddiasının təmin edilməli olması ilə bağlı qənaətini- “mənzilin satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə keçirilmiş birinci hərracın baş tutması, xx.xx.2020-ci il tarixə ikinci hərracın təyin edilməsi, həmin hərracın keçirilməsindən sonra hərracın baş tutmaması nəticəsində qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmetinin banka təklif olunması, artıq həmin zamandan 4 aydan çox zaman keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmetinin əldə edilməməsi” ilə əsaslandırmış və ipotekaya xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddianın rədd edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, “...Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, ipoteka predmeti olan iddiaçıya məxsus mənzil karantin rejimi ilə bağlı bir dəfə 28 sentyabr 2020-ci il tarixdə keçilmiş baş tutmadığından 15% aşağı qiymətə xx.xx.2020- ci il saat 11:00 təyin edilmişdir. Məhkəmə hesab edir ki, ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etməsə iddiaçı banka qarşı belə iddia qaldırması əsaslı olardı…”. 2) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1587/2021 saylı qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1706/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Kollegiya apellyasiya şikayətinin təmin edilməməsi ilə mövqeyini onunla əsaslandırmışdır ki, “...Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ipoteka predmeti olan iddiaçıya məxsus mənzil karantin rejimi ilə bağlı bir dəfə 28 sentyabr 2020-ci il tarixdə baş tutmadığından 15% aşağı qiymətə xx.xx.2020-ci il saat 11:00-a təyin edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etməsə, iddiaçının banka qarşı belə iddia qaldırması əsaslı olardı...”. 3) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3510/2021 saylı qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1587/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu yerdə xüsusilə vurğulamaq istəyir ki, həmin iş üzrə hərracın nəticəsinin etibarsızlılığına dəlalət edə biləcək eyni əsasları (guya hərracın qanunvericiliyin tələbi pozulmaqla 2 dəfə deyil, 4 dəfə keçirilməsi; baş tutmayan hərrac tarixlərində ümumiyyətlə respublikada pandemiya dövrü olmaması) hazırkı iddia tələbində də olduğu kimi göstərmişdir, hansı ki, iddiaçının qeyd etdiyi həmin hallara artıq birinci və apellyasiya instansiyasından sonra, müvafiq olaraq kassasiya instansiyası da öz hüquqi mövqeyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3510/2021 saylı qərarında göstərmişdir ki, “...31. Hazırki iş üzrə, xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracların keçirilməsi və nəticədə hərracların baş tutmaması iş materialları ilə müəyyən edilmir…33. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan mənzil üzrə hərracların keçirilməsi və hərracların baş tutmaması halı sübuta yetirilmədiyindən, hazırki iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişlər…” Belə olan halda, hesab edirik ki, iddiaçının əvvəlki- yəni, “ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi” tələbi hazırkı iddia tələbi ilə eyni olmasa da, onun hər iki iddia tələbinin əsasları eynidir və birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrində xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracların keçirilməsi və məhz həmin hərracların keçirilməməsi ilə bağlı olaraq hərracların baş tutmaması sübuta yetirilmədiyindən, bununla da mübahisələndirilən hissədə (hərracın düzgün keçirilməməsi) qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olduğundan, hazırkı iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur və həmin qətnamələr və qərar hazırkı iş üzrə mübahisənin həmin hissəsinə münasibətdə preyudisial əhəmiyyət daşıyır. Daha sonra, yuxarıda qeyd olunan məhkəmə mübahisəsindən sonra hazırkı İddiaçı yenə də eyni əsaslara istinad etməklə (guya hərracın qanunvericiliyin tələbi pozulmaqla 2 dəfə deyil, 4 dəfə keçirilməsi; baş tutmayan hərrac tarixlərində ümumiyyətlə respublikada pandemiya dövrü olmaması), cavabdeh "xxxx" MMC-yə qarşı (Cavabdeh2 ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-700/2021 saylı qətnaməsinə əsasən, iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 2 saylı evin 177 saylı mənzilin açıq hərracdan satılmasına dair 28 sentyabr 2020-ci il tarixdə və 12 oktyabr 2020-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 7419/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-700/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3754/2022 saylı qərarına əsasən, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7419/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 3) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6375/2022 saylı qətnaməsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Kollegiya həmin qətnaməsində qeyd etmişdir ki, “...28. Ali Məhkəmənin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, baxılan iş üzrə etibarsızlığı tələb olunan hərrac üzrə əgər Bank ipoteka predmetini əldə etməyibsə, onda Bank cavabdeh kimi cəlb olunmadan da həmin tələbə mahiyyəti üzrə baxıla bilər. Amma əgər Bank hərracın nəticəsində ipoteka predmetini əldə etmişdirsə, onda həmin hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə tələbə cavab verməli olan şəxslərdən biri də Bankdır və Bank cavabdeh qismində cəlb olunmadan iddiaya mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verilməsi prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş olur... 30. Qeyd edilən normanın tələbini, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit edilmiş mövqeyi nəzərə alan Məhkəmə bildirir ki, təqdim olunmuş və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 60.562,5 manat olmaqla Banka təklif olunmuşdur. xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən Bank mənzili almış və mənzil üzərində Bankın mülkiyyət hüququ “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. 31. İddia ərizəsindən görünür ki, iddiaçı, “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddianı yalnız "xxxx" MMC-yə qarşı irəli sürmüş, iddianı mənzili hərracdan almış Banka, hərracın keçirilməsinə dair MMC-yə sifariş vermiş Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı yönəltməmişdir. 32. Məhkəmə, yuxarıda göstərilənləri, MPM-nin 54-cü maddəsinin tələblərini və birinci instansiya məhkəməsində aparılmış icraata zamanı cavabdeh qismində cəlb edilməyən şəxslərin apellyasiya icraatı zamanı cavabdeh qismində cəlb edilməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq qeyd edir ki, iddiaçı, onun irəli sürdüyü tələblərə cavab verməli olan şəxslərin dairəsini düzgün müəyyən etmədiyinə görə hesab edilməlidir ki, hazırki apellyasiya baxışının predmeti olan iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. İşə baxmış Rayon Məhkəməsi isə göstərilənləri nəzərə almamış, qeyd edilənlərin MPM-nin 51.3 və 53-cü maddələrinin tələblərinə uyğun olaraq aradan qaldırılmasını iddiaçıya təklif etməmiş, iddiaya baxaraq iddianı təmin etmişdir…”. Göründüyü kimi, sözügedən iddiaçının həmin iddia tələbi üzrə hərracın etibarsızlığına dəlalət edə biləcək hər hansı hal məhkəmə araşdırması da müəyyən edilməmiş, sadəcə iddiaçı tələbini Banka yönəltmədiyi və məhkəmə tərəfindən də yalnız prosessual hüquq normasının pozulması ilə qətnamə qəbul edildiyi üçün yekun məhkəmə aktı ləğv edilmişdir, iddia tələbi isə rədd edilmişdir. Göstərilən məqamlar, məhkəmənin yuxarıda qeyd olunan qətnaməsində ətraflı şəkildə qeyd edilmişdir. Bundan sonra isə, İddiaçı Cavabdeh2 ASC-ni də cavabdeh qismində cəlb etməklə, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsində iddia tələbinin əsasını təşkil edən hal kimi- yenə də eyni əsaslara istinad etmişdir. Hesab edirik ki, İddiaçı hərracın 4 dəfə keçirilməsi ilə bağlı hissədə mövqeyini əsaslandırarkən nəzərə almamışdır ki, tərəflər arasında əvvəllər mübahisəyə baxılan zaman, bu hallara qiymət verilmişdir. Bundan başqa iddiaçının bəhs etdiyi xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli hərracların baş tutmaması barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və hərrac təşkilatının internet saytında heç bir məlumat dərc etdirilməmişdir. Yuxarıda qeyd olunanlar da nəzərə alınmaqla, hərracın qanunvericiliyin tələbi pozulmaqla keçirilməsi halı əvvəlki məhkəmə mübahisələri zamanı da sübuta yetirilmədiyindən, bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən və keçirilmiş hərrac etibarsız hesab edilmədiyindən-iddiaçının “Hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə” xx.xx.2020ci il tarixli müqavilənin və mübahisə predmeti olan mənzilə dair Cavabdeh2 ASC-lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur, iddia rədd edilməlidir. Cavabdeh2 ASC-nin nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, 1 (bir) illik iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 6375/2022 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “...25. “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, mənzil 60.562,20 manat qiymətə Bank tərəfindən alınmışdır... 26. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli “Çıxarışdan” görünür ki, mənzil üzərində Bankın mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır... 27. Bank ilə Cavabdeh3 arasında mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixdə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsindən” görünür ki, Bank mübahisəli mənzili Cavabdeh3 90.000 manata satmışdır. Göründüyü kimi, mübahisə predmeti olan hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilə və 2 7.04.2022-ci il tarixli notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsindən hazırkı İddiaçı Bakı Apellyasiya Məhkəməsində 2(103)-6375/2022 saylı işə baxılarkən məlumatlı olmuşdur, lakin hazırkı iddia ilə məhkəməyə müraciət edərkən qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, iddia tələbi əsassız olduğundan, həmçinin iddiaçının iddia tələbləri üzrə 1 (bir) illik iddia müddətləri ötürüldüyündən, hazırkı mülki işə iddia müddəti tətbiq edilməklə, İddiaçı “Hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə” xx.xx.2020-ci il tarixli müqavilənin və mübahisə predmeti olan mənzilə dair Cavabdeh2 ASC-lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə digər cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4 iyul 2017- ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank və ya üçüncü şəxs) ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, kredit müqaviləsi üzrə cəmi 38502.36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tutulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, qalan məbləğin hazırkı iş üzrə iddiaçıya qaytarılması qət edilmişdir. - Xətai rayon İcra şöbəsi tərəfindən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilin ilkin satış qiyməti 95000 manat olmaqla hərrac vasitəsi ilə satışının təmin edilməsi sifariş olunmuşdur. -"xxxx" MMC tərəfindən İddiaçı, X1, X2, Xətai Rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı, xx.xx.2020-ci il tarixli, 01/2 nömrəli və xx.xx.2020-ci il tarixli 02 № bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilinə yönəldilməsi, hərracda 95000 manat ilkin satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. -"xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 436 saylı məktubun surətindən görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilinin icra sənədi icraata daxil olmuşdur. Qeyd olunan mənzil ilə bağlı xx.xx.2020-ci il tarixində və xx.xx.2020-ci il tarixində hərraclar təyin olunmuşdur. -"xxxx" MMC tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna alınmış xx.xx.2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilinin hərracda satılması ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. Hazırda ilkin hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmişdir. -"xxxx" MMC tərəfindən İddiaçı, X1, X2, Xətai Rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli, 01, 02 nömrəli, bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilinə yönəldilməsi, hərracda 95000 manat ilkin, təkrar hərracda 80750 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. -"xxxx" MMC tərəfindən İddiaçı, X1, X2, Xətai Rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh2 ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2020-ci il tarixli təklif məktubundan görünür ki, ipoteka predmeti “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə yəni 60562,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. -13 noyabr 2020-ci il tarixli hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzili 60562,50 manata ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1706/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 ASC-yə qarşı ipoteka predmeti olan ünvan 7 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1587/2021 saylı 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3510/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1587/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı cavabdehə qarşı (Bank mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin satılması ilə əlaqədar 28 sentyabr 2020-ci il tarixdə və 12 oktyabr 2020-ci il tarixdə keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-700/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. -Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7419/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-700/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(102)-3754/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7419/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. -Apellyasiya instansiyası məhkəməsinin 2(103)-6375/2022 nömrəli, 16 dekabr 2022ci il tarixli qətnaməsi ilə 3-cü şəxsin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-700/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1820/2023 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6375/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 ASC-nin adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. -Cavabdeh2 ASC və Cavabdeh3 arasında 27 aprel 2022-ci il tarixli AN-İ ******* №-li Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın alı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 8 ünvanında mənzili alıcının mülkiyyətinə vermişdir. Daşınmaz əmlak 90000 manat qiymətinə satılmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. -43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. -43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, kredit müqaviləsi üzrə cəmi 38502.36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tutulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, qalan məbləğin hazırkı iş üzrə iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar Xətai Rayon İcra və Probasiya şöbəsinin 10 yanvar 2020-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 3 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar birinci hərrac 17 fevral 2020-ci il tarixə, ikinci hərrac isə 16 mart 2020-ci il tarixə təyin edilmişdir. Həmin hərracların keçirilməsi tarixləri ilə bağlı bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində elanlar verilmişdir. Bununla belə ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. Daha sonra 28 sentyabr 2020-ci il tarixə və 12 oktyabr 2020-ci il tarixə hərraclar təyin edilmiş və mübahisəli mənzilin həmin hərracda satılması baş tutmadığından 15 oktyabr 2020-ci il tarixdə “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 60562.5 manat olmaqla Banka satılmış və mənzil üzərində Bankın mülkiyyət hüququ “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. Bundan sonra əmlak bank və digər Cavabdeh3 arasında notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən sonuncuya satılmışdır. Bununla razılaşmayan İddiaçı hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir: -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-700/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6375/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (ikinci icraat) 3-cü şəxsin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Məhkəmə, MPM-nin 54-cü maddəsinin tələblərini və birinci instansiya məhkəməsində aparılmış icraat zamanı cavabdeh qismində cəlb edilməyən şəxslərin apellyasiya icraatı zamanı cavabdeh qismində cəlb edilməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı, onun irəli sürdüyü tələblərə cavab verməli olan şəxslərin dairəsini düzgün müəyyən etmədiyinə görə hesab edilməlidir ki, hazırki apellyasiya baxışının predmeti olan iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. İşə baxmış Rayon Məhkəməsi isə göstərilənləri nəzərə almamış, qeyd edilənlərin MPM-nin 51.3 və 53-cü maddələrinin tələblərinə uyğun olaraq aradan qaldırılmasını iddiaçıya təklif etməmiş, iddiaya baxaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia iddiaya cavab verməli olan şəxslərə qarşı irəli sürülmədiyindən təmin edilə bilməz, iddia rədd edilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi prosessual normaların tələblərini pozaraq iddianı təmin etmişdir. Buna görə də, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Göstərilən səbəbdən Bankın apellyasiya şikayəti qismən təmin edilmiş kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə kollegiyası qətnaməsində iddiaçıya izah etmişdir ki, o, hazırki qətnamədə göstərilənləri nəzərə almaqla, onun hüquqlarını pozan şəxslərin dairəsini müəyyən edərək, həmin şəxslərə, o cümlədən hazırki iş üzrə cavabdeh "xxxx" MMC-yə qarşı müvafiq iddia qaldırmağa haqlıdır. Hazırki qətnamənin mövcudluğu, bu qətnamənin 28-32-ci bəndlərində göstərilənlərə əsasən iddiaçı tərəfindən digər şəxslər ilə yanaşı "xxxx" MMC-yə qarşı da iddianın irəli sürülməsinin qarşısını almır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1820/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6375/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Cavabdeh3 qarşı (Bakı şəhəri Xətai Rayon İcra şöbəsi və Bakı şəhəri 12 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Mülki Məcəlləyə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi əsasında hazırki iş üzrə iddiaçıdan kredit borcunun tutulması və tutmanın ona məxsus ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə hazırki iş üzrə cavabdeh hərrac təşkilatına müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh hərrac təşkilatı tərəfindən ipoteka predmeti olan əmlaka dair ilkin və təkrar hərraclar təşkil olunmuş, keçirilən hərraclar barədə iddiaçıya müvafiq bildirişlər göndərilmiş, müvafiq elanların verilməsi təmin olunmuşdur. Hazırki mülki iş üzrə ipoteka predmeti olan əmlakın keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən xx.xx.2020-ci il tarixli məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25% azaldılaraq tələbkara təklif olunmuşdur. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində "xxxx" MMC tərəfindən 13 noyabr 2020-ci il tarixdə müvafiq protokol tərtib edilərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, mənzilə dair hərracı udmuş şəxs kimi tələbkar – Cavabdeh2 ASC ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Bundan sonra əmlak xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmışdır. Məhkəmə iddiaçının “ilkin hərrac xx.xx.2020-ci il tarixə, təkrar hərrac isə xx.xx.2020ci il tarixə təyin edilsə də, sonradan bir daha həmin mənzilə dair xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə növbəti hərraclar təyin edilməsi, hərracların pandemiya ilə əlaqədar keçirilməməsinin əsassız olması və s.” dəlillərini əsaslı hesab etmir. Belə ki, həmin halın ortaya çıxmasına səbəb müvafiq dövrdə ölkədə elan edilmiş karantin rejimi olmuşdur; "xxxx" MMC tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən alınmış xx.xx.2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilinin hərracda satılması ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmiş, ilkin hərracın keçirilməsinin xx.xx.2020-ci il tarixə təyin edildiyi bildirilmişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə Respublikada karantin rejiminin elan olunması, ölkə daxilində müxtəlif fəaliyyət növlərinin həyata keçirilməsinə qadağan edilməsi Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən sübuta ehtiyac olmayan haldır. Belə olan təqdirdə isə, qeyd olunan hal keçirilmiş hərracın nəticələrinin etibarsızlığı üçün əsas ola bilməz. Həmçinin İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti işə cəlb edilməklə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, onun tələbi: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1706/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1587/2021 saylı 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3510/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmeti olan iddiaçıya məxsus ünvan 7 ünvanında yerləşən mənzil karantin rejimi ilə bağlı bir dəfə 28 sentyabr 2020-ci il tarixdə keçirilmiş, baş tutmadığından 15% aşağı qiymətə xx.xx.2020-ci il saat 11:00-a təyin edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etməsə, iddiaçının banka qarşı belə iddia qaldırması əsaslı olardı. Məhkəmə araşdırmaları zamanı iş üzrə, xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracların keçirilməsi və nəticədə hərracların baş tutmaması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçin Məcəllənin 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Belə ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası (MPM-nin 82-ci maddəsi) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə (tərəflər, üçüncü şəxslər) münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Beləliklə, işdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqı-satqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanunvericiliyə uyğun və əsaslı hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının ipmerativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Əksinə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması "xxxx" MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Belə ki, Mülki Məcəllənin 139-1.1.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan mənzilə dair hərrac təşkilatı tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə hərrac təşkilatı və ipoteka saxlayan arasında bağlanmış müqaviləyə əsasən, ipoteka saxlayan Cavabdeh2 ASC-nin mənzilə dair hüquqları xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Bundan sonra əmlak bankın xüsusi mülkiyyətinə keçdikdən sonra bank onu özgəninkiləşdirməkdə və satış qiymətini müəyyən etməkdə mülkiyyətçi hüquqlarından irəli gələn sərbəstliyə malik olmuşdur. Nəticə etibarilə əmlak bank və üçüncü şəxs Cavabdeh3 arasında bağlanmış alqı-müqaviləsinə əsasən sonuncuya satılmış, mənzilin dəyəri alıcı tərəfindən banka ödənilmişdir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2 ASC ilə Cavabdeh3 arasında Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış 27 aprel 2022-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” etibarsız hesab olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş hallar müəyyən olunmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh "xxxx" ASC iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Cavabdeh3 qarşı (Bakı şəhəri Xətai Rayon İcra şöbəsi və Bakı şəhəri 12 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılmasına dair “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqavilənin və həmin mənzilə dair Cavabdeh2 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Cavabdeh3 qarşı (Bakı şəhəri Xətai Rayon İcra şöbəsi və Bakı şəhəri 12 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılmasına dair “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqavilənin və həmin mənzilə dair Cavabdeh2 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar