Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1621/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi Kasueva Lizanın maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Daimi Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Kasueva Lizanın maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1956cı il təvəllüdlü X4 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi Kasueva Liza həyat yoldaşı X7 2020-2021-ci illərdə üç dəfə insult keçirmiş və ona "Beyin qan dövranının pozulması, Komatoz vəziyyət" və onkoloji xəstəlikdən əziyyət çəkir. Bunun nəticəsində dəfələrlə xəstəxanada stasionar şəraitdə müalicə olunmuş, lakin sağlamlığı bərpa olunmamışdır. Həyat yoldaşı xəstəlik səbəbindən, danışa bilmir, hərəkət edə bilmir, ona 1-ci qrup əlillik dərəcəsi verilmişdir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. Həyat yoldaşı X7 özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir, həyat yoldaşı X7 müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyil. Ona görə, hesab edir ki, həyat yoldaşı X7 faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Hesab edir ki, xx.xx.1956-cı ildə Gürcüstan Respublikası Mameuli rayonunda anadan olmuş, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən ərizəçi Kasueva Liza məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək, ərizəni təmin edən qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ekspert rəyini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 25 iyun 1956-cİ il tarixində Gürcüstan Respublikasında doğulmuşdur. 5 saylı Bakı “ASAN Xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 605938 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 03 dekabr 2023-cü il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə 4130 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Ərə Budaqov, arvada Kasuyeva soyadları verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müayinə olunan şəxs üzrə məlumatından görünür ki, X2 hemiplegiya, sağ tərəfli hemiplegiya, beyin infarktının nəticələri, sol orta beyin arteriyası hövzəsində təkrarı keçirilmiş işemik insultdan sonrakı vəziyyət, sağ tərəfli hemilegiya, proqressivləşən damar leykoensefalopatiyası, dissirkulyator ensefolopatiya, fon retinopatiyaları və retinal damar dəyişiklikləri, torlu qişanın angiopatiyası diaqnozu qoyulmuşdur. AR Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin tomoqrafiyasından görünür ki, X6 prostat vəzinin cr-i. Ekstrakapsullyar ekstenziya və prostat vəzinin adenomatoz hipertofiyası diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1287 saylı rəyində qeyd olunur ki, X1 insultdan sonra meydana gələn demensiya müəyyən edilir. X4 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etrrək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X5 müəyyən edilən Keçirilmiş insultdan sonra meydana gələn demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir : Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsidir. Həmin normaya görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasının prosessual əsaslarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər. Məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə məsələnin həlli onun öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunmasından keçir ki, bu da psixiatriya sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur. MPM-nin 319-cu maddəsində də həmin işlərə baxılmasının prosessual qaydalarından biri kimi müəyyən olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən X4 öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və yuxarıda göstərilən məhkəmə psixiatrik rəyi ilə M.Yaqutun öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmaması aydın və qəti şəkildə müəyyən olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1287 saylı rəyini təkzib edən heç bir hal mülki işin materialında olmadığından, rəy mülki işin digər dəlilləri ilə uzlaşdığından mötəbər sübut kimi qəbul edir. Yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi Kasueva X3 həyat yoldaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X4 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək 25 iyun 1956cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçi Kasueva Lizaya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 iyun 1956-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçi Kasueva Lizaya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1621/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1621/2024
05.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver