Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1626/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, mülki iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanında yerləşən 3 (üç) otaqlı evə görə verdiyi 40.000 (qırx min) manat pul vəsaitinin cavabdehlər İddiaçı və X2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3888/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı iddiası qismən təmin edilmiş, İddiaçı 40.000 (qırx min) manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3888/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən narazı qalaraq tərəfindən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2014/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətim təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4831/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2014/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəzərə çatdırmaq istəyir ki, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti 15 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 75 m2, həyətyanı sahə 18 m2olan fərdi ev mənim mülkiyyətimdədir. Həmin evi 500 (beş yüz) manata kirayə verib, ailəsinii dolandırır. Müəyyən səbəblərə görə həmin fərdi evi satmağa qərar vermişdir. Eyni zamanda bacısı oğlu X1 həyat yoldaşı Cavabdeh ev almaq istədiyi üçün həmin evə qohumlarını iştirakı ilə baxıb ilk dəfə beh olaraq 500 (beş yüz) manat verdiyinə görə ona satıb qarşısında 40.000 (qırx min) manat məbləğində pul vəsaitini ona ödəmişdir. Bu haqda xx.xx.2018-ci il tarixdə imzalanmış Arayış qəbz də var. Bundan sonra üzərinə düşən bütün hüquqi prosedurları yerinə yetirməyə başlayaraq notariusda Cavabdeh adına etibarnamə vermişdir, onu qeydiyyata salmış, qaz, su və elektrik xəttini ayıraraq texniki şərt alınıb və ayrıca sayğac qoyulmuşdur. Cavabdeh həmin ünvanda bir müddət yaşadıqdan sonra ödədiyi 40.000 (qırx min) manat pulunu geri qaytarılmağını tələb etmişdir. Öz tələbini onunla əsaslandırmışdır ki, yaşadığı fərdi evin plana düşəcəyini düşünərək alıb və gələcəkdə 115.000 (yüz on beş min) manata satıb qazanc əldə edəcəkdir. Cavabdeh həmin fərdi evi 2018-ci ilin iyun ayından alıb və hal-hazırda da orada yaşayır. Dəfələrlə təklif etmişdir ki, həmin fərdi evi satıb Cavabdeh payına düşən məbləği, yəni öz hesabına qaz, su və elektrik xəttlərin ayrılması, texniki şərtlərin alınması, ayrıca sayğacların quraşdırılması və pasport qeydiyyatına alınması üçün ödədiyi 5000 beş min) manat pulu, bunda başqa bu günə görə həmin ərazidə 3(üç) otaqlı fərdi evin kirayə haqqı 500-700 manat arasında dəyişərək 2018-ci ilin iyun ayından bu günə kimi 16.500 (on altı min beş yüz) manat məbləği xaric edərək qalan pulun özünə qaytarsın. Təklifi ilə razılaşdıqlarına görə bir necə dəfə fərdi evə baxılması üçün alıcılar gətirmişdir. Lakin Cavabdeh həmin insanları da onu da təhqiredici ifadələrdən istifadə edib onları evdən qovub evin satılmasına maneətçilik törətmişdir. Müştərilərin nömrələrini sonuncunun həyat yoldaşı X3 vermişdir ki, özü də onlarla danışıb evi satılmasında köməklik etsin. Cavabdeh payına düşən məbləği ödəməyə imkanı yoxdur. Özü və həyat yoldaşı da dövlət tərəfindən ödənilən təqaüd hesabına dolanırlar. Himayələrində dörd tələbə nəvələri var. Cavabdehin pulunun ödənilməsini təmin etmək üçün qeyd edilən ev satılmalıdır. Əldə edilən həmin pul vəsaitindən öz hesabına ödədiyi xərcləri xaric edib qalan məbləği Cavabdeh ödənilməsini öz öhdəsinə götürür. Bundan başqa hesab edir ki, Cavabdeh pasport qeydiyyatından da çıxarılmalıdır. Həmçinin cavabdeh evi ona təhvil verdiyi vəziyyətdə də ona geri qaytarmalıdır. Cavabdeh öz ailə üzvləri ilə artıq 33 (otuz üç) aydır ki, həmin mənzildə yaşayırlar. 2018-ci ilin iyun ayından bu günə kimi ortalama hesab ilə kirayə haqqı 16.500 (on altı min beş yüz) manat məbləğində təşkil edir. Cavabdeh məhkəmənin bütün instansiyalarına müraciət edərək pulunu tələb etmişdir. Lakin Məhkəmə onun öz hesabına ödədiyi xərcləri nəzərə almayaraq Cavabdehnm xeyrinə qətnamələr cixarmışdır. Üzərinə düşən məbləği ödəməyə hazırdır. Lakin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti 15 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 75 m2, həyətyanı sahə 18 m2 olan fərdi ev satıldıqdan sonra ödənilə bilər. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti 15 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 75 m2, həyətyanı sahə 18 m2olan fərdi evin satılması və əldə edilmiş pul vəsaitindən öz hesabına qaz, su və elektrik xəttlərin ayrılması, texniki şərtlərin alınması, ayrıca sayğacların quraşdırlması və pasport qeydiyyatına alınması üçün ödədiyi 5000 (beş min) manat pulu, 2018-ci ilin iyun ayından bu günə kimi ortalama hesab ilə təşkil edən 16.500 (on altı min beş yüz) manat kirayə haqqının xaric edilməsi və bunlardan sonra cavabdehin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3888/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmişdir, cavabdeh İddiaçı 40.000 (qırx min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2014/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3888/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2014/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilin satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1626/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1626/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver