Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1637/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı2 nümayəndəsi X9, İddiaçı3 nümayəndəsi X19, İddiaçı6, İddiaçı7, X1, X12 iştirakları ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar X11, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X1, X12 və X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X11, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdehlər Cavabdeh1, və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin olunmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2: 50.000 ABŞ dolları alınaraq İddiaçı1, 100.000 ABŞ dolları alınaraq İddiaçı2, 60.000 manat alınaraq İddiaçı3, 120.000 manat iddiaçı X13, 50.000 manat iddiaçı X21, 60.000 manat İddiaçı6, 120.000 manat İddiaçı7 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh1 90000 manatı alınaraq İddiaçı7 oğluna, 25000 ABŞ dolları alınaraq X10, 100000 ABŞ dolları alınaraq X2 və X14, Cavabdeh2 100000 ABŞ dolları alınaraq İddiaçı2, 150000 ABŞ dolları alınaraq İddiaçı4 (X22), 50000 ABŞ dolları alınaraq X21, 50000 ABŞ dolları alınaraq İddiaçı6 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı4 17.06.2021-ci il tarixdə ərizə təqdim edərək, ondan 04.02.2009-cu il tarixdə 120000 manat pul alındığını bildirərək, ona pulun dəyərdən düşməsi nəzərə alınaraq 106%dən çox kompensasiya ödənilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılar Bakı şəhəri, C.Cabbarlı meydanında yeraltı keçiddə olan ticarət obyektində yerləşən ayrı-ayrı mağazalarda 1988-ci ildən sahibkarlıq fəaliyyəti göstərmişdir. İddiaçı1 sahəsi 34,1 kv.m. olan 22 saylı, İddiaçı2 sahəsi 34,1 kv.m. olan 13 saylı, İddiaçı3 sahəsi 34,1 kv.m. olan 35 saylı, sahəsi 17,05 kv.m. olan 39 a saylı, X3 16,25 kv.m. olan 45 b saylı, X8 34,1 kv.m. olan 10 saylı, İddiaçı6 sahəsi 34,1 kv.m. olan 17 saylı, İddiaçı7 sahəsi 17 kv.m. olan 12b saylı, sahəsi 35,2 kv.m. olan 23 saylı, sahəsi 34 kv.m. olan 51 saylı mağaza. Qeyd edilən ticarət obyektləri SSRİ dövründən ticarət obyektləri kimi fəaliyyət göstərmiş və iddiaçılar da həmin obyektlərdə işləmişlər. Həmin vaxtlarda və ondan sonrakı dövrlərdə ticarət obyektləri Bakı şəhər X20 İcraiyyə Komitəsinin ayrı-ayrı şöbələrinin nəzdində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra isə adları göstərilən ticarət obyektləri Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma İdarəsinin nəzdinə verildiyinə görə iddiaçılar həmin idarə ilə icarə müqaviləsi bağlayaraq fəaliyyət göstərmişlər. Sonra, sözügedən ticarət obyektləri Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verildiyinə görə iddiaçılarla icarə müqavilələri həmin təşkilatla bağlanmışdır. 1998-ci ildə adları qeyd edilən ticarət obyektləri Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin balansına verilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 100 saylı qərarına əsasən Bakı Metropoliteninə verilmişdir. Həmin vaxtlarda da iddiaçılar iddia predmeti olan ticarət obyektlərində müqavilə əsasında fəaliyyət göstərmişlər. Dövlət əmlakının idarə edilməsi üçün yaradılmış qurum fəaliyyətə başladığı vaxtlarda Azərbaycan Respublikası Prezidentinin "İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında" 06 sentyabr 1997-cı il tarixli, 629 saylı Fərmanının tələblərinə əsasən 1997-ci ilin sentyabr ayından 2001-ci ilin mart ayına qədər iddiaçılar fəaliyyətlərini Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) ilə bağlanılan icarə müqavilələri əsasında davam etdirmişlər. 2001-ci ilin mart ayında ticarət obyektlərində təmir işlərinin aparılması adı ilə fəaliyyətləri dayandırılmışdır. Təmir adı ilə fəaliyyətin dayandırılması 2009-cu ilin yayına qədər, yəni 8 il müddətinə davam etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhəri nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planı"nın 2.15-ci bəndinə əsasən Bakı şəhərinin avtomobil yollarında, prospektlərində və mövcud piyada keçidlərində (C.Cabbarlı meydanındakı yeraltı keçid də daxil olmaqla) bərpa və yenidənqurma işlərinin aparılması məqsədi üçün Nəqliyyat Nazirliyinin balansına verilmişdir. Nəqliyyat Nazirliyinin "xxxx" ASC dövlət vəsaiti hesabına təmir işləri aparmışdır. Təmir zamanı C.Cabbarlı meydanındakı yeraltı keçiddə iddiaçıların fəaliyyət göstərdikləri mağazalar da daxil olmaqla bütün mağazalar sökülərək müxtəlif ölçülərdə olan 80 mağaza quraşdırılmışdır. Lakin dövlət əmlakı olan sözügedən mağazalar Nəqliyyat Nazirliyinin balansında saxlanılmadan təmir olunan vaxtda belə sabiq nazir Ziya Məmmədovun daxili əmri ilə oğlu Anar Məmmədovun offşor zonada (Vircinia adalarında) qeydiyyata alınan "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Onu da bildirirk ki, "xxxx" MMC "Qarant Holding"in şirkətlər qrupunun tərkibindədir. Həmin ərəfədə "xxxx" MMC tərəfindən mağazaların onların sərəncamında olması bildirilərək iddiaçılardan əvvəl təmir üçün vəsait çatışmazlığı və həmin obyektlərin orada fəaliyyət göstərən şəxslərin adlarına özəlləşdilməsini təmin etmələri adı altında pul tələb edilmişdir. Həmçinin, həmin vaxtlarda yəni 2009-cu ilidə Cavabdeh1, Nəqliyyat Nazirliyini və "xxxx" MMC-ni təmsil edən Cavabdeh2 mağaza sahiblərindən fəaliyyət göstərdikləri mağazaların özəlləşdirilərək onlara verilməsini təmin etmək məqsədilə müəyyən məbləğdə pul istəmişlər. Fəaliyyət göstərdikləri mağaza özəlləşdirilərək onlara verilməsi iddiaçıları qane etdiyinə görə onların təklifləri ilə razılaşmışlar. 2009-cu ildə iddiaçılar mağazalarda müqaqvilə bağlayaraq fəaliyyətə başlamışlar. Sonra iddiaşılarla cavabdehlər aralarında olan razılaşmalara əsasən: İddiaçı1 50.000 ABŞ dolları, İddiaçı2 qi2i iki mağaza üçün 100.000 ABŞ dolları, İddiaçı3 sahəsi iki mağaza üçün 60.000 manat, X23 (X24) iki mağaza üçün 120.000 manat, X30 50.000 manat, İddiaçı6 60.000 manat, İddiaçı7 120.000 manat pul vermişlər. Lakin, aradan keçən müddət ərzində iddiaçılar mağazaların özəlləşdirilməsi ilə maraqlandıqda həmişə onlara narahat olmamaları, vaxtında obyektlərin öz adlarına özəlləşdiriləcəyini bildirmişlər. Cavabdeh1 və Cavabdeh2 iddiaçıları mağazaların adlarına özəlləşdiriləcəyini bildirsələr də sonradan öyrənmişlər ki, sözügedən mağazalar "xxxx" MMC-nin adına özəlləşdirilmişdir. Bundan sonra pullarını geri almaq məqsədilə cavabdehlərə dəfələrlə müraciət etsələr də nəticəsi olmamışdır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçılarla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında şifahi razılaşma əsasında şifahi əqd bağlanmış və bu əqdə əsasən iddiaçılar öhdəliklərini yerinə yetirərək yuxarıda qeyd edilən məbləğdə pulları cavabdehlərə vermişlər. Lakin, cavabdehlər şifahi əqdlə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Həm də iddiaçıların pullarını da qaytarmaq fikrində deyillər. Daha sona İddiaçı4 21.09.2021-ci il tarixdə ərizə təqdim edərək hazırkı mülki iş üzrə iddia ərizəsini özünə aid olan hissədə geri götürdüyünü bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1637/2021 saylı, 30.09.2021-ci il tarixli qərardadı ilə iddiaçılar X11, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X1, X12 və X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi İddiaçı4 aid hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı6, İddiaçı7, X6, X25 məhkəmə iclasında ayrı-ayrı izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı2 nümayəndəsi X15 və İddiaçı3 nümayəndəsi X31 məhkəmə iclasında ayrı-ayrı izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 04.02.2009-cu il tarixdə "xxxx" MMC ilə İddiaçı4 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə "xxxx" MMC-ə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 35 kv.m olan və layihədə 45 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən İddiaçı4 icarəyə verilməsinə dair razılığa gəlinmişdir. Obyetkin icarəyə verilməsinə görə hər kv.m üçün 22,8 manat hesablanaraq, aylıq 800 manat məbləğində pul vəsaiti ödənilməlidir. 24.09.2019-cu il tarixdə Bakı şəhərində bir tərəfldən 16.09.2019-cu il tarixli etibarnamə əsasında mülkiyyətçiləri təmsil edən X37 şəxsində və digər tərəfdən İddiaçı4 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 kv.m olan qeyri-yaşayış sahəsinin 16,25 kv.m hissəsini təşkil edən “45b” saylı mağazanı 01.12.2020-ci il tarixədək icarəyə verməyi öhdəsinə götürmüşdür. 20.09.2019-cu il tarixdə Bakı şəhərində bir tərəfldən 16.09.2019-cu il tarixli etibarnamə əsasında mülkiyyətçiləri təmsil edən X32 şəxsində və digər tərəfdən X6 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 kv.m olan qeyri-yaşayış sahəsinin 34,1 kv.m hissəsini təşkil edən “18” saylı mağazanı 28.11.2021-ci il tarixədək icarəyə verməyi öhdəsinə götürmüşdür. 17.01.2017-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru Anar Novruzovla icarəçi X6 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 kv.m olan qeyri-yaşayış sahəsinin 34,1 kv.m hissəsini təşkil edən “18” saylı mağazanı 28.11.2021-ci il tarixədək icarəyə verməyi öhdəsinə götürmüşdür. 28.11.2013-cü il tarixdə icarəyə verən "xxxx" MMC-nin idarə heyətinin sədri X33 icarəçi Allahverdarə diyev Şükür İsmayıl oğlu arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 kv.m olan qeyri-yaşayış sahəsinin 34,1 kv.m hissəsini təşkil edən “18” saylı mağazanı 28.11.2021-ci il tarixədək icarəyə verməyi öhdəsinə götürmüşdür. 03.02.2009-cu il tarixdə icarəyə verən "xxxx" MMC-nin idirektoru X16 icarəçi X26 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə "xxxx" MMC-ə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 35 kv.m olan və layihədə 11 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən İddiaçı4 icarəyə verilməsinə dair razılığa gəlinmişdir. Obyetkin icarəyə verilməsinə görə hər kv.m üçün 22,8 manat hesablanaraq, aylıq 800 manat məbləğində pul vəsaiti ödənilməlidir. 27.11.2013-cü il tarixdə icarəyə verən "xxxx" MMC-nin idarə heyətinin sədri X33 icarəçi X7 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 kv.m olan qeyri-yaşayış sahəsinin 34 kv.m hissəsini təşkil edən “11” saylı mağazanı icarəyə verməyi öhdəsinə götürmüşdür. 04.07.2017-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru Anar Novruzovla icarəçi X7 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 kv.m olan qeyri-yaşayış sahəsinin 34 kv.m hissəsini təşkil edən “11” saylı mağazanı icarəyə verməyi öhdəsinə götürmüşdür. 11.07.2017-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru Anar Novruzovla icarəçi X6 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 kv.m olan qeyri-yaşayış sahəsinin 34 kv.m hissəsini təşkil edən “18” saylı mağazanı icarəyə verməyi öhdəsinə götürmüşdür. 05.12.2013-cü il tarixdə icarəyə verən "xxxx" MMC-nin İdarə heyətinin sədri X34 ilə icarəçi İddiaçı4 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanında yerləşən yeraltı piyada keçidindəki Ticarət Mərkəzindəki 34 kv.m olan “45” saylı mağazanı icarəyə verməyi öhdəsinə götürmüşdür. 22.05.2017-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru Anar Novruzov ilə icarəçi İddiaçı4 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanında yerləşən yeraltı piyada keçidindəki Ticarət Mərkəzindəki 17 kv.m olan “45B” saylı mağazanı icarəyə verməyi öhdəsinə götürmüşdür. 28.05.2011-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru X16 ilə icarəçi İddiaçı3 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə "xxxx" MMC-ə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 35 kv.m olan və layihədə 35 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən İddiaçı3 icarəyə verilməsinə dair razılığa gəlinmişdir. Obyetkin icarəyə verilməsinə görə hər kv.m üçün 22,8 manat hesablanaraq, aylıq 800 manat məbləğində pul vəsaiti ödənilməlidir. 16.11.2000-ci il tarixli icarəyə verən Azərbaycan Respublikası Dövlər Əmlakı Nazirinin müavini cənab İ.Mənsimovla icarəçi “Sindibad” firmasının direktoru A.Nəsirov arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 60,4 kv.m təşkil edən “Bakımetropoliteni”-nin balansında olan qeyri-yaşayış sahəsini kommersiya məqsədilə icarəçini müddətli istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 23.02.1999-cu il tarixdə icarəyə verən Azərbaycan Respublikası Dövlər Əmlak Komitəsinin adından onun sədrinin 16 iyul 1998-ci il tarixli 1081 saylı Sərəncamına əsasən Dövlət Əmlakının Baş idarəsinin rəisi vəzifəsini icra edən Ə.Məmmədov ilə icarəçi “Sindibad” firmasının direktoru A.Nəsirov arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 61,39 kv.m olan qeyri-yaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 26.11.1998-ci il tarixdə icarəyə verən Azərbaycan Respublikası Dövlər Əmlak Komitəsinin adından onun sədrinin 16 iyul 1998-ci il tarixli 1081 saylı Sərəncamına əsasən Dövlət Əmlakının Baş idarəsinin rəyisi vəzifəsini icra edən Ə.Məmmədov ilə icarəçi “Sindibad” firmasının direktoru A.Nəsirov arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 61,39 kv.m olan qeyri-yaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 18.01.2001-ci il tarixdə icarəyə verən Azərbaycan Respublikası Dövlər Əmlakı Nazirinin müavini cənab İ.Mənsimovla icarəçi “Sindibad” firmasının direktoru A.Nəsirov arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 60,4 kv.m olan qeyri-yaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 01.01.1997-ci il tarixdə icarəyə verən “Tərəqqi Ticarət Mərkəzinin direktoru B.Həsənovla icarəçi “Sindibad” firmasının direktoru A.Nəsirov arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 54 kv.m olan qeyri-yaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 25.04.2011-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru X16 ilə icarəçi İddiaçı3 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə "xxxx" MMC-ə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 35 kv.m olan və layihədə 35 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən İddiaçı3 icarəyə verilməsinə dair razılığa gəlinmişdir. Obyetkin icarəyə verilməsinə görə hər kv.m üçün 22,8 manat hesablanaraq, aylıq 800 manat məbləğində pul vəsaiti ödənilməlidir. Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Babək Mirzəyev, icraatında olan X27 sədri, hüquq müdafiəçisi Səməd Vəkilovun müraciəti əsasında toplanmış 14.06.2017-ci il tarixli 1 saylı HK-273 nömrə ilə qeydə alınmış materialı nəzərdən keçirərək, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, "xxxx" MMC ilə icarəçilər arasında gələcəkdə bu məsələ ilə bağlı narazılıq yarandığı halda tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. 17.07.2000-ci il tarixdə icarəyə verən Azərbaycan Respublikası Dövlər Əmlakı Nazirliyi Dövlət əmlakının registrı, icarəyə verilməsi və torpaq departamentinin direktoru cənab Ç.İbadovla "xxxx" X4 direktoru N.Əfəndiyev arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 85,3 kv.m olan qeyri-yaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 18.01.2001-ci il tarixdə icarəyə verən Azərbaycan Respublikası Dövlər Əmlakı Nazirliyi Dövlət əmlakının registri, icarəyə verilməsi və torpaq departamentinin direktoru cənab Ç.İbadovla "xxxx" X4 direktoru Y.Əfəndiyev arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 43,8 kv.m olan qeyri-yaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 30.04.2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədr müavini cənab X28 ilə "xxxx" MMC arasında bağlanmış icarəyə verilmiş əmlaklıarın alqı-satqı müqaviləsindın görünür ki, müqavilənin predmetini alıcının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə bağladığı 23.04.2012-ci il tarixli 3844 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 2854,3 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. Göründüyü kimi iddiaçılar Bakı şəhəri, C.Cabbarlı meydanında yeraltı keçiddə olan ticarət obyektində yerləşən ayrı-ayrı mağazalarda 1988-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Qeyd edilən mağazalar illər ərzində ayrı-ayrı orqanların balansında olmuşdur.İddiaçılar həmin orqanlarla ticarət obyektində yerləşən ayrı-ayrı mağazaların icarəyə götürülməsinə dair müqavilələr bağlamış və həmin müqavilələrə əsasən İddiaçı1 sahəsi 34,1 kv.m. olan 22 saylı, İddiaçı2 sahəsi 34,1 kv.m. olan 13 saylı, İddiaçı3 sahəsi 34,1 kv.m. olan 35 saylı, sahəsi 17,05 kv.m. olan 39 a saylı, X3 16,25 kv.m. olan 45 b saylı, X8 34,1 kv.m. olan 10 saylı, İddiaçı6 sahəsi 34,1 kv.m. olan 17 saylı, İddiaçı7 sahəsi 17 kv.m. olan 12b saylı, sahəsi 35,2 kv.m. olan 23 saylı, sahəsi 34 kv.m. olan 51 saylı mağazalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Daha sonra 2001-ci ilin mart ayında ticarət obyektlərində təmir işlərinin aparılması adı ilə fəaliyyətləri dayandırılmış və təmir adı ilə fəaliyyətin dayandırılması 2009-cu ilin yayına qədər, yəni 8 il müddətinə davam etmişdir. Təmir işləri davam etdiyi müddət ərzində mağazalar "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Mağazalar "xxxx" MMC-nin istifadəsində olduğu müddət ərzində MMC-ni 2009-cu ildə təmsil edən Cavabdeh1 və Nəqliyyat Nazirliyini və "xxxx" MMC-ni təmsil edən Cavabdeh2 mağaza sahiblərindən fəaliyyət göstərdikləri mağazaların özəlləşdirilərək onlara verilməsini təmin etmək məqsədilə müəyyən məbləğdə pul istəmişlər. Hazırkı iddia üzrə iddiaçılar özəlləşdirilmə adı ilə onlardan cavabdehlər tərəfindən alınmış vəsaitlərin geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə mülki işin hallarını araşdıraraq hesab edir ki, iddiaçılar tərəfindən iddia tələbi sübuta yetirilə bilməmişdir. Belə ki, iddiaçılar, cavabdehlərə icarəyə götürdükləri mağazaların onların adına özəlləşdirilməsi üçün iddia ərizəsində göstərilən məbləğlərdə pul vəsaiti ödədiklərinə dair sübut təqdim etməmişlər. Eyni zamanda tərəflər arasında bu münasibətləri təsdiqləyən hər hansı bir müqavilə də bağlanmamışdır. Mülki prosessul qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar X11, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X1, X12 və X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1637/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1637/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver