Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1639/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1972-ci ildə daşınmaz əmlak üzrə səlahiyyətli orqan Azərbaycan SSR (Respublika) Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid Pasportun Ərizəçi məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 1948-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. Hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi döngə 3-də yerləşən 36 saylı fərdi yaşayış evini (əvvəlki ünvan ünvan 2 1972-ci ildə o zaman daşınmaz əmlak üzrə səlahiyyətli orqan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən hazırda yaşadığı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair texniki pasport verilmişdir. Yaşayış evi öz istifadəsindədir. Yaşayış evini özəlləşdirmək üçün maraqlı şəxsə müraciət etdikdə məlum olmuşdur ki, evə dair 1972-ci ildə verilmiş Pasportda mərhum atasının adı "Pənci" deyil “Gənci” qeyd olunub. Rus dilində tərtib edilmiş texniki pasport rusdilli şəxslər tərəfindən icra edildiyindən, səhvin düzəldilməsi ilə əlaqədar maraqlı şəxsə şifahi qaydada müraciət etsə də, bu faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bu səbəbdən daşınmaz əmlaka dair texniki pasportda səhv olaraq yazılmış ata adının hüquq müəyyənedici sənədlərə əsasən fakt qaydasında müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Əlavə olaraq bildirir ki, yaşayış yeri üzrə qonşular və qohumlar da şahid qismində bu faktı təsdiq edə bilərlər ki, həqiqətən də atasının adı Pənci olmuşdur. Ərizəçi xx.xx.2025-ci il tarixdə tələbin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, 1972-ci ildə daşınmaz əmlak üzrə səlahiyyətli orqan Azərbaycan SSR (Respublika) Kommunal Təsərrüfat Nazirliyi tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirməsinə dair Pasportun Ərizəçi məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X4 ərizəni müdafiə edərək bildirmişdir ki, evin sənədində atası Ərizəçi atasının adının ilk hərfi səhv qeyd olunub. Belə ki, ad Pənci olmasına baxmayaraq, sənəddə Gənci kimi qeyd olunmuşdur. Bu səbəbdən evə dair sənəd alınmasında çətinliklər yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun notariat qaydada təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, Ağa Neymətulla küçəsi, ev 36 ünvanında yerləşən evin sahibi Ərizəçi Gənci oğludur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla müəyyən olunur ki, ərizəçinin Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinə baxılmış və bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən texniki pasportdakı fərdi yaşayış evinin faktiki mövcud olmadığı, ərazidə 3 mərtəbəli fərdi yaşayış evinin inşa olunduğu, həmçinin elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinə dair təqdim olunmuş texniki pasportla qonşuluqlar olmadığı və ümumi ərazidə tikililər sıx yerləşdiyi müəyyən edilmiş, bu səbəblərdən texniki pasportun göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin təqdim edilmiş texniki pasportda hüquq sahibinin ata adı fərqli qeyd edilmişdir. Bundan əlavə, yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Eyni zamanda təqdim olunmuş texniki pasportda qeyd edilən hüquq sahibinin adı ilə sənədlər toplusuna əlavə olunmuş etibarnamə arasında uyğunsuzluq mövcuddur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla müəyyən olunur ki, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizəyə baxılmış, ərizəyə əlavə olunmuş sənədlərin surət olduğu, qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2024-cü il tarixli, **********40 nömrəli məktubla cavab verildiyi və imtina səbəblərinin tam aradan qaldırılmadığı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Ağa Neymətulla küçəsi, ev 36 ünvanında yerləşən evə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport verilmişdir. Həmin pasportda evin sahibi kimi “Ərizəçi Gənci oğlu” qeyd olunmuşdur. Qeyd olunan sənəd üzrə mülkiyyətçi fərdi yaşayış evi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq müvafiq sənəddə hüquq sahibinin ata adında uyğunsuzluğun olması halı aşkar edildiyindən fərdi yaşayış evi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Hazırda ərizəçi tərəfindən hüquqi əhəmiyyəli faktın müəyyən edilməsi üzrə mübahisə predmeti olaraq göstərdiyi sənədin ərizəçiyə məxsusluğunun müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ mövcuddur. Belə olan halda məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlara əsasən bildirilir ki, Azərbaycan SSR (Respublika) Kommunal Təsərrüfat Nazirliyi tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirməsinə dair Pasportda evin sahibi kimi “Ərizəçi Gənci oğlu” kimi yazılmış məlumatlar, hazırda məhkəmə araşdırması zamanı qeyd olunan şəxslər barəsində daha əvvəlki tarixlərdə müvafiq dövlət orqanları tərəfindən tərtib edilmiş sənədlərlə uyğunsuzdur. Belə ki, iş materiallarına əlavə olunmuş İsmayıllı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 265847 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə doğulmuşdur. X2, anası X1r. İsmayıllı rayon Həftəsov Kənd İcra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 454959 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, X5 xx.xx.1983-cü il tarixdə İsmayıllı rayonu Varna kəndində ölmüşdür. Ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsi məlumatları ilə müəyyən olunur ki, onun adı Rəcəb, soyadı Salmanov, ata adı Pənci oğludur. Göründüyü kimi, ərizəçinin ata adı “Pənci” olmasına baxmayaraq, onun adına verilmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirməsinə dair Pasportda ata adı “Gənci” olaraq qeyd olunmuşdur. Belə olan halda da ərizəçinin şəxsiyyət vəsiqəsində (habelə doğum haqqında şəhadətnaməsində) olan ata adı ilə hüquqmüəyyənedici sənəd hesab edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventaizasiyası və qiymətləndirməsinə dair Pasportda uyğunsuzluq yaranmışdır. Bu isə hazırda ərizəçinin daşınmaz əmlak üzərində hüquqularının dövlət qeydiyyatına alınmasına mane olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli Qərarın: -6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. -6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. -6.3-cü maddəsinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və ərizəçi qeyd olunan sənədi başqa qaydada əldə edə bilmədiyindən və sənədin ərizəçiyə məxsus olması faktı iş materialları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.1948-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun xx.xx.1948-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1639/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1639/2025
11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver