Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1655/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Expressbank” X7rşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdehnə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdeh tərəfindən keçirilmiş xx xxxxxx 2019-cu il tarixli, JSYY-57/07 nömrəli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı oglu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-701/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli icra vərəqinə əsasən iddiaçıya məxsus olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (inşaat materiallarının satış mağazası) Cavabdeh tərəfindən 255.000 (iki yüz əlli beş min) manat qiymətə qiymətləndirilmiş və Cavabdeh direktoru X11 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 162.562,50 (bir yüz altmış iki min beş yüz altmış iki manat əlli qəpik) manat olmaqla onun xəbəri olmadan, heç bir bildiriş göndərmədən, tələsik olaraq hərracı keçirərək “Expressbank” X9 etibarnamə üzrə nümayəndəsi X8 adına rəsmiləşdirmişdir. Qeyd edilməlidir ki, hərrac keçirilən zaman həmin əmlakın ümumi sahəsi bazar qiymətlərinə mütənasibliyi nəzərə alınmamışdır. Qiymətləndirmənin hərracın keçirilməsi bir mənalı olaraq “Expressbank” X9 maraqlarına uyğun hazırlanmışdır. Halbuki, həmin əmlak real bazar qiymətilə müəyyən edildikdə həddindən aşağı qiymətləndirilmişdir. Ona görə də hesab edir ki, qanunvericiliyə uyğun olaraq cavabdehin ekspert rəyi, protokolları və müqaviləsi etibarsız hesab edilməlidir. Bundan əlavə şübhə doğuran amillərdən biri də odur ki, hərracın keçirilməsi barədə ona nə poçt vasitəsi ilə, nə də rəsmi məlumat verilməmişdir. Bu qiymətləndirmə və hərrac formal xarakter daşıyır. Cavabdeh tərəfindən qiymətləndirilmiş 57/07 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokolun təsdiq olunmuş surətini xx xxxxxx 2020-ci ildə Göygöl Rayon İcra və Probasiya Şöbəsinə müraciət etdikdən sonra əldə etmişdir. Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia qaldırmaq məcburiyyətindədir və hesab edir ki, faktiki olaraq məhkəmə araşdırılmasına ehtiyac vardır. Hərracın keçirilməsinə dair heç bir sənədin olmaması üçün bankın maraqlarına uyğun keçirilmiş hərracın yekunları barədə onun məlumatı olmadığı və gizlədilməsi şübhə doğurduğu üçün “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərracın baş tutubtutmaması ona bəlli olmadığı üçün məhkəmə araşdırılması vacib amillərdən biridir. Onun mülkiyyət hüquqları qanuna zidd olaraq kobud surətdə pozulmuşdır. “Expressbank” X14 mülki iş üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Expressbank” X3 müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Expressbank” X9 nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxxxxxx 2019-cu il tarixli 01 nömrəli və xx xxxxxxxx 2019-cu il tarixli 01/2 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasını (inşaat materiallarının satış mağazası) 255.000 (iki yüz əlli beş min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin 13-xx xxxxxxxx 2019-cu il tarixli 184 nömrəli və 27 sentyabr-xx xxxxxxx 2019-cu il tarixli 186 nömrəli buraxılışlarının surətlərindən görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasını (inşaat materiallarının satış mağazası) 255.000 (iki yüz əlli beş min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir; F.119 nömrəli xəbərnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək hərracın vaxtı və yeri barədə xx xxxxxxx 2019-cu il tarixdə şəxsən və oğlu X6 vasitəsi ilə məlumatlandırılmışdır; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxxxxx 2019-cu il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasını (inşaat materiallarının satış mağazası) 255.000 (iki yüz əlli beş min) manat - 15% = 216.750 (iki yüz on altı min yeddi yüz əlli) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin 18-xx xxxxxxx 2019-cu il tarixli 189 nömrəli buraxılışının surətindən görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasını (inşaat materiallarının satış mağazası) 216.750 (iki yüz on altı min yeddi yüz əlli) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir; F.119 nömrəli xəbərnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxxxxx 2019-cu il tarixdə şəxsən və oğlu X6 vasitəsi ilə məlumatlandırılmışdır; “Birja yenilikləri” qəzetinin 01-xx xxxxxx 2019-cu il tarixli 191 nömrəli buraxılışının surətindən görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (inşaat materiallarının satış mağazası) 216.750 (iki yüz on altı min yeddi yüz əlli) manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən “Expressbank” X10 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli təklif məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (inşaat materiallarının satış mağazası) təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2019-cu il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 162.562,50 (bir yüz altmış iki min beş yüz altmış iki manat əlli qəpik) manat qiymətə tələbkara təklif edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 57/07 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, cəmiyyətin gündəlik məsələsi olaraq İddiaçı məxsus olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (inşaat materiallarının satış mağazası) ilkin satış qiyməti 255.000 (iki yüz əlli beş min) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 216.750 (iki yüz on altı min yeddi yüz əlli) manat qiymətə təkrar hərraca çıxarılmış, lakin ipoteka predmeti satılmadığından, müvafiq əmlak təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətlə-162.562,50 (bir yüz altmış iki min beş yüz altmış iki manat əlli qəpik) manat (216.750-54.187,50) olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “Expressbank” X10 təklif edilmiş, cəmiyyətin nümayəndəsi X12 tərəfindən qeyd edilən əmlakın müvafiq qiymətə əldə edilməsinə razılıq bildirilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə 57/07 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (inşaat materiallarının satış mağazası) ilkin satış qiyməti 255.000 (iki yüz əlli beş min) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 216.750 (iki yüz on altı min yeddi yüz əlli) manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-162.562,50 (bir yüz altmış iki min beş yüz altmış iki manat əlli qəpik) manat (216.750-54.187,50) olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “Expressbank” X9 nümayəndəsi X12 tərəfindən əldə edilmişdir; xx xxxx 2020-ci il tarixli 66912 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən İddiaçı məxsus Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasını (inşaat materiallarının satış mağazası) 255.000 (iki yüz əlli beş min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. “Birja yenilikləri” qəzetinin 13-xx xxxxxxxx 2019-cu il tarixli 184 nömrəli və 27 sentyabr-xx xxxxxxx 2019-cu il tarixli 186 nömrəli buraxılışlarında bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçı keçiriləcək hərracın vaxtı və yeri barədə xx xxxxxxx 2019-cu il tarixdə şəxsən və oğlu X6 vasitəsi ilə məlumatlandırılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən İddiaçı məxsus Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasını (inşaat materiallarının satış mağazası) 255.000 (iki yüz əlli beş min) manat - 15% = 216.750 (iki yüz on altı min yeddi yüz əlli) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. “Birja yenilikləri” qəzetinin 18-xx xxxxxxx 2019-cu il tarixli 189 nömrəli buraxılışında bununla bağlı elan dərc edilmişdir. İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxxxxx 2019-cu il tarixdə şəxsən və oğlu X6 vasitəsi ilə məlumatlandırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, “Birja yenilikləri” qəzetinin 01-xx xxxxxx 2019-cu il tarixli 191 nömrəli buraxılışında Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (inşaat materiallarının satış mağazası) 216.750 (iki yüz on altı min yeddi yüz əlli) manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. Məhkəmə tərəfindən həm də müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən İddiaçı məxsus olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 9 girişli, 732,5 kv.metr ümumi, 673,6 kv.metr əsas, 58,9 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (inşaat materiallarının satış mağazası) təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətə, yəni 162.562,50 (bir yüz altmış iki min beş yüz altmış iki manat əlli qəpik) manat qiymətə tələbkar “Expressbank” X10 təklif edilmiş və qeyd edilən qiymətə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “Expressbank” X9 nümayəndəsi X12 tərəfindən müvafiq əmlak əldə edilmişdir. Bununla bağlı Respublika Xammal və Əmtəə Birjası Cavabdeh 20noyabr 2019-cu il tarixli hərracın yekunları barədə 57/07 nömrəli protokolu tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Expressbank” X7rşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçı şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Expressbank” X7rşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1655/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1655/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver