Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-166/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X19 qızının İddiaçı Kərim oğlunun, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Kərim oğlunun Cavabdeh qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında "X7 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası" mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Kərim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X8 onun yanında saxlanılması, X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh onun xeyrinə 170 (yüz yetmiş) manat aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci il tarixində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə Cavabdeh ilə xx.xx.2006-cı il tarixində bağlanmış nikaha xitam verilməsini və birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X8 onun yanında saxlanılması ilə bağlı müraciət edərək iddia vermişdir. Nərimanov Rayon Məhkəməsi öz növbəsində xx xxxx 2017-ci il tarixli, 2(005)-53/2017 saylı qətnamə qəbul edərək iddia tələbini tamamilə təmin etmişdir. Nərimanov Rayon Məhkəməsi qətnamədə qeyd edir ki, Cavabdehn barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının cinayət məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlayaraq istintaq dövründə qətimkan tədbiri olaraq 4 aylıq həbs seçilmişdir və məhkəmə prosesində ruhi əsəb dispanserində yerləşdirilmişdir. Bundan əlavə olaraq Nətimanov Rayon Məhkəməsi qeyd edir ki. üçünçü şəxs kimi işə cəlb edilən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı aparatının “X9 İşləri və Hüquqlarının Müdafiə üzrə Komisiya”nın və “Övladlığa Götürmə Qəyyumluq və Himayə Komissiya"nın nümayəndəsi X18 məhkəməyə bildirmişdir ki, Cavabdeh barəsində həbs qətimkan tədbiri tətbiq edilərək istintaq təcridxanasmda saxlanılır. Nərimanov Rayon Məhkəməsi yuxarıda qeyd olunan faktlara əsasən həmçinin iddiaçının işləməyinin və uşaqlarının bütün ehtiyaclarım qarşılamasını, uşaqların hərtərəfli inkişaf etməsi ilə bağlı atası tərəfindən təmin edilməsinin, habelə uşaqlarının mənəfəyini nəzərə alaraq iddianı təmin etmişdir. Cavabdeh Həsənova X11 Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməsindən narazı qalaraq apellyasiya şikayətini vermişdir. Bakı Apellyasiva Məhkəməsi öz növbəsində qanunsuz və əsasız olaraq, iş üzrə əhəmiyyət kəsb edən faktları nəzərə almayaraq xx xxxx 2018-ci il tarixli, 2(103)-988/2018 saylı qətnaməni qəbul edərək, cavabdehin apellyasiya şikayətini təmin etmişdir və xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X10 cavabdehin himayəsinə verərək, uşaqların saxlanılması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat aliment təyin etmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayətini vermişdir. Azərbaycan Respubliksı Ali Məhkəməsi öz növbəsində mötəbər və uşaqların mənfəyi üçün əhəmiyyət kəsb edən faktları nəzərə almıyaraq xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7385/2018 saylı qərarı ilə kassasiya şikayətini təmin etməmişdir. Bundan əlavə olaraq, Bakı Apellyasiya Məhkəməsi və AR Ali Məhkəməsi cavabdehin Cavabdehn barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının cinayət məcəlləsinin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və məhkəmə tərəfindən təqsirli bilinərək məsuliyyətə cəlb edilməsini bununla ozünü ictimai qanunu pozan, dələduz bir insan kimi nümayiş etməsinə və uşaqlarının mənfəyini, tərbiyəsini nəzərə almayan, anaları yanında olmasa onların neçə olmasım düşünməyən bir qadın kimi özünü göstərilməsinə məhkəmə göz yümuşdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilən cavabdehin psixoliji pozuntularıda uşaqların gələcəyi üçiin təhlükəli olmasına məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bir sözlə uşaqların mənfəyinə məhkəmə tərəfindən önəm verilməmiş və iddiaçının işin hərtərəfli və qanuni baxılması üçün çox saylı vəsatətləri əsasız olaraq təmin edilməmişdir. Ali Məhkəməsi tərəfindən qəbul edilən qərardan sonra bu günə kimi xx.xx.2007-ci il təvəllüdlü X14 cavabdehin yanında qalmasına baxmayaraq xx.xx.2010-cu il təvəllüdlü X15 könüllü olaraq atasının İddiaçı yanında qalır və Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən qanuni qüvvəyə minmiş AR Ali Məhkəməsinin qətnaməsini icrası ilə bağlı İddiaçı yaşadığı mənzilə gələrək, xx.xx.2010-cu il təvəllüdlü X15 könüllü atasının yanında qalmasının və anasının yanın getmək istəmədiyinin şahidi olaraq, AR Ali Məhkəməsinin qərarını xx.xx.2010-cu il təvəllüdlü X8 ananın yanında saxlanılması hissəsini icra edilməsi mümkün olmaması barədə protokol tərtib etmişdilər. İddiaçı nümunəvi valideyn olaraq, baxmayaraq ki, xx.xx.2007-ci il təvəllüdlü X14 onun yanında qalmasını istəməyib, hər ay onun saxlanılması üçün qanuni qüvvəyə minmiş qərara əsasən aliment ödəyir. Mövcud iş üçün əhəmiyyətli sübutları və işin hərtərəfli və ədalətli baxılması üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2020-ci il tarixli, 17/6-4519 saylı məktubuna əsasən cavabdeh xx.xx.2016-cı il tarixindən Baki istintaq təcridxanasında saxlanılmışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 il 8 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, təyin olunmuş cəzasını 1 il sınaq müddəti şərti hesab edilməklə məhkəmə iclası zalından həbsdən azad edilmişdir. Bundan əlavə olaraq, AR Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx xxxxx 2020-ci il tarixli, 1/581 nömrəli məktubuna əsasən cavabdeh 4 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuşdur və diaqnozu “mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntusu” kimi qeydə alınmışdır. AR Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstaxanasrnın xx.xx.2020-ci il tarixli, 2502 nömrəli məktubundan görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixində 4 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən Respublika Psixiatriya Xəstaxanasına qəbul olunubdur. xx.xx.2019-cu il tarixində X12 təqdim olunub və “Üzvi mənşəli emosional-labil pozuntu” diaqnozu təyin olunaraq xx.xx.2019-cu il tarixində xəstəxanadan evə yazılıbdır. Cavabdehin psixiki pozuntuları mütəmadi xarakterə çevirilir və hər dəfə fərqli diaqnoz qoyulur, buda onunla qalan uşaqların sağlamlığını təhlükə altında saxlayır. xx.xx.2010-cu il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixində 10 yaşı tamam oldu və məhkəmə üçün onun kimin yanında saxlanılması üçün fikiri AR Ailə Məcəlləsinə əsasən məcburidir. AR Ali Məhkəmənin qərarına baxmayaraq X15, könüllü olaraq atasını seçərək onıın yanında qalmasını və xx.xx.2007-ci il təvəllüdlü X13 3 anasının yanında qalmasına baxmayaraq hər ay onun saxlanılması üçün vaxtı vaxtında alimentin ödənilməsi bir daha İddiaçı nümunəvi valideyn olduğunu sübut edir. İddiaçı uzun illərdir ki, Azərbaycan Respublikasında yaşayır, bunu sübüt edən AR Miqrasiya Xidməti tərəfindən dəfələrlə uzadılmış müvəqqəti olma müddəti vardır və xx.xx.2010-cu il təvəllüdlü X15 rəsmən onun himayəsinə verildikdən sonrada onun qızı X14 Azərbaycanda olduğuna görə o Azərbaycanda qalıb yaşamaq fıkirindədir. Bundan əlavə olaraq atanın yalnız Gürcüstan vətəndaşı olaraq uşaqın onun yanında saxlanılmasına imtina vermək, nəzərə alsaq ki, digər valideyinin ananın sübut edilmiş psixiki pozuntusu var və qanunu pozmağa meyilli olaraq gələcəkdə yenədə məhkum olaraq uşaqları tək qoymaq riski vardır, bu faktlar milli diskriminasiya xarakteri daşıyaraq valideyinlik hüquqlarını kobud surətdə pozmaq deməkdir. Məhkəmə iclasında İddiaçı Kərim oğlu bildirmişdir ki, övladı xx.xx.2010-cu il təvəllüdlü X15 artıq uzun müddətdir ki, faktiki olaraq onun yanında qalır, uşaq anası ilə daimi qalmaq istəmir, lakin bacısı və anası ilə görüşmək istədikdə ona maneə yaratmır. Qətnamə ilə oğlu anasının himayəsinə verildiyindən oğlunu yaşadığı yerdən uzaqda yerləşən məktəbə aparıb gətirir, bu hal isə uşaq üçün yorucu olar. Məhkəmə iclasında İddiaçı Kərim oğlunun, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbində göstərilən əsasları, iş üzrə ekspert rəyinin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək atasının oğluna iddiaçı tərəfindən təsir edildiyini, özü tərəfindən uşağın mənafeyinə zidd hərəkətlərə yol vermədiyini, hər zaman onun istəklərini nəzərə alaraq hərəkət etdiyini göstərmişdir. Məhkəmə iclasında dindirilən xx.xx.2010-cu il təvəllüdlü X15 bildirmişdir ki, o, hazırda atası ilə qalır, anası ilə tez-tez görüşür, bəzən telefonla əlaqə saxlayır. Atası onun hər tələbatını ödəyir, dərsləri ilə maraqlanır, anasından daha yaxşı baxır, buna görə də anası ilə daimi qalmaq istəmir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş DYİ seriyalı, ******* Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətinə əsasən xx.xx.1983-cü il tarixdə Gürcüstanda anadan olmuş X22 rayonu, Xırdalan şəhəri, Quşçuluq y.m, 8ci küçə, ev 51 ünvanında qeydiyyatdadır; Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 429544 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X15 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – İddiaçı, anası – Cavabdehdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2020-ci il tarixli, 17/6-4519 saylı məktubuna əsasən Bakı istintaq təcridxanasında xx.xx.2016-cı il tarixdən saxlanılmış xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən, AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Haqqında AR CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 1 il sınaq müddəti şərti hesab edilməklə məhkəmə iclas zalından həbsdən azad edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-53/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətinə əsasən İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilmiş və İddiaçı Cavabdeh arasında Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 2414 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X15 İddiaçı yanında saxlanılması qət edilmişdir; AR Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx xxxxx 2020-ci il tarixli, 1/581 nömrəli məktubuna əsasən Baki şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 36, mənzil 6 qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü X16 4 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müalicədə olmuş, ona Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntusu” diaqnozu qoyulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatı “X7 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyanın xx.xx.2020-ci il tarixli məktubla daxil olmuş rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X8 atası İddiaçı Kərim oğlunun yanında qalmasını X7 hüquq və mənafeyinə uyğun hesab edilmişdir. X1 iclası zamanı izahat verərək bildirmişdir ki, valideynlərini çox sevir, atası ilə qalmaq ona daha xoşdur və onun mənafeyinə daha uyğundur. Onun bütün maddi və mənəvi tələbatlarları ilə atası İddiaçı Kərim oğlu məşğul olur. Cavabdeh Həsənova X6 izahat verərək bildirmişdir ki, İddiaçı Kərim oğlu tərəfindən ona qarşı qaldırılan iddianı qəbul etmir. Cavabdeh əlavə izahat verərək bildirmişdir ki, nikahları 2017-ci il tarixdə pozulmuşdur. Uşaqlar məhkəmə qətnaməsi ilə onun himayəsinə verilsə də azyaşlı oğlu Kərim atasının yanında qalmışdır. Cavabdeh hər iki övladına yaxşı baxdığını, bütün maddi və mənəvi ehtiyaclarını tək qarşıladığını, həmçinin analıq hüquq və vəzifələrini layiqincə yerinə yetirdiyini bildirmişdir. Rəyə əlavə edilən müayinə aktından müəyyən olunur ki, İddiaçı Kərim oğlunun yaşadığı mənzil həyət sahəli evdən ibarətdir. Mənzil üç otaqlıdır, zal, yataq otağı, mətbəx, hamam və sanitar qovşaqdan ibarətdir. Köhnə təmirlidir, kommunal şəraitlidir Mebel və digər məişət əşyaları ilə qismən təchiz edilmişdir. Sanitar və gigiyenik cəhətdən normalara cavab verir. İddiaçı Kərim oğlu valideynin hüquq və vəzifələrini bilir. Mənzil şəraiti uşaq böyüdüb, tərbiyə etmək üçün imkan verir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 11/338 nömrəli rəyinin nəticə hissəsinə əsasən göstərilmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü X15 fikir və mülahizələrini iradəsinə uyğun sərbəst şəkildə ifadə etməklə, onun psixikası və davranışında kənar psixoloji təsir əlamətləri müşahidə olunmur. xx.xx.2010-cu il təvəllüdlü X8 hal-hazırda anası Cavabdeh və atası İddiaçı Kərim oğluna qarşı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, atası İddiaçı Kərim oğluna qarşı bağlılığı daha yüksəkdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 95 manatdır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Kərim oğlunun nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunmuş hallarına əsasən, tərəflər xx xxxxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X15 uşaqları doğulmuş, nikahları xx.xx.2017-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuş, uşaqların ananın yanında qalmaları qət edilmişdir. Bununla belə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, hazırda xx.xx.2010-cu il təvəllüdlü X15 atasının, xx.xx.2007-ci il təvəllüdlü X14 isə anasının yanında qalır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-988/18 saylı icra sənədi üzrə uşağın (Kərimin) ananın himayəsinə verilməsi hissəsi icra edilməmiş, bu barədə müxtəlif aktlar tərtib edilmişdir. 20.08.20-ci il tarixində Cavabdeh ərizə ilə Abşeron İcra və Probasiya şöbəsinə müraciət etmiş, övladı xx.xx.2010-cu il təvəllüdlü X15 onun yanında qalmaq istəmədiyini, uşağı atasına təhvil verdiyini, oğlunu onunla yaşamasına məcbur etməyəcəyini, həmin hissədə məhkəmə qərarının icrasından imtina etdiyini bildirmişdir. Tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X8 faktiki olaraq atasının yanında olmaqla hazırda da onun himayəsində yaşadığı işin mübahisələndirilməyən halıdır. Məhkəmə baxışı zamanı xx.xx.2010-cu il təvəllüdlü X15 tərəflərin iştirakı ilə dindirdiyi zaman uşaq, atası ilə qalmaq istədiyini bildirmişdir. Eyni zamanda, məhkəmə uşağın psixoloji təsirə məruz qalma etimalını nəzərə almaqla məhkəmə-psixoloji ekspertizası təyin olunmuş, iş üzrə verilmiş rəylə uşağın atasına bağlılığının daha yüksək olduğunu, onun psixikası və davranışında kənar psixoloji təsir əlamətləri müşahidə olunmadığı müəyyən olunmuşdur. Baxılan iş üzrə uşaq anasına verilməsindən imtina edir, o, atasının himayəsində özünü xoşbəxt hiss edir. Bu baxımdan cavabdehin valideynlik hüquqları uşağın mənafeyinə zidd, onun mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirəcək şəkildə həyata keçirilə bilməz. Məhkəmə Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərini təmin etmək üçün uşağın məhkəmə iclasında iştirakını təmin etmiş, uşaq atasını çox istədiyini və atası ilə yaşadığını, bundan sonra da onunla yaşamaq istədiyini bildirmişdir. Məhkəmə uşağın hansı valideynin himayəsinə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alaraq hesab edir ki, valideynlik hüquqları uşağın mənafeyinə zidd, onun mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirəcək şəkildə həyata keçirilə bilməz, bu baxımdan xx.xx.2010-cu il təvəllüdlü X8 atanın himayəsinə verilməsi məqsədəuyğundur. Belə ki, Ailə Məcəlləsinə müvafiq olaraq hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (maddə 49.2- 49.3). Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2). Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqının gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. (maddə 52). Ailə Məcəlləsi həmçinin müəyyən edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər (maddə 56.1). Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (maddə 58.2). Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (maddə 60.1). Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər (maddə 60.2). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (maddə 60.4). Məhkəmə xüsusilə vurğulayır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X17rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. X25 Məhkəməsinin “Antonyuk (Antonyuk) Rusiya Federasiyasına qarşı işi üzrə xx xxxxxx 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, bu mülki araşdırma zamanı iki qanuni valideynin maraqları qarşı-qarşıya gəlmişdir. Rusiya hüququnda uşağın yaşayış yeri müəyyən edilərkən geniş alternativ imkanlar nəzərdə tutulmadığından milli hakimiyyət orqanlarının valideynlərdən birinin xeyrinə qərar qəbul etməkdən başqa seçimi olmamışdır. Ölkə məhkəmələri ərizəçinin maraqlarının müdafiəsini təmin etməli, eləcə də araşdırmanın digər tərəfi, uşaqların atasının maraqlarını nəzərə almalıdırlar. Bundan başqa, nəyin uşağın ən yaxşı mənafelərinə cavab verməsi məsələsinin nəzərdən keçirilməsi bütün bu cür işlərdə həlledici əhəmiyyətə malikdir. Avropa Məhkəməsi hesab edir ki, məhkəmələr tərəfindən aparılan araşdırma uşağın ən yaxşı maraqlarına cavab verən halların müəyyən edilməsi başlıca əhəmiyyətə malikdir. Bu tələbin yerinə yetirilməsi üçün uşaqların yaşayış yerinin müəyyən edilməsi zamanı onların ana ilə yaşamasının mənfi nəticələrə səbəb olacağı və onların həyatı üçün ehtimal olunan təhlükə məsələləri, xüsusən qızın anası ilə fasiləsiz yaşaması və ana barəsində qeyd ediən əsaslarla valideynlik hüquqlarının məhdudlaşdırılması barədə qəbul edilmiş qərarın mövcud olmaması nəzərə alınmaqla, məhkəmə tərəfindən yüksək diqqətlə araşdırma tələb edir. Araşdırma predmetini nəzərə alaraq, Avropa Məhkəməsi müəyyən etmişdir ki, Rusiya məhkəmələri tərəfindən həyata keçirilmiş araşdırma işin halları baxımından uşaqların yaşayış yeri məsələsi üzrə əsaslandırılmış qərara gəlmək üçün kifayət etməmiş, işə Rusiya məhkəmələri tərəfindən baxılması kifayət qədər əsaslı olmamışdır. Müvafiq olaraq, Konvensiyanın 8-ci maddəsinin pozulması baş vermişdir. Məhkəmə uşağın atanın himayəsinə verilməsinin məqsədəmüvafiq hesab edilməsi məzmununda olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayədarlıq komissiyasının rəyinə də münasibət bildirərək qeyd edir ki, rəy əsaslandırılmış, valideynlər, eləcə də uşaq dindirilmiş, onların həyat şəraiti qiymətləndirilmişdir. Məhkəmə uşağın atanın himayəsinə verilməsi barədə qənaətinə gələrkən onun mənafeyini, onun atasına bağlılığını, yaşını, hazırkı vəziyyətdə məcburi şəkildə atasından alınaraq anasına veriləcəyi təqdirdə keçirə biləcəyi mənəvi-psixoloji sarsıntını, habelə, qüvvəyə minmiş qətnamənin icrasının hazırda mümkün olmadığını nəzərə alaraq onun anasının himayəsində saxlanılmasını məqsədəmüvafiq hesab etmir. Bu baxımdan, məhkəmə hesab edir ki, uşağın mənafeyi, onun atasına bağlılığı, yaşı və faktiki olaraq atası ilə yaşaması, anası ilə birlikdə yaşayan bacısı xx.xx.2007-ci il təvəllüdlü X14 ilə görüşməsi, ünsiyyətdə olmasına hər hansı maneə yaradılmamasını, nəzərə alınmaqla, xx.xx.2010-cu il təvəllüdlü X8 iddiaçının (atanın) yanında saxlanılmasının müəyyən edilməsi (onun himayəsində qalması) təmin olunmalıdır. Məhkəmə iddia tələbinin «alimentin tutulması» hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsaslıdır, təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib, cavabdehin uşağa görə 170 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün əmək qabiliyyətli olmasını, habelə yetkilik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alaraq, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia aliment tələbi ilə bağlı hissədə təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalı, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2020-ci il tarixdən etibarən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Kərim oğlunun Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X15 atası İddiaçı Kərim oğlunun himayəsinə verilsin. xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı Kərim oğlunun xeyrinə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Aliment məbləği xx.xx.2020-ci il tarixdən hesablansın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-166/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-166/2021
18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver