Məhkəmə qərarları › İş №2(005)-1673/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1673/2025

04.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1673/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdeh X1rşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh X9 Liseyi arasında bağlanılmış 08 avqust 2024-cü il tarixli təhsil xidmətləri barədə müqavilənin etibarsız sayılması, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək X2 təhsil alması nəzərə alınaraq, həmin müddət üçün təhsil xərcləri hesablanaraq, ödənilmiş 2000 manat məbləğindən çıxılaraq, yerdə qalan məbləğin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 08 avqust 2024-cü il tarixində İddiaçı ilə cavabdeh X9 Liseyi arasında iddiaçının qızı X2 təhsil alması üçün təhsil xidmətləri barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə X2 X9 Liseyində təhsil alması nəzərdə tutulmuşdur. Elə həmin gün tərəfindən 2000 manat məbləğində təhsil haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Ete X3 Dünyası Atatürk Liseyində təhsil almışdır. Lakin, tərəfindən xx.xx.2024-cü il tarixində X9 Liseyinə ərizə ünvanlayaraq X2 təhsilini həmin təhsil müəssəsində üzürlü səbəbdən davam etdirə bilməyəcəyi lisey rəhbərliyinə bildirilmiş və təhsil aldığı 2 ay istisna olmaqla ödənişin qalıq məbləğinin qaytarılması xahiş edilmişdir. Lakin bu günə kimi ərizəsi cavablandırılmamış və ödənilmiş məbləğin qaytarılması təmin olunmamışdır. Liseyin nümayəndəsi ilə danışdıqdan sonra ona şifahi qaydada bildirildi ki, ödənilmiş təhsil haqqı qaytarılmayacaq. Cavabdeh xx.xx.2024-cü il tarixli təhsil xidmətləri barədə müqavilənin 5.5.2-ci maddəsinə istinad edir. Həmin maddədə isə qeyd olunur ki, təhsilalan cari ilin 01 sentyabrından sonra ‘Lisey” ilə bağlanmış müqaviləyə xitam verərsə, cari il üçün ödənilmiş təhsil haqqı məbləği geri qaytarılmır. xx.xx.2024-cü il tarixli təhsil xidmətləri barədə müqavilə etibarsız hesab edilməli, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək X2 təhsil alması nəzərə alınaraq, həmin müddət üçün təhsil xərcləri hesablanmalı, yerdə qalan məbləğ isə iddiaçıya qaytarılmalıdır. Çünki, cavabdeh hərəkəti ilə əqddən sui-istifadə edir. Bu isə əqdin vicdanlılıq prinsipinə ziddir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir. İddiaçı həm cavabdehlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həm də ödənilmiş təhsil xərcindən qalan məbləğin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı tərəfindən tələb edilən pulun məbləğinə uyğun olaraq 40 manat dövlət rüsumu ödənilmişdir. Halbuki müqavilənin etibarsız hesab edilməsi tələbi qiymətləndirilməyən iddialara aid olmaqla, bu cür iddia ərizələrinə görə 100 manat məbləğində rüsum ödənilməlidir. O da qeyd edilməlidir ki, hazırki iş üzrə qiymətləndirilməyən iddiaya görə ödənilən rüsum qiymətləndirilən iddiaya görə ödənilmiş rüsumdan çox olduğundan, iş üzrə ödənilməli olan rüsum 100 manat məbləğlə əhatə olunur. Göründüyü kimi, hazırki iddia tələbi üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3 və 152.4-cü maddələrinə uyğun olaraq iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1rşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul rüsum ödəyicisi İddiaçı (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) geri qaytarılsın. İddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar