Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1679/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair ilk, İddiaçı1 və İddiaçı2 "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair virləşdirilmiş iş üzrə iddia ərizələrinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin və birləşdirilmiş iş üzrə üçüncü şəxs “Rabitəbank" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ("xxxx" ASC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair ilk, İddiaçı1 və İddiaçı2 "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizələri üzrə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları: Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli 44/01 saylı hərracın yekunları barədə protokola əsasən,İddiaçı1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ilkin hərrac qiyməti 485 000,00 manat,təkrar hərracdakı ilkin satış qiyməti 412 250,000 manat müəyyən edilmişdir.İpoteka predmeti olan həmin mənzilin satış qiyməti 309 187,50 manat müəyyən edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsaəsn,İddiaçı1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın satış qiyməti 309 187,50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin adına xx.xx.2021-ci il tarixdə adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə əsasən, İddiaçı1 ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı "xxxx" ASC-nin tam mülkiyyətinə verməyi, "xxxx" ASC isə həmin daşınmaz əmlakın dəyəri olan 103.593,75 (yüz üç min beş yüz doxsan üç manat, 75 qəpik) manat məbləği tam ödəməyi öz öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ,11/01 saylı Hərracın yekunları barədə protokola əsasən,”Daşınar Və Daşınmaz Əmlakın Satışı Üzrə Hərac Mərkəzi “Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən hərracda İddiaçı1 məxsus Bakı şəhəri,Yasamal rayonu,Məmməd Rahim küçəsində yerləşən 20 saylı evin 52 saylı mənzilin ilkin hərrac qiyməti 162 500 manat,təkrar hərracdakı satış qiyməti 138,125 manat, mənzilin satış qiyməti isə 103 593,75 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən,ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2021-ci tarixdən "xxxx" ASC-nin tam mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə əsasən,İddiaçı2 ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı "xxxx" ASC-nin tam mülkiyyətinə verməyi, "xxxx" ASC isə daşınmaz əmlakı qəbul edib dəyəri olan 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manat məbləği tam ödəməyi öz öhdəsinə götürür. 18 noyabr 2022-ci il tarixli,65/01 nömrəli hərracın yekunları barədə protokola əsasən,”Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təşkil edilən hərracda İddiaçı2 məxsus Bakı şəhəri,Səbail rayonu,Həsən Əliyev küçəsi,ev 28 ünvanında yerləşən 20 saylı mənzilin ilkin hərrac qiyməti-210 000 manat, təkrar hərracdakı satış qiyməti 178 500 manatı ,mənzilin satış qiyməti isə 133 875 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdən tam mülkiyyətindədir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı1 cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ("xxxx" ASC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı X9" MMC-nin 44/01 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" hərrac protokolunun, həmin protokol əsasında 21 may 2021-ci il tarixli “İpotoka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin və hərracın nəticələlərinin edibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sifarişçi "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, RB-02/4683 saylı məktubuna əsasən İddiaçı1 mülkiyyətində olan Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzilin satılması məqsədilə hərrac keçirilmiş və buna dair 44/01 saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair’ hərrac protokolu, həmin protokol əsasında 21 may 2021-ci il tarixli “İpotoka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə tərtib edilmişdir.Həmin protokol və müqavilə əsasında İddiaçı1 məxsus olan Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzili “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42 və 43-cü maddəsinə və əsasən 309187,50 manat (üç yüz doqquz min yüz səksən yeddi manat əlli qəpik) məbləğinə "xxxx" ASC-yə satılmışdır.Bildirilir ki, onların həmin əmlaka dair hərracın keçirilməsi ilə bağlı məlumatı yalnız iddiaçı mənzilin boşaldılmasına dair cavabdeh tərəfindən məhkəməyə müraciət edildikdən sonra məlumat əldə etmişdirlər.Qeyd edilir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan hərracın keçirilməsi və hüquqi nəticələri etibarsız hesab olunmalıdır. Birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı X9" MMC-nin 65/01 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" hərrac protokolunun, həmin protokol əsasında 18 noyabr 2022-ci il tarixli “İpotoka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin və hərracın nəticələlərinin edibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sifarişçi "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, RB-02/PK-5929 saylı məktubuna əsasən İddiaçı2 mülkiyyətində olan Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 28 saylı evin 20 saylı mənzilin satılması məqsədilə hərrac keçirilmiş və buna dair 65/01 saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” hərrac protokolu, həmin protokol əsasında 18 noyabr 2022-ci il tarixli “İpotoka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə tərtib edilmişdir.Həmin protokol və müqavilə əsasında İddiaçı2 məxsus olan Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 28 saylı evin 20 saylı mənzili “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42 və 43-cü maddəsinə və əsasən 133875 manat (yüz otuz üç min səkkiz yüz yetmiş beş manat) məbləğinə "xxxx" ASC-yə satılmışdır.Bildirilir ki, onların həmin əmlaka dair hərracın keçirilməsi ilə bağlı məlumatı yalnız iddiaçı mənzilin boşaldılmasına dair cavabdeh tərəfindən məhkəməyə müraciət edildikdən sonra məlumat əldə etmişdirlər.Qeyd edilir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan hərracın keçirilməsi və hüquqi nəticələri etibarsız hesab olunmalıdır. Birləşdirilmiş iş üzrə İddiaçı1 cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ("xxxx" ASC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı X9" MMC-nin 11/01 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" hərrac protokolunun, həmin protokol əsasında 11 fevral 2021-ci il tarixli “İpotoka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin və hərracın nəticələlərinin edibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sifarişçi "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, RB-02/5058 saylı məktubuna əsasən İddiaçı1 mülkiyyətində olan Yasamal rayonu, Məmməd Rahim küçəsi,ev 20 ünvanında yerləşən 52 nömrəli mənzilin satılması məqsədilə hərrac keçirilmiş və buna dair 44/01 saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair’ hərrac protokolu, həmin protokol əsasında 11 fevral 2021-ci il tarixli “İpotoka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə tərtib edilmişdir.Həmin protokol və müqavilə əsasında İddiaçı1 məxsus olan Yasamal rayonu, Məmməd Rahim küçəsi,ev 20 ünvanında yerləşən 52 nömrəli mənzili “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42 və 43-cü maddəsinə və əsasən 103 593,75 manat (yüz üç min beş yüz doxsan üç manat yetmiş beş qpik) məbləğinə "xxxx" ASC-yə satılmışdır. Bildirilir ki, onların həmin əmlaka dair hərracın keçirilməsi ilə bağlı məlumatı yalnız iddiaçı mənzilin boşaldılmasına dair cavabdeh tərəfindən məhkəməyə müraciət edildikdən sonra məlumat əldə etmişdirlər.Qeyd edilir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan hərracın keçirilməsi və hüquqi nəticələri etibarsız hesab olunmalıdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən ilkin və birləşdirilmiş iş üzrə üçüncü şəxs “Rabitəbank" ASC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçılar ilə 2024-cü il tarixində barışıq sazişi bağlanılıb və bu barədə məlumatları olub. İcra sənədi icra olunmadığı üçün mənzillərin satılması üçün hərraca çıxarılıb. İddiaçılar əmlakın satılmasında könüllü şəkildə iradə ifadəsi olub. İddia ərizəsinin formal xarakterli olduğunu, yalnız cavabdehin “mənzildən çıxarılma” tələbi ilə məhkəməə müraciət etdikdən sonra vaxt qazanmaq, işi uzandırmaq məqsədilə belə bir iddia tələbi ilə çıxış etdiklərini bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər tərəflərə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. Lakin, iddiaçıların nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq,məhkəmə çıxışı əlavə edərək, məhkəmə iclasında iştirakının olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə AR MPM 185-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron kabinet vasitəsi ilə yerləşdirilən məhkəmə çıxışnda qeyd edilir ki, sözügedən mənzillərin satılmasına dair hərraclar 2021 və 2022-ci illərdə həyata keçirilmişdir. Həmin dövrdə qüvvədə olan İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 42 və 43-cü maddələri hərracların keçirilmə qaydasını birbaşa tənzimləyən normalar olmuşdur. Buna görə də, keçirilmiş hərraclar həmin maddələrin tələblərinə uyğun olaraq həyata keçirilməli idi. Həmin maddələrin tələblərinə əməl edilmədən keçirilmiş hərraclar isə qanunvericiliyin tələblərinə uyğun keçirilmiş hərrac olmamaqla etibarsız sayılmalıdır. Hesab edirik ki, məhkəmə də iddianın əsaslılığını araşdıran zaman hərracların keçirildiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutmaqla ədalətli qərar qəbul etməlidir. Hər üç mənzilə dair hərrac təşkilatçısı sifarişi aldığı gündən özünün rəsmi internet saytında elan dərc etdirməmişdir. Belə ki, hərrac təşkilatçısının ümumilikdə rəsmi internet saytı mövcud olmamışdır. Açıq hərracın keçirilməsinə dair 1 nömrəli bildiriş İddiaçı1 göndərilsə də, əmlakın mülkiyyətçisi İddiaçı2 göndərilməmişdir. Həmin bildirişin isə İddiaçı1 çatdırılması ilə bağlı heç bir poçt sənədi mövcud olmamışdır. Nəzərə alınması zəruridir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində hərracın keçirilməsinin etibarlı hesab oluna bilməsi üçün əsas şərtlər toplusuna hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirilməsi və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi əks olunmuşdur. Lakin qeyd edilən hallara hərrac təşkilatı tərəfindən riayət edilməmişdir ki, bu zaman iddiaçılar qanunvericilikdə nəzərdə tutulmuş iştirak hüququndan məhrum olmaqla barəbər hərracın yeri və vaxtı, keçirilmə forması barədə məlumatlı olmaq hüququndan da birtərəfli qaydada məhrum olmuşdur. Mülki işin materialları - xx.xx.2022-ci il tarixli Razılaşma müqaviləsinin surətindən görünür ki, Borc alan kimi İddiaçı1,müqavilənin 1-ci bəndinə əsasən onunla "xxxx" ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli RB/FS-3953 nömrəli Baş kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 15.09.202-ci il tarixinə 320685.1 (üç yüz iyirmi min altı yüz səksən beş ABŞ dolları on sent) ABŞ dolları məbləğində əsas kredit borcu,47758,76 9 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faiz borcu,90000 ABŞ (doxsan min ABŞ dolları) dolları cəmi borcu olmaqla,cəmi 458443,86 9 (dörd yüz əlli səkkiz min dörd yüz qırx üç ABŞ dolları səksən altı sent) ABŞ dolları məbləğində borcunun olmasını qəbul edir.Həmin borcun ödənilməsini ipotekaqoyan kimi İddiaçı2 “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 36.2.3-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın notariat qaydasında təsdiqlənmiş razılaşma əsasında yönəldilməsinə razılığını bildirir.Müqavilənin 2-ci bəndinə əsasən ipoteka predmeti-İpotekaqoyan kimi İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri,Səbail rayonu,Həsən Seyidbəyli küçəsi,ev 28 ünvanında yerləşən 91.4 kv.m ümumi sahədən ibarət 20 nömrəli mənzildən ,ipoteka saxlayan kimi "xxxx" ASC və İpoteka qoyan kimi İddiaçı1 razılaşırlar ki,ipoteka predmetleərinin ilkin satış qiymətləri,yəni hərrac təşkilatına çıxarılacaq ilkin satış qiyməti Bakı şəhəri,Səbail rayonu,Həsən Seydibəyli küçəsi,ev 28 ünvanında yerləşən 91.4 kv.m ümumi sahədən ibarət 20 nömrəli mənzil üçün 210000 (iki yüz on min) manat,Müqavilənin 6-ci bəndinə əsasən İpoteka qoyan kimi İddiaçı2 və “ipoteka saxlayan”-"xxxx" ASC razılaşırlar ki,ipoteka predmetinin satış üsulu- “İpoteka haqqında” Azərbaycan Respublikası qanuna uyğun olaraq açıq auksion formasında olan hərrac vasitəsi ilə həyata keçirilməlidir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin adına xx.xx.2021-ci il tarixdə adına qeydiyyata alınmışdır. - "xxxx" ASC İdarə Heyəti iclasının xx.xx.2021-ci il tarixli, 17 saylı protokolundan Çıxarışdan görünür ki, Ağcabədi filialının müştərisi X2 xx.xx.2013-cü il tarixli, RB/AB5074 saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin təminatı olan və Bankın mülkiyyətinə alınmış ünvan 7 ünvanında yerləşən 1 saylı mənzil 11000 (on bir min) (18% ƏDV daxil) AZN dəyərində satılması ,Baş Ofisin müştərisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2018-ci il tarixli,rb/km 1163 saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi girov götürülmüş Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzil 309 187,5 AZN dəyəri ilə Bankın mülkiyyətinə alınması qərara alınmışdır. - xx.xx.2022-ci il tarxili Razılaşma müqaviləsindən görünür ki, borcalan "xxxx" MMC, onun adından çıxış edən İddiaçı1 "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Baş Kredit müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixinə 960.380,03 (doqquz yüz altmış min üç yüz səksən, 03) ABŞ dolları məbləğində əsas kredit borcu, 140.192,49 (yüz qırx min yüz doxsan iki, 49) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faiz borcu,cəmi 1.100.572,52 (bir milyon yüz min beş yüz yetmiş iki,52) ABŞ dolları məbləğində borcunun olmasını qəbul etmişdir. İpoteka qoyan kimi İddiaçı1 həmin borcun ödənilməsini “İpoteka haqqında” AR Qanununun 36.2.3-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın notariat qaydasında təsdiqlənmiş razılaşma əsasında yönəldilməsinə razılığını bildirmişdir.Müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka saxlayan "xxxx" ASC və ipoteka qoyan İddiaçı1 hərrac təşkilatına çıxarılacaq Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67 ünvanında yerləşən 89,8 kv.m ümumi sahədən ibarət, 3 otaqlı, 16 nömrəli mənzilinilkin satış qiymətinin 485 000 manat olması barədə razılaşırlar.Müqavilənin 4-cü bəndinə əsasən borc alan kimi "xxxx" MMC Baş Kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 1 100 572,52 ABŞ dolları məbləği ödəməyi öhdəsinə götürür.Müqavilənin 6-cı bəndinə əsasən ipoteka qoyan İddiaçı1 və ipoteka saxlayan "xxxx" ASC ipoteka predmetinin satış üsulu kimi açıq auksion formada hərracın keçirilməsi barədə razılaşırlar. Müqavilənin 8-ci bəndinə əsasən İddiaçı1 mülkiyyətindəki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67 ünvanında yerləşən 89,8 kv.m ümumi sahədən ibarət, 3 otaqlı, 16 nömrəli mənzilin satışından əldə olunan vəsaiti bütünlüklə "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2018ci il tarixli rb/km 1163 saylı Baş Kredit Müqaviləsi üzrə borcun ödənilməsinə yönəldiləcəkdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2021-ci tarixdən "xxxx" ASC-nin tam mülkiyyətindədir. - "xxxx" ASC İdarə Heyəti iclasının xx.xx.2021-ci il tarixli, 11 saylı protokolundan Çıxarışdan görünür ki, Baş Ofisin müştərisi "xxxx" MMC-yə xx.xx.2018-ci il tarixli, rb/km- 1163 saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi girov götürülmüş ünvan 2 ünvanında yerləşən mənzil 103.593,75 (yüz üç milyon beş yüz doxsan üç min,75) AZN dəyəri ilə Bankın mülkiyyətinə alınsın və mülkiyyəti təsdiq edən dövlət reyestrindən Çıxarış əldə edildiyi gün hərrac protokolunda müəyyən olan qiymətə əsasən balansa uçota götürülməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli Razılaşma müqaviləsindən görünür ki, borcalan "xxxx" MMC, onun adından çıxış edən İddiaçı1 "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Baş Kredit müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixinə 960.380,03 (doqquz yüz altmış min üç yüz səksən, 03) ABŞ dolları məbləğində əsas kredit borcu, 140.192,49 (yüz qırx min yüz doxsan iki, 49) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faiz borcu, cəmi 1.100.572,52 (bir milyon yüz min beş yüz yetmiş iki,52) ABŞ dolları məbləğində borcunun olmasını qəbul etmişdir. İpoteka qoyan kimi İddiaçı1 həmin borcun ödənilməsini “İpoteka haqqında” AR Qanununun 36.2.3-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın notariat qaydasında təsdiqlənmiş razılaşma əsasında yönəldilməsinə razılığını bildirmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka saxlayan "xxxx" ASC və ipoteka qoyan İddiaçı1 hərrac təşkilatına çıxarılacaq Bakı şəhəri,Yasamal rayonu,Məmməd Rahim küçəsi,ev 20 ünvanında yerləşən 77.8 kv.m ümumi 52,0 kv.m yaşayış 25.8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı,52 nömrəli mənzil ilkin satış qiymətinin 162 500 manat olması barədə razılaşırlar.Müqavilənin 4-cü bəndinə əsasən borc alan kimi "xxxx" MMC Baş Kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 1 100 572,52 ABŞ dolları məbləği ödəməyi öhdəsinə götürür.Müqavilənin 6-cı bəndinə əsasən ipoteka qoyan İddiaçı1 və ipoteka saxlayan "xxxx" ASC ipoteka predmetinin satış üsulu kimi açıq auksion formada hərracın keçirilməsi barədə razılaşırlar. Müqavilənin 8-ci bəndinə əsasən İddiaçı1 mülkiyyətindəki, Bakı şəhəri,Yasamal rayonu,Məmməd Rahim küçəsi,ev 20 ünvanında yerləşən 77.8 kv.m ümumi 52,0 kv.m yaşayış 25.8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı,52 nömrəli mənzilin satışından əldə olunan vəsaiti bütünlüklə "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2018ci il tarixli rb/km 1163 saylı Baş Kredit Müqaviləsi üzrə borcun ödənilməsinə yönəldiləcəkdir. - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ilkin hərrac qiyməti 485 000,00 manat,təkrar hərracdakı ilkin satış qiyməti 412 250,000 manat müəyyən edilmişdir.İpoteka predmeti olan həmin mənzilin satış qiyməti 309 187,50 manat müəyyən edilmişdir. - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın satış qiyməti 309 187,50 manat müəyyən edilmişdir. - xx.xx.2019-cu il tarixli İpoteka Müqaviləsindən görünür ki, "xxxx" ASC (ipoteka saxlayan), İddiaçı2 (ipoteka qoyan) və İddiaçı1 (borc alan) arasında bağlanmış ipoteka müqaviləsi üzrə İddiaçı2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri,Səbail rayonu,Həsən Seydibəyli küçəsi,ev 28 ünvanında yerləşən 91.4 kv.m ümumi sahədən ibarət olan 20 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş,qiymətləndirici tərəfindən 210 000 manat məbləğində qiymətləndirilmişdir. - "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, rb/km-1163 saylı Baş Kredit Müqaviləsindən görünür ki, Müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə kedit bir dəfə və ay hissə-hissə verilir.Kreditin ilk dəfə verilən məbləği 961050 ABŞ dollarından çox olmamalıdır.Müqavilənin 2.3-cü bəndinə əsasən kredit 12 ay müddətinə verilir.Müqavilənin 2.4-cü bəndinə əsasən kreditə görə illik 5% faizi haqq hesablanır.Müqavilə üzrəfaktiki illik faiz dərəcəsi 5 % təşkil edir. - xx.xx.2018-ci il tarixli X1 görünür ki, "xxxx" ASC (ipoteka saxlayan) və İddiaçı1 (ipoteka qoyan-borc alan) arasında ipoteka müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən İddiaçı1 məxsus olan Bakı şəhəri,Yasamal rayonu,Məmməd Rahim küçəsi,ev 20 ünvanında yerləşən 77.8 kv.m ümumi 52,0 kv.m yaşayış 25.8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı,52 nömrəli mənzil ipoteka yüklü edilmiş ,11 800 000 manat məbləğində qiymətləndirilmişdir. - "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, rb/fs-3938 saylı Baş Kredit Müqaviləsindən görünür ki,müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə kedit bir dəfə və ay hissə-hissə verilir.Kreditin ilk dəfə verilən məbləği ******* ABŞ dollarından çox olmamalıdır.Müqavilənin 2.3-cü bəndinə əsasən kredit 12 ay müddətinə verilir.Müqavilənin 2.4-cü bəndinə əsasən kreditə görə illik 5% faizi haqq hesablanır.Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 5 % təşkil edir. - "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, rb/km-1164 saylı Baş Kredit Müqaviləsindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X4 şəxsində və "xxxx" MMC, onun adından çıxış edən direktoru İddiaçı1 şəxsində müqaviləni göstərilən şərtlərlə bağlamışlar. Müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə kedit bir dəfə və ay hissə-hissə verilir.Kreditin ilk dəfə verilən məbləği ******* ABŞ dollarından çox olmamalıdır.Müqavilənin 2.3-cü bəndinə əsasən kredit 12 ay müddətinə verilir.Müqavilənin 2.4-cü bəndinə əsasən kreditə görə illik 5% faizi haqq hesablanır.Müqavilə üzrəfaktiki illik faiz dərəcəsi 5 % təşkil edir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdən tam mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilədən görünür ki, İddiaçı2 ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı "xxxx" ASC-nin tam mülkiyyətinə verməyi, "xxxx" ASC isə daşınmaz əmlakı qəbul edib dəyəri olan 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manat məbləği tam ödəməyi öz öhdəsinə götürür. - 18 noyabr 2022-ci il tarixli,65/01 nömrəli hərracın yekunları barədə protokoldan görünür ki,”Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təşkil edilən hərracda İddiaçı2 məxsus Bakı şəhəri,Səbail rayonu,Həsən Əliyev küçəsi,ev 28 ünvanında yerləşən 20 saylı mənzilin ilkin hərrac qiyməti-210 000 manat, təkrar hərracdakı satış qiyməti 178 500 manatı ,mənzilin satış qiyməti isə 133 875 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilədən görünür ki, İddiaçı1 ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı "xxxx" ASC-nin tam mülkiyyətinə verməyi, "xxxx" ASC isə həmin daşınmaz əmlakın dəyəri olan 103.593,75 (yüz üç min beş yüz doxsan üç manat, 75 qəpik) manat məbləği tam ödəməyi öz öhdəsinə götürür. - xx.xx.2021-ci il tarixli ,11/01 saylı Hərracın yekunları barədə protokoldan görünür ki,”Daşınar Və Daşınmaz Əmlakın Satışı Üzrə Hərac Mərkəzi “Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən hərracda İddiaçı1 məxsus Bakı şəhəri,Yasamal rayonu,Məmməd Rahim küçəsində yerləşən 20 saylı evin 52 saylı mənzilin ilkin hərrac qiyməti 162 500 manat,təkrar hərracdakı satış qiyməti 138,125 manat,mənzilin satış qiyməti isə 103 593,75 manat müəyyən edilmişdir. - Açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 28 ünvanında yerləşən 20 nömrəli mənzilin açıq auksion formasında ilkin satış qiyməti 210000 (iki yüz on min) manat olmaqla hərracı təşkil olunmuşdur. - Açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 28 ünvanında yerləşən 20 nömrəli mənzilin təkrar hərracdakı satış qiyməti 210000-15%=178500 (yüz yetmiş səkkiz min beş yüz) manat olmaqla hərracı təşkil olunmuşdur. - İpoteka predmetinin əldə olunmasına dair Təklifdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 28 ünvanında yerləşən 20 nömrəli mənzilin təkrar hərracının baş tutması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmiş, ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 133875 (yüz otuz üç min səkkiz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. - Açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, ev 20 ünvanında yerləşən 77.8 kv.m ümumi, 52.0 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 52 nömrəli mənzilin ilkin satış qiyməti 162500 (yüz altmış iki min beş yüz) manat olmaqla hərracı təşkil olunmuşdur. - Açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, ev 20 ünvanında yerləşən 77.8 kv.m ümumi, 52.0 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 52 nömrəli mənzilin ilkin satış qiymətindən 15% aşağı olmaqla 138125 (yüz otuz səkkiz min yüz iyirmi beş) manat olmaqla hərracı təşkil olunmuşdur. - xx.xx.2021-ci il tarixli "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış İpoteka predmetinin əldə olunmasına dair Təklifdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, ev 20 ünvanında yerləşən 77.8 kv.m ümumi, 52.0 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 52 nömrəli mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmiş, ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 103593,75 (yüz üç min beş yüz doxsan üç manat, 75 qəpik) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. - Açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67 ünvanında yerləşən 89,8 kv.m ümumi sahədən ibarət, 3 otaqlı, 16 nömrəli mənzilin ilkin satış qiyməti 485000 (dörd yüz səksən beş min) manat olmaqla hərracı təşkil olunmuşdur. - Açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67 ünvanında yerləşən 89,8 kv.m ümumi sahədən ibarət, 3 otaqlı, 16 nömrəli mənzilin ilkin satış qiymətindən 15% aşağı olmaqla 412250 (dörd yüz on iki min iki yüz əlli) manat olmaqla hərracı təşkil olunmuşdur. - İpoteka predmetinin əldə olunmasına dair Təklifdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67 ünvanında yerləşən 89,8 kv.m ümumi sahədən ibarət, 3 otaqlı, 16 nömrəli mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmiş, ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 309187,50 (üç yüz doqquz min yüz səksən yeddi manat, 50 qəpik) manat olmaqla ipoteka saxlayana təklif olunur. - Ödəniş qəbzindən görünür ki, iddiaçı 100 (yüz) manat dövlət rüsumu məbləğini ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-269.2-ci maddə. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-cü maddə. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddə. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 311.2-ci maddə. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 317.1-ci maddə. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddə. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci maddə. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 354.1-ci maddə. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddə. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 416-cı maddə. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 421.1-421.2-ci maddə. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddə. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 43.5-ci maddə. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 44-cü maddə. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 46.1-ci maddə. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun : 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddə. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddə. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2-ci maddə. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddə. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır İşə baxan məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri,Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzil, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 28 saylı evin 20 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, ev 20 ünvanında yerləşən 52 nömrəli mənzilin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Mülki işin materiallarında olan FM Express məktub və bağlama daşınması xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022 qəbzin talonundan görünür ki, həm İddiaçı1, həm İddiaçı2 ünvan 9 ünvanında yerləşən 20 nömrəli mənzilə dair hərrac haqqında bildirişlər, təklif məktubları göndərilmiş, bunlardan bəziləri “İddiaçı1” imzası ilə qəbul edilmiş, bəziləri “ünvan bağlıdır” qeydi ilə çatdırılmamışdır. Eyni zamanda həmin mənzilə dair hərrac barədə elan Birja yenilikləri qəzetinin 27 sentyabr və 25 oktyabr 2022-ci il tarixli buraxılışlarında dərc olunmuşdur. FM Express məktub və bağlama daşınması xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli, xx.xx.2022 qəbzlərin talonundan görünür ki, həm İddiaçı1, həm İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 67 saylı evin 16 saylı mənzilə dair hərrac haqqında bildirişlər, təklif məktubları göndərilmiş, bunlar “Mədətova Nəzrin”, “Alıyev” imzası ilə qəbul edilmişdir. Eyni zamanda həmin mənzilə dair hərrac barədə elan Birja yenilikləri qəzetinin 01 mart və 13 aprel 2021-ci il tarixli buraxılışlarında dərc olunmuşdur. FM Express məktub və bağlama daşınması xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli qəbzlərin talonundan görünür ki, həm İddiaçı1, həm İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsində yerləşən, 20 saylı evin 52 saylı mənzilə dair hərrac haqqında bildirişlər, təklif məktubları göndərilmiş, bunlar “Mədətova Nəzrin”, “Mədətov” imzası ilə qəbul edilmişdir. Eyni zamanda həmin mənzilə dair hərracın baş tutumaması barədə elan Birja yenilikləri qəzetinin 19 yanvar 2021-ci il tarixli buraxılışlarında dərc olunmuşdur. Hərraclar baş tutmadığından, ipoteka predmeti ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmiş və sonuncu tərəfindən təklif qəbul edilərək, əldə etmişdir. Hazırda iddiaçılar hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək, “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə” protokolun, hərracın nəticələrinin etibarsız hesab edilməsi, tələb edir. Belə ki, hərracın keçirilməsi zamanı qüvvədə olan “İpoteka haqqında” Qanunun 36.1ci maddəsinin yeni redaksiyasına əsasən - ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış fərdi yaşayış evinin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin fərdi yaşayış evini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin fərdi yaşayış evini hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edirdi. Çünki hərrac təşkilatı mümkün olan bütün üsullarla - hər iki hərracın yeri və vaxtı barədə həm bildiriş göndərməklə, həm də kütləvi informasiya vasitəsində elan verməklə hərraca dəvət edilməli olan şəxsləri məlumatlandırmış hesab edilir. Hərracın nəticələrinin icra edilməsinə mane olan yuxarıda qeyd edilən hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur. Göründüyü kimi, qanunverici ipoteka saxlayanın bildirişin çatdırılması vəzifəsini deyil, sifarişli poçt göndərişi (məktubu) ilə göndərməsini və göndərildikdən 5 gün sonra çatdırılmış hesab edildiyini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bakı şəhəri,Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzil, Bakı şəhəri,Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 28 saylı evin 20 saylı mənzil, Bakı şəhəri,Yasamal rayonu, Məmməd Rahim küçəsi,ev 20 ünvanında yerləşən 52 nömrəli mənzilin açıq hərracdan satılmasına dair hərrac təşkilatının “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları” barədə protokolların nəticəsinin etibarsız hesab edilməsinə dair hallar aşkar olmamaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri,Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzil, Bakı şəhəri,Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 28 saylı evin 20 saylı mənzil, Bakı şəhəri,Yasamal rayonu, Məmməd Rahim küçəsi,ev 20 ünvanında yerləşən 52 nömrəli mənzilin dair hərrac alıcı olmadığına görə baş tutmamışdır. Bundan sonra hərrac mərkəzi hərracda əmlak satılmadığına görə ipoteka saxlayan "xxxx" ASC-yə -yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri,Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzil, Bakı şəhəri,Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 28 saylı evin 20 saylı mənzil, Bakı şəhəri,Yasamal rayonu, Məmməd Rahim küçəsi,ev 20 ünvanında yerləşən 52 nömrəli mənzilləri açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçıların ünvanına göndərilmiş məktub iddiaçılar tərəfindən imza edilərək qəbul edilmişdir. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2016-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 25% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və məktub iddiaçılar tərəfindən imza edilərək qəbul edilmişdir. Hərracın keçirilməsi və nəticələri barədə məlumat “Birja yenilikləri” qəzetinin buraxılışlarında dərc edilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçıların iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzil, Bakı şəhəri,Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 28 saylı evin 20 saylı mənzil, ünvan 11 ünvanında yerləşən 52 nömrəli mənzillərin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hərracın keçirələcəyi barədə məlumatı özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitəsində elan dərc edilmişdir. Məhkəmə iddiaçının dəlillərini əsassız hesab edir. Məhkəmə onu da qeyd edir ki, hərracların keçirilməsindən uzun müddət müddət keçib. Belə olan təqdirdə iddiaçıların hərracların keçirilməsindən məlumatsız olması ağlabatan deyil. Məhkəmə onu da qeyd edir ki, hazırda əmlakın mülkiyyətçisi "xxxx" ASC olsa da, iddiaçı ona qarşı hər hansı iddia tələbi qaldırmamış, cavabdeh qismində əlb edilməsini xahiş etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmadığından iddia təmin edilə bilməz. İddia tələbi hərracın etibarsızlığı hissəsində təmin edilmədiyindən alqı satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi hissəsində də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin qalan hissələri ilə bağlı qeyd edir ki, prosessual qənaət prinsipi baxımından iddia tələbi hərracın yekunları barədə 44/01 saylı, 65/01 saylı, 11/01 saylı protokol etibarsız hesab edilmədiyindən iddia protokola əsaslanan alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi hissəsində də əlavə araşdırılma aparılmadan rədd edilməlidir. Gəldiyi qənaətin məntiqi davamı olaraq məhkəmə, iddia tələbini əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparmağa zərurət hesab etməyərək özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ("xxxx" ASC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair ilk, İddiaçı1 və İddiaçı2 "Daşınar və Daşınmaz Əmlakların Satışı X9" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin və birləşdirilmiş işlər üzrə iddia tələbləri təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1679/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1679/2025
09.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver