Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1685/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı2 İddiaçı1, onun nümayəndəsi X2 qızının, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 olmaqla) cavabdeh Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 olmaqla) cavabdeh Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 aprel 1986-cı ildə vəfat etmiş mərhum X9 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 556 saylı bağ sahəsi xüsusi mülkiyyət olmaqla daşınmaz əmlakın reyestrində **********6 nömrə ilə X10 adına tam pay olmaqla 07.09.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış 0.25 hektar torpaq sahəsinə mirasın faktiki qəbul edilməsi üçün müəyyən olunmuş müddətin bərpa edilməsi və həmin mirasa dair bərabər bölgü yəni 6/1 bölgü əsasında Kazımova (Quliyeva) Nazilə Abdulağa qızının vərəsəsi İddiaçı5, İddiaçı3, Kazımova (Əliyeva) Pikəxanım Əbdülağa qızına, İddiaçı2 Əbdülağa qızına, İddiaçı4 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X2 qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı5, cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 185-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı5 və cavabdehin nümayəndəsi iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırda iddiaçılar tərəfindən qaldırılmış iddia tələbi “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” əlaqədar olaraq qaldırılsa da əslində iddiaçıların niyyəti miras əmlaka dair mirasın qəbul edilməsini faktının müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. İddia ərizəsində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən Cavabdeh qismində göstərildiyindən, ərizə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Lakin iddia ərizəsində Cavabdeh göstərilməsinə baxmayaraq, ərizənin mahiyyəti hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsi, yəni mirasının qəbul edilmə faktının müəyyən edilib vərəsələr arasında bölünməsindən ibarətdir. Hal-hazırda məhkəmənin icraatında olan ərizədə Cavabdehna qarşı hər hansı vəzifənin qoyulması xahiş olunmamışdır. Qeyd edilənlər keçirilmiş məhkəmə iclaslarında iddiaçılar tərəfindən verilmiş izahatlar, həmçinin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Beləliklə, Cavabdehna qarşı hər-hansı tələbinin olmaması və iddiaçıların tələblərinin əsasını hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi təşkil etdiyindən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsi məqsədəmüvafiqdir. Belə ki, hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə, ərizəçinin olduğu yer üzrə məhkəmədə baxılır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 olmaqla) cavabdeh Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi ev 6 ünvanında, İddiaçı4 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi ev 6 ünvanında, İddiaçı5 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi ev 7 d ünvanında qeydiyyatda olduqları göstərilmişdir. Qeyd olunan ünvanlar Sabunçu rayon ərazisində yerləşir. Belə olan halda hazırda baxılan mülki iş aidiyyatı üzrə müvafiq məhkəməyə göndərilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi ev 6, İddiaçı4 ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi ev 6 ünvanında, İddiaçı5 ünvanı ünvan 6 ərazisində yerləşdiyindən həmin iddiaya Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 olmaqla) cavabdeh Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti rəsmi təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1685/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1685/2022
07.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver