Məhkəmə qərarları › İş №2(005)-170/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-170/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-170/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon İcra şöbəsinə qarşı (X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon İcra şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 dekabr 2020-ci il tarixli hərracın nəticələri haqqında 51/07 nömrəli protokolun və müqavilənin etibarsız hesab edilməsi və X9 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, dələduzluq cinayətinin qurbanı olmuşdur, Qeyd olunan iş üzrə hüquq mühafizə orqanlarına-polis və prokurorluğa müraciət edərək təqsirkarın cinayət məsuliyyətinə cəlb olunması istiqamətində araşdırma aparılmaqdadır. Belə ki, ailəsinin yeganə yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən mənzilin girovu müqabilində alınan pul vəsasitini dələduz mənimsəmişdir. Araşdırma zamanı sonradan ona məlum olmuşdur ki, Cinayət işinin araşdırılması ilə paralel borc verən şəxs -X10 50 saylı Notariat Kontorunun 8İ-8300 nömrəli xx.xx.2019-cu il tarixli icra qeydi alaraq işi Xətai rayon İcra şöbəsinə göndərtdirib. Xətai rayon icra şöbəsi də həmin işlə bağlı "xxxx" MMC-yə (bundan sonra ƏİHM MMC) əmlakın satılması ilə bağlı sifariş verib. Bundan əlavə xəbəri olmadan "xxxx" MMC (bundan sonra DDƏSUH MMC tərəfindən xx.xx.2020-ci il tarixli 51/07 saylı Hərracın yekunları barədə protokol əsasında X3 adına sənədləşdirilib. Bu necə ola bilər icra şöbəsi "xxxx" MMC-yə sifariş verib, amma hərracın protokolu Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən bağlanır, özü də ona məlumat və bildiriş göndərilmədən. Göründüyü kimi qanunsuzluq, özbaşnalıq nəticəsində yeganə yaşayış yeri olan mənzili, ona bildiriş göndərilmədən dəyərindən qat-qat ucuz qiymətə "xxxx" MMC tərəfindən qanunsuz olaraq satılmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsi tərəfindən X10 Bakı şəhəri, Nobel prti, ev 5, mənzil 45 ünvanındakı əmlaka mülkiyyət hüquqları qeydiyyata alınaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Hesab edir ki, Bakı şəhəri, Nobel pr-ti, ev 5, mənzil 45 ünvanındakı əmlak açıq hərracdan satılarkən “İpoteka haqqında" Qanunun tələbləri kobud şəkildə pozulmuşdur, ona görə də 51/07 nömrəli, 08 dekabr 2020-ci il tarixli protokollar və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilməlidir. Hərracın keçirilməsi barədə bildirişlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən ipoteka qoyana göndərilmədiyindən, hərrac qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla keçirilmişdir. Bu səbəbdən “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-yə qarşı xx.xx.2020-ci il tarixli 51/07 saylı Hərracın yekunları barədə protokolun etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə Nərimanov rayon Məhkəməsində iddia qaldırmaq məcburiyyətindədir. xx.xx.2023-cü il tarixdə İddiaçı vəkili Vəkil Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək 08 dekabr 2020-ci il tarixli hərracın nəticələri haqqında 51/07 nömrəli protokolun və müqavilənin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X11 izahatında bildirmişdir ki, hərracın keçirilməsi üçün əvvəlcə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə sifariş verilmişdir, daha sonra İcra şöbəsi və "xxxx" arasında olan müqavilələr dəyişdirildiyindən xx.xx.2020-ci ildə icra şöbəsi tərəfindən hərracın keçirilməsi məqsədilə "xxxx" MMC-yə sifariş məktubu göndərmişdirlər, hərrac ilə bağlı bütün məlumatlar – bildiriş və məktublar Xətai rayon icra şöbəsinə daxil olmuşdur, əmlaka dair iki dəfə hərrac keçirilmiş və üçüncü dəfə əmlakın 25% aşağı qiymətə tələbkara təklif olunması məzmunlu təklif məktubu göndərilmişdir, təklif məktubu göndərildikdən sonra tələbkar Reyhan Aslanova əmlakı 25% endirim ilə əldə etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və bunun üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər "xxxx" MMC və Xətai rayon İcra şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsin izahatını və şahid ifadələrini dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid xx.xx.1967-ci il təvəllüdlü X14 ifadəsində bildirmişdir ki, İddiaçı ilə 55 ildir eyni ərazidə yaşayırlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid xx.xx.1953-cü il təvəllüdlü X2 ifadəsində bildirmişdir ki, İddiaçı qonşusudur, daimi olaraq iddiaçı həmin ünvanda yaşamışdır, 2020-ci ildə iddiaçı öz qeydiyyat ünvanında yaşayıb, özü ünvanda 1 ildir ki yaşayır, lakin bildiyinə görə iddiaçı uzun müddətdir həmin ünvanda yaşayır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid xx.xx.1969-cu il təvəllüdlü X4 ifadəsində bildirmişdir ki, İddiaçı qonşusudur, özü 2003-cü ildən həmin ünvanda yaşayır, 29 oktyabr tarixli bildiriş göndərildiyi tarixdə iddiaçının evdə olub-olmaması yadında qalmasa da, iddiaçı uzun illərdir ki həmin ünvanda yaşayır, iddiaçının illərlə həmin ünvanda yaşamağını təsdiq edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid xx.xx.1991-ci il təvəllüdlü Şahid ifadəsində bildirmişdir ki, əmək müqaviləsi əsasında 3 ildir “FM Express” məktub və bağlama daşınması xidmətinin kuryer vəzifəsində işləyir, bildirişləri çatdırarkən vətəndaş evdə olmayan zaman evdə övladı və ya arvadı olarsa onlara təqdim edirlər, həmin ünvanda olmuşdur, oraya getmiş, məktub aparmışdır, qapını döyəndə soruşmuşdur ki, İddiaçı burada mı yaşayır, ona cavab vermişlər ki, bəli özü övladıdır və iddiaçı da o ünvanda yaşayır, daha sonra iddiaçının oğlundan atasının nömrəsini verməsini istəmiş, oğlu isə atasının işdə olduğunu, onun nömrəsini isə verə bilməyəcəyini bildirmişdir, iddiaçını şəxsən görməmişdir, vəzifəsi ondan ibarətdir ki, məktubu aidiyyəti ünvana çatdırsın, evdə olan vətəndaş özünü iddiaçının oğlu kimi təqdim etmişdir, həmin ünvana 3 dəfə məktub aparmışdır, iki dəfə özünü oğlu kimi təqdim edən Nicat Rzayev qəbul etmiş, üçüncü məktubu isə övladı Kərim Rzayev qəbul etmişdir, həmin ünvanın şəkillərini də çəkmişdir, belə ki, vətəndaş məktubu qəbul etmədikdə, gələcəkdə məhkəmə mübahisəsi olanda əllərində sübut olması üçün ünvanın şəklini çəkirlər, şəkillər iki dəfə Nicat Rzayevə, bir dəfə Kərim Rzayevə təqdim olunan zaman çəkilmişdir, Kərim Rzayev özünü iddiaçının oğlu kimi təqdim etmişdir, o, hündür boylu oğlan olmuşdur, lakin dəqiq yaşını bilmir, ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmiş, lakin o bundan imtina etmişdir, poçtla olan sənədləri ya günorta, ya da axşam saatlarında çatdırırlar, Nicat Rzayev tərəfindən qəbul edilmiş məktubları 15:00-16:00 radələrində çatdırmışdır, Kərim Rzayeva isə işdən sonra təqdim etmişdir, bildirişlərdə qəbul etmiş şəxsin qohumluq dərəcəsini qeyd etməmişdir, çünki buna icazələri yoxdur. Məhkəmə iclasında iştirak etmiş şahid xx.xx.1998-ci il təvəllüdlü X17 ifadəsində bildirmişdir ki, İddiaçı oğludur, hər hansı bir məktubu qəbul etməmişdir, qapıları yaşıl rəngdədir və qapının üzərində dini sözlər yazılıb. Məhkəmə iclasında iştirak etmiş şahid xx.xx.1995-ci il təvəllüdlü X18 ifadəsində bildirmişdir ki, İddiaçı doğma oğludur, poçt əməkdaşı tərəfindən hər hansı bildiriş təqdim edilməmişdir, heç bir bildirişi qəbul etməmişdir, qapıları yaşıl rəngdədir və qapının üzərində “Ayətül Kürsü” duasının sözləri yazılıb. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 2 xx.xx.2018-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ipoteka saxlayan X10 və ipoteka qoyan-borc alan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61.2 kv.m olan 3 otaqlı mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmetinin dəyəri onların razılığına əsasən 110000 məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 2 xx.xx.2019-cu il tarixdən X3 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti xx.xx.2019-cu il tarixidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə aparılmış İcra qeydinin surətindən görünür ki, Rəhmanov Kənan oğlu tərəfindən “Notariat haqqında” AR Qanunun 76-cı maddəsinə və “İpoteka haqqında” AR Qanunun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan X3 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan İddiaçı verilmiş çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61.2 kv.m olan mənzildən ibarət əmlaka tutma yönəldilməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, ünvan 6orunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu İddiaçı 10 gün müddətinə icra sənədinin könüllü icra etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 167510/2019-1-9 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Notariat Kontorunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, üzrsüz icra edilməsə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx/xx-167510/2019-9 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubundan görünür ki, ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC, X7 və İddiaçı ünvan 5 ünvanlayaraq, evin ilkin satış qiyməti 110000 manat olmaqla, ünvan 6orunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, İddiaçı adına olan ünvan 2 ünvanında ümumi sahəsi 61 kv.m olan mənzilin açıq hərracda satışını təşkil etmək xahiş olunmuşdur. İş materiallarında olan Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMCyə ünvanlanmış xx/xx-167510-9 saylı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 6orunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən borclu İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu, Nobel prospekti, 5 saylı evin, ümumi sahəsi 61 kv.m olan 45 saylı mənzilinin satışı ilə əlaqədar verilmiş sifarişləri dayandıraraq geri qaytarılması xahiş olunmuşdur. İş materiallarında olan Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx/xx-167510-9 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubundan görünür ki, "xxxx" MMC, X7 və İddiaçı ünvan 7 ünvanlayaraq, evin ilkin satış qiyməti 110000 manat olmaqla, ünvan 6orunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, İddiaçı adına olan ünvan 2 ünvanında ümumi sahəsi 61 kv.m olan mənzilin açıq hərracda satışını təşkil etmək xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 01/1239 nömrəli xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 5 saylı evin 45 saylı mənzilinə dair xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 8 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (01 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 01/1239 nömrəli xx.xx.2020-ci il tarixli bildirişinin göndərilməsi barədə qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, "xxxx" tərəfindən İddiaçı Bakı şəhəri, Ağ şəhər, Yaşıl Ada küçəsi – 1 ünvanına göndərilmiş bildiriş xx.xx.2020-ci il tarixdə “Nicat Rzayev” adlı şəxsə təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş 01/1641 nömrəli xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 5 saylı evin 45 saylı mənzilinə dair xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 8 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (02 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 01/1641 nömrəli xx.xx.2020-ci il tarixli bildirişinin göndərilməsi barədə ƏİV seriyalı 124259 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, "xxxx" tərəfindən İddiaçı ünvan 9 ünvanına göndərilmiş bildiriş “Kərim Rzayev” adlı şəxsə təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən X7 ünvanlanmış 01/1846 saylı xx.xx.2020-ci il tarixli təklif məktubundan görünür ki, Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx/xx-167510-9 saylı sifariş məktubuna əsasən borclu İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Nobel prospektində yerləşən 5 saylı evin 45 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş 01/1846 saylı xx.xx.2020-ci il tarixli məktubun göndərilməsi barədə ƏİV seriyalı 169330 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, "xxxx" tərəfindən İddiaçı ünvan 9 ünvanına xx.xx.2020-ci il tarixdə göndərilmiş məktub xx.xx.2020-ci il tarixdə “Nicat Rzayev” adlı şəxsə təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 51/07 nömrəli protokoldan görünür ki, Notariat Kontorunun 8i-8300 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsi və Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli sifariş məktubu əsasında, İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu, Nobel prospektində 5 saylı evin 45 saylı mənzilin 70125 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən X7 təqdim edilməsi hesab edilməsi və lazımi sənədlər tərtib edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 5 saylı evin 45 saylı mənzili 70125 manata satılması, alıcı - əldə edən tələbkar isə 7 təqvim günü ərzində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298-ci maddəsi və İcra haqqında Azərbaycan Respublikası qanunun 78 və 79-cu maddəsinə uyğun olaraq çəkilən xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 2 xx.xx.2021-ci il tarixdən X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin icra məmurları E.Bəşirli, T.Yusifli, hal şahidi O.Əlizadə, M.Əmirov, tələbkar R.Aslanova tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, mənzilin giriş qapısı borclu ilə psixoloji danışıqlardan sonra açıldı, daha sonra mənzilə baxış keçirildi və məhkəmə qərarı yenidən borclulara izah olundu. Bundan sonra mənzil boşaldılaraq tələbkara təhvil verildi. İcra prosesi zamanı heç bir qanunazidd hərəkətlər baş vermədi və mənzildə heç bir qızı-zinyət əşyaları aşkar olunmadı. Borclu İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********47 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 11 ünvanı 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 4Ə-1389 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş X10 və X12 arasında bağlanmış 26.07.202-ci il tarixli müqaviləyə əsasən, ünvan 11 ünvanında yerləşən mənzil 115000 manata X1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 2 xx.xx.2022-ci il tarixdən X6 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 27 fevral 2023-cü il tarixli 4/1658 №-li Ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 96-98-ci vərəqlərində yerləşən xx.xx.2020-ci il tarixli ƏİV seriyalı 169330 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin, xx.xx.2020-ci il tarixli ƏİV seriyalı nömrəsi görünməyən kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun və xx.xx.2020-ci il tarixli ƏİV seriyalı 124259 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun kserosurətlərində “Alıcı İmza:” qrafalarında əks olunmuş imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, ünvan 2 xx.xx.2018-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmuşdur, onunla X10 arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61.2 kv.m olan 3 otaqlı mənzilini X3 xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri onların razılığına əsasən 110000 məbləğində müəyyən edilmişdir. Notariat Kontorunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, ipoteka saxlayan X3 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61.2 kv.m olan mənzildən ibarət əmlaka tutma yönəldilməsi təklif edilmişdir. Həmin icra sənədinin icra edilməsi məqsədi ilə Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarı qəbul edilmiş, borclu İddiaçı 10 gün müddətinə icra sənədinin könüllü icra etməsinin təklif olunması qərara alınmışdır. Tələbin könüllü icra edilməsi ilə bağlı bildiriş tərəflərə göndərilmişdir. Borclu tərəfindən həmin bildirişdə göstərilən müddət ərzində tələb könüllü icra edilmədiyindən, icra şöbəsi tərəfindən ipoteka predmetinin hərracda satılması üçün hərrac təşkilatına xx/xx-167510-9 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu ünvanlanmışdır. Hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə hərrac təşkil olunmuş, lakin əmlak açıq hərracda satılmamışdır. Bundan sonra əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Bundan sonra hərrac təşkilatı tərəfindən ipoteka predmetinin tələbkara təklif edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 51/07 nömrəli protokol tərtib edilmiş və həmin iclasda ipoteka predmetinin tələbkara 70125 manata satılması qərara alınmışdır. Daha sonra hərrac təşkilatı ilə tələbkar X10 arasında xx.xx.2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanaraq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 5 saylı evin 45 saylı mənzilinin 70125 manata satılması və tələbkar tərəfindən icra sənədinin icra edilməsi üçün çəkilmiş xərclərin ödənilməsi razılaşdırılmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə həmin əmlaka dair tələbkar X3 tam mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bundan başqa həmin mənzil xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Hazırda iddiaçı keçirilmiş hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən əmlak satılarkən “İpoteka haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur, hərracın keçirilməsi barədə bildirişlər qanunvericiliklə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən ipoteka qoyana göndərilmədiyindən, hərrac qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla keçirilmişdir. Məhkəmə tərəfindən iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı onun yaşadığı ünvan üzrə göndərildiyi, iddiaçının qeyd olunan tarixlərdə həmin ünvanda yaşaması müəyyən olunmuşdur. Eyni zamanda hazırki tələb üzrə məhkəməyə ünvanlanmış iddia ərizəsində İddiaçı ünvanının ünvan 13açının yaşadığı ünvanında dəyişiklik olmamışdır və ipoteka predmetinin açıq hərracda satılması zamanı borcluya ünvanlanmış məktubların onun yaşadığı ünvan 14ndərilməsi də iş materiallarında olan bildirişlərlə öz təsdiqini tapmışdır. Odur ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana göndərilmiş bildirişlərin göndərildiyi halda onun ünvanda olmaması və ya bildirişin şəxsən onun tərəfindən alınmaması halı, hərrac təşkilatı tərəfindən edilmiş hər hansı pozuntu kimi qiymətləndirilməməlidir. Bundan başqa iddiaçı hərracın keçirilməsi zamanı "xxxx" tərəfindən pozuntulara yol verilməsini iddia edərək bu halı, icra şöbəsi tərəfindən hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilməsi, lakin protokolun "xxxx" tərəfindən bağlanması ilə əsaslandırmışdır. Məhkəmə qeyd olunan halla razılaşmayaraq məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktlara əsaslanaraq bildirir ki, Xətai rayon İcra şöbəsi tərəfindən ilkin olaraq xx/xx-167510/2019-9 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu ilə ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-dən ilkin satış qiyməti 110000 manat olmaqla, İddiaçı adına olan ünvan 2 ünvanında yerləşən mənzilin açıq hərracda satışını təşkil etmək xahiş olunsa da, daha sonra eyni icra şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2020ci il tarixli xx/xx-167510-9 saylı məktub ünvanlanaraq, mənzilin satışı ilə əlaqədar verilmiş sifarişlərin dayandırılaraq geri qaytarılması xahiş edilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən eyni tarixli sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət edilərək, əmlakın ilkin satış qiyməti 110000 manat olmaqla açıq hərracda satışını təşkil etmək xahiş olunmuşdur. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanuni və əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən, ev 5, mənzil 45 açıq hərracdan satılması "xxxx" tərəfindən hərrac qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddia tələbi rədd edildiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon İcra şöbəsinə qarşı (X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “08 dekabr 2020-ci il tarixli hərracın nəticələri haqqında 51/07 nömrəli protokolun və müqavilənin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon İcra şöbəsinə qarşı (X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “08 dekabr 2020-ci il tarixli hərracın nəticələri haqqında 51/07 nömrəli protokolun və müqavilənin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar