Məhkəmə qərarları › İş №2(005)-1714/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1714/2021

23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1714/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 8/447 saylı Qərarının ona məxsus olması, 2.3.8-ci bəndində adının Abdulle yazısının şəxsiyyətində olduğu kimi Əbdülağa oxunması barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 595 “D” saylı bağ sahəsi Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təssərüfatının İnkişafı və istismarı X7 sahəsindəki 205 nömrəli kooperativin orderi əsasında onun istifadəsinə ayrılmışdır. Həmin bağ sahəsi ərizəçiyə təhvil verildikdən sonra həmin bağ sahəsini daş hasara aldırmış və orada iki bağ evi tikdirmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 595 “D” saylı bağ sahəsinə qanuni qaydada hüquqlarını qeydə aldırmaq üçün cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********18 saylı cavab məktubu ilə tələbi təmin edilməmiş və səbəbi kimi guya idarənin arxivində eyni “BTK nəzdin də eyni nömrəli bağ sahəsinə dair digər şəxsi adına orderin mövcud olması, həmçinin Bakı XDS İK-nin xx.xx.1991-ci il tarixli sərəncamının arxiv nüsxəsində adının X3 kimi göstərilmişdir”. Lakin həmin cavabda digər şəxsin kim olması göstərilməmiş və bu faktı təsdiq edən heç bir sübut əlavə edilməmişdir. xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR MM-nin 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ qanun və müqavilə ilə sair hal nəzərdə tutulmayıbsa, verildiyi vaxtdan əmələ gəlir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 595 "D ” saylı bağ sahəsi ona 1991-ci ildə təhvil verilmiş və hal hazıra kimi onun istifadəsində və sahibliyindədir. xx xxxx 1991-ci il tarixli B/C saylı orderdə adı, soyadı və atasının adı şəxsiyyət vəsiqəsində olduğu kimi düzgün yazılmış, lakin Bakı şəhər XDS-nin İK-nin katibi başqa millətdən (Q.Parenski) olduğundan xx xxxx 1991-ci il tarixli B/C saylı orderin verilməsinə səbəb olmuş Bakı şəhər XDS-nin İK-nin xx xxxx 1991-ci il tarixli 8/447 saylı qərarında adı, atasının adı düz yazılsa da adı Əbdülağa əvəzinə “Abdulle” yazılmışdır. Bunu əsas gətirən cavabdeh ərizəni təmin etməmişdir. Ərizəçi hüquqi əhəmiyyət olan fakt kimi ərizə ilə Sabunçu rayon məhkəməsinə müraciət etmiş, lakin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Ərizənin baxılmamış saxlanılmasının səbəbi kimi fakta dair mübahisənin olmasına istinad edilmişdir. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırılmışdır. Bu səbəbdən Bakı şəhər X6 İcraiyyə Komitəsinin 8/447 saylı Qərarının 2.3.8-ci bəndində adının Abdulle yazısının şəxsiyyətində olduğu kimi Əbdülağa yazılması qeyri-mümkündür. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil Novruz oğlu ərizəsinin dəlillərinə uyğun şəkildə çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, onlar nümayəndələrini məhkəmə iclaslarına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təssərüfatının İnkişafı və istismarı X7 sahəsindəki 205 nömrəli kooperativin orderinin surətindən görünür ki, xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarına əsasən Ərizəçi Nardaran bağlar sahəsində 205 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 595 “D” nömrəli bağ ayrılmışdır; AR Milli Arxiv İdarəsi AR Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli, BA- 00921-2020 nömrəli məktubuna əlavə olunmuş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, ərizəçinin adı X2 göstərilmişdir; Bakı şəhər X6 İcraiyyə Komitəsinin 8/447 saylı, xx.xx.1991-ci il tarixli Qərarının 2.3.8ci bəndində «X3'' kimi qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********18 saylı, xx.xx.2020-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş-in surətində “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 595 ‘D" bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, idarənin arxivində eyni BİK nəzdində eyni nömrəli bağ sahəsinə dair digər şəxsin adına order mövcuddur Həmçinin, Bakı XDS İK-nın xx.xx.1991-ci il tarixli sərəncamının arxiv nüsxəsində adınız X3'' kimi göstərilmişdir. Bundan əlavə, göstərilən bağ sahəsinin bu hissəsi 6.0 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22.05 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.” göstərilmişdir; Sabunçu RPİ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1955-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2021-ci il tarixli qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Orderin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanladığı məktuba əlavə edilmiş orderin verilməsinə əsas olmuş sənədlərin surətlərindən görünür ki, qeyd edilən orderin verilməsi üçün əsas olmuş Bakı XDS İK-nin xx.xx.1991-ci il tarixli sərəncamının arxiv nüsxəsində ad- X3 kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqəsində vətəndaşın adı “Əbdülağa” kimi göstərildiyi halda, Bakı XDS İK-nin xx.xx.1991-ci il tarixli sərəncamının arxiv nüsxəsində səhvən “Abdulla” kimi göstərilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə baxışı zamanı ərizəçinin nümayəndəsi bildirmişdir ki, bağ sahəsi ərizəçinin istifadəsindədir, bağ sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. Sənəddə adının “Adbulla” kimi oxunması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinin göstərilən bağ sahəsini və həmin sahədə inşa etmək istədiyi evi adına rəsmiləşdirmək üçün müvafiq dövlət orqanlarından razılıq alınmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən faktlar müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yuxarıda sadalanan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən sənəddə olan adın səhv yazılmasının başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhər X6 İcraiyyə Komitəsinin 8/447 saylı, xx.xx.1991-ci il tarixli Qərarının 2.3.8-ci bəndində göstərilmiş “X3”, AZE seriyalı, 0******* saylı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”ndə göstərilən, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi olması və Bakı şəhər X6 İcraiyyə Komitəsinin 8/447 saylı xx.xx.1991-ci il tarixli Qərarının -Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar