Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1734/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisini cəlb edilməklə mirasın qəbul edilməsi müddətinin bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisini cəlb edilməklə mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik işinin açılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 17.05.2021-ci il tarixdə ölmüş X1 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik işinin açılması öhdəliyinin cavabdeh Bakı şəhəri 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə dəqiqləşdirməyə dair ərizə təqdim edərək, 17.05.2021-ci il tarixdə ölmüş X1 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X11in arvadı olmuş və onun birinci növbədə vərəsəsidir. X11 17.05.2021-ci il tarixdə ölmüşdür. Saatlı rayon Qeydiyyat şöbəsi tərəfindən 24.05.2021-ci ildə ölüm haqqında şəhadətnamə verilmişdir. X11 vəfat edən zaman Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, 120 saylı BTK-nın 322q saylı bağ sahəsi onun mülkiyyətində olmuşdur. Faktiki olaraq miras əmlakı qəbul edərək idarə edir. Lakin. 6 ay ərzində müraciət etməsi barədə qanunun tələbindən məlumatı olmamışdır. vərəsəlik işinin açılması üçün və miras qalmış daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 1 saylı ASAN Xidmət Mərkəzində yerləşən notariat ofisinə müraciət etmişdir. Vərəsəlik işinin açılması üçün mərhumun ölümündən 10 ay keçdikdən sonra müraciət etdiyinə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Bununla əlaqədar mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin dəlillərinə uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və ərizə təqdim edərək işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X8 nikahları 17.11.1964-cü il tarixdə təsmiləşdirilmiş və nikah bağlanandan sonra arvada “Əliquliyeva” soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17.05.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, 120 saylı BTK-nın 322q saylı bağ sahəsi X2 adına 24.12.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir. X4, X5, X6 və X7 notarius ofisində təqdim etdikləri və notarial təsdiq olunmuş 23.04.2022-ci il tarixli ərizələrindən görünür ki, 17.05.2021-ci ildə ölmüş miras qoyan X1 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan onalara çatan Qanun üzrə vərəsəlik payını qəbul etməmişlər və qəbul etmirlər. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişlər. Gələcəkdə buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəklərini qeyd etmişlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi X11in arvadı olmuş və onun birinci növbədə vərəsəsidir. X11 17.05.2021-ci il tarixdə ölmüşdür. X11 vəfat edən zaman Binəqədi rayonu, Goradil qəsəbəsi, 120 saylı BTK-nın 322q saylı bağ sahəsi onun mülkiyyətində olmuşdur. Ərizəçi faktiki olaraq miras əmlakı qəbul edərək idarə edir. Lakin. 6 ay ərzində müraciət etməsi barədə qanunun tələbindən məlumatı olmamışdır. Vərəsəlik işinin açılması üçün və miras qalmış daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 1 saylı ASAN Xidmət Mərkəzində yerləşən notariat ofisinə müraciət etmiş, lakin vərəsəlik işinin açılması üçün mərhumun ölümündən 10 ay keçdikdən sonra müraciət etdiyinə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə hesab edir ki, 17.05.2021-ci il tarixdə ölmüş X1 qalmış miras əmlakın qəbul edilməsi üçün 6 aylıq müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbi üzrlü sayılaraq müddət uzadılmalı və mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin ərizəçiyə verilməsi öhdəliyi Bakı şəhəri 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.a Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 17.05.2021-ci il tarixdə ölmüş X1 qalmış miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət bərpa edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1734/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1734/2022
16.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver