Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1738/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X8, Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X32 X24” X5 nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Bahəddin qızının (X21 və X22 iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X7 (“X32 X24” X15 cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 59/01 nömrəli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bahəddin qızı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X3rşı “hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 59/01 nömrəli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X5 Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 59/01 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bahəddin qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(049)-9194/2016 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı Bahəddin qızından, X10, X12 və X4 müştərək qaydada 10.698,11 (on min altı yüz doxsan səkkiz dollar on bir sent) ABŞ dolları məbləğində kredit borcunun “X32 X24” X7 ödənilməsi, tutmanın ipoteka predmeti olan Lənkəran rayonu, Şağlaküçə kəndində 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılaraq borcun satışdan əldə edilən vəsait hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Lənkəran Rayon İcra Şöbəsinə göndərilmişdir. Ona məxsus fərdi yaşayış evi açıq hərracdan satılması üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X7 göndərilmişdir. Hərrac xx xxxxxxxx 2017-ci il tarixdə keçirilmiş və fərdi yaşayış evi “X32 X24” X5 özü tərəfindən 13.387,50 (on üç min üç yüz səksən yeddi manat əlli qəpik) manat qiymətə alınmışdır. Baxmayaraq ki, onun fərdi yaşayış evinin bazar qiyməti 50.000 (əlli min) manat olduğu halda, onun evinə 13.387,50 (on üç min üç yüz səksən yeddi manat əlli qəpik) manat qiymət qoyularaq bank tərəfindən alınmışdır. İpoteka qoyan onun özüdür, ipoteka saxlayan “X32 X24” X6. Ona hərracın keçirilməsi barədə heç bir məlumat verilməmişdir. Keçirlimiş hərrac qanunun tələblərinə əməl olunmadan keçirilmiş, ona bir ipoteka qoyan kimi heç bir məlumat verilməmiş, hərrac ondan gizli keçirilmişdir. Qanuna əsasən hərrac keçirən orqan tərəfindən ona bildiriş göndərilməli idi. Lakin bütün bunlara əməl edilməmişdir. O, dəfələrlə bankda olmuş və hərrac barədə onlardan soruşmuşdur. Onlar da ona hərrac barədə heç nə deməmişlər. Hərrac qanunun tələbinə əməl olunmadan keçirildiyindən ləğv olunmalıdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün şərh olunanlara istinad edib, hesab edir ki, iddia tələbi əsaslı olmaqla qanunidir və təmin olunmalıdır. X21 və X22 mülki iş üzrə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. “X32 X24” X15 mülki iş üzrə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X32 X24” X5 nümayəndəsi X18 iddia ərizəsinə mahiyyəti üzrə baxılıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bahəddin qızı və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 xx xxxxxxxx 2020-ci il tarixdə eyni tarixli ərizə ilə məhkəməyə müraciət edərək, onların iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə müvafiq ərizəyə əsasən mülki işə İddiaçı Bahəddin qızının və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X1 müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh təşkilatın nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(049)-9194/2016 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı “X32 X24” X5 cavabdehlər X17, X19 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin qaytarılması və tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlər X11, X12 və İddiaçı müştərək qaydada 8.200 (səkkiz min iki yüz) ABŞ dolları məbləğində əsas borc, 1.403,47 (bir min dörd yüz üç dollar qırx yeddi sent) ABŞ dolları məbləğində faiz borcu və 1.094,64 (bir min doxsan dörd dollar altmış dörd sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 10.698,11 (on min altı yüz doxsan səkkiz dollar on bir sent) ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “X32 X24” X7 ödənilməsi, 10.698,11 (on min altı yüz doxsan səkkiz dollar on bir sent) ABŞ dolları məbləğində kredit borcunun xx xxxxxx 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdehlər X16 X13 və İddiaçı mülkiyyətlərində olan Lənkəran rayonunun Şağlaküçə kəndində 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdeh şəxslərin “X32 X24” X2 10.698,11 (on min altı yüz doxsan səkkiz dollar on bir sent) ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi müəyyən edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X5 açıq hərracın keçirilməsinə dair xx xxxx 2017-ci il tarixli 01 nömrəli və xx xxxx 2017-ci il tarixli 01/2 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan fərdi yaşayış evinin 21.000 (iyirmi bir min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxx 2017-ci il tarixə saat 11:00-a təyin edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X5 açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2017-ci il tarixli 02 nömrəli və xx xxxxxx 2017-ci il tarixli 02/2 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan fərdi yaşayış evinin 17.850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində (21.000- 15%=17.850) açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2017-ci il tarixə saat 11:00-a təyin edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X5 Lənkəran İcra Şöbəsinə, “X32 X24” X7, X20, X19 və İddiaçı ünvanladığı xx xxxxxxxx 2017-ci il tarixli məktubunun məzmunundan görünür ki, müvafiq icra şöbəsinin xx xxx 2017-ci il tarixli 814 nömrəli sifariş məktubuna əsasən İddiaçı məxsus Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxxxx 2017-ci il tarixli buraxılışında elan dərc edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X5 hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 59/01 nömrəli xx xxxxxxxx 2017-ci il tarixli protokolunun surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan fərdi yaşayış evinin tam dəyəri 21.000 (iyirmi bir min) manat qiymətə açıq hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti 17.850 (on yeddi min səkkiz yüz əlli) manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlak təkrar hərrac qiymətindən 25% aşağı, yəni 13.387,50 (on üç min üç yüz səksən yeddi manat əlli qəpik) manat qiymətə tələbkar “X32 X24” X7 “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən təklif edilmiş və müvafiq əmlak qeyd edilən qiymətə tələbkar tərəfindən qəbul edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X5 xx xxxxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləsnin surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan fərdi yaşayış evi 13.387,50 (on üç min üç yüz səksən yeddi manat əlli qəpik) manat qiymətə tələbkar “X32 X24” X5 etibarnamə əsasında nümayəndəsi X18 tərəfindən əldə edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X5 Lənkəran İcra Şöbəsinə və “X32 X24” X7 ünvanladığı xx xxxxxxxx 2017-ci il tarixli məktubunun məzmunundan görünür ki, müvafiq icra şöbəsinin xx xxx 2017-ci il tarixli 814 nömrəli sifariş məktubuna əsasən İddiaçı məxsus Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan fərdi yaşayış evi 13.387,50 (on üç min üç yüz səksən yeddi manat əlli qəpik) manat qiymətə tələbkar “X32 X24” X5 etibarnamə əsasında nümayəndəsi X18 tərəfindən əldə edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan fərdi yaşayış evi “X32 X24” X5 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx xxxxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır; Lənkəran ŞRPŞ tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1960-cı il tarixdə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuş İddiaçı Lənkəran rayonu, Şağlakücə kəndində qeydiyyatdadır; xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui- istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(049)-9194/2016 nömrəli qətnaməsi ilə iddiaçı “X32 X24” X5 cavabdehlər X17, X19 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin qaytarılması və tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlər X11, X12 və İddiaçı müştərək qaydada 8.200 (səkkiz min iki yüz) ABŞ dolları məbləğində əsas borc, 1.403,47 (bir min dörd yüz üç dollar qırx yeddi sent) ABŞ dolları məbləğində faiz borcu və 1.094,64 (bir min doxsan dörd dollar altmış dörd sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 10.698,11 (on min altı yüz doxsan səkkiz dollar on bir sent) ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “X32 X24” X7 ödənilməsi, 10.698,11 (on min altı yüz doxsan səkkiz dollar on bir sent) ABŞ dolları məbləğində kredit borcunun xx xxxxxx 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdehlər X16 X13 və İddiaçı mülkiyyətlərində olan Lənkəran rayonunun Şağlaküçə kəndində 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdeh şəxslərin “X32 X24” X2 10.698,11 (on min altı yüz doxsan səkkiz dollar on bir sent) ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Lənkəran Rayon İcra Şöbəsinə göndərilmişdir. Müvafiq icra şöbəsinin xx xxx 2017-ci il tarixli 814 nömrəli sifariş məktubuna əsasən İddiaçı məxsus Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxxxx 2017-ci il tarixli buraxılışında elan dərc edilmişdir. İddiaçı (X21 və X22 iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X7 (“X32 X24” X15 cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 59/01 nömrəli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçirilmiş hərraclarla bağlı məlumatlı olmadığından, hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, İddiaçı məxsus Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən ümumi sahəsi 73,5 kv.metr olan fərdi yaşayış evi ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər İddiaçı, X17 və X19 göndərilmiş və bunu təsdiq edən müvafiq poçt qəbzləri mövcuddur. Onlar həmin hərracların keçirilmə vaxtı və yeri barədə məlumatlı olmuşlar. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X15 tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki,İddiaçı Bahəddin qızının cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X3rşı “hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 59/01 nömrəli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Bahəddin qızı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bahəddin qızının cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X31” X3rşı “hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 59/01 nömrəli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1738/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1738/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver