Məhkəmə qərarları › İş №2(005)-1746/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1746/2021

07.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1746/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı 13.10.1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi və onun üzərində qəyyum təyin edilməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun kiçik bacısı 13.10.1996-cı il təvəllüdlü X5 hazırda fəaliyyət qabilivyətsizdir. Birinci qrup müddətsiz əlildir. Bakı şəhəri Nərimanov rayonu 8 saylı şəhər Poliklinikasının verdiyi 340 saylı, 05.02.2021-ci il tarixli kartadan qısa çıxarışdan görünür ki, bacısı kəskin imbesillik dərəcəsində ağıl zəifliyi, kobud davranış pozğunluqları və qıcolma tutmalarından əziyyət çəkir. Bu fakt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının 03.11.2015-ci il tarixli 50HSKVC0003 saylı çıxarışı ilə də təsdiq olunur. Psixiatrik dispanserində qeydiyyatdadır. Bacısı psixiatr tərəfindən müayinə olunması barəsində Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12 tərəfindən verilmiş 11.02.2021 -ci il tarixli, 966 saylı arayış da tərəfimizdən iş materiallarına əlavə olunmuşdur. Bacısı məhkəmədə qanuni nümayəndə qismində təmsil etmək üçün səlahiyyəti onun 096789 saylı və bacısının 281702 saylı doğum haqqında şəhadətnamələrindən irəli gəlir. X1 16.12.2020-ci il tarixində dünyasını dəyişmişdir və bu fakt iş materiallarına əlavə olunmuş AZ-1İ 150339 saylı ölüm haqqında şəhadətnamə ilə təsdiq olunur. Göründüyü kimi, bacısı əmək qabiliyyətsizdir, tam fəaliyyət qabiliyyətsizdir, öz davranışlarına rəhbərlik etmək və onu idarə etmək imkanından tamamilə məhrumdur. Odur ki, onun üzərində qəyummluğun təyin edilməsinə zərurət vardır. Ərizəçi məhkəmə iclasında ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X8 qeyd olunmuşdur. İş materiallarında olan Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 13.10.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X8 qeyd olunmuşdur. İşdə olan məlumatdan görünür ki, 13.10.1996-cı il təvəllüdlü X5 1-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 1842 nömrəli 17 iyun 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, X4 yüngül dərəcəli əqli gerilik (kəskin ifadə olunmuş gerilik) dərəcəsində oliqofreniya davranış pozuntuları ilə aşkar olunur. Buna görə də X5 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 13.10.1996-cı il təvəllüdlü X3 bacısıdır. X3 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 məhkəmə psixiatrik ekspertizasının 1842 nömrəli 17 iyun 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, X4 yüngül dərəcəli əqli gerilik (kəskin ifadə olunmuş gerilik) dərəcəsində oliqofreniya davranış pozuntuları ilə aşkar olunur. Buna görə də X5 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13.10.1996-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13.10.1996-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar