Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1769/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla, Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə aralarında bağlanmış 21.10.2009-cu il tarixli Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 1436 sayla qeydə alınmış nikah Binəqədi Rayon Məhkəməsinin 2(001)-2993/2013 saylı 17.05.2013-cü tarixli qətnaməsi ilə pozulmuşdur. Rəsmi nikahdan qabaq 16.04.2007-ci il tarixdə X5 doğulmuşdur. Lakin, nikah məhkəmə qaydasında pozularkən X3 valideynlərdən kimin yanında qalması müəyyən edilməmişdir. Baxmayaraq ki, qızı daima onunla yaşamış, hazırda da birlikdə öz işi ilə və qızının təhsili ilə əlaqədar olaraq Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. Qızının hələ yetkinlik yaşına çatmadığını, ana qayğısına və sevgisinə ehtiyacı olduğu, ərizəçiyə möhkəm bağlı olduğu və ondan ayrı qala bilmədiyi üçün, onları bir-birlərindən uzun müddət ayrı düşmələri ona psixi cəhətdən çox pis təsir edə və son nəticədə sağlamlığına ziyan vura bilər. Eyni zamanda ərizəçi də övladından ayrı qala bilməz. Həmçinin də, xarici ölkədə yaşadıqlarına görə təhsillə və qeydiyyatla bağlı sənədlərin hazırlanmasında, təqdim olunmasında çətinliklər yaranır. Bütün bu proseslərin nəticəsi kimi mediasiya mərhələsində barışıq sazişi imzalandı və bu sazişdə aşağıdakılar göstərilir: 1. İkinci tərəf Maraqlı şəxs, 16.04.2007-ci il təvəllüdlü X4 anası- Birinci tərəf X1 yanında qalmasına razıdır. 2. İkinci tərəf Maraqlı şəxs, 16.04.2007-ci il təvəllüdlü X4 anası-Ərizəçi ilə birlikdə (atası yanında olmadan və atasının razılığı olmadan) 18 yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara sərbəst getməsinə və qayıtmasına razıdır. 3. Tərəflər razılaşırlar ki, Sazişin icrası məhkəmə tərəfindən təsdiq olunmasından sonra həyata keçirilir. Yekun olaraq, məhkəmə tərəfindən bu sazişin təsdiq olunması zərurəti vardır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Binəqədi Rayon Məhkəməsinin 2(001)-2993/2013 saylı 17.05.2013-cü tarixli qətnaməsi ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 21.10.2009-cu il tarixli Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 1436 sayla qeydə alınmış nikah pozulmuşdur. Maraqlı şəxs ilə Ərizəçi arasında 25.02.2022-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: Maddə 1. İkinci tərəf Maraqlı şəxs, 16.04.2007-ci il təvəllüdlü X4 anası-Birinci tərəf X1 yanında qalmasına razıdır. Maddə 2. İkinci tərəf Maraqlı şəxs, 16.04.2007-ci il təvəllüdlü X4 anası-Ərizəçi ilə birlikdə (atası yanında olmadan və atasının razılığı olmadan) 18 yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara sərbəst getməsinə və qayıtmasına razıdır. Maddə 3. Tərəflər razılaşırlar ki, Sazişin icrası məhkəmə tərəfindən təsdiq olunmasından sonra həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş mediator X2 tərəfindən tərəflər arasında 25.02.2022-ci il tarixli təsdiq edilən barışıq sazişi təsdiq olunmalıdır. Belə ki, hazırda ərizəçi barışıq sazişinin 2.2.3-cü bəndinin maraqlı şəxs tərəfindən icra edilməsini xahiş edir, həmin hissədə maraqlı şəxs tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilmədiyini bildirir. Bu səbəbdən də məhkəmə barışıq sazişini yalnız həmin hissədə təsdiqləməyi əsaslı hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış 25.02.2022-ci il tarixli, MŞB/2-00355 saylı Barışıq sazişi təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1769/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1769/2022
11.05.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver