Məhkəmə qərarları › İş №2(005)-1772/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1772/2025

08.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1772/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi, ona hesablanmış 446,28 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilə cavabdeh tərəfindən smart kart tipli qaz sayğacı quraşdırılmışdır. Ona heç bir məlumat və bildiriş verilmədən mənzilə qazın verilişi qanunsuz olaraq dayandırılmışdır. Qazın verilişinin hansı səbəbdən dayandırılması ilə maraqlandıqda bildirilmişdir ki, qaz sayğacına abonent tərəfindən müdaxilə edildiyindən və smart kart vasitəsi ilə yüklənən təbii qazdan əlavə qaz sərf edildiyindən qeyd edilən smart kart tipli qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilmiş, bu barədə akt tərtib edilmiş və əlavə olaraq, abonentə hazıradək 446,28 məbləğində borc yazılmışdır. Aktla tanış olarkən tərəfindən müəyyən edilmişdir ki, guya qaz sayğacının dəyişdirilməsi onun tərəfindən sifariş verilmişdir. Aktda onun imzası saxtalaşdırılmış, məlum olmayan şəxs tərəfindən imza edilmişdir. O, borcun hansı əsaslarla hesablanmasının müəyyən edilməsi barədə cavabdehə müraciət etmiş, ancaq rəsmi cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdir ki, yataqxana tipli binada yaşayırlar və qazdan ümumi olaraq 10 ailə istifadə edir. Qazdan istifadəyə görə borc məbləği hesablandığını pul ödəyəndə bilmiş, tələb olunan məbləği ödəmək imkanı olmadığından iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AR Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin arayışından görünür ki, Ağdam şəhərindən məcburi köçkün İddiaçı Ə.Qayıbov küçəsi, 2095-ci məhəllə ünvanında müvəqqəti məskunlaşmışdır; Cavabdeh İB-nin xx.xx.2024-cü, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü illər tarixli aktlarından görünür ki, Nərimanov rayonunun 1 saylı xidmət sahəsinin inzibati ərazisində yerləşən 52/2095-ci məhəllənin Bakı mühəndis tikinti tresti yataqxanasında qeyd olunmuş məcburi köçkünlərin (İddiaçı daxil olmaqla) 2-ci və 3-cü mərtəbədə yerləşən hamam otağında 2 ədəd qeyri-standart su qızdırıcısından qeyriqanuni istifadə edildiyi aşkar olunmuş, akt BRQSD-nin Nərimanov rayonu üzrə mühəndisləri tərəfindən imzalanmışdır; Foto şəkillərdən görünür ki, hamam otağında yerləşən su qızdırıcısına müdaxilə olunmuşdur; Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli aktından görünür ki, 52/2095-ci məhəllənin Bakı mühəndis tikinti tresti 67-də sayğacdan kənar 2 ədəd QSSQ-dən istifadə edildiyi üçün təbii qazın təchizatı dayandırılmış, akt Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri tərəfindən imzalanmışdır; Cavabdeh İB-nin xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023cü, xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü illər tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamələrindən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və istehlakçı İddiaçı tərəfindən hesablanmış məbləğ ödənilməlidir; Abonent saldosundan görünür ki, GPG13160680 Smart sayğaclı abonent (İddiaçı) 2014-2025-ci illər üzrə qaz sərfiyyatına görə cəmi 624,3 manat ödəniş etmişdir, onun cari borcu 440,288 manat təşkil edir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Nərimanov rayonunun 1 saylı xidmət sahəsinin inzibati ərazisində yerləşən 52/2095-ci məhəllənin Bakı mühəndis tikinti tresti yataqxanasında İddiaçı da daxil olmaqla, 10 köçkün ailə məskunlaşmışdır. Binada bir ədəd ortaq hamam olmuş və 2014-2025-ci illərdə ailələr tərəfindən daimi surətdə su qızdırıcısından qeyri-qanuni istifadə olunmuşdur. Cavabdeh İB su qızdırıcısından istifadə nəticəsində qaz sərfiyyatı və buna görə borc məbləğlərini hesablamaqla, hər bir abonentin payına düşən borc məbləğini saldoda əks etdirmişdir. Cavabdeh İB-nin göstərdiyi xidmət nəticəsində İddiaçı cari borcu 440,288 manat təşkil edir. Hazırda İddiaçı tələb olunan məbləğin hansı əsaslarla hesablanmasını bilmədiyindən, əsassız şəkildə borc məbləği yığıldığını bildirir və onun silinməsini tələb edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsini 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacı göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcı: tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı il təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdir etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı: istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2012-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının”: 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 3.2.1.istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; Məhkəmə iddia tələbinə münasibətdə bildirir ki, İddiaçı iddia ərizəsində smart kart vasitəsi ilə yüklənən təbii qazdan əlavə qaz sərf edildiyindən onun Cavabdeh İB-nin əməkdaşları tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edildiyini və bu barədə akt tərtib edildiyini, akta saxta imza atıldığını bildirilmişdir. Lakin məhkəmə araşdırması zamanı bu halı təsdiq edən heç bir sübut aşkar olunmamış, nə də ki iddiaçı tərəfindən belə bir sübut iş materiallarına əlavə edilməmişdir. Tərtib edilmiş aktlar su qızdırıcısından qeyri-qanuni istifadə ilə bağlı olmuş və BRQSD-nin Nərimanov rayonu üzrə mühəndisləri tərəfindən imzalanmışdır. İddiaçı borc məbləğinin hesablanmasını bilmədiyini qeyd etsə də, qanunvericiliyin tələblərinə görə “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Cavabdeh İB tərəfindən tələb olunan borc məbləği onun tərəfindən göstərilmiş xidmətlərə, abonentlərin qaz sərfiyyatına görə əsaslı və qanuni şəkildə hesablanmışdır, İddiaçı da onun payına düşən 440,288 manat borcu ödəmək öhdəliyi daşıyır. Yuxarıda qeyd edilənlərə məcmu şəkildə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar