Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1785/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Quliyeva Nifar Ülfət qızının katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ələz oğlunun cavabdehlər Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə, Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, hərrac təşkilatı ilə cavabdeh bank arasında bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ələz oğlunun cavabdehlər Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə, Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, hərrac təşkilatı ilə cavabdeh bank arasında bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən tərtib olunmuş, hərracın yekunları barədə 05.12.2019-cu il tarixli, 79/04 nömrəli Protokolun etibarsız edilməsi, onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07.12.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 22.02.2019-cu il tarixli, 2(103)-1352/2019 nömrəli qətnaməsinə əsasən, cavabdeh İddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30454 (otuz min dörd yüz əlli dörd) manat əsas, 6680.19 (altı min altı yüz səksən manat, 19 qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə, cəmi 37334.19 (otuz yeddi min üç yüz otuz dörd manat, 19 qəpik) manat kredit borcu, eləcə də 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 105000 (bir yüz beş min) manat olmaqla açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdeh İddiaçı yuxarıda qeyd olunan mənzili tərk etməsi, 300 (üç yüz) manat xidmət haqqının cavabdehdən alınaraq-ipoteka predmetinin qiymətləndiricisi olan "xxxx" MMC-nin bank hesabına köçürülməsi qət edilmişdir. Yuxarıda qeyd olunan qətnamənin icrası məqsədilə Cavabdeh3nə 15.05.2019cu il tarixli İcra vərəqəsi verilmişdir. Cavabdeh3 tərəfindən açıq hərracın təşkil olunması üçün "xxxx"' MMC-yə sifariş verilmiş, hərrac təşkilatı tərəfindən təşkil edilmiş hər iki hərrac baş tutmamış və nəticədə ipoteka predmeti ipoteka saxlayan Cavabdeh1 MMC-yə təklif edilmişdir. Bununla bağlı hərrac təşkilatı tərəfindən hərracın yekunları barədə 05.12.2019cu il tarixli, 79/04 saylı Protokol tərtib olunmuş və ipoteka saxlayan kredit təşkilatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən sözügedən mənzil üzərində mülkiyyət hüququna dair 07.12.2020-ci il tarixli Çıxarış almışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, hərracın nəticələri etibarsız hesab olunmalı, 79/04 saylı Yekun Protokol ləğv edilməli, eləcə də cavabdeh kredit təşkilatının adına verilmiş ********** qeydiyyat nömrəli, 07.12.2020 saylı Çıxarış etibarsız hesab olunmalıdır. İddia tələbini onunla əsaslandırır ki, hərracın keçirilməsi barədə ipoteka qoyan kimi ona ümumiyyətlə heç bir məlumat verilməmişdir. O, nəinki hərrac prosesi, hətta hərracın təşkilatçısı barədə heç bir məlumata malik olmamışdır. Yalnız bankın nümayəndələri hal-hazırda yaşadığı və ipoteka predmeti olan mənzilə gəldikdən sonra baş verənlərdən xəbəri olmuşdur. Elə həmin vaxt da ona aydın olmuşdur ki, bank saxta yolla artıq ipoteka predmeti üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğunu bu səbəbdən də təmin edilməməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5ci maddələrinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Bakı Apellyasiya Məhkəməsinin Mülki Mülki Kollegiyasının 2(103)-1352/2019 saylı 22 fevral 2019-cu il tarixli mülki iş üzrə olan icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30454 (otuz min dörd yüz əlli dörd) manat əsas, 6680.19 (altı min altı yüz səksən manat, 19 qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə, cəmi 37334.19 (otuz yeddi min üç yüz otuz dörd manat, 19 qəpik) manat kredit borcu, eləcə də 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 105000 (bir yüz beş min) manat olmaqla açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdeh İddiaçı yuxarıda qeyd olunan mənzili tərk etməsi, 300 (üç yüz) manat xidmət haqqının cavabdehdən alınaraq-ipoteka predmetinin qiymətləndiricisi olan "xxxx"' MMCnin bank hesabına köçürülməsi qət edilmişdir. Qətnamənin icrası məqsədilə 15.05.2019cu il tarixli İcra vərəqəsi verilmişdir İş materiallarında olan "xxxx"MMC tərəfindən İddiaçı, Cavabdeh1SC-yə, Bakı şəhəri Cavabdeh3nə ünvanlanmış 25.10.2019-cu il tarixli, 02 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, hərracda 89250 manat ilkin, təkrar hərracda 4462,5 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 04.11.2019-cu il tarixdə sat 11.00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan 08.11.2019-cu il tarixli “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”MMC tərəfindən İddiaçı, Cavabdeh1SC-yə, Bakı şəhəri Cavabdeh3nə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifdə qeyd olunur : Cavabdeh3m 16213-81450/2019-5-23 saylı, 16.09.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Bakı ş. Nəsimi r. 1-ci mkr. Tbilisi pr. 74 saylı evin 8 saylı mənzilinin təkrar hərracının baş tutmamalı barədə “Birja yenilikləri” qəzetinin 08.11.2019 cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az elmayan qiymətlə yəni 66 937,50(altmış altı min doqquzz yüz otuz yeddi min manat 50 qəp) manat olmaqla ipoteka saxlayana təklif olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.12.2020-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzili "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli 2(004)-2548/2021 saylı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1SC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci ildə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzili Bakı Apellyasiya Məhkəməsinin 15.05.2019-cu il tarixli 2(103)- 1352/2019 saylı icra vərəqəsinin, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin 16213- 81450/2019 saylı, 16.09.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti ilkin hərrac qiymətləri müvafiq olaraq 105.000 (yüz beş min) manat müəyyən edilmiş, ilkin hərrac baş tutmadığından, əmlaklar təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti müvafiq olaraq 89.250 (səksən doqquz min iki yüz əlli) manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlaklar təkrar hərrac qiymətindən 25% aşağı, yəni 66,937,50 (altmış altı min doqquz yüz otuz yeddi manat 50 qəpik) manat qiymətə tələbkar Cavabdeh1 ASC-nin əldə etmək hüququnun olması bildirmişdir. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh1 ASC-yə təklif olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzil “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka Haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Məhkəmə sadalananlardan əlavə qeyd edir ki, hazırki mülki mübahisə Azərbaycan Respublikası MPM 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Göründüyü kimi, eyni predmet üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2548/2021 saylı, 27.04.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 ASC – yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi qeyd edilən qətnamə ilə hazırda mübahisələndirilən hallar araşdırılmış və həmin mübahisəli hallara hüquqi qiymət verilmişdir. Göründüyü kimi, hərracın yekunları barədə "xxxx" MMC-nin hərracın nəticələri haqqında 05.12.2019-cu il tarixli, 79/04 nömrəli protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, əmlakın alqı-satqısı barədə müqaviləsinin, habelə 07.12.2020-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsində də iddia tələbi əsassızdır, həmin hissədə məhkəmə iddia tələbinə əlavə qiymət verilməsinə lüzum görmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Ələz oğlunun cavabdehlər Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə, Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, hərrac təşkilatı ilə cavabdeh bank arasında bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ələz oğlunun cavabdehlər Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə, Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, hərrac təşkilatı ilə cavabdeh bank arasında bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1785/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1785/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - D
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver