Məhkəmə qərarları › İş №2(005)-973/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-973/2022

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - D
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3272/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Sucahət oğlunun, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X1 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına və üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “hərracın nəticələrinin, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X1 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına və üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “hərracın nəticələrinin, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 sentybar 2020-ci il tarixində Cavabdeh1 barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Sucahət oğlu iş üzrə icraatın dayandırılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, apellyasiya instansiya məhkəməsinin aidiyyat ilə əlaqədar mövqeyi ilə razıdır və mülki işin baxılması üçün müstəsna aidiyyatı əsas götürərək, Quba Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş ərazi aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10215/2021 saylı, 20.10.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, məhkəmə işə baxarkən hazırkı iş üzrə iddia tələbinin Nərimanov Rayon Məhkəməsinə aidiyyəti olub-olmamasını da müzakirə etməmişdir. İddiaçının tələbi hərracın nəticələrinin, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi ilə yanaşı həm də ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Məhkəmə qeyd edir ki, iddia predmeti olan torpaq sahəsi Quba şəhərində yerləşdiyindən və iddiaçının tələbində həmin torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq, orada inşa edilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi tələb etdiyindən, mülki iş müstəsna aidiyyat əsas götürülərək aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X1 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına və üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “hərracın nəticələrinin, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X1 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına və üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “hərracın nəticələrinin, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar