Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1976/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(005)-3272/2021 saylı qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X2 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına və üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “hərracın nəticələrinin, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 sentybar 2020-ci il tarixində Cavabdeh1 barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, apellyasiya instansiya məhkəməsinin aidiyyat ilə əlaqədar mövqeyi ilə razıdır və mülki işin baxılması üçün müstəsna aidiyyatı əsas götürərək, Quba rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(005)-3272/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X2 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına və üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “hərracın nəticələrinin, şəhadətnamələrin, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(005)-3272/2021 saylı qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 14 yanvar 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, mülki iş materiallarına əlavə edilmiş maps arayışlardan görünür ki, mülki iş üzrə cavabdehlərdən ikisi Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. AR MPM-nin 36.2-cimaddəsinə əsasən Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 2(005)-3272/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən AR MPM-nin 36.2–ci maddəsinə zidd olaraq Quba rayon məhkəməsinə göndərilmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(005)- 3272/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10215/2021 saylı, 20.10.2021-ci il tarixli qərardadında qeyd olunmuş ərazi aidiyyatı məsələsinin müzakirə edilməməsi ilə bağlı göstərişini nəzərə alaraq, işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10215/2021 saylı, 20.10.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, məhkəmə işə baxarkən hazırkı iş üzrə iddia tələbinin Nərimanov rayon Məhkəməsinə aidiyyəti olub-olmamasını da müzakirə etməmişdir. İddiaçının tələbi hərracın nəticələrinin, şəhadətnamələrin, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi ilə yanaşı həm də ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasıf Mülki Prosessual Məcəllənin 399, 39.1, 32.3, 32.5, 32.6, 42.2.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddia predmeti olan torpaq sahəsi Quba şəhərində yerləşdiyindən və iddiaçının tələbində həmin torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq, orada inşa edilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi tələb etdiyindən, məhkəmə mülki işin müstəsna aidiyyatla bağlı qaydaları əsas götürülərək, mülki iş aidiyyəti üzrə Quba rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(005)-3272/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-1976/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1976/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - D
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver