Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2421/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, üçüncü şəxs “xxxx" ASC-nin nümayəndəsi Nazim Babayevin iştirakı ilə, iddiaçı X3 cavabdehlər DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və “X2 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi və müvafiq qeydlərin aparılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı İslam Ocaqverdiyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iş üzrə icraata hissəvi xitam verilsin. Xitam edilən hissə qərardadda belə göstərilib: 1) “X1 Mərkəzi” MMC ilə “xxxx” ASC arasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli, Y-740 №-li “Hərracın nəticələri haqqında” protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə aid hissə; 2) Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev № 213-də yerləşən 18 və 21 №-li mənzillərə dair xx.xx.2019-cu il tarixli, ********** nömrəli və xx.xx.2019-cu il tarixli, ********** nömrəli reyestr çıxarışların ləğv edilməsi tələbinə aid hissə. Xitam onunla əsaslandırılıb ki, həmin hissəyə münasibətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə var. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassıdır. Belə ki, həqiqətən də həmin hissəyə münasibətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə var. İşin bu hal birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazimi qaydada əsaslandırılıb. Mülki-Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa iş üzrə icraata xima verilir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə icraata hissəvi xitam verməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2421/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2421/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - D
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver