Məhkəmə qərarları › İş №2(005)-1788/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1788/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1788/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh “Yelo Bank” X11 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X16 Mərkəzi Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Yelo Bank” X8rşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X16 Mərkəzi Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Yelo Bank” X8rşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 A ünvanındakı fərdi yaşayış evinə dair hərracın nəticələri barədə xx xxxxx 2019-cu il tarixli, 21/05 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə “Yelo Bank” X13 ilə cavabdeh İddiaçı oglu arasında xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş xx xxxxxxx 2017-ci il tarixə hesablanmış müvafiq olaraq 17.747,57 (on yeddi min yeddi yüz qırx yeddi dollar əlli yeddi sent) ABŞ dolları məbləğində əsas, 10.652,99 (on min altı yüz əlli iki dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz, 922,82 (doqquz yüz iyirmi iki dollar səksən iki sent) ABŞ dolları məbləğində cərimə olmaqla, 29.323,38 (iyirmi doqquz min üç yüz iyirmi üç dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yödənilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 (iyirmi) manat məbləğində xidmət haqqının cavabdeh İddiaçı “Yelo Bank” X11 xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1A ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış sahəsinin hərrac vasitəsilə satılması, satışdan əldə edilən vəsaitdən 29.323,38 (iyirmi doqquz min üç yüz iyirmi üç dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində pulun “Yelo Bank” X11 xeyrinə ödənilməsi, borc ödənildikdən sonra artıq qalmış vəsaitin İddiaçı verilməsi, ünvan 1A ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, İddiaçı oglu ilə “Yelo Bank” X13 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin “İpoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 62.000 (altmış iki min) manat müəyyən edilməsi qət edilmişdir. Bundan sonra Abşeron İcra və Probasiya Şöbəsinin sifarişi əsasında cavabdehlər Cavabdeh və “Yelo Bank” X13 xx xxxxx 2019-cu il tarixində hərrac keçiriblər və həmin tarixdə icra predmeti olan yuxarıda göstərilən fərdi yaşayış evinin hərracının nəticələri haqqında 21/05 nömrəli protokol tərtib ediblər. Hesab edir ki, hərrac qanunsuz olaraq keçirilmişdir. Belə ki, hərracın dayandırılması barədə Abşeron İcra və Probasiya Şöbəsindən Cavabdehnə məktub göndərilmişdir. Ondan əlavə hərrac keçiriləndən sonra bəlli olmuşdur ki, onun yaşayış evi hərracda satılmamışdır və bir ay ərzində “Yelo Bank” X13 tərəfindən balansına keçməmişdir. İddiaçı nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Yelo Bank” X11 nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Xammal və X16 Mərkəzi “Külək” X1 müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Xammal və X16 Mərkəzi Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(004)-152/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə iddiaçı “Yelo Bank” X13 ilə cavabdeh İddiaçı oglu arasında xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş xx xxxxxxx 2017-ci il tarixə hesablanmış müvafiq olaraq 17.747,57 (on yeddi min yeddi yüz qırx yeddi dollar əlli yeddi sent) ABŞ dolları məbləğində əsas, 10.652,99 (on min altı yüz əlli iki dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz, 922,82 (doqquz yüz iyirmi iki dollar səksən iki sent) ABŞ dolları məbləğində cərimə olmaqla, 29.323,38 (iyirmi doqquz min üç yüz iyirmi üç dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yödənilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 (iyirmi) manat məbləğində xidmət haqqının cavabdeh İddiaçı “Yelo Bank” X11 xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1A ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış sahəsinin hərrac vasitəsilə satılması, satışdan əldə edilən vəsaitdən 29.323,38 (iyirmi doqquz min üç yüz iyirmi üç dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində pulun “Yelo Bank” X11 xeyrinə ödənilməsi, borc ödənildikdən sonra artıq qalmış vəsaitin İddiaçı verilməsi, ünvan 1A ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, İddiaçı oglu ilə “Yelo Bank” X13 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli 01 nömrəli və xx xxxx 2019-cu il tarixli 01/2 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 63A nömrəli fərdi yaşayış evini 62.000 (altmış iki min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin 07-xx xxxx 2019-cu il tarixli 157 nömrəli buraxılışının surətindən görünür ki, ünvan 1A ünvanında yerləşən fərdi yaşayış evini 62.000 (altmış iki min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir; FM Express məktub və bağlama xidmətinin poçt qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək hərracın vaxtı və yeri barədə xx xxxxxx 2019-cu il tarixdə məlumatlandırılmışdır; FM Express məktub və bağlama xidmətinin poçt qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək hərracın vaxtı və yeri barədə xx xxxx 2019-cu il tarixdə həyat yoldaşı X9 vasitəsi ilə məlumatlandırılmışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxx 2019-cu il tarixli 02 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 63A nömrəli fərdi yaşayış evini 62.000 (altmış iki min) manat - 15% = 52.700 (əlli iki min yeddi yüz) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin müvafiq buraxılışının surətindən görünür ki, ünvan 1A ünvanında yerləşən fərdi yaşayış evini 52.700 (əlli iki min yeddi yüz) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir; FM Express məktub və bağlama xidmətinin poçt qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək hərracın vaxtı və yeri barədə məlumat verən bildiriş müvafiq ünvanda qapı bağlı olduğundan xx xxxxx 2019-cu il tarixdə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır; “Birja yenilikləri” qəzetinin müvafiq buraxılışının surətlərindən görünür ki, ünvan 1A ünvanında yerləşən fərdi yaşayış evinin 39.525 (otuz doqquz min beş yüz iyirmi beş) manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən “Nikoyl” X7 X12 ünvanlanmış xx xxxxx 2019-cu il tarixli təklif məktubunun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 63A ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxx 2019-cu il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 39.525 (otuz doqquz min beş yüz iyirmi beş) manat qiymətə tələbkara təklif edilmişdir; Hərracın yekunları barədə xx xxxxx 2019-cu il tarixli, 21/05 nömrəli protokolun surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 63A ünvanında 0,0084 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 62.000 (altmış iki min) manat məbləğində ilkin hərrac qiyməti, 52.700 (əlli iki min yeddi yüz) manat məbləğində təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 39.525 (otuz doqquz min beş yüz iyirmi beş) manat dəyərində tələbkara, yəni “Nikoyl” X7 X12 təklif edilmiş və qeyd edilən əmlak göstərlinə qiymətə tələbkar-alıcı tərəfindən alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalının müvafiq çıxarışının surətindən görünür ki, ünvan 1A xüsusi mülkiyyət hüququ üzrə “Nikoyl” X7 X11 adına xx xxxxxxx 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır; Yasamal RPİ tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır; xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, ünvan 1A nömrəli fərdi yaşayış evi ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər İddiaçı göndərilmiş və bunu təsdiq edən müvafiq poçt xəbərnamələri mövcuddur. Nəticədə həmin hərracların keçirilməsi barədə iddiaçı məlumatlandırılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçının hazırkı iddiasının heç bir əsası yoxdur, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki,İddiaçının cavabdehlər Azərbaycan Respublikası Xammal və X16 Mərkəzi Cavabdehnə və “Yelo Bank” X8rşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən ona aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X16 Mərkəzi Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Yelo Bank” X8rşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar