Məhkəmə qərarları › İş №2(005)-1796/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1796/2023

19.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1796/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuşdur. X2 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov ev 8-də yaşayışlar, qızı anadan doğuş vaxtından travma ilə doğulmuşdur, anadan gəlmə xəstədir, uşaq nevroloji xəstəxanada yatmışdır, hətta 10 yaşında müalicə əsasında yeriməyə başlamışdır, uşaq böyüdükcə öz hərəkətini idarə edə bilmir. Hal-hazırda onun əqli inkişafı uşaq əqli ilə bərabərdir. İ qrup əlildir. Qızının qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ağır kəmağıllılıq kəskin imbesillik kobud nitq və davranış pozuntuları ilə kənar şəxslərin himayəsinə ehtiyacı var. Qızı müddətsiz əmək qabiliyyətsizdir. Özü anasıdır, ona qulluq edir. Övladı 2 №-li Ruhi xəstəxanadadır və ruhi əsəb dispanserdə qeydiyyatdadır, onu orada müalicə etdirir. Bu səbəbdən onun qəyyumu kimi təyin edilmək istəyir. Buna görə Nərimanov rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və himayəçilik” komissiyasınadan ona şifahi qaydada bildirmişlər ki, qızının üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsi əsasında təyin edilə bilər. Ona görə də hazırda məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına olan; AZ-İ № 553614 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26 sentyabr 2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 1890 nömrə ilə qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə məlumatdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X6 birinci dərəcəli əlildir, ona F72.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq kəskin imbesillik kobud nitq və davranış pozuntuları ilə diaqnozu qoyulmuşdur. 38 saylı MKİS tərəfindən verilmiş 38/123 saylı xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi A.Məmmədov küçəsi 8 nömrəli evdə yaşayır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1796/2023 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 1638 nömrəli rəyində X4 “ağır dərəcəli əqli gerilik” aşkar olunmuşdur. X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə emtək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan, xx.xx.2004-cü il təvəllüdlü X3 anasıdır, X4 ağır dərəcəli əqli gerilik aşkar olunur, İ qrup əlildir, o, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 1638 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, xx.xx.2004-cü il təvəllüdlü X3 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X6 (AA2487910) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar