Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1809/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2nə qarşı “hərrac təşkilatının açıq hərracın nəticələri haqqında xx xxxxxx 2020ci il tarixli 58/02 nömrəli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2nə qarşı “hərrac təşkilatının açıq hərracın nəticələri haqqında xx xxxxxx 2020ci il tarixli 58/02 nömrəli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X19 küçəsində yerləşən 5 nömrəli evin 26-m nömrəli mənzilə dair hərracın nəticələrini, hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx xxxxxx 2020-ci il tarixli 58/02 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən onun Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2nə 2.974,20 (iki min doqquz yüz yetmiş dörd dollar iirmi sent) ABŞ dolları məbləğində borcunun olması öz təsdiqini tapmış və onun tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X19 küçəsində yerləşən 5 nömrəli evin 26-m nömrəli mənzili 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manat dəyərində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qiymətləndirilərək qeyd edilən kredit üzrə ipoteka ilə yüklü edilmişdir. Həmin hərracın keçirilməsində ona rəsmi qaydada bildiriş çatdırılmamış, hərracın keçirilməsi vaxtı ona məlum olmuşdur və yol pulu olmadığına görə hərracda iştirak edə bilməmişdir. Bundan da müvafiq hərrac mərkəzi sui-istifadə edərək, ona məxsus əmlakı həddindən artıq aşağı qiymətləndirərək, bankla əlbir olaraq bu ağır dövrdə vətəndaşı ev-eşiyindən çölə atmağa çalışmış, lakin nəzərə almamışdır ki, dövlət başçısının bununla əlaqədar banklara böyük bir tövsiyəsi olmuşdur. Məhkəmə iclasında cavabdeh Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 nümayəndəsi X11 iddia ərizəsinə mahiyyəti üzrə baxılıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxxx 2021-ci il tarixdə xx xxxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə müvafiq ərizəyə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(102)-3770/2019 nömrəli icra vərəqəsinin surətindən və məzmunundan görünür ki, cavabdeh Sadiqov İsmayıl Cahangir oğlunun kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8631/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi xx xxxxxx 2015-ci il tarixli, 08/420 nömrəli kredit müqaviləsi üzrə cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilərək həmin müqavilə üzrə cərimə borcu 1.000 (bir min) ABŞ dolları (ödəmə gününə Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər (borclu) X1, (zamin) X2, X8 iddiaçı Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 xeyrinə xx xxx 2015-ci il tarixli, 05/295 nömrəli kredit və xx xxxx 2015-ci il tarixli 05/295 nömrəli zaminlik müqavilələrinə əsasən əsas kredit borcu üzrə 34.270,23 (otuz dörd min iki yüz yetmiş dollar iyirmi üç sent) ABŞ dolları, faiz borcuna görə 19.142,84 (on doqquz min bir yüz qırx iki dollar səksən dörd sent) ABŞ dolları, cərimə borcuna görə 3.000 (üç min) ABŞ dolları olmaqla, cəmi 57.413,07 (əlli yeddi min dörd yüz ön üç dollar yeddi sent) ABŞ dolları ödəniş gününə manatın məzənnəsi ilə manatla, cavabdeh X1 Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 xeyrinə xx xxxxxx 2015-ci il tarixli, 08/420 nömrəli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 9.339,83 (doqquz min üç yüz otuz doqquz dollar səksən üç sent) ABŞ dolları, faiz borcuna görə 2.974,20 (iki min doqquz yüz yetmiş dörd dollar iyirmi sent) ABŞ dolları, cərimə borcuna görə 1.000 (bir min) ABŞ dolları olmaqla, cəmi 13.314,03 (on üc min üç yüz on dörd dollar üç sent) ABŞ dollarının ödəniş gününə manatın məzənnəsi ilə manatla və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə xidmət haqqı kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsi, ev 5, 26M nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərraca çıxarılması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsi, ev 5, mənzil 26M ünvanında yerləşən mənzilin açıq hərracda ilkin satış qiymətinin 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməsi, mənzilin satılması və cavabdehlər X3, X6 və X10 xx xxx 2015-ci il tarixli, 05/295 nömrəli kredit və xx xxxx 2015-ci il tarixli 05/295 nömrəli zaminlik müqaviləsi üzrə banka olan borcunun ödənilməsinə yönəldilməsi, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsi, ev 5, mənzil 26M satıldıqdan sonra həmin ünvanda qeydiyyatda olan şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, aparılmış qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri cavabdeh X1 tutularaq, 200 (iki yüz) manat məbləğində pul vəsaitinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialının müvafiq hesabına keçirilməsi, apelyasiya icraatında aparılmış qiymətləndirmə tədqiqatına görə 200 (iki yüz) manat məbləğində xərcin cavabdeh X1 tutularaq “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialının müvafiq hesabına ödənilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 01 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsində yerləşən 5 nömrəli evin 26M nömrəli mənzilinin 90.000 (doxsan min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bu barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 222 nömrəli buraxılışında müvafiq qaydada elan dərc edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsində yerləşən 5 nömrəli evin 26M nömrəli mənzilinin 76.500 (yetmiş altı min beş yüz) manat məbləğində (90.000-15%=76.500) açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bu barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 224 nömrəli buraxılışında müvafiq qaydada elan dərc edilmişdir; “Birja Yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 226 nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsində yerləşən 5 nömrəli evin 26M nömrəli mənzilinin təkrar hərracı baş tutmamışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin X7, X9, X12, İddiaçı, Bakı şəhəri Xətai Rayon İcra və probasiya Şöbəsinə və Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2nə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsində yerləşən 5 nömrəli evin 26M nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 58/02 nömrəli xx xxxxxx 2020-ci il tarixli protokolunun surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsində yerləşən 5 nömrəli evin 26M nömrəli mənzilinin tam dəyəri 90.000 (doxsan min) manat qiymətə açıq hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti 76.500 (yetmiş altı min beş yüz) manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlak təkrar hərrac qiymətindən 25% aşağı, yəni 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manat qiymətə tələbkar Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2nə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən təklif edilmiş və müvafiq əmlak qeyd edilən qiymətə tələbkar tərəfindən qəbul edilmişdir; xx xxxxxx 2021-ci il tarixli 10727 nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui- istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(102)-3770/2019 nömrəli qərarına əsasən cavabdeh Sadiqov İsmayıl Cahangir oğlunun kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8631/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi xx xxxxxx 2015-ci il tarixli, 08/420 nömrəli kredit müqaviləsi üzrə cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilərək həmin müqavilə üzrə cərimə borcu 1.000 (bir min) ABŞ dolları (ödəmə gününə Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər (borclu) X1, (zamin) X2, X8 iddiaçı Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 xeyrinə xx xxx 2015-ci il tarixli, 05/295 nömrəli kredit və xx xxxx 2015-ci il tarixli 05/295 nömrəli zaminlik müqavilələrinə əsasən cəmi 57.413,07 (əlli yeddi min dörd yüz ön üç dollar yeddi sent) ABŞ dolları ödəniş gününə manatın məzənnəsi ilə manatla, cavabdeh X1 Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 xeyrinə xx xxxxxx 2015-ci il tarixli, 08/420 nömrəli kredit müqaviləsinə əsasən cəmi 13.314,03 (on üc min üç yüz on dörd dollar üç sent) ABŞ dollarının ödəniş gününə manatın məzənnəsi ilə manatla və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə xidmət haqqı kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsi, ev 5, 26M nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərraca çıxarılması, mənzilin açıq hərracda ilkin satış qiymətinin 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməsi, mənzilin satılması və cavabdeh şəxslərin müvafiq kredit və zaminlik müqavilələri üzrə banka olan borcunun ödənilməsinə yönəldilməsi, qeyd edilən mənzil satıldıqdan sonra həmin ünvanda qeydiyyatda olan şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qərara alınmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsində yerləşən 5 nömrəli evin 26M nömrəli mənzilinin 90.000 (doxsan min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmiş və bu barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 222 nömrəli buraxılışında müvafiq qaydada elan dərc edilmişdir. Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsində yerləşən 5 nömrəli evin 26M nömrəli mənzilinin 76.500 (yetmiş altı min beş yüz) manat məbləğində (90.000-15%=76.500) açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmiş və bu barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 224 nömrəli buraxılışında müvafiq qaydada elan dərc edilmişdir. Eləcə də, “Birja Yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 226 nömrəli buraxılışında Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsində yerləşən 5 nömrəli evin 26M nömrəli mənzilinin təkrar hərracının baş tutmaması ilə bağlı elan dərc edilmişdir. xx xxxxxx 2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsində yerləşən 5 nömrəli evin 26M nömrəli mənzilinin təkrar hərracının baş tutmaması səbəbindən ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunmuş, hərracın yekunları barədə 58/02 nömrəli xx xxxxxx 2020ci il tarixli protokoluna əsasən əmlak təkrar hərrac qiymətindən 25% aşağı, yəni 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manat qiymətə tələbkar Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X18 küçəsi, ev 5, 26M nömrəli mənzil ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər X7, X9, X12 və İddiaçı göndərilmiş və bunu təsdiq edən müvafiq poçt qəbzləri mövcuddur. Onlar həmin hərracların keçirilmə vaxtı və yeri barədə məlumatlı olmuşlar. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2nə qarşı “hərrac təşkilatının açıq hərracın nəticələri haqqında xx xxxxxx 2020-ci il tarixli 58/02 nömrəli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2nə qarşı “hərrac təşkilatının açıq hərracın nəticələri haqqında xx xxxxxx 2020ci il tarixli 58/02 nömrəli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1809/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1809/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver