Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1826/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 15 saylı Tovuz Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-201F KOD 50203018 şəhadətnamənin həqiqətən Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Məmmədəliyeva (Həsənova) Sədaqət Rüstəm qızı xx.xx.1977-ci il tarixində Ermənistan, Noyamberyan rayonunda dünyaya gəlmişdir. 2006-cı il tarixində X3 (anası) və Ərizəçi X12 kəndində 0.19 ha torpaq sahəsinin Torpağın Mülkiyyətə Verilməsinə dair JN-201F KOD 50203018 Şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamədə onun adı səhv yazılaraq X5 olaraq qeyd edilmişdir. Dəyişiklik edilməsi barədə maraqlı şəxs şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 15 saylı Tovuz Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş, lakin cavab məktubu ilə imtina edilmiç və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Anası rəhmətə getdiyindən hazırda sənəddə olan yalnışa görə vərəsəlik işi yekunlaşdırıla bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında üzrlü səbəbdən nümayəndələrinin iştirak edə bilməyəcəyini, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsassız olduğundan təmin edilməməldir. Belə ki, iş materiallarında olan: AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977ci il tarixdə Ermənistan, Noyamberyan rayonunda doğulmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 15 saylı Tovuz Ərazi İdarəsinin məktubundan görünür ki, araşdırma zamanı JN-201F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsinin JN-201F nömrəli şəhadətnamədə gğstərilən məlumatlar baza məlumatları ilə eynidir. Torpağın Mülkiyyət Verilməsinə dair JN-201F KOD 50203018 şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayonu, Böyük Kəsik kənd sakini X3 və X1 Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 04 saylı qərarı ilə 0.19 ha torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə doğulmuş, ata qrafasında “X6”, ana qrafasında “X3” qeyd edilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X2 ilə X4 arasında nikah xx.xx.2000-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlanandan sonra aravada “Məmmədəliyeva” soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Torpağın Mülkiyyət Verilməsinə dair JN-201F KOD 50203018 şəhadətnamədə qeyd edilmiş “X5” ilə “Ərizəçi” eyni şəxs olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın Mülkiyyət Verilməsinə dair JN-201F KOD 50203018 şəhadətnamədə qeyd edilmiş “X5” ilə “Ərizəçi” eyni şəxs olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1826/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1826/2022
25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver