Məhkəmə qərarları › İş №2(005)-1833/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1833/2022

09.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1833/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4riusu X9 tərəfindən 40-240 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin, ünvan 4riusu X9 tərəfindən 4Ə-232 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 11 06.2017-cı ıl tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin və 1 saylı Bakı “Asan xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 4Ə-1049 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin İddiaçı ödədiyi dövlət rüsumunun əvəzi olan 100 (yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, Cavabdeh3 cavabdeh, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs qismində işə cəlb edərək ünvan 1 ünvanında yerləşən mənzil üzrə Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X8 tərəfindən 4Ə-421 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmçinin həmin mənzil üzrə ünvan 4riusu X9 tərəfindən 4Ə-240 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, habelə ünvan 3 ünvanında yerləşən mənzilin ½ hissəsi üzrə ünvan 4riusu X9 tərəfindən 4Ə-232 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/ynın 40 saylı bağ sahəsi üzrə 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 4Ə-1049 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ƏMDX-nin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil üzrə Cavabdeh3 adına verilmiş Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmçinin həmin mənzil üzrə Cavabdeh2 adına verilmiş Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə ünvan 3 ünvanında yerləşən mənzil üzrə Seriya RX № ******* olan ********** qeydiyyat nömrəli xx.xx.2017-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, eləcə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi üzrə Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ödədiyi dövlət rüsumunun əvəzi olan 100 (yüz) manatın və iddiaçının Vəkil ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 (yüz) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(005)- 2515/2018 saylı qətnaməsinə əsasən mənzildən qanunsuz götürülmüş ev əşyalarının dəyərinin əvəzi və mənzilin təmir-bərpasının dəyərinin əvəzi olaraq dəymiş maddi zərər cəmi 74550.00 manat olaraq qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2( 103)-817/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin müəyyən etdiyi maddi zərərin məbləği azaldılaraq 52862,8 manat olaraq müəyyən edilmişdir. Ali Məhkəmənin 21 sentyabr 2021-ci il tarixli 2(102)-4715/21 saylı qərarına əsasən Bakt Apellyasiya Məhkəməsinin 2(103)-817/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh2 məhkəməyə müraciət edərək, icra icraatı zamanı qəbul edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-37/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-37/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, həmin qərardadla Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi b/y-nın 40 saylı, 0,12 ha bağ sahəsinin, Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, 84 saylı evin 59 saylı mənzilin və Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 saylı evin 43 saylı mənzilin üzərinə qoyulmuş 50 % miqdarında həbsin götürülməsi qərara alınmışdır. Mən xx.xx.2022-ci il tarixdə mübahisəli qərardadla tanış olduğu zaman xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin mövcudluğundan xəbər tutmuş və xx.xx.2022-ci il tarixdə həmin müqavilələrin surətini əldə etmişdir. Hal-hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi" barədə Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrini mübahisələndirir. xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə vermişdir. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki. hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə verilmişdir. xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 qızma ünvan 6 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna Ali Məhkəmənin 23 aprel 2015-ci il tarixli qərarından tərəfimizdən əlavə kassasiya şikayəti verildikdən sonrakı dövrdə xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini və xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 bağışlamışdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 20 May 2016-cı il tarixli qərarına əsasən “Bakı şəhəri Süleyman Rüstəm küçəsi 15 saylı ünvanında yerləşən 10 saylı mənzilə aid əqdlərin ləğv və etibarsız sayılması hissəsində və həmin mənzilin Cavabdeh1 sahibliyinə və istifadəsinə qaytarılması hissəsində” Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 aprel 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin 21 sentyabr 2021-ci il tarixli 2(102)-4715/21 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 hədiyyə alan Cavabdeh2 Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsində hədiyyə alanın mülkiyyətinə vermişdir. Əslində, xx.xx.2016-cı il tarixdən Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahdadırlar və birgə təsərrüfat idarə edirlər. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin və gələcəkdə ehtimal qanuni qüvvəyə minəcək məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədilə sözügedən bağışlama müqavilələrini bağlamaqla Cavabdeh1 yuxarıda qeyd olunan əmlaklarda ona məxsus olan paylarını arvadı Cavabdeh2 bağışlamışdır. Göründüyü kimi, qeyd olunan xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələri uydurma əqdlərdir. Beləliklə, Cavabdeh1 öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirir, belə halları isə qanunvericilik, o cümlədən Mülki Məcəllə qadağan edir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(103)-817/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi hazırki mübahisəyə baxan məhkəmə üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq cavabdehlər arasında bağlanmış müvafiq olaraq xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddia ərizəsi üzrə məhkəmə icraatı mümkün hesab edilərək işin məhkəmədə baxılmağa hazırlanması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Qaldırılmış iddianın mahiyyəti ondan ibarətdir ki, çıxarılmış məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı pul məbləği mövcuddur. İddiaçının məqsədi ondan ibarətdir ki, əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş əmlakların bağışlama müqaviləsi ləğv edilsin, bağışlama müqaviləsi üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılsın. İddiaya etiraz edir və bu etiraz həm prosessual əsaslardan, həm də maddi hüquqi əsaslardan irəli gəlir. Prosessual əsaslar ondan ibarətdir ki, iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsinə dair qərardad MPM-nin tələblərinə cavab vermir. Belə ki, iddia ərizəsi iddaçının nümayəndəsi və eyni zamanda vəkili tərəfindən imzalanmaqla kağız daşıyıcıda məhkəməyə təqdim edilmişdir. Bu isə MPM-nin 10-1-ci maddələrinin tələblərinə uyğun deyil. Nəzərə almaq lazımdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsində məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. İddiaçı “elektron kabineti” olan nümayəndə (vəkil) ilə təmsil olunmaqla məhkəmədə iddia qaldırmışdır. Belə olan halda iddia ərizəsi kağız daşıyıcıda deyil, elektron qaydada təqdim edilməli idi. Qanunun mənasına görə başqa cür yanaşma mümkün deyil. Beləliklə, hesab edir ki, iddianın bu formada icraata qəbul edilməsi və mümkün sayılması MPM-nin 10-1-ci maddəsinin və 151-ci maddəsinin tələblərinə zidd olmuşdur. Eyni zamanda məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması və rəsmi qaydada verilməsini tənzimləyən MPM-in 135-ci maddəsinin tələbləri də təmin edilməmşdir. İddiaya maddi hüquqi baxımdan etirazın əsasları ondan ibarətdir ki, hazırkı iddia tələbinin motivasiyası Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsində sözügedən əmlaklar üzərində 50% miqdarında qoyulmuş həbsin götürülməsidir. Qərardaddan tələbkar İddiaçı (Vəkilla) verdiyi şikayət Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış, şikayətə baxılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, məhkəmə şikayəti nəzərdən keçirərək qeyri-mümkün hesab etmiş, şikayətin geri qaytarılması üçün Nərimanov Məhkəməsinə göndərmişdir. Düzdür, göstərilən faktlar özlüyündə mübahisəyə qiymət verilməsi üçün xüsusi əhəmiyyətə malik deyil; burada müəyyən edilməli hal bağışlama müqaviləsinin hüquqi təbiəti və onun etibarsızılığı üçün qanunla təsbit edilmiş göstərişlər və ən əsası iddiaçının belə bir tələblə məhkəməyə müraciət hüququnun mövcudluğunun (subyektiv hüququ) olub-olmamasıdır. Bu baxımdan hesab edir ki, iddiaya mahiyyəti üzrə qiymət verilərkən yuxarıda qeyd edilən faktiki və hüquqi əsaslar üzrə yoxlama aparılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, Cavabdeh2 heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-817-2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2515/2018 saylı iş üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “mənzildən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də Cavabdeh1 tərəfindən yararsız hala salınmış həmin mənzilin təmirbərpa işlərinin bazar qiymətinin deyərinin əvəzi olaraq 74 550 manatın Cavabdeh1 İddiaçı xeyrinə tutulması" hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 15 nömrəli evin 10 nömrəli mənzilindən Cavabdeh1 tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq cəmi 52 862,8 (əlli iki min səkkiz yüz altmış iki manat 80 qəpik) Cavabdeh1 İddiaçı xeynnə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4715/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasıya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 817/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-6/2016 saylı, xx.xx.2016-cı il tarixli Plenum qərarının surətindən görünür ki, İddiaçı və X1 əlavə kassasiya şikayətləri təmin edilmiş, ünvan 9 ünvanda yerləşən 24 saylı və ünvan 10ylı mənzillərə aid əqdlərin ləğv və etibarsız sayılması hissəsində və həmin mənzillərin Cavabdeh1 sahibliyinə və istifadəsinə qaytarılması hissəsində Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsi və həmin hissələrdə Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 aprel 2015-ci il tarixli Qərarı ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qərar "xxxx" QSC-yə qarşı əmanətçi hüquqlarının bərpa edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. "xxxx" Kommersiya Bankının əlavə kassasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-15/19 saylı məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cavabdeh1 xx.xx.2016-cı ildə 3 saylı Bakı “ASAN xidmət" mərkəzindəki qeydiyyat şöbəsində Məmmədova (Əliyeva) Gülnarə Qərib qızı ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məktubundan görünür ki, X2 adına daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın təqdim edilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, mövcud arxiv materiallarına əsasən Cavabdeh2 adına xx/xx/2016-cı il tarixində Qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi, ev 32 unvannda yerləşən 43 nömrəli mənzil; 14.06 2017-ci il tarixində qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 84 ünvanında yerləşən ƏQ nömrəli mənzilin 1/2 hissəsi; 14.10 2021-ci il tarixində qeydiyyata alınmış Bakı şəhəri Binəqədi rayonu, Göradil kəndi, "Rabitəçi" b/y-nın 40 saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi aşkar edilmişdir. “Hədiyyə verən” X10 ilə “hədiyyə alan”- Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 90 kv.m olan mənzili hədiyyə alana bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrində 2306 nömrəli reyestr kitabının 214661 nömrəli vərəqində qeydiyyat aparılmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrində 2306 nömrəli reyestr kitabının 214661 nömrəli vərəqində qeydiyyat aparılmışdır; “Hədiyyə verən” Cavabdeh1 ilə “hədiyyə alan”- Cavabdeh3 əvəzinə X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 90,0 kv.m olan 4 otaqlı mənzili hədiyyə alana bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrində 2306 nömrəli reyestr kitabının 214661 nömrəli vərəqində qeydiyyat aparılmışdır; “Hədiyyə verən” Cavabdeh1 ilə “hədiyyə alan”- Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 94,9 kv.m olan 3 otaqlı mənzili hədiyyə alana bağışlamışdır. X5 xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, X11 bildirir ki, arvadı X7 məxsus olan ünvan 11 ünvanda yerləşən mənzil və ünvan 13şlanmasına razıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən mənzilin ½ hissəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh1, ½ hissəsi xx.xx.2015-ci il tarixdə X6 adına qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrində 1199 nömrəli reyestr kitabının 108951 nömrəli vərəqində qeydiyyat aparılmışdır; “Hədiyyə verən” Cavabdeh1 ilə “hədiyyə alan”- Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi , ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini hədiyyə alana bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Binəqədi rayonu, Göradil kəndi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsi , ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrində 814 nömrəli reyestr kitabının 77147 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Məhkəmə hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan müqavilələrin, ümumilikdə isə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması və bu konteksdə mübahisələndirilən bağışlama müqaviləsinə hüquqi qiymətin verilməsi zəruridir. Məhkəmə alqı-satqı müqavilələrinin etibarsızlığına dair mübahisəyə ilkin olaraq münasibət bildirməyi zəruri hesab edərək, tərəfindən mülki işin halları və toplanmış sübutlar nəzərdən keçirilərkən alqı-satqı müqavilələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Göründüyü kimi İddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisələri olmuş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(103)-817/2021 saylı qətnaməsinə əsasən İddiaçı dəymiş maddi zərərin məbləği 52862,8 manat olaraq müəyyən edilmişdir. Qeyd edilən qətnamənin icrasının təmini üçün Cavabdeh1 məxsus əmlakların üzərinə həbs qoyulmuşdur. Daha sonra məhkəmə qərardadı əsasında əmlakların üzərindən həbs götürülmüşdür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlakların üzərindən həbs götürüldükdən sonra iş üzrə Cavabdeh1 tərəfindən həmin əmlaklar iş üzrə digər cavabdehlər olan Cavabdeh2, X7 bağışlama müqaviləsi əsasında hədiyyə etmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər arasında bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsini və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, çıxarışın ləğv edilməsini xahiş edir. Ümumilikdə məhkəmə araşdırması zamanı iddia ərizəsində göstərildiyi kimi bağışlanma müqavilələrinin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə tərəfindən aşkar edilməmiş, eyni zamanda belə bir hüquq pozuntusunun olması iddiaçı tərəfindən sübut edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur . Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığından da iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

667. Bağışlamaq və hədiyyə qəbul etmək qabiliyyəti. 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Bağışlama müqaviləsini mübahisələndirmək hüququna malilk üç subyekt var: birincisi, bağışlama müqaviləsinin tərəfləri; ikincisi, bağışlama müqaviləsi bağlanan zaman birgə nikahda olan şəxslər (ər və ya arvad); ikincisi, bağışlama müqaviləsi üzrə potensial miras kütləsinə daxil olacaq əmlakdan məhrum olan potensial vərəsələr. Hazırkı halda iddiaçı qeyd olunan subyektlərin heç birinə aid deyil və bu vəziyyətdə bağlanmış müqavilələrin iddiaçının qanunla qorunan hər hansı hüququna toxunduğu və yaxud müqavilələrin bağlanmasının onun mənafeyinə zidd oluduğuna dair heç bir əsas mövcud deyil. Qanunvericilik hüquqları pozulmuş və mənafelərinə ziyan dəymiş şəxsin məhkəmə müdafiəsi hüququna təminat verir. İddiaçı bağışlama müqaviləsinə münasibətdə həmin kateqoriyaya aid olmadığından belə bir iddia əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunan hüquqi mövqeyə görə “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element hüquqi ixtiyar isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçıların hazırkı iddiası əsassızdır, onlar iddianı əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar