Məhkəmə qərarları › İş №2(005)-1848/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1848/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1848/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC Mərkəzi” və "xxxx" QSC-yə (Şamaxı rayon İcra və Probasiya şöbəsi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC Mərkəzi” və "xxxx" QSC-yə (Şamaxı rayon İcra və Probasiya şöbəsi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə baxışının təxirə salınması və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişdir. Cavabdeh “Access Bank“ QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Bu Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclasına gəlmədiyindən və cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC Mərkəzi” və "xxxx" QSC-yə (Şamaxı rayon İcra və Probasiya şöbəsi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar