Məhkəmə qərarları › İş №2(005)-1851/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1851/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1851/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs TBC BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X3 TBC BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı TBC BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2338/2019 saylı, 20.02.2019-ci il tarixli icra sənədinə ve Abşeron rayon İcra ve Probasiya şöbəsinin 15.11.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən «xxxx" MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m ve yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B’ literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin satışı üçün keçirilmiş 07.01.2020-ci il ve 27.01.2020-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2338/2019 saylı, 20.02.2019-cu il tarixli icra sənədinə və Abşeron rayon İcra və Probasiya şöbəsinin 15.11.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən “xxxx” BOKT MMCnin kredit tələbi üzrə tutmanın yönəldildiyi və İddiaçı məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsine və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A" literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı "B" literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250 000 (iki yüz əlli min) manat məbləğində olmaqla “xxxx” MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş 06.12.2019-cu və 20.12.2019-cu il tarixli bildirişlərdən müəyyən edilir ki, fərdi evin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 250.000 manat olmaqla 07.01.2020-ci il tarixində 15:15-da ilkin hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş 22.01.2020-ci il tarixli bildirişdən müəyyən edilir ki, fərdi evin təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 250.000 manat olmaqla 27.01.2019-cu il tarixində 11:00-da təkrar hərrac keçirilmişdir. Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclarla bağlı “Birja Yenilikləri" qəzetində müvafiq elanlar yerləşdirilmişdir. Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclar baş tutmadığından 31.01.2020-ci il tarixli məktubla ipoteka predmetinin əldə olunmasına dair ipoteka saxlayana təklif edilmişdir. Hesab edir ki, “xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməlidir. Belə ki, qanunveriliyin tələbinə görə təkrar hərracda ipoteka predmetinin dəyəri 15% düşməsinə baxmayaraq hərrac təşkilatçısı “xxxx” MMC tərəfindən keçirilmiş təkrar hərracda ipoteka predmetinin dəyəri 15% düşməyərək ilkin satış qiyməti ile eyni olan 250000 manata satışa çıxarılmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin 15.11.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən hərracın təşkilatçısı “xxxx” MMC tərəfindən ilkin hərrac təyin edilərkən, birinci elan və bildirişi hərracın keçirilməsinə en geci 30 təqvim günü qalmış verilməli olduğu halda bu tələbə riayət edilməmiş, ilkin hərracı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinin tələblərinə zidd olaraq, hərracın keçirilməsi, bildirişin verildiyi tarixdən 30 gündən az müddətə teyin edilmişdir. Qeyd edilən qanun pozuntusu iddia ərizəsinə əlavə edilmiş, ilkin hərracın keçirilməsi barədə hərrac təşkilatının 06.12.2019-cu il tarixli bildirişi və bu barədə “Birja Yenilikləri” qəzetində yerləşdirilmiş müvafiq elanlarda öz təsdiqini tapır. Qeyd olunanlara əsaslanaraq hesab edir ki, “xxxx" MMC tərəfindən keçirilmiş hərraclar ve həmin hərracların nəticəsi qanunsuz olduğundan ləğv edilərək yenidən hərrac keçirilməlidir. 27.05.2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin məhkəməyə ipoteka predmetinin mülkiyyətçisi və ipoteka qoyan X5 tərəfindən deyil borcalan İddiaçı tərəfindən verildiyini nəzərə alaraq ilkin iddiaçını əsl iddiaçı ilə əvəz edilməsini və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, 20.02.2019-ci il tarixli icra sənədinə və Abşeron rayon İcra və Probasiya şöbəsinin 15.11.2019- cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən “xxxx” MMC tərəfindən X4 məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin satışı üçün keçirilmiş 07.01.2020-ci il və 27.01.2020-ci il tarixli hərracların və hərracın nəticəsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 27.05.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs TBC BOKT MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(005)-53/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı “xxxx BOKT” MMC-nin cavabdehlər İddiaçı, X6, X5 və X1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və qeydiyyatda olanların məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 71026,79 ABŞ dolları kredit borcu, 60 manat məhkəmə xərclərinin alınması, tutmanın ipoteka predmetinə yönəlməsi və İddiaçı məxsus olan, daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeyd edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 250000 manat müəyyən edilib, açıq hərracdan satılmaqla borcun ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, 20.02.2019-ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər İddiaçı, X6, X2 birgə qaydada 57719.17 ABŞ dolları əsas, 10466.41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, əldən çıxmış faydaya görə 841.21 ABŞ dolları məbləğində borc AR Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin “xxxx BOKT” MMC-nin xeyrinə tutulması, İddiaçı məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi, Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanında yerləşən dəyəri 17259 manat müəyyən edilmiş tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 250000 manat müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2338/2019 saylı iş üzrə 20 fevral 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarından görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, 20 fevral 2019-cu il tarixli qətnaməsi üzrə hərracın təşkili və keçirilməsi üçün 15.11.2019-cu il tarixdə “Respublika Xammal və X8 Mərkəzi “xxxx” MMC-yə sifariş məktubu göndərilmişdir. İş materiallarından görünür ki, hərrac təşkilatçısı “xxxx” MMC tərəfindən kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi barədə icra sənədi üzrə ipoteka predmetinin 07 yanvar 2020-ci il tarixdə hərraca çıxarılması barədə iddiaçıya bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, ilkin hərrac baş tutmadığından təkrar hərracın 27.01.2020-ci il tarixdə keçiriləcəyi barədə iddiaçıya bildirş göndərilmişdir. İş materiallarından görünür ki, təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının 31.01.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə “xxxx BOKT” MMC-yə təklif olunmuşdur. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli e-2- 2(113)-2186/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx BOKT” MMC) cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X8 Mərkəzi Cavabdehnə (“xxxx” MMC) qarşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2338/2019 saylı, 20 fevral 2019-cu il tarixli icra sənədi üzrə keçirilmiş hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin torpağa görə sadələşdirilmiş verginin ödənilmədən bağlanması vəzifəsinin Azərbaycan Respublikası Respublika Xammal və X8 Mərkəzi “xxxx” MMC-nin üzərinə qoyulması tələbi təmin edilmiş və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı “xxxx BOKT” MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X8 Mərkəzi “xxxx” MMC-nin üzərinə qoyulmuşdur. İş materiallarında olan FM Express daşıma Xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin 124818 saylı ƏİV seriylı talonunun surətindən görünür ki, iddiaçı X5 hərracın keçirilməsi barədə bildirişi 03.02.2020-ci il tarixdə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, 20.02.2019-ci il tarixli icra sənədinə ve Abşeron rayon İcra ve Probasiya şöbəsinin 15.11.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən «xxxx" MMC tərəfindən X4 məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m ve yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin satışı üçün Abşeron rayon İcra ve Probasiya şöbəsi tərəfindən hərracın keçirilməsi haqqında Sifariş verilmiş və həmin əmlakın hərracda satılmasını təşkil edən «xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmişdir. Keçirilən hərracın nəticəsində alıcı olmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, lakin yekun protokol hələ də tərtib olunmamışdır. Lakin Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli e-2-2(113)-2186/2020 saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı “xxxx BOKT” MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X8 Mərkəzi “xxxx” MMC-nin üzərinə qoyulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə əldə etmək istədiyi nəticə hərracın etibarsızlığına nail olmaqdır. Ona görə də hazirki mübahisəyə Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. Belə ki, iddiaçı mübahisələndirdiyi əmlakın hərrac vasitəsilə alqı-satqısı zamanı ehtimal olunan hüquqlarının pozulmasından 03.02.2020-ci il tarixdən hərracın keçirilməsi barədə bildirişi aldığı müddətdən məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Məhkəmə, iddiaçının məlumatlı olması məsələsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı X5 hərracın keçirilməsi barədə bildirişi aldığı müddətdən, yəni 03.02.2020-ci il tarixdən mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlaka dair hərracın keçirilməsindən məlumatlı olmuş, məhkəməyə isə yalnız 26.02.2021-ci il tarixdə iddiaçının qardaşı İddiaçı tərəfindən iddia ərizəsi ilə müraciət edilmiş, bundan başqa da 27.05.2021ci ildə İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilmişdir. Beləliklə, X5 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlaka dair hərracın keçirilməsini bilsə də, yalnız 27.05.2021-ci il tarixdə hərracın nəticələrinin etibarsız hesab edilməsini məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 TBC BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 TBC BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar