Məhkəmə qərarları › İş №2(005)-1855/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1855/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1855/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X6, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X11 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, Bakı şəhəri Xəzər rayon İcra şöbəsi, Azərbaycan Respublikası Respublika Xammal və X23 Mərkəzi “Külək» MMC-yə qarşı hərracın nəticələrinin və yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0,04 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2( 103) 4432/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi icraya yönləndirilmiş, icra şöbəsi cavabdeh hərrac xidməti ilə birlikdə qanunvericiliyin tələbləri pozaraq, məlumatı olmadan pandemiya şəraitində, Nazirlər Kbinetinin qərarlarının əleyhinə olmaqla hərrac təşkil etmiş, mənzili tələbkara təklif etmişdir. Halbuki əvvəlki iki hərracı keçirdikdən sonra hər iki bildirişi bır konvertə yerləşdirib geri tarixlə onlara xüsusi çatdırılma vasitəsi ilə göndərilmiş, sonuncu hərracı isə kəskin karantin vaxtı, harada, hansı şəraitdə keçirilməsi məlum deyil. Belə ki, həmin tarixdə Nazirlər Kabinetinin qərarına uyğun olaraq həmin hərracın keçirilməsi mümkün deyildir. Bundan sonra cavabdehə teleqram vuraraq, hərracın nəticəsinin ləğv edilməsini tələb etsə də, tələb yerinə yetirilməmişdir Həmçinin keçirilmiş hərrac protokollarının ona təqdim edilməsini tələb etsə də, protokollar təqdim edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Eyni zamanda sözügedən hərrac barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc edilməmişdir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8-ci maddələrinin mənasına görə ipoteka predmetinın ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-cı maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır Təkrar hərracda bır iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə poteka saxlayan ipoteka predmetini təkrar hərracda ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir Maddənin mənasından da göründüyü kimi ipotekaya o vaxt xitam verilə bilərdi ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməsin. Göründüyü kimi hərrac keçirilərkən hərracın keçirılməsi qaydaları pozulmuşdur. Məhkəmə iclasında İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi X14 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu. Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0,04 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli. 2 otaqlı, 99.7 m yaşayış, 105.6 m? köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə dair keçirilmiş hərrac tam qanunidir və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əməl edilmişdir. Hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildiriş göndərilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdehlər məlumat verilməsinə baxmayaraq bu qurumlar heç bir səbəb təqdim etmədən nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Məhkəməsinin 04.12.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 QSC-nin cavabdenlər İddiaçı, X7, X8 və X12 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı, X1, X2 və X9 müştərək qaydada əsas borc üzrə 42587.37 ABŞ dolları, faiz borcu üzrə 13820.09 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları olmaqla cəmi 57407.46 ABŞ dolları məbləğində pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə həmçinin 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması ilə bağlı ödənilmiş 10 manat və 20 manat xidmət haqqı olmaqla, cəmi 60 manat məbləğində pulun iddiaçı "Accessbank” QSC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan X10 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0.04 hə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m. yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin cavabdehlər İddiaçı, X1, X2 və X9 müştərək qaydada iddiaçı "Accessbank QSC-nin xeyrinə tutulması, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Aleksandr Marxevka küçəsində yerləşən 3 saylı fərdi yaşayış evin ilkin satış qiymətinin 91000 manat məbləğində müəyyən edilməsi fərdi yaşayış evi satıldıqdan bir ay sonra X4 evdən istifadə hüququna xitam verilməsi və onun həmin torpaq sahəsi və evdən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvi verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pulun cavabdehlər İddiaçı X1, X3 və X9 müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun cavəbdehlər İddiaçı, X1, X5 və X9 müştərək qaydada tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4432/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-425/2018 saylı, 04 dekabr 2018-ci il tarixli qətnaməsi qismən, iddianın cavabdehlər X8, X13 vs X12 qarşı zamin kimi (əmin olunan və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilsin və zaminlərə aid hissədə iddia təmin edilməmiş, İpoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov (hazırkı Xəzər) rayonu, Binə qəsəbəsi Aleksandr Marxevka küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 100000(yüz min) manat müəyyən edilmiş, Cavabdeh İddiaçı iş üzrə keçirilmiş ekspertiza xərci – 200 (iki yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Xəzər rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMCyə ünvanlanmış 20.10.2020-ci il tarixli məktubunun surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2( 103) 4432/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli icra sənədinin icrası qaydasında borclulardan X10 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0.04 hə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m. yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin hərracın təşkil edilməsi və nəticəsi barədə Xəzər rayon İcra Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur; Cavabdeh3 05.11.2020-ci il tarixli, 01 nömrəli və 02.12.2020-ci il tarixli, 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0.04 hə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m. yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin ilkiin satış qiyməti 100.000 manat olmaqla hərraca çıxarılması və hərracın 01 dekabr 2020-ci il tarixdə saat 11:00-dan- 17-00-dək, növbəti 02.12.2020-ci il tarixli, 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildiriş üzrə 14 dekabr 2020-ci il tarixdə saat 11:00-dan- 17-00-dək ünvan 3 ünvanında keçiriləcəyi göstərilmiş və bu barədə borcluların qeydiyyatda olduğu ünvana bildiriş göndərilmişdir. Cavabdeh3 05.11.2020-ci il tarixli, 01 nömrəli və 02.12.2020-ci il tarixli, 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0.04 hə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m. yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin satış qiymətinin 15% aşağı qiymətlə 85.000 manat olmaqla hərraca çıxarılması və hərracın keçiriləcəyi göstərilmiş və barədə borcluların qeydiyyatda olduğu ünvana bildiriş göndərilmişdir; “Birja Yenilikləri” Qəzetinin 2020-ci ilə aid olan 222, 225 nömrəli buraxılışlarında yerləşdirilmiş elanlara əsasən hərracın 01 dekabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixlərdə hərraca çıxarılması, habelə hərracın baş tutmaması barədə məlumatlar dərc edilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0.04 hə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m. yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 100.000 manat müəyyən edilməklə Bakı Apellyasiya Məhkəməsinin 2( 103) 4432/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən "xxxx" MMC hərraca çıxarılmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, bu barədə iddiaçıya bildirişlər göndərilmiş, qəzetdə elanlar yerləşdirilmiş və mənzil hərracdan satılmadığından, mənzilin ilkin satış qiymətindən 25 % aşağı qiymətlə, yəni 63 750 manat olmaqla tələbkar "Accessbank” QSC təklif edilmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh "Accessbank” QSC iddianı qəbul etmir, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, X10 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0.04 hə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m. yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evi ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar “Birja Yenilikləri” Qəzetinin 2020-ci ilə aid olan 222, 225 nömrəli buraxılışlarında dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, Bakı şəhəri Xəzər rayon İcra şöbəsi, Azərbaycan Respublikası Respublika Xammal və X23 Mərkəzi “Külək» MMC-yə qarşı hərracın nəticələrinin və yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, Bakı şəhəri Xəzər rayon İcra şöbəsi, Azərbaycan Respublikası Respublika Xammal və X23 Mərkəzi “Külək» MMC-yə qarşı hərracın nəticələrinin və yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar