Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1857/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Səbail Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində göstərilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində göstərilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1489 saylı sərəncamında göstərilən “ad və ata adının" texniki yanlışlıq səbəbindən “Səniyyət” və “Əbilovna” olaraq qeyd edilməsi və həmin sənəddə təsbit edilən şəxsin – “X3”nın Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində anadan olmuş və hazırda ünvan 1 ünvanında yaşayır. Ad və ata adı ünvan 2t” əvəzinə səhvən “Səniyyət”, “Ebilovna” əvəzinə “Əbilovna” olaraq qeyd edilmişdir. Sözügedən hal ona məxsus əmlak hüquqlarının realizə edilməsinə və əmlakının dövlət reyestrində öz adına keçirilməsinə maneçilik törədir. Bu səbəbdən Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1489 saylı sərəncamında göstərilən şəxs Ərizəçi hesab edilməli və buna uyğun olaraq həmin sərəncamda ad və ata adına münasibətdə dəyişikliklər edilməlidir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının ona ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-19/2- 10-M-57-091 saylı cavab məktubunda “RİH”-ə təqdim etdikləri sənədlərdə sözügedən torpaq sahəsinin fərdi ev tikintisi üçün verilməsi barədə hüquqi sənədin, eləcə də müəyyən uyğunsuzluqların olduğunu nəzərə alaraq, müraciətin müsbət həllinin mümkün olmadığı qeyd edilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli. 1489 saylı sərəncamına görə, İİİ Cənub küçəsi, 1929-cu məhəllənin 42 nömrəli mənzilinin sakini X3 müraciət edərək qohumu X1 razılığı ilə ona Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsini onun adına sənədləşdirilməsini xahiş etmiş, bundan sonra RİHB-nin xx.xx.1995-ci il tarixli, 759 saylı sərəncamında Badamdar qəsəbəsində L.Boqdanovaya məxsus sahəsi 600 kv.m olan torpaq sahəsi fərdi ev tikintisi üçün X2 adına rəsmiləşdirilməsi ilə bağlı dəyişikliklər edilmişdir. Beləliklə, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1489 saylı sərəncamında təsbit edilən şəxs Ərizəçi hesab edilməli və vətəndaşın əmlak hüquqlarının həyata keçirilməsi üçün sərəncamda müvafiq dəyişikliklər edilməlidir. Daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1489 saylı sərəncamın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-19/2-10-M-57-091 nömrəli məktubundan görünür ki, təqdim etdikləri sənədlərdə sözügedən torpaq sahəsinin fərdi ev tikintisi üçün verilməsi barədə hüquqi sənədin, eləcə də müəyyən uyğunsuzluqların olduğunu nəzərə alaraq, müraciətin müsbət həlli mümkün olmamışdır AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsini surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur; 274106 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Manafov Ənvər ilə X4 arasında nikah xx.xx.2011-ci il tarixdə bağlanmışdır. İ-ИЕ seriyalı, 085349 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1956-cı ildə Bakıda anadan olmuşdur; xx.xx.1998-ci il tarixli, 1489 saylı sərəncamında Badamdar qəsəbəsində L.Boqdanovaya məxsus sahəsi 600 kv.m olan torpaq sahəsi fərdi ev tikintisi üçün X2 adına rəsmiləşdirilməsi ilə bağlı dəyişikliklər edilmişdir; Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2024-cü il tarixli, 5-19/2-10-M-57-091 saylı cavab məktubunda torpaq sahəsinin fərdi ev tikintisi üçün verilməsi barədə hüquqi sənədin, eləcə də müəyyən uyğunsuzluqların olduğunu nəzərə alaraq, müraciətin müsbət həllinin mümkün olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçi Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1489 saylı sərəncamında adının və atasının adının səhv qeyd edilməsi ona məxsus əmlak hüquqlarının realizə edilməsinə maneçilik törətmişdir. O, həmin sərəncamda adının və atasının adına düzəliş edilməsi ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin hüquqi sənədin və müəyyən uyğunsuzluqların olduğunu üçün müraciətin müsbət həlli mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və Səbail Rayon İcra Hakimiyyətinin (Ərizəçi) xx.xx.1998-ci il tarixli, 1489 saylı sərəncamına başqa qaydada dəyişiklik edilə bilməməsi nəzərə alınaraq, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.5-ci, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, sözügedən sərəncamda texniki yanlışlıq olmuş və mülkiyyət hüququnu həyara keçirilməsi üçün ərizəçi hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1489 saylı sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1489 saylı sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1857/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1857/2025
24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver