Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1859/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh «kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, xx xxxxxx 2010-cu il təvəllüdlü Rəhimov Raul Söhrab oğlunun və xx xxx 2013-cü il təvəllüdlü Rəhimova Lətifə Söhrab qızının Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi, 32 saylı evə istifadə hüquqlarına 15.000 manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 6182 saylı xx xxxxxx 1989-cu il tarixli sərəncamına əsasən mərhum əri Rəhimov Hüseyn Rəhim oğluna məxsus olmuşdur. Ərinin vəfatından sonra mənzil iddiaçının istifadəsində olmuşdur. Cavabdeh iddiaçının oğlu Rəhimov Söhrab Hüseyn oğlu ilə xx xxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından iki övladları xx xxxxxx 2010-cu il təvəllüdlü Rəhimov Raul Söhrab oğlu və xx xxx 2013-cii il təvəllüdlü Rəhimova Lətifə Söhrab qızı anadan olmuşdur. Söhrab isə cavabdehlə olan nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə Rəhimov Söhrab Hüseyn oğlu arasında xx xxxxxx 2011-ci il tarixdə qeydə alınmış nikahın pozulması və xx xxxxxx 2010-cu il təvəllüdlü Rəhimov Raul Söhrab oğlu və xx xxx 2013-cti il təvəllüdlü Rəhimova Lətifə Söhrab qızının cavabdehin yanında qalması qət edilmişdir. Rəvanə, bir müddət valideynlərinin yanında Digah qəsəbəsində yaşadıqda sonra onlarla birgə yaşamaq istədiyini iddia edərək, mənzilə yaşayış hüquqlarının tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Rəvanə iddia ərizəsində göstərmişdir ki, “əri Söhrabla əvvəl çox yaxşı olmuşdur. Sonradan Söhrabın ona münasibəti pisləşmiş, onu incitməyə başlamış və o, 2015-ci ilin oktyabr ayında uşaqları ilə birlikdə valideynlərinin yaşadıqları Digah qəsəbəsinə getmişdir”. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2172/2016 saylı iş üzrə, xx xxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh, xx xxxxxx 2010-cu il təvəllüdlü Rəhimov Raul Söhrab oğlunun və xx xxx 2013-cü il təvəllüdlü Rəhimova Lətifə Söhrab qızının Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi, 32 saylı evə istifadə hüquqları tanınmış və həmin mənzilə köçürmələri qət edilmişdir. Mənzildə iddiaçı, onun oğulları Söhrab, Tural, Turalın arvadı və uşaqları yaşayırmışlar. 2018-ci ilin əvvəllərində "xxxxxxxxxxxxxxxxxx" MMC-nin nümayəndələri yaşadığı evə gələrək, Bakı şəhəri, M.Əlizadə küçəsi, 32 saylı evin yerləşdiyi ərazidə yeni yaşayış binası tikmək istədiklərini bildirdilər. Mülkiyyətində olan mənzil 3 otaqlı olsa da, evin həyətində əlavə bir otaq və mətbəxi olan mənzili də vardı. Əri Hüseynin uzun sürən xəstəlikləri səbəbindən müalicə ilə əlaqədar xeyli miqdarda borcları yaranmışdır. Ona görə də, MMC-nin şərtləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. xx xxxx 2018-ci il tarixdə "xxxxxxxxxxxxxxxxxx" MMC ilə iddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Cəmiyyət ona 2 ədəd, 2 otaqlı mənzil təhvil verməyi öhdəsinə götürmüşdür. 2 otaqlı mənzilin birində özü və Söhrab, digər 2 otaqlı mənzildə isə oğlu Tural öz ailəsi ilə birlikdə yaşamasını planlaşdırmışdır. Razılaşmaya əsasən xx xxxxxx 2019-cu il tarixədək kirayə haqqı ödənilmişdir. Hazırda mənzillər təhvil verilsə də mənzilləri təmir etdirməyə maddi imkanının olmadığını bildirmişdir. Təmir üçün verilmiş 8976 manat pulla borclarını ödəyə bilmişdirlər. Bütün bu olanlardan sonra cavabdehin onunla və oğluyla bir mənzildə yaşaması mümkün deyil. Cavabdehin qardaşları Sərxan, Orxan və atası Tağı oğlu ilə görüşərək təklif etdiyi 15.000 manat pulla razı olmadıqlarını 2 otaqlı mənzil tələb etdiklərini bildiriblər. Cavabdeh hazırda uşaqları ilə birlikdə valideynlərinə məxsus olan Bakı şəhəri, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 33 saylı evdə yaşayır. İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi və kompensasiya məbləğinin 18 min manat tutulmasına razı olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və 18 min manat kompensasiyaya razı olmadığını bildirmişdir. Cavabdehin vəkili iddiaya yazılı etiraz təqdim edərək, məhkəmədə verdiyi izahatında bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2172/2016 saylı, xx xxx 2016-cı il tarixli qətnaməsi ilə onun, eyni zamanda oğlu xx xxxxxx 2010-cu il təvəllüdlü Rəhimov Raul Söhrab oğlunun və qızı xx xxx 2013-cü il təvəllüdlü Rəhimova Lətifə Söhrab qızının Bakı şəhəri Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi, 32 saylı evə istifadə hüququ tanınmış, qətnamə qanuni qüvvəsini almış və o azyaşlı övladları ilə birlikdə həmin mənzilə köçürülmüşdür. 2018-ci ildə “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən yaşadığı mənzil yeni bina tikilməsi üçün sökülmüş, mənzildə istifadə hüququ olan hər bir şəxs nəzərə alınmaqla, onlara 2 ədəd 2 otaqlı mənzil verilmişdir. Onlara verilmiş mənzillərdə onun da istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Lakin hal-hazırda o cavabdehin təqsiri üzündən istifadə hüququ olan mənzildən istifadə edə bilmir. Belə ki, onlara əlavə təmir üçün verilmiş pul vəsaitini cavabdeh guya əvvəlki borclarına verdiyini bildirərək, mənzilin təmirini məqsədli olaraq başa çatdırmadığı üçün cavabdehin mənzildən istifadə mümkünsüz olmuşdur. İddiaçı əgər onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb edirsə, ilk növbədə onun eyni ərazidə 2 azyaşlı uşaqla oxşar şəraitli yaşayış sahəsi əldə etməyinin mümkün olacağı kompensasiya məbləği göstərməli idi. Cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı iddiaçının göstərdiyi məbləğlə onun 2 azyaşlı uşaqla oxşar şəraitli yaşayış sahəsi əldə etməsi mümkün olmadığından iddia tələbi təmin edilməməlidir. Göstərilənlərin nəzərə alınmasını və İddiaçı kompensasiya verilməsi yolu ilə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətinə əsasən «xxxxxxxxxxxxxxxxxx» MMC ünvan 3 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalardan Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı və faktiki sahələrinin cəmi 58 kv.m. sahəsi olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsi 15-25% əlavə etməklə 1 (bir) ədəd təmirli 4-cü (dörd) girişin 16-cı (on altı) mərtəbəsində, 2 (iki) otaqlı, çöl divarlarını çıxmaq şərti ilə mənzilin daxilindəki bütün ümumi sahələrinin cəmi 52.8 ( əlli iki tam onda səkkiz) kv.m. sahəsi olan və 1 (bir) ədəd 4-cü (dörd ) girişin 14-cü (on dörd) mərtəbəsində, təmirsiz 2 (iki) otaqlı, çöl divarı çıxmaq şərti ilə mənzilin daxilindəki bütün ümumi sahələrinin cəmi 65.4 (altmış beş tam onda dörd) kv.m. sahəsi olan mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2172/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsinin surətinə əsasən iddia təmin edilmiş, iddiaçı Cavabdeh, onun xx xxxxxx 2010-cu il təvəllüdlü oğlu Rəhimov Raul Söhrab oğlunun və xx xxx 2013-cü il təvəllüdlü Rəhimova Lətifə Söhrab qızının Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi, 32 saylı evə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6295/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdeh Rəhimov Söhrab Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 04 may 2016-cı il qətnaməsi cavabdeh Rəhimov Söhrab Hüseyn oğluna münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-950/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli Qərarın surətinə əsasən Rəhimov Söhrab Hüseyn oğlunun, İddiaçı qızının və Rəhimov Tural Hüseyn oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2016-cı il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 53/960 nömrəli, xx.xx.2017-ci il tarixli arayışına əsasən keçmiş sakinlər Rəhimov Söhrab Hüseyn oğlu, Rəhimov Raul Söhrab oğlu, İddiaçı, Rəhimov Tural Hüseyn oğlu, Cavabdeh, Rəhimova Lətifə Zöhrab qızı ünvan 4 ünvanında pasport qeydiyyatındadır; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 53 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 53/135 nömrəli xx.xx.2020ci il tarixli arayışına əsasən Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır, lakin orada yaşamır; Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, 12538895 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Rəhimova Lətifə Söhrab qızı xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – Rəhimov Söhrab, anası – Cavabdehdir; Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, 12538896 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Rəhimov Raul Söhrab oğlu xx.xx.2010-cu il tarixdə Lənkəran rayonunda doğulmuşdur, atası – Rəhimov Söhrab, anası – Cavabdehdir; xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-950/2017 nömrəli,xx xxxxxx 2017-ci il tarixli Qərarı ilə iddiaçı Cavabdeh, onun xx xxxxxx 2010-cu il təvəllüdlü oğlu Rəhimov Raul Söhrab oğlunun və xx xxx 2013-cü il təvəllüdlü Rəhimova Lətifə Söhrab qızının Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi, 32 saylı evə istifadə hüququ tanındığından, həmin qərar qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan, cavabdehə mübahisəli mənzilə istifadə hüququnun olması məhkəmə üçün məcburidir və həmin fakt yenidən sübut edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdeh isə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-950/2017 nömrəli,xx xxxxxx 2017-ci il tarixli qərarı ilə mübahisəli mənzilə istifadə hüququnun tanınması nəticəsində mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehin kompensasiya verməsi yolu ilə mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh Olesya Məmmədovaya qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. X5 Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin materiallarından da aydın olur ki, cavabdeh iddiaçının oğlu ilə rəsmi nikah münasibətinə girərək mübahisəli mənzilə köçdüyündən və cavabdehin istifadə hüququ məhkəmə qaydasında tanındığından müvafiq kompensasiya ödənilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İddiaçı Cavabdeh istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün əvvəlcə 15000, daha sonra 18000 manat məbləğində kompensasiya təklif edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 4-5 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. (18000 manat/ 48 ay= 375 manat ). Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir və yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ətrafda yerləşən yaşayış binalarında orta aylıq kirayə haqqının bazar dəyərinin təxminən 400 manat təşkil etməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdehdən başqa mübahisəli mənzil üzrə daha 3 (üç) nəfər də yaşayış sahəsindən istifadə hüququna malikdirlər. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehin mənzilindən istifadə hüququna xitam verilməsi müqabilində ona 18000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı mülkiyyətində olduğundan, Cavabdeh həmin mənzilə istifadə hüququ olduğundan onun həmin ərazidə bir otaqlı mənzil tələb etməsi, iddiaçının real imkanları ilə uzlaşmır. Buna görə də qətnamənin real icrasını təmin etmək məqsədi ilə cavabdehin mübahisəli mənzildən istifadə hüququna görə ödənilməli olan pul kompensasiyası kimi iddiaçının bildirdiyi 18000 manat həcmində müəyyən edilməli və cavabdehin mübahisəli mənzildən istifadə hüququna görə 18000 manat ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları R.Rəhimov və L.Rəhimova ilə birlikdə 18000 manat məbləğində kompensasiya verməklə Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi 32 saylı evdən mənzilindən Cavabdeh istifadə hüququna xitam verilsin. İddiaçı tərəfindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə 18000 manat məbləğində kompensasiya verilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi 32 saylı evdən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1859/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1859/2020
16.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver