Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-186/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh-nə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş “xxxx” MMMC-nin iştirakı ilə) “müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “əlavə inşa edilən qurğuların pay bölgüsü ilə hesablanan dəyəri, binanın saxlanması məqsədilə çəkilmiş xərclər, məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün hesablanmış gecikdirilmə faizlərinin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan “xxxx” mənzil mülküyyətçilərinin müştərək cəmiyyətini təsis edərək ədliyyə nazirliyində “xxxx” adı ilə qeydiyyata alınmış Cavabdeh’' MTK tərəfindən mənim mənzilimə dair “iclas protokulundan çıxarış” “Mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı” “Forma 2” “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının Aktı” və “Mənzilin texniki posortunu(sxemini)” mənə verməsi barədə üzərinə öhdəliyin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh-ya Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Cavabdeh sonradan “xxxx ” mənzil mülküyyətçilərinin müştərək cəmiyyətini təsis edərək ədliyyə nazirliyində “xxxx” adı ilə qeydiyyata alınmışdır. Mən xx xxxxxx 2013-cü il tarixdə “Cavabdeh" MTK-nın idarə heyətinin sədri X2 ilə, həmin yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra kompleksin 4-cü binasının 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 139,12 kv.metr təşkil edən 3 otaqlı 60 saylı mənzilin mənə verilməsi üçün müqavilə bağlamışam. Müqavilə üzrə bütün öhdəliklərimi yerinə yetirərək Cavabdeh-ya mənzilin dəyəri olan 97384 (doxsan yeddi min üç yüz səksən dörd) AZN miqdarında pulu tam şəkildə ödəmişəm. Hal-hazırda həmin mənzili dövlət reysterində qeydiyyata aldıraraq “Çıxarış” almaqdan istiyirəm və bunun üçün Azərbaycan Respublika Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri xidmətinə təqdim etməkdən ötrü Cavabdeh-dan “iclas protokulundan çıxarış” “Mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı” “Forma 2” “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının Aktı” və “Mənzilin texniki posortunu(sxemini)” bir neçə dəfə şifahi, xx.xx.2020- ci il tarixdə yazılı müraciət edərək istəsəm də, həmin tarixdə ünvanlamış olduğum müraciət ümumiyyətlə cavablandırılmamışdır. Cavabdeh Mənzil-Tikinti Kooperativi iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı müvafiq iddia ərizəsini əsassız hesab edir. Belə ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən qanuna və hüquqazidd hərəkətlər edilmir və iddiaçı şəxsin mülkiyyət hüququnu almaq üçün heç bir məhdudlaşdırma tətbiq edilmir. İlk növbədə, qeyd edilməlidir ki, “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən təsis edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50% çoxuna mülkiyyət hüququ alındıqda kooperativ ləğv edilir və ya Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilir. Hal-hazırda inşa edilmiş binalarda nəzərdə tutulan 50% sahəyə mülkiyyət hüququ alınmadığından, Mənzil-Tikinti Kooperativi bu məsələyə baxmamışdır. Hal-hazırda Cavabdeh Mənzil-Tikinti Kooperativi binaların kommunal məsələləri ilə bağlı da müəyyən işlər görür. Cavabdeh Mənzil-Tikinti Kooperativi xx xxxxxxxx 2013-cü il tarixində İddiaçı ilə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 139,12 kv.metr təşkil edən üç otaqlı, 60 nömrəli mənzilin iddiaçıya verilməsi barədə müqavilə bağlamışdır. Qeyd etmək lazımdır ki, inşa edilmiş yaşayış kompleksinin layihəsi xx xxxxx 2014-cü il tarixində dəyişdirilmişdir. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri verilmişdir. Layihəyə dəyişiklik edilən zaman binalar istismara qəbul edilməmişdir və mənzillər qazla təmin olunmurdu. Bu isə qış aylarında bir neçə dəfə yanğının baş verməsinə gətirib çıxarırdı. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə hər kvadrat metr üçün 18 (on səkkiz) manat düşür. Beləliklə, iddiaçı şəxsin Cavabdeh Mənzil-Tikinti Kooperativinə olan borcu 2504 manat təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Bu baxımdan, hazırki iş üzrə İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı olan iddiası əsassız olduğundan təmin edilməməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh Mənzil-Tikinti Kooperativi İddiaçı qarşı “əlavə inşa edilən qurğuların pay bölgüsü ilə hesablanan dəyəri, binanın saxlanması məqsədilə çəkilmiş xərclər, məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün hesablanmış gecikdirilmə faizlərinin tutulması” tələbinə dair xx xxxxxxx 2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2013 tarixində 18/04-131 saylı Razılaşdırma ilə Layihəyə uyğun əlavə inşa edilən qurğuların (Mərkəzi qazanxana və isti su / istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 2504 AZN məbləğində ödənilməsi barədə, binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 3366,24 AZN ödənilməsi barədə, cavabdehdən Məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı xx.xx.2013 tarixində Cavabdeh Mənzil-Tikinti Kooperativinə üzvlüklə bağlı müraciət edib və tərəflər arasında həmin tarixdə Müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Payçıya Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cti binasının, 9- cu mərtəbəsində yerləşən ümumi sahəsi 139.12 kv. metr təşkil edən 3 otaqlı. 60 saylı mənzili dəyəri müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra verilməsini və Payçı isə mənzili qəbul etmədə öz öhdələrinə götürürlər. Müqavilə üzrə hər kv. metr üçün 700 USD təyin edilib. Nəzərinizə çatdırırıq ki, layihəyə dəyişiklik edilən zaman, binalar istismara qəbul edilməmişdi və mənzillər qazla da təmin olunmurdu. İnşa edilmiş yaşayış kompleksinin layihəsi .xx.xx.2014 tarixində, qış aylarında bir neçə dəfə elektrik naqillərinin qızması nəticəsində əaş verən yanğınlar səbəbindən, dəyişdirilib. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su / istilik enerjisi paylayıcı şəbəkələri, o cümlədən, təhlükəsizlik avadanlıqları, onların sistemləri, fiberoptik xətlər və s. verilib. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə öz paylarına münasibətdə hər kvadrat metr üçün 18 AZN düşür. Həmin məbləğ 139,12 kv. metr üçün 2504,16 AZN təşkil edir. Cavabdeh payçılara sözügedən qurğuların qurulmasım məqsədəuyğun, onların təhlükəsizliyinin təmin edilməsi üçün dərhal məlumat verib və payçıları bu barədə əlavə müqavilə bağlamağa dəvət edib. Lakin, İddiaçı tərəfindən heç bir hərəkət görülməyib və tərəllər arasında heç bir müqavilə bağlanmayıb. Bu tipli münasibətlər quasi ex contractu münasibətlər hesab edilir, yani tərəflər arasında müqavilə olmadığı halda yaranır, lakin, öz xarakterinə və tərkibinə görə müqavilələrdən əmələ gələn öhdəliklərə bərabər tutulur. Özgə işlərinin tapşırıqsız aparılması (negoliorum gestio) — tapşırıq müqaviləsinin analoqu hesab edilir. Bu halda, tapşırıq və heç bir öhdəlik olmadığı təqdirdə, bir şəxs (gestor) digər şəxsin (dominus) hüquqi xarakteri olan işləriri aparmış olur. Birincisi, özgənin marağında tapşırıqsız hərəkətlər o zaman öhdəlik yaradır ki, hərəkət edən şəxs həmin hərəkətləri öz təşəbbüsü ilə və maraqlı şəxsin birbaşa tapşırığı, göstərişi və razılığı olmadan görüb. İkincisi, özgə marağında edilən hərəkətlər müəyyən məqsədlərə nail olmaq üçün yönəlməlidir, misal - şəxsin özünə və ya əmlakına zərərin dəyməsinin qarşısını almaq üçün. Üçüncüsü, edilən hərəkətlər maraqlı şəxsin aşkar xeyirinə və ağlabatan olmalıdır, vicdanla və diqqətlə həyata keçirilməlidir. Bildirirlər ki, MTK tərəfindən görülmüş işlər, gələcəkdə yanğınların qarşısını almaq, sakinlərin və onların əmlakının təhlükəsizliyini təmin e.mək üçün görülmüşdür. MTK iddiasında ancaq çəkilmiş xərclərin ödənilməsini tələb edir. Bir daha qeyd edilir ki, görülmüş işlər, İddiaçı mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlir, ondan ötrü ki, o, bu günə kimi heç bir etirazla çıxış etməyib və görülən işləri bu gün də istifadə etdiyi üçün, bəyənib. Cavabdeh, qanunun tələbinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50%-dən çoxuna mülkiyyət hüququ alındıqda ləğv edilir və ya MMMC-yə çevrilməsi barədə qərar qəbul edir. Hal-hazırda inşa edilmiş binalarda nəzərdə tutulan 50% sahəyə mülkiyyət hüququ alınmadığından, MTK kommunal məsələlərlə bağlı da müəyyən işlər görür. Kommunal işlər deyildikdə dəhlizlərin işıqlandırılması, soyuq suyun yuxarı mərtəbələrə vurulması üçün nasosxananın işinin təmin olunması, liftlərin işlək vəziyyətdə saxlanması, təhlükəsizik tədbirlərinin və digər işlərin görülməsi nəzərdə tutulur. Bu həcmdə olan işlərin görülməsi üçün MTK hesablama aparmışdır və müəyyən etmişdir ki. bu xərclər yaşayış olmayan mənzil sahələrinə hər kvadrat metr üçün 0.30 A/N və yaşayış olan mənzil sahələrinə 0.40 AZN təşkil edir. Nəzərə alanda ki, cavabdeh xx.xx.2014-xx.xx.2018 tarixlərində həmin mənzildə yaşamadığından, bu məbləğ aylıq olaraq istifadə etdiyi sahə üçün ümumi olaraq 1920 AZN və xx.xx.2018-xx.xx.2020 tarixlərində həmin mənzildə yaşadığından, bu məbləğ 1169 AZN təşkil edir. Binanın saxlanması məqsədilə xx.xx.2020-xx.xx.2020 tarixlərində çəkilmiş xərclər üçün isə 278,24 AZN təşkil edir. Kommunal xərclərin ödənilməsi ilə bağlı bildiririk ki, tərəflər arasında bağlanmış müqavilənin 1.Tikilmiş qazanxananın və ora daxil olan qurğuların alınmasına çəkilmiş xərcin və üzərinizə düşən 2504 AZN; 2.Binanın saxlanması məqsədilə xx.xx.2014-xx.xx.2020 tarixlərində çəkilmiş xərclər üçün 3088 AZN, 3.Binanın saxlanması məqsədilə xx.xx.2020-xx.xx.2020 tarixlərində çəkilmiş xərclər üçün isə 278.24 AZN. ümumilikdə isə Cavabdehin Cavabdeh-ya 5870.24 AZN miqdarında olan borcunun ödənilməsi barədə pretenziya məktubu da göndərilib, lakin cavabdeh tərəfindən ona məhəl qoyulmayıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 235-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər, ögər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin ayrı-ayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, ona mahiyyəti üzrə baxıb, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh Mənzil-Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mənzil mülküyyətçisinin Cavabdeh-ya yeni qurğunun inşa edilməsinə görə 2504 AZN, binanın saxlanılması üçün çəkilmiş xərclər üzrə isə 3366,24 AZN borcunun olmasını göstərərək, həmin borcu tələb etmişdir. Göstərilən mülkü iş üzrə iddiaçı Cavabdeh tərəfindən qaldırılan qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin predmeti əsassız olduğundan, hesab edirlər ki, həmin iddia tələbi rədd olunmalıdır. Belə ki, qarşılıqlı iddiaçı ərizəsində qeyd edir ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə İddiaçı Bakı şəhəri Əliyar Əliyev 65 1990 cu məhəllədə yaşayış kompleksinin 4 cu binasının 9 cu mərtəbəsində yerləşən ümumi sahəsi 139,12 kvm təşkil edən 3 otaqlı, 60 saylı mənzilin sonuncuya verilməsi barədə müqavilə bağlanmışdir. Bundan sonra yaşayış kompleksində mərkəzi qazanxana və İstisu, istilik enerjisi paylayan şəbəkələri yaratmışdır və beləliklə hesablamalar aparmaqla mənzil sahiblərinin üzərinə hər kv.m üçün 18 azn, İddiaçı üçün isə ümumilikdə 2504 azn miqdarında borc hesablanmışdır. Bundan əlavə binanın saxlanılması məqsədilə çəkilmiş xərclər üçün xx.xx.2014 cü il tarixdən bugünə qədər 3366,24 AZN miqdarında borc hesablamışdır. İlkin olaraq qeyd edilməlidir ki, qazanxana və istilik sistemi quraşdırılması müqavilə bağlanan zaman qarşı tərəf artıq istilik sistemi quraşdırmışdır. Həmin vaxt müqavilə bağlanan zaman və ondan sorak müddətdə hər hansı razılaşma və ya ödəniş tələbləri olmamışdır. Bundan başqa, Mənzil Tikinti Kooperativi İddiaçı 2014-cü ildən hazıradək kommunal ödənişləri tələb edir, halbuki onun həmin mənzildə yaşamağı bir ildən çox müddət deyildir. “Qalqaz” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi sənədlər sırasında kooperativin daxili kommunal xərclərinə daxil olanlar sadalanmışdır. Belə ki, onlara elektrik enerjisinin dəyəri - dəhlizlərin və həyətin işıqlandırılması, soyuq suyun yuxarı mərtəbələrə vurulması, liftlərin və ventilyasiya sisteminin işləməsi, televiziya, internet və binalara daxil olma şəbəkələrinin işləməsi, yanğından mühafizə sisteminin işləməsi; soyuq suyun dəyəri - daxili dəhlizlərin və pilləkən zolaqlarının təmizlənməsi; servis xidmətlərinin dəyəri - soyuq su nasosxanasının avadanlığının, liftlərin, ventilyasiya qurğularının və yanğından mühafizə qurğularının, şəbəkə avadanlığlarının (soyuq su, elektrik enerjisi, video müşahidə, TV, internet, binaya daxil olma və yanğından mühafizə) işlək vəziyyətdə saxlanılması və məişət tullantılarının aparılması; sıradan çıxmış avadanlıqların və ehtiyat hissələrinin yenilərinin alınma dəyəri; təhlükəsizlik tədbirlərinin dəyəri - video müşahidənin aparılması, binalara və həyətə şəxslərin və nəqliyyat vasitələrinin daxil olmasının nəzarəti; amortizasiya xərcləri; yuxarıda qeyd edilən tədbirlərin təmin olunmasında iştirak edən işçilərin (kommendant, mühafizəçilər, elektrik, santexnik, şəbəkə bələdçisi, xadimələr və təmizlik işçiləri) əmək haqları və onlara hesablanan sosial ödənişlər daxildir. Cavabdeh Mənzil-Tikinti Kooperativinin qarşılıqlı iddia ərizəsinin İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx xxxxx 2013-cü il tarixində 18/04-131 nömrəli razılaşdırma ilə layihəyə uyğun əlavə inşa edilən qurğuların (mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 2504 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı qeyd edirlər ki, qarşılıqlı iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin məzmununda belə bir öhdəlik nəzərdə tutulmamışdır və bu baxımdan həmin məbləğin tutulmasının heç bir hüquqi əsası yoxdur. Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında hər hansı müqavilə yoxdur ki, kommunal xidmətlər göstərəcək və ya o Mənzil-Tikinti Kooperativinə kommunal ödənişi etməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməlidir. Bu barədə isə bizə hər hansı bir məlumat verilməmiş, ümumi yığıncaq keçirilməyərək Cavabdeh tərəfindən bir tərəfli qaydada qərar qəbul edilmişdir. Bundan başqa İddiaçı nümayəndəsi və vəkili Vəkil xx xxxxxx 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, tələb olunan iddia üzrə iddia müddətinin də ötürüldüyünü bildirmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh Mənzil-Tikinti Kooperativinin qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, cavabdehdən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar olaraq, müqavilənin qazanxana, avadanlıq və şəbəkələrin qurulması ilə əlaqədar olaraq əlavə hər kvadrat metr üçün 18 AZN hesablanması üçün müqavilənin dəyişdirilməsi barədə və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2013 tarixində 18/04-131 saylı Razılaşdırma ilə Layihəyə uyğun əlavə inşa edilən qurğuların (Mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri) pay- bölgüsü ilə hesablanan dəyəri üçün 2504 AZN məbləğində ödənilməsi barədə; cavabdehdən binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 3366.24 AZN ödənilməsi barədə, cavabdehdən 30 manat dövlət rüsumunun (məhkəmə xərclərinin) və gecikdirilmiş müddət üçün illik 5% hesablamaqla xx.xx.2014-xx.xx.2018 tarixləri üçün 358,40 AZN və xx.xx.2018-xx.xx.2019 tarixləri üçün 33,30 AZN gecikdirilmə faizlərinin tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 52 nömrəli xx xxxx 2005-ci il tarixli sərəncamı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Bu ünvanda tikiləçək çoxmərtəbəli yaşayış binasının tikintisi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzvlərinin vəsaitləri hesabına həyata keçiriləcək və bu vəsaitlərin həcmini təşkil edən məbləğə uyğun kooperativ üzvlərinə mənzillər verilməlidir (1.1-ci bənd). Müqavilənin 1.1-ci bəndində göstərilənə əsaslanaraq, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 4 binanın, 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 139,12 kv.metr ləşkil edən 3 otaqlı 60 nömrəli mənzili kooperativ payçıya (mənzil tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin mənzili qəbul etməyə öz öhdələrini götürmüşlər (1.2-ci bənd). Təhvil veriləcək 1 ədəd 3 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü 139,12 kv.metr təşkil edir və faktiki dəyəri 97384 (doxsan yeddi min üç yüz səksən dörd) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Hər 1 (bir) kv.metr 700 (yeddi yüz) ABŞ dolları qiymət layihə-smeta sənədlərinə uyğun müəyyən edilmişdir (5.1-ci bənd). Payçı tikinti başladığı tarixdən bu müqavilənin 1.2-ci bəndində göstərilmiş mənzilin ümumi dəyərinin 100% təşkil edən 97384 (doxsan yeddi min üç yüz səksən dörd) ABŞ dolları məbləğində vəsait ilk ödənişi kooperativin xəzinəsinə ödəmişdir (5.2-ci bənd). Cavabdeh Mənzil-Tikinti Kooperativinin xx xxxxxxxx 2013-cü il tarixli 951 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə tikilən çoxmərtəbəli yaşayış kompleksi Cavabdeh Mənzil- Tikinti Kooperativinə məxsusdur. Bu kompleksin 4 nömrəli binasının, 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 139,12 kv.metr təşkil edən 60 nömrəli mənzilin tam dəyəri İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinin xəzinəsinə ödənilmişdir; Cavabdeh Mənzil-X1 Fariz Qurbanəli oğluna ünvanladığı xx xxxx 2020-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, payçı İddiaçı xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh Mənzil-Tikinti Kooperativinə üzvlüklə bağlı müraciət edib və tərəflər arasında həmin tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Mənzil-Tikinti Kooperativi payçıya Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 139,12 kv.metr təşkil edən 3 otaqlı, 60 nömrəli mənzili dəyəri müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra verilməsini və payçı isə mənzili qəbul etməyi öz öhdələrinə götürmüşlər. Müqavilə üzrə hər kv.metr üçün 700 USD məbləğində təyin edilmişdir. Qeyd edildiyi kimi, payçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzvüdür. İnşa edilmiş yaşayış kompleksinin layihəsi xx xxxxx 2014-cü il tarixdə dəyişdirilmişdir. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri verilmişdir. Nəzərə almaq lazımdır ki, layihəyə dəyişiklik edilən zaman, binalar istismara qəbul edilməmişdir və mənzillər qazla təmin olunmurdu. Bu isə qış aylarında bir neçə dəfə yanğın baş verməsinə gətirib çıxarırdı. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə hər kvadrat metr üçün 18 (on səkkiz) manat məbləğində pul vəsaiti düşür. Həmin məbləğ 139,12 kv.metr üçün 2504,16 manat təşkil edir. Cavabdeh Mənzil-Tikinti Kooperativi qanunun tələbinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50% çoxuna mülkiyyət hüququ alındıqda ləğv edilir və ya Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edir. Hal-hazırda inşa edilmiş binalarda nəzərdə tutulan 50% sahəyə mülkiyyət hüququ alınmadığından, Mənzil-Tikinti Kooperativi kommunal məsələlərlə bağlı da müəyyən işlər görür. Kommunal işlər deyildikdə dəhlizlərin işıqlandırılması, soyuq suyun yuxarı mərtəbələrə vurulması üçün nasosxananın işinin təmin olunması, liftlərin işlək vəziyyətdə saxlanması, təhlükəsizik tədbirlərinin və digər işlərin görülməsi nəzərdə tutulur. Bu həcmdə olan işlərin görülməsi üçün Mənzil-Tikinti Kooperativi hesablama aparmışdır və müəyyən etmişdir ki, bu xərclər yaşayış olmayan mənzil sahələrinə hər kvadrat metr üçün 0,30 (otuz qəpik) manat və yaşayış olan mənzil sahələrinə 0,40 (qırx qəpik) manat təşkil edir. Nəzərə alsına ki, payçı xx xxxxxx 2014-xx xxxxxxxx 2018-ci tarixlərində həmin mənzildə yaşamadığından, bu məbləğ aylıq olaraq istifadə etdiyi sahə üçün ümumi olaraq 1920 manat və xx.xx.2018-xx.xx.2020-ci tarixlərində həmin mənzildə yaşadığından, bu məbləğ 1169 manat təşkil edir. Hal-hazırda, payçının Cavabdeh Mənzil-Tikinti Kooperativinə kommunal xidmətlərlə bağlı 3088 manat məbləğində borcu vardır. Bununla bağlı olaraq, tikilmiş qazanxananın və ora daxil olan qurğuların alınmasına çəkilmiş xərcin və onun üzərinə düşən 2504,16 manat, binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 3088 manat olmaqla, ümumilikdə Cavabdeh Mənzil-Tikinti Kooperativinə 5592,16 manat məbləğində olan borcunu 1 (bir) həftə ərzində ödənilməsi xahiş olunmuşdur. Hazırki pretenziya məktubuna 1 (bir) həftə ərzində cavab verilmədikdə və ya tələb yerinə yetirilmədikdə və bu halın davam edəcəyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 139,12 kv.metr təşkil edən 3 otaqlı, 60 nömrəli mənzil İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Cavabdeh Mənzil-Tikinti Kooperativikooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 3.2-ci maddəsinin c bəndinə əsasən payçı tikintisi başa çatdıqdan sonra tikiləcək bina kooperativin balansına alınan tarixdən etibarən payçıya ayrılmış mənzilin və binanın ümumi sahəsində onu payına düşən hissəsinə proporsional olaraq idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal istismar və xidmət xərclərinin (ilk dəfə 12 ay qabaqcadan) vaxtli-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh Mənzil- Tikinti Kooperativinin xx xxxxxxxx 2013-cü il tarixli 951 nömrəli maliyyə arayışına əsasən Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsus kompleksin 4 nömrəli binasının, 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 139,12 kv.metr təşkil edən 60 nömrəli mənzilin tam dəyəri İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinin xəzinəsinə ödənilmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı mübahisəli mənzili dövlət reyestrində qeydiyyata aldırmaq üçün zəruri olan sənədləri Cavabdeh Mənzil-Tikinti Kooperativindən ona təqdim edilməsini xahiş edir, qarşılıqlı iddia üzrə iddiaçı isə əlavə inşa edilən qurğulara görə pay bölgüsü ilə hesablanan 2504 manat məbləğindən pulun, habelə binanın saxlanması məqsədilə çəkilmiş xərclərin, məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün illik 5%-in tutulmasını xahiş edir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 139,12 kv.metr təşkil edən üç otaqlı, 60 nömrəli mənzil İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. - 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. - 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. - 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. - 17.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında mənzil fondunu mülkiyyət formasına görə özəl, dövlət və bələdiyyə mənzil fondu təşkil edir. - 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. - 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. - 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, -çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); -mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); -kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); -yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. -141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. - 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilişdir ki, çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 nömrəli sərəncamı barədə” xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Həmçinin, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: -binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; -mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; -idarəedici təşkilat tərəfindən idarə edilməsi, Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Azərbaycan Respublikası mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. İşin materiallarından görünür ki, çoxmənzilli binada mülkiyyət sahibi olan iddiaçı ilə cavabdeh arasında ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə yazılı müqavilə mövcuddur. İddiaçı cavabdeh tərəfin müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair “iclas protokulundan çıxarış” “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”, “Forma 2”, “Tikintisi başa çatmış obyektin İstismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının aktı” və “mənzilin texniki pasportunu (sxemini)” ona verməməsini mübahisələndirir, cavabdeh isə qarşılıqlı iddia ərizəsini tərəflər arasında bağlanmış qeyd edilən müqavilə üzrə iddiaçı şəxsin hələ də müvafiq məbləğdə kommunal və digər borcunun olması ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, ilkin iddia üzrə İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməli, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən “iclas protokulundan çıxarış” “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”, “Forma 2”, “Tikintisi başa çatmış obyektin İstismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının aktı” və “mənzilin texniki pasportunu (sxemini)” ona verilməsi barədə cavabdeh kooperativin üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi sənədlər əsasında kooperativin daxili kommunal xərclərinə elektrik enerjisinin dəyəri - dəhlizlərin və həyətin işıqlandırılması, soyuq suyun yuxarı mərtəbələrə vurulması, liftlərin və ventilyasiya sisteminin işləməsi, televiziya, internet və binalara daxil olma şəbəkələrinin işləməsi, yanğından mühafizə sisteminin işləməsi; soyuq suyun dəyəri - daxili dəhlizlərin və pilləkən zolaqlarının təmizlənməsi; servis xidmətlərinin dəyəri - soyuq su nasosxanasının avadanlığının, liftlərin, ventilyasiya qurğularının və yanğından mühafizə qurğularının, şəbəkə avadanlığlarının (soyuq su, elektrik enerjisi, video müşahidə, TV, internet, binaya daxil olma və yanğından mühafizə) işlək vəziyyətdə saxlanılması və məişət tullantılarının aparılması; sıradan çıxmış avadanlıqların və ehtiyat hissələrinin yenilərinin alınma dəyəri; təhlükəsizlik tədbirlərinin dəyəri - video müşahidənin aparılması, binalara və həyətə şəxslərin və nəqliyyat vasitələrinin daxil olmasının nəzarəti; amortizasiya xərcləri; yuxarıda qeyd edilən tədbirlərin təmin olunmasında iştirak edən işçilərin (kommendant, mühafizəçilər, elektrik, santexnik, şəbəkə bələdçisi, xadimələr və təmizlik işçiləri) əmək haqları və onlara hesablanan sosial ödənişlərin daxil olduğu müəyyən olunur. Cavabdeh Mənzil-Tikinti Kooperativinin qarşılıqlı iddia ərizəsinin “İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx xxxxx 2013-cü il tarixində 18/04-131 nömrəli razılaşdırma ilə layihəyə uyğun əlavə inşa edilən qurğuların (mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 2504 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli müqavilənin məzmununda belə bir öhdəlik nəzərdə tutulmamışdır və bu baxımdan həmin məbləğin tutulmasının heç bir hüquqi əsası yoxdur. Cavabdeh Mənzil-Tikinti Kooperativinin qarşılıqlı iddia ərizəsinin “İddiaçı binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 3366,24 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia ərizəsi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, həmin məbləğ xx xxxxxx 2014-xx xxxxxxxx 2018-ci il tarixlərində həmin mənzildə yaşamadığından, bu məbləğ aylıq olaraq istifadə etdiyi sahə üçün ümumi olaraq 1920 manat və xx xxxxxxxx 2018-xx xxxx 2020-ci il tarixlərində həmin mənzildə yaşadığından, bu məbləğ 1169 manat, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində çəkilmiş xərclər üçün isə 278,24 manat təşkil edir. Hal-hazırda kooperativ iddia edir ki, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə kommunal xidmətlərlə bağlı 3366,24 manat məbləğində borcu mövcuddur. Məhkəmə həmin məbləğin xx xxxxxx 2014-xx xxxxxxxx 2018-ci il tarixlərində həmin mənzildə yaşamadığından, bu məbləğ aylıq olaraq istifadə etdiyi sahə üçün ümumi olaraq 1920 manat hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qeyd edilən müddət üçün hesablanmış kommunal borcla bağlı müvafiq öhdəliyin icra müddətindən 3 (üç) ildən artıq müddətin keçdiyini əsas gətirərək iddia müddətinin tətbiq edilməsini və bu əsasla qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hazırki qarşılıqlı iddia ərizəsi üzrə mübahisənin vaxtaşırı icra edilməli öhdəliklərdən yaranan mübahisə olduğunu, belə mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin tətbiq edildiyini nəzərə alıb belə qənaətə gəlir ki, iddia müddətinin axımı başladığı tarixdən 3 (üç) il ərzində qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən öhdəliyin icrası tələb edilmədiyindən, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı hesab edilməli, onun ərizəsi əsasında xx xxxxxx 2014 - xx xxxxxxx 2017-ci il tarixlərində hesablanmış 1460,9 manat məbləğində pul vəsaiti ( 35 ay x 41,74 = 1460,9) ilə bağlı qarşılıqlı iddia ərizəsinin müvafiq hissəsinə (belə ki, qarşılıqlı iddia ərizəsi xx xxxxxxx 2020-ci il tarixdə verilmiş və bununla da üç illik iddia müddəti kooperativ tərəfindən ötürülmüşdür) iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddia ərizəsi həmin hissədə də rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin “xx xxxxxxx 2017- xx xxxxxxxx 2018-ci il tarixlərində həmin mənzildə yaşamadığından 459,14 manat məbləğində (11 ay x 41,74 = 459,14), xx xxxxxxxx 2018 - xx xxxx 2020-ci il tarixlərində həmin mənzildə yaşadığından, həmin müddət üçün hesablanmış 1169 manat məbləğində və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində 278,24 manat məbləğində pul vəsaitinin İddiaçı tutulması” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə 1906,38 manat kommunal borc tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsinin “gecikdirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması” ilə bağlı hissəsi ilə də heç bir hüquqi əsasa söykənmədiyindən müvafiq qarşılıqlı iddia ərizəsi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən “iclas protokulundan çıxarış”ın, “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”nın, “Forma 2” arayışının, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktı”nın və “mənzilin texniki pasportu (sxemi)”nun İddiaçı verilməsi öhdəliyi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmalı, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, 1906,38 manat məbləğində kommunal borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulmalı, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ilkin iddia ərizəsi təmin edilməsinə baxmayaraq, müvafiq tələb üzrə tələb edilmədiyindən ilkin iddia tələbi üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən “iclas protokulundan çıxarış”ın, “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”nın, “Forma 2” arayışının, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktı”nın və “mənzilin texniki pasportu (sxemi)”nin İddiaçı verilməsi öhdəliyi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı 1906,38 manat məbləğində kommunal borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulsun. Qarşılıqlı iddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-186/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-186/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver