Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1870/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himyəçilik” Komissiyası maraqlı şəxs qismində cəlb olunmaqla ərizəsi üzrə (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himyəçilik” Komissiyası maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, özü, Ərizəçi xx.xx.1977-ci ildə Azərbaycan Respublikası, ünvan 1 ünvanında anadan olmuşdur. X2 xx.xx.2003-cü il də Azərbaycan Respublikası, ünvan 1 ünvanında anadan olmışdur. X2 Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı X1 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllılıq, kobud nitq və davranış pozundan” diaqnozu ilə qeydiyyatdadır. O, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir və öz təbii ehtiyaclarını özü təmin etməyi idarə etmir. Ona görə də onun qəyyumu kimi təyin olunmaq niyyətindədir. Lakin Nərimanov rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik" Komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, qızının üzərində qəyyum və ya himayəçı kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də Nərimanov rayon Məhkəməsinə müraciət etməli olmuşdur. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan; - AZ-İ seriyalı 508066 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X11, anası X5r. - AZ-İ seriyalı 106440 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X8 xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon VVADQ şöbəsində nikah bağlamışlar və bu barədə 427 № ilə qeyd edilmişdir. - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Nərimanov Rayon MKTB 30 saylı MKİS tərəfindən verilmiş 30/0136 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi R.Şıxəliyev küçəsi ev 3 saylı evdə pasport qeydiyyatındadır. - Nərimanov Rayon MKTB 30 saylı MKİS tərəfindən verilmiş 30/0135 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 R.Şıxəliyev küçəsi ev 3 saylı evdə pasport qeydiyyatındadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2022ci il tarixli arayışdan görünür ki, 04 avqust 2003-cü il təvəllüdlü X7 ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik verilmişdir. Ona qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu və orta kəmağıllılıq, kobud nitq və davranış pozuntuları diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1586 nömrəli rəyindən görünür ki, X6 orta dərəcəli əqli gerilik müəyyən olunur. Bunu anamnestik məlumatlar –təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşmaması, yoxlanılan şəxsin doğuş travması ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafdan geri qalması, nitqi tək-bir sözlərdən ibarət olmaqla zəif inkişaf etməsi, Bakı şəhər X3 müalicədə olması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, əqli inkişafdan geri qalması, xəstəliyi ilə əlaqədar məktəbdə iki sinif formal oxuması, ara-sıra əsəbiliyi, fizioloji ifrazatları ilə natəmiz olması, Azərbaycan Respublikası ƏƏSMN TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə müayinə edilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, əqli gerilik ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X6 orta dərəcəli əqli gerilik müəyyən edilir. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X10 tam fəaliyyət qabiliyyətli olmayan şəxs kimi hesab edilməlidir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan, X4 anasıdır. X10 04 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ona “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllıq, kobud nitq və davranış pozuntuları” diaqnozu ilə müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Məhkəmə araşdırması zamanı 04 avqust 2003-cü il təvəllüdlü X4 psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1586 rəyinə əsasən, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı və psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər; Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1586 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, 04 avqust 2003cü il təvəllüdlü X4 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 04 avqust 2003-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X10 (AA0627634) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. V. Nəticə: Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 avqust 2003-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X10 (AA0627634) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1870/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1870/2024
01.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver