Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1878/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi) “hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 13/02 nömrəli xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə protokolun, xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş müvafiq çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı tarixli, 2(004)-693/2016 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB-nın ona, İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi qismən təmin olunmuş, sentyabr 2014-cü il tarixli 24-G-1-0-619-14 saylı kredit müqaviləsi üzrə 17169 (on yeddi min yüz altmış doqquz) manat əsas borc, 3818 (üç min səkkiz yüz on səkkiz) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə borcu, cəmi 21487 (iyirmi bir min dörd yüz səksən yeddi) manat məbləğində pulun ondan, İddiaçı alınaraq “Nikoyl" İKB-na ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilməklə ayıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində məcburi qaydada boşaldılması, əldə edilən vəsaitdən 21487 (iyirmi bir min dörd yüz səksən yeddi) manat və məhkəməyə müraciət etmək üçün, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün və ekspertiza tədqiqatı xərcinin cavabdehə aid hissəsi də daxil olmaqla ümumilikdə 192 (bir yüz doxsan iki) manat pul məbləğinin "xxxx" İKB-yə ödənilməsi, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumumun 24 (iyirmi dörd) manatının ona, İddiaçı, 6 (altı) manatının iddiaçı "xxxx" İKB-yə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun 8 (səkkiz) manatının ona, cavabdeh İddiaçı, 2 (iki) manatının iddiaçı "xxxx" İKB-yə, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 160 (bir yüz altmış) manatının cavabdeh İddiaçı, 40 (qırx) manatının “Nikoyl" İKB-yə aid edilməsi qət edilmişdir. İpoteka predmeti olan ona, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 34.000 manat ilkin satış qiyməti qoyulmuşdur. Həmin qətnamə əsasında əmlakın yerləşdiyi və borclunun qeydiyyatda olduğu ünvan üzrə icra vərəqəsi verilmiş və icrasının təmin edilməsindən ötrü Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Həmin şöbə tərəfindən xx.xx.2016-cı il tarixdə xx/xx-11812/17-26200 saylı məktubla ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə realizə edilərək tələbkar “Nikoyl" İKB-nin kredit borcunun qaytarılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş vermişdir. Onu da xüsusi ilə qeyd edək ki, yaranmış işsizilik və maddi sıxıntılar ilə əlaqədar olaraq yaranmış ani vəziyyət səbəbindən qeyd edilən borc öhdəliyinin icrasında məhkəməyə qədər və məhkəmə prosesləri zamanı çətinliklər yaranmışdır. Bu barədə "xxxx" İKB-yə (hazırki adı “Yelo Bank“ ASC) məlumat verilmiş, lakin Bank tərəfindən müsbət qarşılanmamışdır. Verilmiş sifariş əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının tələblərinin kobud pozulması ilə icra etmişdir. Bununla yanaşı, ipoteka qoyan olaraq iddiaçı hüquqlarından məhrum edilmişdir. Hərracın keçirilməsinə dair kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda, dərc edilməmişdir. İddiaçının ünvanına hərracın keçirilməsi ilə bağlı heç bir bildiriş və hər hansı bir sənəd daxil olmamışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən edilmiş müraciətlə iddiaçı ondan xəbərsiz ona məxsus əmlakın artıq satıldığını bilmişdir. Hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətini də Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən ona vermişlər. Ötən məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqinə dair yazılı ərizə verərək bildirmişdir ki, 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı "xxxx" İKB ASC-dən illik 25%-lə 60 ay müddətinə 18400 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binası ipoteka ilə yüklü edilmişdir. "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(103)-10296/2016 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Qətnamə icraya yönəlmiş, Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli 2(004)-693/2016 saylı icra vərəqəsinin, Yasamal Rayon İcra Şöbəsinin xx/xx-11812/17-26200 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubunun və bankın müvafiq məktubunun icrasına əsasən Hərrac təşkil olunmuş, hərracın təşkilatçısı hərracı başa çatdırmış və hərracın yekunları barədə №13/02 protokol tərtib edilmiş hərracın yekunları üzrə əmlakın alqı -satqısı barədə müqaviləsi bağlanılmışdır. Əmlaka dair Cavabdeh2 ASC-nin mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarışlar alınmışdır. Bundan başqa, İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına tutma yönələrkən əmlakların ilkin satış qiymətləri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli 2(004)-693/2016 saylı qətnaməsinə əsasən müvafiq olaraq 34000 manat müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi, iddia ərizəsi reallığı əks etdirməyən və formal mülahizələr üzrə dəlillər əsas gətirilərək tərtib edilmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının məqsədi məhkəmə qətnaməsi ilə tutmanın yönəldiyi mənzilin bankın mülkiyyətinə keçəməsinə və bankın həmin mənzil ilə bağlı hərhansı bir sərəncam vermək hüququna maneçilik yaratmaqdır. Həmçinin də iddia ərizəsinin mahiyyətinin mənası tam başa düşülməyən bir cümlə ilə ifadə etməklə və Azərbaycan Respublikası qanunlarına istinad edilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Yasamal rayon məhkəsinin 2(004)-693/2016-cı il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binası tutma yönəldilməsi qət edilmişdir. 27 iyul 2016-ci il tarixli icra vərəqəsinin və Yasamal Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən hərrac keçirilmişdir. İddiaçı iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdıр. Məhkəmə iclaslarının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və digər cavabdehлярə məlumat verilməsinə baxmayaraq onların nümayəndələri heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı tarixli, 2(004)-693/2016 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB-nın cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi qismən təmin olunmuş, sentyabr 2014-cü il tarixli 24-G-1-0-619-14 saylı kredit müqaviləsi üzrə 17169 (on yeddi min yüz altmış doqquz) manat əsas borc, 3818 (üç min səkkiz yüz on səkkiz) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə borcu, cəmi 21487 (iyirmi bir min dörd yüz səksən yeddi) manat məbləğində pulun İddiaçı alınaraq “Nikoyl" İKB-na ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilməklə ayıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində məcburi qaydada boşaldılması, əldə edilən vəsaitdən 21487 (iyirmi bir min dörd yüz səksən yeddi) manat və məhkəməyə müraciət etmək üçün, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün və ekspertiza tədqiqatı xərcinin cavabdehə aid hissəsi də daxil olmaqla ümumilikdə 192 (bir yüz doxsan iki) manat pul məbləğinin "xxxx" İKB-yə ödənilməsi, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumumun 24 (iyirmi dörd) manatının ona, İddiaçı, 6 (altı) manatının iddiaçı "xxxx" İKB-yə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun 8 (səkkiz) manatının cavabdeh İddiaçı, 2 (iki) manatının iddiaçı "xxxx" İKB-yə, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 160 (bir yüz altmış) manatının cavabdeh İddiaçı, 40 (qırx) manatının “Nikoyl" İKB-yə aid edilməsi qət edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 31 saylı qeyri-yaşayış sahəsi Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: "xxxx" MMC tərəfindən tələbkar "xxxx" ASC-nin nümayəndəsi X3 21675,00 manata satılmışdır; İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli, 13/02 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 31 saylı qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 34.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 28900.0 manat, 25% aşağı olan dəyəri 21675 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, 01/4133 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı tarixli, 2(004)-693/2016 saylı icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 31 saylı qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 34.000 (otuz dörd min) manat olmaqla mövcud qanunvericiliyə əsasən «Birja yenilikləri» qəzetində elanı çıxmış və xx.xx.2016-cı il tarixə, Bakı şəh, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11.00-da hərracı təyin olunmuşdur; "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, 01/4375 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı tarixli, 2(004)-693/2016 saylı icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 31 saylı qeyri-yaşayış sahəsinin qiyməti 34.000 (otuz dörd min) manat olmaqla mövcud qanunvericiliyə əsasən «Birja yenilikləri» qəzetində elanı çıxmış və xx.xx.2016-cı il tarixə, Bakı şəh, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11.00-da hərracı təyin olunmuşdur; "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, 01/4644 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı tarixli, 2(004)-693/2016 saylı icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 31 saylı qeyri-yaşayış sahəsinin qiyməti 34.000-15%=28900 manat olmaqla mövcud qanunvericiliyə əsasən «Birja yenilikləri» qəzetində elanı çıxmış və xx.xx.2017-ci il tarixə, Bakı şəh, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11.00-da hərracı təyin olunmuşdur; "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, 01/126 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı tarixli, 2(004)-693/2016 saylı icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 31 saylı qeyri-yaşayış sahəsinin qiyməti 34.000-15%=28900 manat olmaqla mövcud qanunvericiliyə əsasən «Birja yenilikləri» qəzetində elanı çıxmış və xx.xx.2017-ci il tarixə, Bakı şəh, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11.00-da hərracı təyin olunmuşdur; İş materiallarında olan “Birja yenilikləri” qəzetinin noyabr və dekabr 2016-cı il tarixli buraxılışlarında Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 31 saylı qeyriyaşayış sahəsinin hərraca çıxarılması yeri və vaxtına dair elan verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 31 saylı qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdən "xxxx" İKB ASC-nin mülkiyyətindədir. Məhkəmə ilk növbədə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi) “hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASCyə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi) “hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsində "xxxx" MMC tərəfindən keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir. Belə ki, iddiaçı bildirmişdir ki, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırmamışdır. Bundan əlavə hərrac təşkilatı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir kii, İddiaçı hərrac barədə lazımınca məlumatlandırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri işin araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Digər tərəfdən, hazırkı iddia tələbi üzrə əqdin etibarsızlığına dair mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair keçirilmiş hərrac və hərracın nəticələri etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmiş, bununla bağlı iddia müddəti ötürülmüşdür. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi) “hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1878/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1878/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver