Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-188/2023 27.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85,9 kv.m., yaşayış sahəsi 59,1 kv.m., yardımçı sahəsi 26,8 kv.m. olan 4 otaqlı, 47 saylı mənzildən cavabdeh Quliyeva (Pirzadə) Gülşən Ədalət qızma 20000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda qeydiyyatda olduğu və yaşadığı ünvan 1, 47 saylı, ümumi sahəsi 85,9 kv.m., yaşayış sahəsi 59,1 kv.m., yardımçı sahəsi 26,8 kv.m. olan 4 otaqlı, 47 saylı mənzili rəsmi nikahda olduğu müddətdə mərhum həyat yoldaşı X3 növbəlilik əsasında iş yerindən almışdır. Həmin mənzili mərhum həyat yoldaşı X3 ailə üzvlərinin rəsmi razılığı ilə öz adına özəlləşdirmiş və xüsusi mülkiyyətinə çevirmişdir. Mərhum həyat yoldaşı X3 xx.xx.2013-cü il tarixində həmin mənzilə inventar nömrəsi 11/2258 olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********28-05101-093033 olan Texniki Pasport almışdır. Eyni zamanda, bütün ailə üzvlərinin razılığı ilə mərhum həyat yoldaşı X3 Azərbaycan Respublikası Əmlıak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən öz adına Seriya RX ******* nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarış almışdır. İddiaçı və ailə üzvləri göstərilən vaxtı həmin mənzildə qeydiyyatda olmuşlar. Həyat yoldaşı X3 "COVİD-19" xəstəliyi ilə əlaqədar, xx.xx.2020-ci il tarixində "Kəskin tənəffüs çatışmazlığı" diaqnozu ilə gözlənilmədən vəfat etmişdir. Mərhum həyat yoldaşı X1 mülkiyyətində olan və birgə nikah müddətində əldə etdiyi ünvan 1, 47 saylı mənzili faktiki olaraq miras əmlak kimi qəbul etmişdir. Bununla bağlı ona xx.xx.2021-ci il tarixində Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin mənzilin ¾ hissəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh Quliyeva (Pirzadə) Gülşən Ədalət qızının Azərbaycan Respublikası ərazisində olmaması səbəbindən, ¼ hissə mərhum X1 mülkiyyəti kimi açıq qalmışdır. Belə ki, cavabdeh Quliyeva (Pirzadə) Gülşən Ədalət qızı 2013-cü ildən Bakı şəhərindən çıxıb, xaricə yaşamağa getmiş və hazırda harada, hansı ünvanda yaşaması məlum deyildir. 9 ildir ki, cavabdeh Quliyeva (Pirzadə) Gülşən Ədalət qızı həmin mənzildə yaşamır. O, əvvəl İran İslam Respublikasında iki azyaşlı uşaqları ilə başqa bir şəxslə ailə həyatı qurub, yaşamış və bir neçə ildən sonra başqa bir xarici ölkəyə köçüb getmişdir. Bu səbəbdən iddiaçının həmin mənzilə olan mülkiyyət hüququ pozulmaqda davam edir. Həmin mənzilə istədiyi kimi sərəncam verə bilmir. Bununla bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nə müraciət etsə də xx.xx.2021-ci il tarixli, 078-14361Q-3221 nömrəli məktubla məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-i təkrar müraciətə də eyni məzmunlu cavab vermişdir. Hesab edir ki, onun ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilə olan mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulması məhkəmə qaydasında təmin olunmalı, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85,9 kv.m., yaşayış sahəsi 59,1 kv.m., yardımçı sahəsi 26,8 kv.m. olan 4 otaqlı, 47 saylı mənzilə olan istifadə hüququna cavabdeh Quliyeva (Pirzadə) Gülşən Ədalət qızına 20.000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85,9 kv.m., yaşayış sahəsi 59,1 kv.m., yardımçı sahəsi 26,8 kv.m. olan 4 otaqlı, 47 saylı mənzildən cavabdeh Quliyeva (Pirzadə) Gülşən Ədalət qızma 6000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbiniin təmin olunmasını xahiş etdi. Eyni zamanda yazılı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi məhkəməyə yazılı müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri : İddiaçı, X4 və X6 ünvan 1 ünvanında yerləşən 47 saylı mənzildən ¼ hissədə pay almalıdırlar. Miras əmlakın ¼ payı açıq saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 47 saylı mənzil ¾ hissədə İddiaçı, ¼ hissədə açıq qalmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 078-8188Q nömrəli ərizəyə cavab məktubundan görünür ki, şəxsin qeydiyyatdan çıxarılması Polis İdarəsi tərəfindən mümkün deyil, Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1981-ci il təvəllüdlü X5 ünvan 3 ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, LP-195/2022 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilin bazar qiyməti 167000 manat, əşyalar daxil olmadan orta aylıq kirayə haqqı 600-650 manat təşkil edir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan vətəndaşın sərhədkeçmə məlumatlarından aydın olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası sərhhədlərindən İstanbul istiqamətində çıxış etmişdir. Ölkə ərazisinə geri qayıtmamışdır. Azərbaycan Respublikası Bələdiyyə X2 "xxxx" MMC Tərəfindən verilmiş xx.xx.2008ci il tarixli vergi ödənişi məqsədi ilə qiymətləndirmə rəyində ünvan 4 ünvanında yerləşən tikilinin Cavabdeh sahibliyində olduğu qeyd olunur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki ünvan 1 ünvanında yerləşən 47 saylı mənzil İddiaçı mərhum həyat yoldaşı X1 mülkiyyətində olmuşdur. X3 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Ondan miras qalan ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilə dair İddiaçı ¼ hissədə payı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sonradan ünvan 1 ünvanında yerləşə 47 saylı mənzilin ¾ hissədə İddiaçı mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin əmlak ¼ hissədə açıq saxlanılmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ölkə xaricində olduğunu, beləliklə onun könüllü olaraq sözügedən mənzilə qeydiyyatdan çıxmadığını, nəticədə isə özünün mülkiyyətçi kimi hüquqlarının pozulduğunu bildirir və Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhk əmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəməninqətnaməsi,ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hazırki iş üzrə mübahisənin həll olunması üçün aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh 1981-ci il tarixində anadan olduğunu, və mübahisəli mənzildə həmin vaxtdan yaşadığına görə, məhkəmə hesab edir ki, hazırki mülki işdə 2009-cu ilə qədər qüvvədə olan 1982-ci il Mənzil Məcəlləsi tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən,icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Məhkəmə qeyd edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə istinad edilən qanunvericlik normalarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, mülki işin materialları ilə cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamadığı, ölkə xaricində yaşadığı, Azərbaycan Respublikası ərazisində isə sahibliyində fərdi yaşayış evinin olduğu müəyyən edildiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki,cavadehin həmin mənzildə qeydiyyatda olması mülkiyyətçinin mənzildən sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Məhkəmə Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh 6000 manat kompensasiya verilməklə onun, ¾ hissədə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 47 saylı mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh 6000 manat kompensasiya verilməklə onun, ¾ hissədə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 47 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertizanın dəyəri olan 300 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx", VÖEN **********, "xxxx" ASC Yasamal filialı, kod 512565, bankın VÖEN-ni **********1, H\h AZ30AZRT********************, M/h AZ02NABZ********************, SWİFT AZRT AZ 22 hesabına keçirilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-188/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-188/2023
27.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver