Məhkəmə qərarları › İş №2(005)-1880/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1880/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1880/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsi, Abşeron rayon İcra və probasiya şöbəsi cəlb edilməklə) “hərracın keçirilməsinin dayandırılması və nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə, Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın keçirilməsinin dayandırılması və nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası, Respublika Xammal və X8 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən mövcud qətnamə üzrə müəyyən edilən və hərraca çıxarılan və satışı elan edilən daşınmaz əmlaklar üzrə keçrilən hərracların dayandırılması və eləcə də bu tarixədək keçrilmiş hərracların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2-(103)-92/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ondan iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə 110705-1-5513/2 saylı, xx.xx.2013-cü il tarixli "Kommersiya krediti müqaviləsi" üzrə 174 313,09 ABŞ dolları məbləğində əsas borc, 45 997,99 ABŞ dolları məbləğində faiz və 6 141,00 ABŞ dolları məbləğində cərimə, cəmi 226 452,08 ABŞ dolları, 110705-1-5513/3 saylı, xx.xx.2014-cü il tarixli "Kommersiya krediti müqaviləsi" üzrə 80 000 ABŞ dolları məbləğində əsas borc, 20 857,78 ABŞ dolları məbləğində faiz və 2 237,50 ABŞ dolları məbləğində cərimə, cəmi 103 095,28 ABŞ dolları, hər iki müqavilə üzrə cəmi 329 547,36 ABŞ dolları pul vəsaitinin azərbaycan manatına məzənnəsi ilə borcun, iddia verilərkən ödənilmiş 30 manat və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutulması, tutmanın "Bank VTB (Azərbaycan)"' ASC-i qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Pirəkeşkül kəndində 0.04785 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 2 girişli, 451,24 kv.m ümumi, 240,14 kv.m əsas, 211,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (yeməkxanaya)-ilkin satış qiyməti 250 000 (iki yüz əlli min) manat müəyyən edilməklə, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0.1372 ha torpaq sahəsində yerləşən 13 B nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 8-ci mərtəbəsində yerləşən 38.6 kv.m yaşayış sahəsindən İbarət 3 otaqlı 52 nömrəli mənzilə-ilkin satış qiyməti 68.300 (altmış səkkiz min üç yüz) manat müəyyən edilməklə ödənilməsi və göstərilən əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin "Bank VTB (Azərbaycan)" ASC-nə ödənilməsi, göstərilən daşınmaz əmlakların məcburi boşaldılması barədə qətnamə qəbul edilmişdir. Mövcud qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hal- hazırda qətnamə üzrə göstərilən daşınmaz əmlaklar hərrac yolu ilə satılması üçün hərraca çıxarılmışdır. Cavabdeh hərrac təşkilatı iddiaçıya məlum olmayan tarixlərə hərracın keçirilməsi vaxtını təyin etsə də hərracın keçirilməsi barədə məlumatları iddiaçı, yalnız Xətai rayon icra və probasiya şöbəsindən almışdır. Hərracların keçirilməsi barədə iddiaçının heç bir məlumatları olmayıb və bununla bağlı da hərracların keçirilməsi barədə məhkəməyə heç bir bildiriş təqdim edə bilmir. İddiaçı hesab edir ki, ona görə də hərracın keçirilməsi dayandırılmalı və bu tarixədək keçirilmiş hərracların nəticələri isə ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank VTB (Azərbaycan)” X4 nümayəndəsi X3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsi və Bakı şəhəri Abşeron Rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Lənkəran ŞRPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Lənkəran şəhərində anadan olmuş və Lənkəran şəhəri, Səttərxan küç,ev.131 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Respublika Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2021-ci il tarixli 01/784 nömrəli məktubu əsasında 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı ünvan 3ilin ilkin satış qiyməti 96000 (doxsan altı min) manat müəyyən olunmuşdur. 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı ünvan 3ilin ilkin satış qiyməti 96000 (doxsan altı) manatdan 15% azaldılaraq 81600 (səksən bir min altı yüz) manat müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-120703/4k saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən BBV saylı bina, 52 saylı mənzilin təkrar hərracın baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 61.200 (altmış bir min iki yüz) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. xx.xx.2021-ci il tarixli “Birja yenilikləri” qəzetinin surətindən görünür ki, ünvan 2 ünvanında keçiriləcək hərrac barədə elan dərc edilmişdir. xx.xx.2021-ci il tarixli “Birja yenilikləri” qəzetinin surətindən görünür ki, ünvan 2 ünvanında keçirləcək hərrac barədə elan dərc edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı ünvanlanmış poçt qəbzinin surətindən görünür ki, hərraca dair bildirişlər iddiaçının qeydiyyatda olduöu Lənkəran şəhəri, Səttərxan küçəsi ev 131 ünvanına göndərilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Lənkəran şəhəri, Səttərxan küçəsi, ev 131 saylı yaşayış evi onun son qeydiyyatı və yaşayış yeridir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə saat 11:00-da, daha sonra xx.xx.2021-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilişlər qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya həmin ünvana göndərilmişdir. ünvan 3ilin ilkin satış qiyməti 96000 (doxsan altı min) manat müəyyən olunmuşdur. 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı ünvan 3ilin ilkin satış qiyməti 96000 (doxsan altı) manatdan 15% azaldılaraq 81600 (səksən bir min altı yüz) manat müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-120703/4k saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən BBV saylı bina, 52 saylı mənzilin təkrar hərracın baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 61.200 (altmış bir min iki yüz) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Qeyd edilənlərə görə hərrac qanunvericilikdə nəzərdə tutulan qaydaya uyğun olaraq keçirilmişdir. Eyni zamanda hərracın keçrilməsi vaxtı barədə iddiaçıya poçt vasitəsi ilə məlumat verilmişdir. Hərracla bağlı “Birja Yenilikləri” qəzetində elan dərc edilmişdir. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin x xxxxxx 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə iclasında iddiaçı tərəfin verdiyi ifadədən və hazırki iddia ərizəsindən göründüyü kimi iddiaçı öz ünvanının ünvan 4rilişlər də qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya həmin ünvana göndərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin İddiaçı yaşayış ünvanı olan haqlı olmuşdur. Belə ki, iddiaçının faktiki vermiş olduğu iddia ərizəsində də qeydiyyyat və yaşayış ünvanı iddia ərizəsindən də görünür ki, Lənkəran şəhəri, Səttərxan küçəsi ev 131 kimi İddiaçı qeyd etmişdir. Eyni zamanda hərracla bağlı bildirişlər də bu ünvana cavabdeh tərəfindən bu ünvana göndərilmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (iddiaçı tərəfindəın imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildirişin qeyd edilən ünvan üzrə göndərilməsi iddiaçı X1 yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İ İddiaçı cavabdeh Azərbaycan Respublikası, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsi, Abşeron rayon İcra və probasiya şöbəsi cəlb edilməklə) “hərracın keçirilməsinin dayandırılması və nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar