Məhkəmə qərarları › İş №2(005)-1881/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1881/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1881/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin X2 Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 8, 1004 (yeni 881) saylı mənzilin alqı-satqısına dair bağlanmış 19 mart 2013-cu il tarixli, 17081 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 8, 1004 (yeni 881) saylı mənzilin boşaldılması və mənzilin iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Lamiyə Mahir qızı arasında Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 8, 1004 (yeni 881) saylı mənzilin alqısatqısına dair 19 mart 2013-cu il tarixli, 17081 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 141679,95 manat müəyyən edilmiş və həmin məbləği 120 ay müddətində hər ay 1097,33 manat olmaqla hər ayın 19- unadək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Müqavilə üzrə öhdəliklərini icra edərək Mənzili Cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən uzun müddətdir ki, aylıq ödənişlər edilmir, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini də pozmaqda davam edir. Bu hal İddiaçıya Müqavilənin 3.1.1.3. və 3.1.1.7,-ci bəndlərinə əsasən Cavabdehi yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Müqavilənin 3.1.1.3-cü bəndinə əsasən Alıcı bu Müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusilə bu Müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş ödəniş qaydaları barədə müddəaları pozduqda, Satıcının Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Müqavilənin 3.1.1.7-ci bəndinə əsasən Alıcı bu Müqavilə ilə müəyyən olunmuş ödəniş müddətindən sonrakı 30 təqvim günü ərzində ödəniş etmədikdə, yazılı xəbərdar edildikdən sonra, Satıcının bu Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. bu Razılaşma Satıcı tərəfindən Alıcını qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil Satıcıya geri qaytarılmalıdır/təhvil verilməlidir. Cavabdeh tərəfindən Müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması Müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. İddiaçı Müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə, onun ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Tələb olunan mənzil Nərimanov rayonunda yerləşir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, maddi vəziyyəti pisləşdiyindən mənzilə görə ödənişlər edə bilmir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və mülki işin sənədlərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 mart 2013-cü il tarixli, 17081 nömrəli mənzilin alqısatqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küç., 8 saylı binanın ,8 blok. 16 mərtəbə, 1004 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.m olan mənzili Cavabdeh tərəfindən 141679,95 manata alınmış, alıcı mənzilin dəyərini hər ay 1097,33 manat olmaqla 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 17.12.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə (bundan sonra “Alıcı”) "xxxx" ASC (bundan sonra “Korporasiya”) arasında 19.03.2013-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 8, mərtəbə 16, mənzil 1004 (yeni 881), 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.m olan mənzilin (bundan sonra “Mənzil”) alınmasına dair 17081 saylı alqısatqı müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmış mənzilin dəyəri tərəflərin razılığı ilə 141679,95 AZN (yüz qırx bir min altı yüz yetmiş doqquz manat doxsan beş qəp.) məbləğində müəyyən olunmuş, alıcı mənzilin dəyərini 1097,33 AZN (min doxsan yeddi manat otuz üç qəp.) olmaqla 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Alıcı Müqavilə bağladığı tarixdən 09.12.2020-ci il tarixinə qədər 100954,36AZN (yüz min doqquz yüz əlli dörd manat otuz altı qəp.) və ya 92 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 83652,45 AZN (səksən üç min altı yüz əlli iki manat qırx beş qəp.) və ya 76 ay aylıq ödəniş ödəmişdir. Alıcının qrafik üzrə 27301,91AZN (om yeddi mim üç yüz bir manat doxsan bir qəp.) və ya 25 ay aylıq ödəniş məbləği və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı 29.11.2018-ci il tarixindən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 2 il 1 ay təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 23.10.2020-ci il tarixli müqavilənin ləğvinə dair təklifdən görünür ki, iddiaçı cavabdehi öhdəliklərini 5 (beş) gün ərzində yerinə yetirməyəcəyi təqdirdə müqavilənin ləğvi və mənzilin boşaldılması ilə bağlı məhkəməyə müraciət etməsi barədə xəbərdar etmişdir. İş materiallarına əlavə edilmiş 26.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 19 mart 2013-cü il tarixli, 17081 nömrəli müqaviləyə əsasən Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küç., 8 saylı binanın ,8 blok. 16 mərtəbə, 1004 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.m olan mənzili Cavabdeh tərəfindən 141679,95 manata cavabdeh tərəfindən alınmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh mənzilin dəyərini hər ay 1097,33 manat olmaqla 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən cəmi 83652,45 manat məbləğində ödəniş edilmişdir. Lakin, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasının davam etməsini müəyyən etdikdən sonra müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə təklif göndərsə də, cavabdeh tərəfindən həmin təklifə heç bir cavab verilməmiş və bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyən edilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi üçün cavabdehdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-cü maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə Cavabdeh arasında Baxı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küç., 8 savlı binanın ,8 blok. 16 mərtəbə. 1004 saylı 3 otaqdan ibarət ümumi sahəsi 129.16 Kv.metrolan mənzilin alqı-satqısına dair bağlanmış 19 mart 2013-cü il tarixli, 17081 nömrəli müqavilə ləğv edilməli, Cavabdeh Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küç., 8 saylı binanın ,8 blok, 16 mərtəbə, 1004 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.m olan mənzildən çıxarılmalı və mənzil iddiaçı "xxxx" ASC-nə təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə Cavabdeh arasında Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küç., 8 saylı binanın ,8 blok, 16 mərtəbə, 1004 saylı 3 otaqdan ibarət ümumi sahəsi 129.16 kv.m olan mənzilin alqısatqısına dair bağlanmış 19 mart 2013-cü il tarixli, 17081 nömrəli müqavilə ləğv edilsin. Cavabdeh Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küç., 8 saylı binanın, 8 blok, 16 mərtəbə, 1004 saylı 3 otaqdan ibarət ümumi sahəsi 129.16 kv.m olan mənzildən çıxarılsın və mənzil iddiaçı "xxxx" ASC-nə təhvil verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar