Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-98/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmədaddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Şəmkir rayonu 1 saylı notariat ofisinə qarşı «mənzilə dair bağışlama və alqı-satqı müqavilələrinin ləğv edilməsi, bu mümkün olmadıqda əmlakın əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Şəmkir rayonu 1 saylı notariat ofisinə qarşı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə dair Gəncə şəhəri 6 saylı notariat ofisinin 23.*1.2*24-cü il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Şəmkir rayon 1 saylı notariat ofisinin 19.*2.2*24-cü iı tarixli, 4Ə-21* reyestr nömrəli alqı-satqı müqaviləsinin İəğvi və bu mümkün olmadıqda isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənzilin dəyərindən iddiaçının payına düşən 42.92* manat, əmlak qiymətləndirilməsi üçün ödənilmiş 15* manat, ödənilmiş 219 manat dövlət rüsumu və vəkil xərci üçün ödənilmiş 32* manat pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin ½ hissəsi üzərində birgə paylı mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin 2/5 hissəsi üzərində onun, digər 3/5 hissəsi üzərində Cavabdeh2 payı müəyyən edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. 13.1*.2*23-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli qətnamə üzrə icra sənədinin icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmişdir. Bundan sonra onun tərəfindən 14.*2.2*24-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edilərək, mənzilin onun mükiyyətində olan hissəsinə dair mülkiyyət hüququnun qeydə alınması xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi ona 11.*3.2*24-cü il tarixli 3-3-33/2-2492/2*24 nömrəli məktub ünvanlayaraq qeyd etmişdir ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzili başqa şəxsə satılmışdır. Onun mübahisəli mənzilə dair məhkəmə qətnaməsi ilə payları müəyyən olunsa da, Cavabdeh2 məqsədli şəkildə mənzili anası Cavabdeh3 bağışlamışdır. Cavabdeh3 isə dəyəri 1**.*** manatdan çox olan 5 otaqlı mənzili 45.*** manat məbləğinə alqı-satqı yolu ilə Cavabdeh4 satmışdır. Beləliklə, dəyəri 1**.*** manatdan çox olan mənzilin 45.*** manat məbləğinə satılması da alqı-satqının formal əsaslarla aparıldığını göstərir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan mənzildən məhrum edilmişdir. Onunla Cavabdeh2 arasında olan razılaşmaya əsasən o, mənzilin mülkiyyətində olan hissəsini Cavabdeh2 verməklə, Cavabdeh2 birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün aliment tələb etməməli olduğu halda Cavabdeh2 ondan aliment ödənməsi tələblərini davam etdirmişdir. Hətta bununla əlaqədar icra məmurunun təqdimatları əsasında məhkəmə qərarları ilə onun barəsində bir neçə dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) S.T.Əskərov İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 6 saylı notariat ofisi və Şəmkir rayonu 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin və ya nümayəndələrinin iştirak etməməklərinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)- 218/2*22 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 və İddiaçı arasında *4.12.2**9-cu ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsində 995 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından *4.*9.2*1*-cu ildə anadan olmuş X2, 19.*9.2*11-ci ildə anadan olmuş X3 və *9.*2.2*19-cu ildə anadan olmuş X6 anaları Cavabdeh2 yanında qalmaları müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 13.*4.2*22-ci il tarixdən başlayaraq, İddiaçı hər ay hər uşağa görə 16* manat olmaqla, cəmi 48* manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh2 verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)- 616/2*23 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilin 2/5 hissədə İddiaçı, 3/5 hissədə Cavabdeh2 payları müəyyən edilmiş, Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş 1.*** manat dəyərində kondisionerin yarı dəyəri qismində 5** manat, 16* manat dəyərində mətbəx televizorunun və krosnu antennasının yarı dəyəri qismində 8* manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 22.*5.2*23-cü il tarixli 2(1*4)-1357/2*23 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh2 tərəfindən Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli qətnaməsindən apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İddiaçı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə verilmiş və notariat qaydasında təsdiq olunmuş 3*.11.2*23-cü il tarixli ərizədən görünür ki, X11 onun payına düşən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilin 2/5 hissəsini və nikah dövründə əldə edilmiş əşyaların yarı hissəsini aliment əvəzi uşaqlarına bağışlamağı ilə bağlı Cavabdeh2 ilə qarşılıqlı razılığa gəlmişdir. Bununla bağlı onun gələcəkdə də heç bir iddiası və tələbi olmayacaqdır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədinin icra olunmadan məhkəməyə qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan X12 tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə verilmiş və notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinə əsasən borclu İddiaçı *4.*9.2*1*-cu ildə anadan olmuş X2, 19.*9.2*11-ci ildə anadan olmuş X3 və *9.*2.2*19-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 13.*4.2*22-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 16* manat olmaqla, cəmi 48* manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. O, İddiaçı ilə qarşılıqlı razılığa gəlmişdir. Aliment ilə bağlı gələcəkdə heç bir iddiası və tələbi olmayacaqdır. Cavabdeh2 borclu İddiaçı barəsində görülmüş bütün məcburi icra tədbirlərinin dayandırılmasını və Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İşdə olan «icra sənədinin qaytarılması haqqında» *1.12.2*23-cü il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədi tələbkar İddiaçı ərizəsi əsasında Gəncə Şəhər Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan olan «icra sənədinin qaytarılması haqqında» *1.12.2*23-cü il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədi tələbkar Cavabdeh2 ərizəsi əsasında Gəncə Şəhər Məhkəməsinə qaytarılmışdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin 14.*6.2*24-cü il tarixli 3(125)-2*37/2*24 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 5** manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 17.*1.2*25-ci il tarixli 3(125)- 173/2*25 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 8 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş *7.*5.2*25-ci il tarixli 3-21-3-33/2-4955/2*25 nömrəli arayışından görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzili Gəncə şəhəri 5 saylı notariat ofisinin 18.*3.2*13-cü il tarixli 4Ə-1-137 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 tərəfindən Cavabdeh2 satılmış, sonuncunun adına *5.*4.2*13-cü il tarixli, 2*2*11***2*4- *51*1-*93*43 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhəri 6 saylı notariat ofisinin 23.*1.2*24-cü il tarixli 4/-58 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh3 bağışlanmış, sonuncunun adına *6.*2.2*24-cü il tarixli 2*2*11***2*4- *51*1-*93*43 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Şəmkir rayon 1 saylı notariat ofisinin 19.*2.2*24-cü il tarixli 4Ə-21* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmış, sonuncunun adına 23.*2.2*24-cü il tarixli 2***11**58*8- *51*1-*93**8 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra vərəqinə əsasən qadağa qoyulmuşdur. İş materiallarında olan 1*.*3.2*25-ci il tarixli 1*/1*78 nömrəli «məhkəmə tikinti-texniki ekspertizası»nın rəyindən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin orta bazar qiymətlərinə ümumi dəyərinin təqribən 116.5** manat, likvid dəyərinin isə 1*4.85* manat məbləğində təşkil etdiyi müəyyən edilir. İşdə olan 23.*1.2*24-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X12 mülkiyyətində olan Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilini Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli 19.*2.2*24-cü il tarixli «daşınmaz əmlakın alqı-satqı müqaviləsi»ndən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilini Cavabdeh4 satmışdır. İşdə olan 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən X8 ünvanlanmış 13.*3.2*24-cü il tarixli məktubun surətindən görünür ki, Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemində axtarış zamanı 16.*7.2*18-ci il tarixdə 7E-29375 nömrəsi ilə reyestrdə təsdiq edilmiş X4 verilmiş etibarnamənin *7.*2.2*22-ci il tarixdə ləğv olunduğu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 3*.*4.2*24-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin likvid dəyəri 98.56* manat, real bazar dəyəri isə 1*8.416 manat məbləğindədir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı İlham oğlu və Cavabdeh2 arasında olan nikah *4.12.2**9-cu ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsində 995 nömrə ilə qeydə alınmış, onların birgə nikahından *4.*9.2*1*-cu ildə X5, 19.*9.2*11-ci ildə X9 və *9.*2.2*19-cu ildə anadan olmuş X13 anadan olmuşdur. Lakin Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)- 218/2*22 nömrəli qətnaməsi ilə Cavabdeh2 və İddiaçı arasında *4.12.2**9-cu ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsində 995 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından *4.*9.2*1*-cu ildə anadan olmuş X2, 19.*9.2*11-ci ildə anadan olmuş X3 və *9.*2.2*19-cu ildə anadan olmuş X6 anaları Cavabdeh2 yanında qalmaları müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 13.*4.2*22-ci il tarixdən başlayaraq, İddiaçı hər ay hər uşağa görə 16* manat olmaqla, cəmi 48* manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh2 verilməsi qət edilmişdir. Bundan sonra Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)- 616/2*23 nömrəli qətnaməsi ilə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə 2/5 hissədə İddiaçı, 3/5 hissədə Cavabdeh2 payı müəyyən edilmiş, Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş 1.*** manat dəyərində kondisionerin yarı dəyəri qismində 5** manat, 16* manat dəyərində mətbəx televizorunun və krosnu antennasının yarı dəyəri qismində 8* manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh2 arasında məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin ödənilməsi qaydaları barədə 3*.11.2*23cü il tarixdə razılaşma əldə olunmuş, həmin razılaşmaya uyğun olaraq, İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin mülkiyyətində olan 2/5 hissəsini Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin əvəzində Cavabdeh2 təqdim etmiş, Cavabdeh2 isə həmin əmlakın əvəzinə Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentdən imtina etmişdir. Sonradan Cavabdeh2 tələbi əsasında İddiaçı İlham oğlundan aliment tutulmaqda davam etmiş, İddiaçı İlham oğlu barəsində məcburi icra tədbirləri tətbiq olunmuşdur. Babayev X14 Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi üzrə icra sənədi ilə müəyyən edilmiş aliment borcunun tam ödənilməsinə baxmayaraq, icra tədbirlərinin davam etdirilməsi ilə əlaqədar icra məmurunun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət etməmiş və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-337.3-cü maddələrinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradənin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 389.1 və 389.2-ci maddələrinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 4*4.1 və 4*4.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğb edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1-ci maddəsinə görə hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamadan imtina edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbi «müqavilələrin ləğvi» olsa da, iddia tələbinin əsası kimi «müqavilənin etibarsızlığı»na əsas olan aldatmaya istinad etmişdir. Bununla belə mübahisənin həlli baxımından mülki işin məhkəmə tədqiqi zamanı ilk növbədə tərəflər arasında hansı hüquq münasibətinin mövcuduğu araşdırılmalı, daha sonra müvafiq ardıcıllıqla həmin münasibətə tətbiq edilməli hüquq norması tapılmalı, İddiaçı iddia predmetini təşkil edən əmlaka hüququnun olub-olmadığı müəyyən edilməli, İddiaçı belə hüququ olduğu halda sonradan həmin hüququnu itirib-itirmədiyi yoxlanılmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının *4 may 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3* iyul 2**8-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2*14-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2*15-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qanununvericiliyin qeyd olunan normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu baxımdan subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh2 arasında məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin ödənilməsi qaydaları barədə 3*.11.2*23-cü il tarixdə razılaşma əldə olunmuş, həmin razılaşmaya uyğun olaraq, İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin mülkiyyətində olan 2/5 hissəsini Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin əvəzində Cavabdeh2 təqdim etmiş, Cavabdeh2 isə həmin əmlakın əvəzinə Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentdən imtina etmişdir. Qeyd olunan səbəbdən tərəflər arasındakı münasibətlər bağışlamadan irəli gələn hüquq münasibətləri deyil, ailə hüquq münasibətlərindən irəli gələn münasibətlərdir. Belə ki, İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinə təqdim etmək üçün notariat qaydasında təsdiq olunmuş 3*.11.2*23-cü il tarixli ərizəsində «aliment əvəzi olaraq uşaqlarıma bağışlamağım» ifadəsini işin digər halları ilə müqayisəli tədqiq etdikdə əsl həqiqətdə İddiaçı və Cavabdeh2 arasında bağışlamadan irəli gələn hüquq münasibətlərinin deyil, alimentin əvəzləşdirilməsindən irəli gələn hüquq münasibətlərinin mövcud olduğu müəyyən edilir. Xüsusilə Cavabdeh2 notariat qaydasında təsdiq olunmuş eyni tarixli (3*.11.2*23-cü il tarixli) ərizəsindəki İddiaçı ilə qarşılıqlı razılığa gəlməsinə, İddiaçı qarşı gələcəkdə aliment ilə bağlı heç bir iddiası və tələbinin olmayacağına dair fikri və İddiaçı aliment öhdəliklərini ehtiva edən Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinin geri qaytarılmasına dair xahişi, İddiaçı ərizəsinin (3*.11.2*23-cü il saat 12:*9:56) Cavabdeh2 ərizəsinin (3*.11.2*23-cü il saat 12:11:*7) 2 dəqiqə fərqlə imzalanması, Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli və 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədlərinin tələbkarların xahişi əsasında geri qaytarılmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsinin *1.12.2*23-cü il tarixli qərarları, habelə həmin qərarların və ərizələrin mübahisəli əmlakın «Cavabdeh3 bağışlanmasına dair» notariat işinə əlavə olunması, Cavabdeh2 əmlakı aldıqdan sonra da ondan aliment tələb etməsini İddiaçı məhkəmə iclaslarında dəfələrlə təkrarlaması həmin halı təsbit edən xüsusatlardır. Digər tərəfdən bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinə təqdim etmək üçün notariat qaydasında təsdiq olunmuş 3*.11.2*23-cü il tarixli ərizəsində isə bağışlamanın alimentin əvəzi olaraq verildiyi göstərilir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666cı maddəsini işin hallarına tövsif etdikdə «alimentin əvəzi» və «bağışlama» ifadələrinin eyni cümlə daxilində işlədilməsi və hüquqi məna ifadə etməsi həmin normanın tələbinə uyğunlaşmır. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*4-cü maddəsinin tələbləri baxımından tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, hesab edir ki, İddiaçı və Cavabdeh2 arasında 3*.11.2*23-cü il tarixdə alimentin mübahisəli əmlakla əvəzləşdirilməsi barədə razılaşma olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə görə ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülki hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 39*.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 98.2-ci maddəsinə görə alimentlər aliment ödəməli olan şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. Həmin Məcəllənin 1*9.1-ci maddəsinə görə aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Həmin Məcəllənin 1*9.2-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildiyi; məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduğu; aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduğu hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz. Həmin Məcəllənin 1*9.3-cü maddəsinə görə bu Məcəllənin 1*9.2.1-1*9.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Mülki işə məhkəmədə baxılarkən İddiaçı Cavabdeh2 tərəfindən aldadıldığını və mülkiyyətində olan Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə 2/5 hissəsinin əldə olunmasından sonra da ondan aliment tələb edildiyini bildirmiş, buna görə də həmin əmlaka dair bağlanmış müqavilələrin ləğv olunmasını, bu mümkün olmadıqda əmlakın əvəzinin Cavabdeh2 və Cavabdeh3 onun xeyrinə tutulmasını xahiş etmişdir. Lakin iş materiallarından və mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə 2/5 hissəsini aliment öhdəliklərinin əvəzi olaraq verərkən həqiqi iradəsini ifadə etmiş, Cavabdeh2 İddiaçı aliment ödənilməsini yenidən tələb etdikdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, aldatma niyyəti tərəflər arasındakı razılaşmadan əvvəl yaranmalı və iddiaçı buna dair sübutlarını məhkəməyə təqdim etməlidir. Hazırki halda isə İddiaçı və Cavabdeh2 razılaşmaya qədər öz iradələrini aşkar bəyan etmiş və bu iradə əsasında onlar arasında razılaşma yaranmışdır. Həmçinin iradə bəyanları notariat qaydasında təsdiq olunmuş 3*.11.2*23-cü il tarixli ərizələrdə ifadə edildiyindən və bəhs edilən razılaşma Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədi icra olunmadan, yəni İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində qeydə alınmadan gözlənilən mülkiyyət hüququ əsasında Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədinin icrasından imtina olunmaqla, əldə edildiyindən həmin razılaşma forma baxımından da qanunun tələbinə uyğun olmuşdur. Buna görə də İddiaçı və Cavabdeh2 arasındakı mübahisə ailə hüquq münasibətlərinin həlli qaydasında, həmin razılaşmaya uyğun müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh2 arasında Ailə Məcəlləsinin 98.2-ci maddəsində nəzərdə tutulan qaydada əmlak təqdim olunması yolu ilə alimentin ödənilməsi barədə razılaşma bağlandığı andan İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu itirmiş, buna mütənasib olaraq da Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinin icraatına xitam verilməsini tələb və icra məmurunun «aliment öhdəliklərinin icrası tələbinə dair» hərəkətlərindən şikayət hüququ əldə etmişdir. Buna görə də İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Şəmkir rayonu 1 saylı notariat ofisinə qarşı «mənzilə dair bağışlama və alqı-satqı müqavilələrinin ləğv edilməsi, bu mümkün olmadıqda əmlakın əvəzi qismində pul» tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Şəmkir rayonu 1 saylı notariat ofisinə qarşı «mənzilə dair bağışlama və alqı-satqı müqavilələrinin ləğv edilməsi, bu mümkün olmadıqda isə əmlakın dəyəri qismində pul» tələbi barədə iddiası təmin edilməməli, İddiaçı icra məmuruna Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə müraciət etmək, icra məmurunun qərarının (hərəkət və ya hərəkətsizliyini) qanuniliyini mübahisələndirdiyi halda isə ondan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət hüququ iza edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*7-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.*.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 1** manat məbləğində pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Şəmkir rayonu 1 saylı notariat ofisinə qarşı «mənzilə dair bağışlama və alqı-satqı müqaviləsinin ləğv edilməsi, bu mümkün olmadıqda əmlakın əvəzi qismində pul» tələbi barədə iddiası təmin edilməsin. İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 1** (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-98/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-98/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver